M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə8/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   4   5   6   7   8   9   10   11   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

Xarici investisiya siyas
əti 
uzunmüddətli beynəlxalq 
kapital qoyuluşları sahəsində görülən tədbirləri əhatə edir. Bu 
kapital qoyuluşları özündə birbaşa xarici investisiyaları və 
uzunmüddətli portfel qoyuluşlarını birləşdirir. Birbaşa xarici 
kapital qoyuluşları beynəlxalq aləmdə kapital transferi olmaqla, 
eyni zamanda t
əşəbbüsçülük, texnoloji yenilik, risk və təşkilatçılıq 
t
ədbirlərini birləşdirir. Müasir kapital qoyuluşlarını həyata keçirən 
transmilli korporasiyalarla 
əlaqədar xarici iqtisadi siyasət xarici 
investisiya siyas
ətinin aparıcı sahəsidir. Beynəlxalq kapitalın 
h
ərəkətinə 
transmilli 
korporasiyaların 
birbaşa 
kapital 
qoyuluşlarından başqa beynəlxalq pay sənədləri, istiqraz 
buraxmaq v
ə beynəlxalq bazarlarda istiqrazlar alıb-satmaqla 
əlaqədar olan ehtiyatlar da daxildir. 
Xarici yardım siyasəti 
bir 
dövlətdən və ya beynəlxalq 
t
əşkilatdan başqa dövlətə yardım verilməsi və alınması, habelə 
yardım alan ölkədə bu yardımın istifadəsi üzrə tədbirləri əhatə 
edir. Bu siyas
ət xarici iqtisadi siyasətin ən gənc sahəsidir. Müasir 
m
ərhələdə bu siyasət başlıca olaraq inkişaf etməkdə 
20 


olan ölkələrə inkişaf etmiş dövlətlər və beynəlxalq təşkilatlar 
t
ərəfindən müxtəlif məqsədlər üçün (iqtisadi inkişafın təmin 
olunması, ödəniş balansı kəsirinin ödənilməsi, milli valyutanın 
sabitliyinin t
əmin olunması, milli müdafiə və s.) verilən 
yardımlarla əlaqədar məsələlərin tənzimlənməsinə yönəlmişdir. 
Klassik 
v
ə neoklassik iqtisadçılar xarici ticarət 
n
əzəriyyəsini statik baxımından nəzərdən keçirmişlər və ümumi 
iqtisadi İnkişaf problemlərinə ayrıca diqqət yetirmişlər. Ona görə 
d
ə, iqtisadi inkişaf və beynəlxalq ticarət arasında mövcud olan 
qarşılıqlı əlaqələr diqqətlə öyrənilməlidir. 
İqtisadi inkişaf cəmiyyətin tələbatında və mallara üstünlük 
verilm
əsində dəyişikliklər yaradır. Xarici ticarətlə məşğul olan 
ölkələrin əhalisi ölkədə istehsal olunmayan mallar almaq 
imkanına malik olur və onların hesabına öz tələbatlarını ödəyirlər. 
Başqa sözlə, xarici ticarət yeni ehtiyatlar yaradır və onların təmin 
olunması zərurətini doğurur. Beynəlxalq ticarət is- tehlak 
s
əviyyələrinin bərabərləşməsinə səbəb olur. Bütün bunlar isə 
ölkə istehsalının daxili strukturunda da dəyişikliklər edilməsini 
t
ələb edir. İdxala əsaslanan istehlakın artması xarici ticarət 
h
əcminin artmasına, əksinə, ixrac yönlü inkişaf isə xarici ticarətin 
h
əcminin azalmasına səbəb olur. 
M
əlumdur ki, adambaşına gəlirin artması əhalinin fərdi 
istehlakının strukturunda dəyişikliyə səbəb olur və bu zaman 
t
ələbin xarakterində iki qanunauyğunluq özünü göstərir. 
H
ər şeydən əvvəl, gəlirlər artıqca əhalinin müxtəlif növ 
mal v
ə xidmətlərə olan tələbi artır, tələbin həcmində şərti olaraq 
gündəlik tələbat mallarının xüsusi çəkisi azalır, uzun müddət 
t
ələb olunan sənaye və təsərrüfat mal qruplarının xüsusi çəkisi 
is
ə artır. 
21 


Alman iqtisadçısı Enqelin adı ilə adlanan bu 
qanunauyğunluqda ilkin tələbat mallarına ərzaq, lyuks mallara 
is
ə uzunmüddətli istifadə olunan mallar (soyuducu, televizor və 
s.) aid edilmişdir. Bu qanuna görə qiymətlər və demoqrafik 
d
əyişikliklər sabit qaldığı halda, gəlirlərin artımı ərzağa olan 
istehlak x
ərclərinin payının azalmasına gətirib çıxarır. Bu zaman 
ərzağa olan tələb artır, lakin bu artım gəlirlərin artımından geri 
qalır. Ailə büdcəsinin tədqiqi nəticəsində yaranmış həmin qanun 
ist
ər ayrı-ayrı ailələr, İstərsə də bütöv bir ölkə üzrə real həyatda 
özünü doğruldur, iqtisadi İnkişafın nəticəsi olaraq adambaşına 
g
əlirin artması tələbin strukturunda dəyişiklik yaradır. Bu 
d
əyişiklik isə gəlirləri az elastikliyə malik olan ərzaq, hər şeydən 
əvvəl taxıl istehsalçılarının əleyhinə olur. 
Enqel qanunu bel
ə bir nəticəyə gəlməyə imkan verir ki, 
göstərilən qanunauyğunluq və ilkin tələbat malları qiymətlərinin 
d
əyişməsinə səbəb olur. Gəlirin artması lyuks mallara olan tələbi 
v
ə müvafiq olaraq onların qiymətlərinin nisbi artmasına gətirib 
çıxarır. Bu isə malların idxalı üzrə ixtisaslaşmış ölkələrin sürətli 
inkişafına yol açır. İlkin tələbat malları istehsal edən 
mülkiyyətçiləri və ölkələri isə həmin mallara olan tələbin və 
müvafiq surətdə qiymətlərin nisbi olaraq azalması prosesi 
gözləyir. 
Zaman keçdikcə istehsal amilləri kəmiyyət və keyfiyyət 
d
əyişikliyinə məruz qalırlar. Hər hansı bir ölkədə iqtisadi artım, 
istehsal amill
ərinin artımı və ya istehsal texnologiyasında tətbiq 
olunan yenilikl
ər nəticəsində baş verir. İstehsal amillərindən 
sayılan kapitalın həcmi və kadrların ixtisasları sürətlə artır. 
H
ər bir ölkədə müxtəlif istehsal amillərinin artımı özünü 
müxtəlif nisbətlərdə göstərir. Xarici ticarətdə bu amillərin müxtəlif 
növlərinin nisbəti ölkələr arasındakı artım sürətinin arasın 
10 


dakı fərqdədir. Bu fərqli artım vaxt getdikcə ölkənin malik olduğu 
müqayisəli üstünlüyün dəyişməsinə səbəb olur. Məsələn, XIX 
əsrin ikinci yarısında ABŞ daha çox dağ-mədən sənayesi 
m
əhsulları ixrac edən ölkə idi. Hal-hazırda İsə həmin məhsulları 
xaricd
ən gətirir. Başqa sözlə, ölkə keçən əsrdə daha çox material 
(xammal) tutumlu mal ixrac ed
ən ölkədən, əmək- kapital tutumlu 
mal ixrac ed
ən ölkəyə çevrilmişdir. Bu proses ona görə baş 
vermişdir ki, material amilinin artımı yavaş, əmək-kapital amilinin 
artımı isə sürətli olmuşdur. 
İstehsal amillərinin artım sürəti arasındakı fərqin xarici 
ticar
ətə göstərdiyi təsirin kanalları çoxsaylıdır. Bu özünü tələb və 
t
əklif vasitəsilə büruzə verir. Bu zaman həlledici məsələ istehsal 
amill
ərinin hansı sahələrdə - idxal ilə rəqabət vəziyyətində olan 
sah
ələrdə, yoxsa ixrac sahələrində daha sürətlə artmasıdır. 
y Dünya iqtisadi konyukturuna təsir edə bilməyən kiçik iq- 
tisaot^otensiala malik ölkələrdə idxalı əvəz etmə siyasətinin elmi 
əsaslarla aparılması bu ölkədə beynəlxalq əmək bölgüsünün 
üstünlüklərindən səmərəli istifadə edilməsi və iqtisadi inkişafın 
sürətləndirilməsi üçün əlverişli şərait yaradır. 
Keçid dövründə olan və beynəlxalq əmək bölgüsünün 
üstünlüklərindən səmərəli istifadə olunmayan ölkələrdə idxalı 
əvəz etmə siyasətinə daha böyük ehtiyac vardır. Məsələn, 
z
əngin təbii sərvətlərə və əlverişli iqlim şəraitinə malik olan 
respublikamızda əhalinin istehlak mallarının müəyyən hissəsinin 
xaricd
ən alınması ölkənin iqtisadi inkişafını sarsıdan başlıca 
amill
ərdən biridir. Bu vəziyyət yalnız məqsədyönlü və elmi 
əsaslara söykənən idxalı əvəzetmə siyasəti vasitəsilə aradan 
qaldırıla bilər. 
23 


M
əhdud iqtisadi potensiala malik olan ötkələrdə ixracı 
genişləndirmə 
siyas
əti 
dünya 
miqyasında 
müqayisəli 
üstünlüklərdən səmərəli istifadə olunması bu ölkələrin İqtisadi 
inkişafını sürətləndirəcəkdir. 
Dünya təsərrüfat sistemində yeni sənaye ölkələrinin 
t
əcrübəsi göstərir ki, ixrac potensialının genişləndirilməsi siyasəti 
yeridil
ərkən 
bütün 
qüvvələri 
istehsal 
potensialının 
genişləndirilməsinə yönəldən ölkələr daha səmərəli iqtisadi 
n
əticə əldə edirlər. Mal ixracının genişləndirilməsi daha zəmanətli 
inkişaf üçün əlverişli şərait yaradır. Bu baxımdan Azərbaycanda 
ixrac potensialının genişləndirilməsində bütün ümidləri yalnız 
neft
ə bağlamaq nə nəzəri, nə də praktiki cəhətdən düzgün 
deyildir. H
əyat çoxstrukturlu ixrac siyasətinin olmasını tələb edir. 
Müasir mərhələdə idxalı əvəzetmə və ixrac potensialının 
genişləndirilməsi siyasəti inkişaf etmiş ölkələrin yeritdiyi iqtisadi 
siyas
ətin mühüm tərkib hissəsidir. Bazar iqtisadiyyatına malik 
ölkələrin təcrübəsi göstərir ki, idxalı əvəzetmə və ya ixracın 
genişləndirilməsi zamanı bu və ya digər sahələrin sürətli 
inkişafını təmin etmək üçün maliyyə-kredit mexanizmindən geniş 
istifad
ə etməklə, bu sahələrə əlavə kapital qoyuluşu cəlb edilməli, 
vergi d
ərəcələri aşağı salınmalıdır. 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin