Marketinq strategiyası imtahan sualları Marketinq haqqında anlayış


Yeni məhsulların hazırlanma prosesi



Yüklə 64,33 Kb.
səhifə17/17
tarix26.06.2022
ölçüsü64,33 Kb.
#62326
1   ...   9   10   11   12   13   14   15   16   17
Marketinq strategiyası imtahan sualları

.Yeni məhsulların hazırlanma prosesi-Yeni məhsullar yaratmaq üçün firma yeni işlər görməli və yenicəsinə fəaliyyət göstərməlidir. Məhsulların innovasiyasının mahiyyəti budur. Yeni ideyanın yaranması ilə innovasiya prosesləri və yeni məhsulların hazırlanması başlanılır. Bütün yeni məhsullar ideyadan başlayır. Novator ideyalarının alınması üçün həm şəxslərin yaradıcılıq qabiliyyətindən, həm də ideyanın yaradılması metodlarından istifadə etmək olar. Yaradıcı yanaşma və ideyaları formalaşdırmaq qabiliyyəti Real innovasiyalı ideyalar – bu təbin və uyğun üsulların tətbiqi nəticəsidir. Yeni ideyalardan yüksək imtina faizini nəzərə alaraq onlardan mümkün qədər çoxunu nəzərdən keçirmək daha məqsədəuyğundur.
Yeni məhsul ideyalarının uyğun yaradılması metodlarının tətbiqi kompaniya daxilində ideyaların formalaşması prosesinin məhsuldarlığının artırılmasına kömək edir. Kompaniya, həmçinin, yaradıcılığa şərait yaradan və ona münbit şərait yaradan əlverişli ətraf mühitin yaradılması yolu ilə innovasiyalı ideyaların yaranmasını stimullaşdıra bilər. İnsanların yaradıcı potensialını lazımi istiqamətə necə yönəltməli və yaradıcı ideyaların yaranması prosesinə hansı üsullar kömək edir?
Yaradıcılığın müəyyənləşdirilməsi Yaradıcılıq – bu əvvəllər əlaqəli olmayan ayrı-ayrı elementlərin praktiki olaraq elə vahiddə birləşdirilməsi prosesidir ki, yaradılan vahid ona yatırılandan daha çox fayda versin. Yaradıcılığın belə izahı həqiqətən də novator ideyaların yaranması üçün məhz bir şərtin yerinə yetirilməsi lazım olduğunu göstərir – insanların beyinlərində kifayət qədər uzun müddət çoxlu əlaqələndirilməmiş ideyaların olması sonradan “praktik vahidi” formalaşdırmağa imkan verir. Yaradıcı prosesi təşkil etmək asan deyil və bir çox menecerlərin iddia etdiyi kimi keyfiyyətdən və ya müxtəlif funksional əməliyyatlardan fərqli olaraq yaradıcılıq üzərində nəzarəti həyata keçirmək qeyri mümkündür. Yaradıcı insanda yeni ideyanın yaranması anını qabaqcadan demək olmur. Rəhbərliyə praktiki olaraq ancaq yaradıcı təfəkkürdəki oyanışları gözləmək və təsadüflərə inanmaq qalır. Bununla belə, ümumi qəbul edilmiş fikrin əksinə olaraq yaradıcılığı idarə etmək olar. Firmada yaradıcı insanları axtarıb tapmaq və onları yaradıcı potensiallarından istifadə etməyə stimullaşdırmaq əvəzinə, rəhbərlər yaxşı olardı ki, yaradıcı düşüncəyə maneələrin olub-olmaması ilə maraqlansın və onların olduğu təqdirdə isə aradan qaldırsın.
Yüklə 64,33 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin