“maliYYƏ” fənnindən mühazirə mətnləri


AZƏRBAYCANDA MALIYYƏ ELMININ YARANMASI VƏ INKIİAFINA



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə6/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   157
Maliyyə muhazirələri yeni (1)

1.2.AZƏRBAYCANDA MALIYYƏ ELMININ YARANMASI VƏ INKIİAFINA  
DAIR NƏZƏRI BAXIİLAR  
  
 Maliyyə elminin müstəqil elm kimi meydana gəlməsi böyük bir tarixi yol keçmişdir. Bu 
onu  göstərir  ki,  bu  elm  hələ  çox  qədim  zamanlarda  yaranmış,  öyrənilmişdir.  Maliyyə 
nəzəriyyəsinə aid ilk elmi əsərin müəllifi yunan mütəfəkkiri Ksenefont (e.ə.430-355) hesab 
edilir.  Onun  maliyyə  nəzəriyyəsinin  inkişaf  yolunun  Aristotel  tərəfindən  inkişaf  etdirildiyi 
iddia  edilir.  Aristotelin  əsərlərində    bütövlükdə  maliyyə  sistemi,  eləcə  də  dövlət  maliyyə 
sistemi haqqında baxışlar öz əksini tapmışdır. Ksenefontun “Afina politiyası” əsəri isə qədim 
Afina dövlət maliyyə sisteminin tam mənzərəsini əks etdirir.  
Maliyyə elminin meydana gəlməsinin sürətlənməsi üçün qədim İran dövlətinin maliyyə-
pul sisteminin təhlili böyük əhəmiyyət kəsb edir. Qədim İran dövlətinin maliyyə fəaliyyətinin 
öyrənilməsində Ə.Firdovsinin (934-1020) “Şahnamə” əsəri xüsusi yer tutur.   
Azərbaycanda  Maliyyə  elmi  ilə  ilk  məşğul  olan  böyuk  Azərbaycan  mütəfəkkiri 
Nəsrəddin  Tusi  olmuşdur.  (1204-1274).  N.Tusi  dövlət  maliyyəsinə,  vergi  sisteminə  dair 
nəzəri  fikirlərini  iqtisadi  islahatların  aparılmasi  zəruriliyini  qeyd  etmişdir.  O,  “maliyyə 
haqqında”  əsərində  uzun  illər  idarəçilik  təcrübəsinə  malik  olan  ölkələrdə maliyyə  və  vergi 
sisteminin  ölkənin  idarə  edilməsində  böyük  rol  oynayan  müsbət  cəhətlərindən  istifadə 
edilməsini  məsləhət  görmüşdür.  O,  öz  dövrünün  maliyyə  vergi  münasibətlərini  yaxından 
öyrənməklə, bu münasibətlərin dirçəlişinə kömək edən təkliflərlə çıxış edir.  
N.Tusinin  daha  çox  diqqət  yetirdiyi  məsələ  dövlət  xəzinəsinin  gəlir  və  xərclərindən 
səmərəli istifadə edilməsindən ibarət olmuşdur. N.Tusi dövlətin maliyyə və vergi sistemində 



 
 
 
elə  dəyişikliklər  aparılmasını  təklif  edirdi  ki,  bu  ilk  növbədə  istehsalçıların  marağının 
artırılmasına  xidmət  etsin.  Buna  görə  də  o,  yaşadığımız    dövrdə  mövcud  olan  40-dan  çox 
vergi  növünün  tətbiqini  və  onların  toplanmasındakı    özbaşnalığı  nəzərə  alaraq  müxtılif 
adlarda  və  formalarda  yığılan  vergilərin  toplanmasına  etirazını  bildirdi.  Onun  maliyyə  və 
vergi  islahatları  sahəsində  təklifləri  ölümündən  sonra  həyata  keçirilən  islahatlarda  nəzərə 
alınmışdır.  Maliyyə  və  vergi  sisteminin  yenidən  təşkil  edilməsi  haqqında  qanunlarda 
vergilərin sayının azaldılması, dərəcə və miqdarının müəyyən edilməsi və toplanması vaxtına 
əməl edilməsi kimi məsələlər öz əksini tapmışdır.  
Qeyd edildiyi kimi, maliyyə nəzəriyyəsinin inkişaf tarixində orta əsr Qərb elmi fikrinin 
də böyük əhəmiyyəti olmuşdur. F.Akvinskidən başlanan bu istiqamət sonralar T.Men, Con 
Lokk, David Yum, U.Petti və başqaları tərəfindən inkişaf etdirilmişdir. Şərqin dünyaşöhrətli 
mütəfəkkirlərindən  Əli  Fərabi,  İbn  Sina,  Əbu  Reyhan  Biruni,  N.Gəncəvi,  N.Tusi,  İbn 
Xəldunun  iqtisadi  fikir  tarixində  böyük  xidmətləri  olmuşdur.  Azərbaycanda  orta  əsrlərin 
iqtisadi  fikirlərini  öyrənərkən  əksər  hallarda  keçmişimizə  müasir  dövrün  tələbləri  ilə 
yanaşılmışdır.  
XIX  əsrin  ikinci  yarısında  Azərbaycanın  iqtisadi  fikri  M.F.Axundov,  H.B.Zərdabi, 
N.B.Vəzirov və digər görkəmli mütəfəkkirlərin adı ilə bağlıdır. Onlar öz əsərlərində ölkədə 
sənayenin  inkişaf  etdirilməsi,  kənd  təsərrüfatı  banklarının  yaradılması,  həvəsləndirici 
metodların  tətbiqinə  dair  iqtisadi  xarakterli  ideyalar  irəli  sürmüş,  əmtəə-pul  münasibətləri, 
qiymətlərin dəyişməsi, tələb və təklif, rüsum və digər kateqoriyalardan istifadə etmişlər.   
Sosialist  maliyyə  sistemi  XX  əsrdə  SSRİ,  Şərqi  Avropa  ölkələri  və  digər  ölkələrdə 
bərqərar  olmuşdur.  1920-1991-ci  illərdə  dünyanın  altıda  bir  hissəsini  əhatə  etmiş,  SSRI 
məkanında  yaradılmış  və  inkişaf    etmiş  sosialsit  maliyyə  sisteminin  müsbət  və  mənfi 
cəhətlərinin öyrənilməsi olduqca vacibdir.   
1991-ci  ildə  Azərbaycan  Respublikası  70  ildən  artıq  bir  dövrü  əhatə  edən  bir  iqtisadi 
sistemdən  imtina  etmişdir.  Keçmişdə  Azərbaycan  SSR-nin  maliyyəsi  Sovet  maliyyə 
sisteminin tərkib hissəsi olmuş, o dövrün bütün xüsusiyyətlərini özündə əks etdirmişdir.  
1991-ci  ildən  dövlət  müstəqilliyini  əldə  etmiş  Azərbaycan  Respublikasının  maliyyə 
sistemi  əsaslı  dəyişikliyə  uğramışdır.  Müasir  dövrün  tələblərinə  cavab  verən  struktur 
formalaşmış,  onun  dinamik  inkişafı  təmin  edilmişdir.  Mükəmməl  büdcə,  maliyyə,  kredit, 
bank sistemi yaradılmışdır.   
Aparılan genişmiqyaslı islahatlar nəticəsində aşağıdakı uğurlar əldə edilmişdir:  
a)  Ölkəmizdə  maliyyə-büdcə  münasibətləri  tam  yeniləşmiş,  müxtəlif  növ  vergi  və 
rüsumlar dövlət büdcəsinin əsas gəlir mənbəyinə çevrilmildir.   
b)  ÜDM-un davamlı artımı dövlət büdcəsinin dinamik inkişafına zəmin yaratmışdır.  
c)  İnflyasiyanın qarşısı alınmış, valyuta sabitliyi təmin edilmiş, pulun  
alıcılıq qabiliyyəti yüksəlmişdir.   
d)  Dövlət  büdcəsinin  kəsiri  azalmış,  kredit  bank  sisteminin  geniş  şəbəkəsi 
yaradılmışdır.  
e)  Valyuta ehtiyatlarının həcmi dinamik olaraq artmışdır.  



 
 
 
İqtisadiyyatı  inkişaf  etdirmək  üçün  dövlətin  iqtisadi  siyasətinin  tərkib  hissəsi  olan 
maliyyə  siyasətininin  həyata  keçirilməsi  üçün  bir  sıra  qanunlar  qəbul  edilmişdir.  Bu  dövr 
ərzində 250-dən çox qanunvericilik aktları qəbul edilmişdir.  
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin