“maliYYƏ” fənnindən mühazirə mətnləri


MALIYYƏNIN MAHIYYƏTI, FUNKSIYALARI, ZƏRURİLİ VƏ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə7/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   157
Maliyyə muhazirələri yeni (1)

1.3.MALIYYƏNIN MAHIYYƏTI, FUNKSIYALARI, ZƏRURİLİ VƏ PREDMETİ 
  
 Maliyyə tarixi kateqoriyadır. O, cəmiyyətin siniflərə ayrılması və dövlətin yaranması ilə 
eyni zamanda meydana gəlmişdir. Lakin iqtisadi kateqoriya kimi maliyyə münasibətləri XIII-
XV  əsrlərdə İtaliyanın  böyük  ticarət mərkəzlərində  meydana  gəlmişdir.  Maliyyə  sözü latın 
sözü olub (Finansio) – yəni pul ödənişi (pul tədiyəsi) sözündən əmələ gəlmişdir.   
Maliyyənin  predmeti –ÜDM və milli gəlirin bölgüsü və yenidən bölgüsü, təsərrüfatların 
və dövlətin pul vəsaiti fondlarının və gəlirlərinin yaradılması, istifadəsi prosesində yaranan 
iqtisadi münasibətlər sisteminin məcmusudur. Cəmiyyətdə baş verən bütün iqtisadi proseslər
müəssisələrin  bir-biri  ilə  qarşılıqlı  iqtisadi  əlaqələri,  dövlətlə  müəssisələr,  dövlətlə  əhali 
arasındakı  iqtisadi  əlaqələr  pul  vasitəsilə  həyata  keçirilir.  Çünki  pul  əmtəə  istehsalı  və 
mübadiləsi  prosesində  bütün  əmtəələr  üçün  ekvivalent  rolu  oynayır.  Yəni  müəssisələrin 
istehsal etdiyi bütün məhsullar pul vasitəsilə alınır və satılır.   
Çox  zaman  maliyyəni  pul  anlayışı  ilə  eyniləşdirirlər.  Maliyyə  pul  vasitəsilə  təzahür 
etdiyinə  görə  o  heç  də  pul  adlandırıla  bilməz.  Maliyyə  münasibətləri  pul  münasibətləri 
vasitəsilə  baş  verməsinə  baxmayaraq,  pul  münasibətlərinə  nisbətən  daha  məhduddur.  Pul 
münasibətləri  daha  geniş  anlayışdır.  Çünki  o,  bütün  alqı-satqı  münasibətlərini,  eləcə  də 
maliyyə  münasibətlərini  əhatə  edir.  Lakin  maliyyə  münasibətləri  yalnız  Ümumi  Daxili 
Məhsulun  və  Milli  Gəlirin  bölüşdürülməsi və  yenidən  bölüşdürülməsi  nəticəsində  yaranan, 
məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan pul münasibətləri 
sistemini əhatə edir.  
Vətəndaşlar  arasında,  vətəndaşlar  ilə  ticarət  təşkilatları  arasında  əmələ  gələn 
münasibətləri  maliyyəyə  aid  etmək  olmaz.  Ona  görə  ki,  dövlət  burada  pul  münasibətlərini 
mülki-hüquqi metodlarla tənzimləyir.  
Beləliklə,  maliyyə həmişə pul münasibətləri formasında təzahür edir, lakin istənilən pul 
münasibəti həmişə maliyyə münasibəti deyildir.  
Biz qeyd etdik ki, maliyyənin meydana gəlməsi və inkişafı bilavasitə dövlətin meydana 
gəlməsi ilə əlaqədardır. Çünki məcmu ictimai məhsulun bölgüsü elə təşkil edilir ki, onun bir 
hissəsi  dövlətin  saxlanılması  və  dövlətin  funksiyalarının  həyata  keçirilməsi  üçün  istifadə 
edilir. Bazar iqtisadiyyatı şəraititndə maliyyənin bölgü kateqoriyası kimi rolu daha da artır. 
Belə  ki,  maliyyə  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisələrin,  birliklərin, 
təşkilatların pul vəsaiti fondlarının yaradılmasında və istifadə olunmasında iştirak edir.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin