“maliYYƏ” fənnindən mühazirə mətnləri


MALIYYƏNIN DIGƏR  ELMLƏRLƏ  VƏ IQTISADI



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə9/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   157
Maliyyə muhazirələri yeni (1)

1.4.MALIYYƏNIN DIGƏR  ELMLƏRLƏ  VƏ IQTISADI 
KATEQORIYALARLA QARİILIQLI ƏLAQƏSI  
  
Maliyyə elmi iqtisadi nəzəriyyənin müvafiq bölməsini əhatə etməklə, bir çox fənlərin – 
“Büdcə sistemi”, “Müəssisələrin maliyyəsi”, “Maliyyə hüququ” və s. ümumi nəzəri əsasını 
təşkil edir. Maliyyə elmi bir sıra elmlərlə qarşılıqlı əlaqıdı öyrənilir.  



 
 
 
1.Maliyyə elminin hüquq arasında əlaqə. Maliyyə elmi dövlət hüququ və xüsusi hüquqla 
sıx  əlaqəyə  malikdir.  Dövlət  hüququnun  əsas  sahəsi  konstitusiya  hüququdur.  Belə  ki, 
vətəndaşların  vergi  ödənilməsi  ilə  bağlı  hüquq  və  vəzifələri,  büdcə  hüququ,  büdcənin 
parlamentdə  təsdiqi  və  digər  məsələlər  AR  Konstitusiyası  ilə  tənzimlənir.  Bundan  əlavə 
dövlət maliyyəsi idarəetmə hüququ ilə sıx bağlıdır. Dövlətin xidmətləri həm mərkəzi, həm də 
yerli  hakimiyyət  orqanları  tərəfindən  yerinə  yetirilir.  Bu  xidmətləri  yerinə  yetirmək  üçün 
təbii ki, pul vəsaitləri lazımdır.  
Ona  görə  də  yerli  büdcələr  mühüm  rol  oynayır.  Xüsusi  hüquq  sahələrinə  maliyyə 
hüququ, əmlak hüququ, bank hüququ, vergi hüququ və s. aiddir.  
2.Maliyyə  ilə  statistika  arasında  əlaqələr.  Dövlət  büdcəsinin  gəlir  və  xərclərini 
proqnozlaşdırarkən, biznes plan hazırlanmasında, idxal və ixrac əməliyyatlarının təhlili və s. 
proseslərdə statistik göstəricilərdən istifadə edilir. Əhalinin və ya  müxtəlif sahələrin iqtisadi 
vəziyyətinə  dair  statistik  göstəricilərlə  tanış  olmadan  düzgün  proqnozlara  əsaslanan  dövlət 
büdcəsi hazırlamaq mümkün deyildir.  
3.Maliyyə elminin menecmentlə qarşılıqlı əlaqəsi. Menecment iqtisadiyyatın idarəedil-
məsini əhatə edir. Maliyyə menecmentin obyekti kimi çıxış edir həm də ona təsir edir.  
4.Maliyyə  eliminin  sosiologiya  elmi  ilə  qarşılıqlı  əlaqəsi.  Sosiologiya  elminin  əsas 
vəzifəsi sosial hadisələri öyrənməkdir. Sosial davranış, sosial təbəqələşmə, sosial hadisələrə 
aiddir.  Maliyyə  hadisələri  dövlət  xərcləri,  vergilər  və  s.  yaranan  bütün  sosioloji  hallar 
sosiologiya  elminin  obyektidir.  Öyrənilən  sosial  hadisələr  maliyyə  münasibətləri  ilə 
tənzimlənir.   
5.  Maliyyə  ilə  xarici  ticarət  arasındakı  əlaqə.  Bazar  iqtisadiyyatının  ən  mühüm 
funskyalarından  biri  müxtəlif  mal  və  xidmətlər  üçün  bazarda  yaranan  tələbin  ödənilməsi 
məqsədilə  iqtisadiyyatda  istifadə  olunmayan  mənbələri  aşkar  etməkdir.  Bu  mənbələrdən 
istifadə  olunması  ilə  biznes  bölməsi  meydana  gəlir.  Beynəlxalq  iqtisadi  əlaqələr  biznes 
əsasında inkişaf edir. Biznesin reallaşdırılması xarici ticarət vasitəsi ilə mümkündür. Xarici 
ölkələrdən  idxal  edilən  mallara  görə  ödənilən  vergilər  və  rüsumlar,  və  onların  alınma 
səsbabləri maliyyə münasibətləri ilə tənzimlənir.   
Maliyyə eyni zamanda bir çox katiqoriyalarla qarşılıqlı əlaqədədir.   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin