“maliYYƏ” fənnindən mühazirə mətnləri


 MALİYYƏ ELMİNİN YARANMASI VƏ İNKİŞAFI



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə4/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   157
Maliyyə muhazirələri yeni (1)

  
1.1. MALİYYƏ ELMİNİN YARANMASI VƏ İNKİŞAFI  
   
Maliyyə  latın  mənşəli  söz  olmaqla  əmtəə-pul  münasibətlərinin  müəyyən  inkişaf 
mərhələsində  meydana  gəlmişdir.  Mahiyyət  etibarilə  pul  münasibətləri  sistemi  olmaqla 
dövlətin  mövcudluğu  və  fəaliyyəti  ilə  sıx  bağlıdır.  Kapitalizmə  qədərki  dövrlərdə  dövlətin 
ehtiyaclarının  ödənilməsi  üçün  müxtəlif  rüsumlar  yığılırdı.  Əmtəə-pul  münasibətlərinin 
inkişaf dairəsi məhdud olduğundan, maliyyənin inkişafı üçün zəmin hələ zəif idi. Lakin bu 
münasibətlərin  inkişaf  etdiyi  kapitalizm  cəmiyyətində  maliyyə  milli  gəlirin  bölgüsü    və 
yenidən  bölgüsü  prosesində  pul  vəsaiti  fondlarının  əmələ  gəlməsi,  bölgü  və  istifadəsi  ilə 
əlaqədar yaranan geniş iqtisadi münasibətlər sistemini ifadə etməyə başladı.   
Maliyyə elminin müstəqil elm kimi meydana gəlməsi böyük bir tarixi yol keçmişdir. Bu 
onu  göstərir  ki,  bu  elm  hələ  çox  qədim  zamanlarda  yaranmış,  öyrənilmişdir.  Maliyyə 
nəzəriyyəsinə aid ilk elmi əsərin müəllifi yunan mütəfəkkiri Ksenefont (e.ə.430-355) hesab 
edilir.  Onun  maliyyə  nəzəriyyəsinin  inkişaf  yolunun  Aristotel  tərəfindən  inkişaf  etdirildiyi 
iddia  edilir.  Aristotelin  əsərlərində    bütövlükdə  maliyyə  sistemi,  eləcə  də  dövlət  maliyyə 
sistemi haqqında baxışlar öz əksini tapmışdır.   
Prof.B.M.Sabantinin  fikrincə,  maliyyə  anlayışını  məişətə  daxil  edən  müəllifin  adını 
göstərmək  çox  çətindir.  XIII-XV  əsrlərdə  o,  pul  ödənişini  ifadə  edirdi.  XVI  əsrdən  XIX 
əsrədək  maliyyə  münasibətləri  dövlət  gəlirlərinin  formalaşması  və  onların  xərclənməsi  ilə 
əlaqələndirilirdi. Hətta Rusiyada XIX və XX əsrdə maliyyə haqqında elm dövlət gəlirləri və 
xərcləri  sahəsində  hüquqi  normaları  öyrənən  hüquq  fənni  kimi  tədris  edilmişdir. 
E.A.Voznesenski  maliyyə  münasibətlərinin  imperativ  cəhətini  ayırdı.  O,  sübut  etməyə 
çalışırdı  ki,  maliyyə  münasibətləri  dövlət  tərəfindən  dövlət-hakimiyyət  qaydasında 
formalaşır.   



 
 
 
Qərbi  Avropada  azad  rəqabətin  inkişafı  merkantelistlərin  bir  çox  ideyalarını  puça 
çıxardı.  Dövlətin  təsərrüfat  həyatına  müdaxiləsini  limitləşdirən  klassik  siyasiiqtisadın 
yayılmasının,  əlbəttə  tarixi  izahı  vardır.  Həmin  dövrdə  inqisadiyyatda  müqəddəratı  həll 
edilən  bazar  və  azad  seçim  idi.  Dövlətin  formalaşması  və  inkişafının  bütün  dövrlərində 
cəmiyyət  əvvəlcə  natural  formada  və  sonralar  isə  pul  formasında  dövlət  gəlirlərinin 
formalaşdırmaqla  onun  tələbatını  ödəmişdir.  Tarixən  maliyyənin  meydana  gəlməsi 
cəmiyyətin gəlirləri hesabına dövlətin gəlirləri və xərclərinin formalaşması ilə bağlıdır.  
Maliyyə  haqqında  biliklərin  sistemləşdirilməsində  İtaliya  alimləri  D.Karafa, 
N.Makiavelli, C.Botero kimi görkəmli alimlər mühüm rol oynamışlar.  
XVII  əsrin  əvvəllərində  dövlət  xəzinəsinə  vəsaitlərin  cəlb  edilməsi  üsullarının  sürətli 
inkişafına  baxmayaraq  bir  çox  feodal  dövlətlərdə  maliyyə  haqqında  elm  ümumən  qəbul 
edilmədi.  Bəzi  iqtisadçı  alimlər  maliyyə  elminin  mövcudluğunu  şübhə  altına  alırdı.  Lakin 
zaman keçdikcə maliyyə haqqında təsəvvürlər öz şəklini dəyişdi.   
Maliyə elminin təşəkkülü və inkişafı üçün xarakterik olan iki mərhələni ayırmaq olar. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin