“maliYYƏ” fənnindən mühazirə mətnləri


sərəncamında  olan  pul  vəsaiti  fondlarının  məcmusudur



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə14/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   157
Maliyyə muhazirələri yeni (1)

sərəncamında  olan  pul  vəsaiti  fondlarının  məcmusudur.      Maliyyə  resursu  dedikdə 
müəssisə  və  təşkilatların,  dövlət  hakimiyyət  orqanlarının  sərəncamında  olan    və  onlar 
tərəfindən  geniş  təkrar  istehsal  məqsədlərinə,  sosial  ehtiyaclara,  işçilərin  maddi 
stimullaşdırılmasına,  digər  tələbatların  ödənilməsinə  istifadə  edilən  pul  gəlirləri,  yığım  və 
daxilolmalar başa düşülür.  
Dövlət  maliyyə  resursları-öz  xərclərini  ödəmək  üçün,  onun  müəssisə  və  təşklatlarının 
malik  olduqları  bütün  pul  vəsaitləri  fondlarının  və  daxilolmaların  məcmusudur.  Maliyyə 
resursları  mərkəzləşdirirlmiş  fondlara-dövlət  büdəci,  büdcədənkənar  fondlara  və  qeyri-
mərkəzləşdirilmiş maliyyə resurslarına bölünür.  
Mərkəzləşdirilmiş  maliyyə  resursları  dövlət  büdcəsində,  büdcədənkənar  fondlarda 
cəmləşdirilir.  
 Maliyyə  resursları  geniş  təkrar  istehsal  prosesinin  maliyyə  təminatını  həyata  keçirir, 
cəmiyyətin  artan  tələbatlarının  ödənilməsinə  yönəldilir,  işçi  qüvvəsinin  təkrar  istehsalını 
həyata  keçirir.  Təkrar  istehsalın  maliyyə  təminatı  –  təkrar  istehsal  xərclərinin  maliyyə 
ehtiyatları  vasitəsilə  təmin  olunmasıdır.  Maliyyə  resursları  vasitəsilə  əsas  vəsaitlərin  geniş 
təkrar istehsalı dövriyyəsi təmin edilir, yəni əsas fondların istifadə olunmuş dəyərinin geniş 
şəkildə ödənilməsi həyata keçirilir.   
 Maliyyə  resursları  istehsal  prosesinin  digər  mühüm  amili  olan  əməyin,  yəni  işçi 
qüvvəsinin  geniş  təkrar  istehsalını  təmin  edir.  Belə  ki,  yeni  yaradılmış  dəyərin  bölgüsü 
zamanı  yaranan  və  maliyyə  ehtiyatları  kimi  çıxış  edən  məqsədli  pul  fondlarının  vəsaitləri 
hesabına  işçilərin  maddi  stimullaşdırılması,  onların  sosial  və  mədəni  məişət  şəraitinin 
yaxşılaşdırılması, işçilərin daha təkmil əmək vərdişlərinə yiyələnməsi həyata keçirilir.  
Maliyyə  resurslarının  həcmi  istehsal  prosesindən  asılıdır.  İstehsal  prosesinin 
səmərəliliyinin  yüksəldilməsi,  onun  həcminin  genişləndirilməsi  ÜDM-un,  milli  gəlirin, 
nəticədə  maliyyə  ehtiyatlarının  həcmini    artırır.  Bu  da  cəmiyyətin tələbatının  ödənilməsinə 
imkan  verir.  Maliyyə  ehtiyatlarından  səmərəli  istifadə  istehsalın  fasiləsizliyinin  təmin 
edilməsinə,  onun  həcminin  genişləndirilməsinə,  daha  təkmil  texnologiyaların  tətbiqi 
nəticəsində  istehsalın  səmərəliliyinin,  maliyyə  resurslarının  həcminin  daha  da  artırılmasına 
gətirib çıxarır.  
Maliyyə  tənzimlənməsi  nəticəsində  resursların  sahələr,  regionlar  arasında  bölgüsü 
həyata  keçirilir  ki,  bu  da  iqtisadiyyatda  baş  verə  biləcək  uyğunsuzluqların  aradan 
qaldırılmasına səbəb olur.  
Müəssisələrin maliyyə resursları - təsərrüfat subyektlərinin sərəncamında olan bütün pul 
vəsaitlərinin və daxilolmaların məcmusudur.  
Təsərrüfat  subyektlərinin  fəaliyyəti  nəticəsində  yaranan  gəlirlər,  daxilolmalar  və 
yığımlar  maliyyə  resurslarının  növlərini  təşkil  edir.    Bunlara  amortizasiya  ayırmaları, 


11 
 
 
 
mənfəət, vergi gəlirləri, sığorta ödənişləri və s. aiddir.  
Təsərrüfat  subyektlərinin  maliyyə  resurslarının  tərkibinə-maddi  istehsal  sferası,  qeyri-
istehsal  sferası,  təsərrüfatın  aparılması  üsulu  (kommersiya  və  qeyrikommersiya),  təşkilati-
hüquqi forma, sahə xüsusiyyətləri və s. təsir göstərir.  
Maliyyə resurslarının həcminin artmasına təsir edən mühüm amillərdən biri investisiya 
qoyuluşudur.    
Maliyyə  resurslarının  formalaşması  mənbəyini  ümumi  daxili  məhsul,  milli  sərvətin 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin