“maliYYƏ” fənnindən mühazirə mətnləri


Birinci  mərhələ  Roma  imperiyası  dövründən



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə5/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   157
Maliyyə muhazirələri yeni (1)

Birinci  mərhələ  Roma  imperiyası  dövründən  başlayaraq  və  XX  əsrin  ortalarında  başa 
çatan mərhələdir. Bu mərhələnin nəzəri əsasını maliyyənin klassik nəzəriyyəsi təşkil edir.   
İkinci  mərhələnin  nəzəri  əsasını  maliyyənin  neoklassik  nəzəriyyəsi  təşkil  edir.  Birinci 
mərhələnin  mahiyyəti  ondan  ibarətdir  ki,  maliyyə  münasibətlərində  əsas  mövqe  dövlətə, 
ikinci mərhələdə isə xüsusi sektora aiddir. Birinci mərhələ uzun bir dövrü əhatə etdiyi üçün 
müxtəlif  dövrlərə  bölünür.  XIX  əsrin maliyyə  elminin  aparıcı  nəzəriyyəçilərindən  biri olan 
K.Ray onun inkişafında 3 dövrü fərqləndirir: qeyri-elmi vəziyyət; elmi işləmələrə keçid; elmi 
(səmərəli) dövr.  
Birinci dövr uzun müddəti əhatə edir. Maliyyə elmi tarixçiləri onun başlanğıcını qədim 
Afina  və  Roma  dövrlərinə  aid  edirlər.  Dövlətin  həmin  dövrdə  gəlirləri  bir  neçə  mənbədən 
formalaşdı  ki,  onlardan  əsasları  dövlət  torpaqlarından,  mədənlərdən,  bazarlardan, 
körpülərdən  istifadəyə  görə  haqq  idi.  Dövlət  xərclərinin  də  istiqamətləri  müxtəlif  idi.  O 
zamanlar  mürəkkəb  maliyyə  sisteminə  ehtiyac  yox  idi.  Orta  əsrlərin  sonu  bir  çox  alimlər 
tərəfindən maliyyə elminin inkişafının ikinci dövrünün başlanğıcı kimi elmi işləmələrə keçid 
mərhələsi  adlandırılmışdır.  Orta  əsrlərin  sonunda  dövlət  xəzinəsinin  kral  xəzinəsindən 
ayrılması  prosesi  başlamışdır.  Belə  ki,  daim  artan  dövlət  xərclərini  kral  xəzinəsi  ödəyə 
bilməzdi.  Dövlətin  ehtiyaclarını  rüsum  və  yığımlar  hesabına  həll  etmək  mümkün  deyildi. 
Ona görə də XVIII əsrin sonunda bir çox ölkələrdə vergi sisteminin formalaşması prosesinin 
aktivləşməsi tamamilə təbii idi.  
Məhz XVIII əsrin II yarısının alimləri maliyyə elminin meydana gəlməsinin tarixi kimi 
qeyd  edirlər.  Elə  həmin  illərdə  maliyyənin  inkişafında  elmi  və  səmərəli  dövr  başlamışdır. 
Sistemləşdirilmiş  maliyyə  elminin  ilk  nümayəndələri  olan  alman  alimləri  İ.Yutsi  və 
Y.Zonnefelsin fikrincə, maliyyə elmi elə qaydaların toplusudur ki, onların köməyi ilə dövlət 
əlverişli şəkildə öz gəlirlərini əldə edir.  
Sonralar  yeni  elmi  istiqamətin  formalaşması  üzrə  araşdırmalar  xeyli  intensivləşmişdi. 
Artıq XIX əsrin axırlarında əsasən iqtisad məktəbinin nümayəndələrinin səyi ilə “maliyyə” 



 
 
 
termini birmənalı qəbul edildi.  
XX  əsrin  40-cı  və  50-ci  illərini  maliyyə  elminin  inkişafinda,  onun  məzmununun 
şərhində yeni mərhələnin başlanğıcı adlandırmaq olar. Məhz həmin illərdə maliyyənin  yeni 
klassik  nəzəriyyəsi  təşəkkül  tapmışdır.  İngilis  iqtisadçısı  C.M.  Keyns  1929-1933-cü  illərin 
dərin  böhranı  zamanı  qeyri-sabit  inkişaf  şəraitində  dövlətin  iqtisadiyyata  müdaxiləsinin 
zəruriliyini əsaslandırmışdır. Keynsin fikrincə vergilər və borclar hesabına dövlət xərclərinin 
artması  sahibkarlıq  fəaliyyətini  canlandıra  bilər.  Bu  da  milli  gəlirin  artmasını  və  işsizliyin 
ləğv edilməsini təmin edə bilər. Daha sonra maliyyənin neoklassik nəzəriyyəsinin təşəkkülü 
və  inkişafı  çox  sürətli  templə  getmişdir.  Bunun  əsas  səbəbi  biznesin  inkişafı  və 
beynəlmiləlləşməsi, maliyyə bazarının möhkəmlənməsi, bank sektorunun genişlənməsi və s. 
olmuşdur. Maliyyənin neoklassik nəzəriyyəsi aşağıdakı kimi əsaslandırılırdı:  
1.Dövlətin iqtisadi qüdrəti xüsusi sektorun gücü ilə müəyyən edilir.  
2.Xüsusi sektorun fəaliyyətinə dövlətin müdaxiləsi minimuma endirilir.  
Son  zamanlar  maliyyə  münasibətləri  sferasında  əsaslı  dəyişikliklər  baş  vermiş, 
“Maliyyə” fənninin məzmunu dəyişmişdir. Belə ki, o əvvəllər yalnız dövlət maliyyəsi kimi 
başa  düşülürdüsə,  hazırda  onun  predmeti  müəssisənin,  sığorta  təşkilatlarının,  ev 
təsərrüfatlarının, maliyyə bazarlarının və s. maliyyəsinədək genişlənmişdir.  
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin