M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə4/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   2   3   4   5   6   7   8   9   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

H.B. Allahverdiyev 
Az
ərbaycan Dövlət İqtisadi Universiteti 
«İqtisadiyyatın dövlət tənzimlənməsi» 
kafedrasının müdiri, İqtisad elmləri doktoru, 
professor 


GIRIS 
Beyn
əlxalq təcrübə göstərir ki, dünyanın heç bir ölkəsi 
xarici iqtisadi 
əlaqələr qurmadan öz milli iqtisadiyyatının normal 
inkişafını təmin edə bilməz. Ölkələr arasında bu əlaqələr çox- 
şaxəlidir və onun müxtəlif formaları (ixtisaslaşma, kooperasiya, 
müştərək və elmi-texniki əməkdaşlıq, xarici ticarət, lisenziya 
(ingilisc
ə «license» - qoyulmuş müddət ərzində və 
müəyyənləşdirilmiş şərtlərlə, göstərilən fəaliyyət növünün həyata 
keçirilməsinə icazə verən rəsmi sənəddir) və texnologiyalarla 
ticar
ət, işçi qüvvəsinin beynəlxalq hərəkəti, sosial-mədəni 
xidm
ətlərin göstərilməsi, turizm, azad iqtisadi zonaların 
yaradılması və s.) mövcuddur. Beynəlxalq iqtisadi münasibətlərin 
2/3 hiss
əsindən çoxu xarici ticarət əlaqələrinin payına düşür. 
Az
ərbaycanda xarici iqtisadi əlaqələrin müstəqil fəaliyyət 
tarixi çox gəncdir. Belə ki, təqribən 70 ildən çox bir müddət 
ərzində respublika iqtisadiyyatı SSRİ-nin vahid xalq təsərrüfatı 
kompleksinin t
ərkib hissəsi olduğundan, dünyadan təkcə siyasi 
c
əhətdən deyil, eyni zamanda, iqtisadi cəhətdən də təcrid 
olunmuş şəraitdə fəaliyyət göstərmişdir. Xarici ticarət üzərində 
dövlət nəzarəti bütün sahələri, onun ayrı-ayrı strukturlarını 
ittifaqdan asılı vəziyyətdə saxlamış, bir növ onların müstəqil 
inkişafına mane olmuşdur. Lakin bununla yanaşı, Azərbaycan 
SSRİ-nin xarici ticarət əlaqələrində fəal iştirak etmiş və 
respublikamız 350 addan çox məhsulla dünyanın 80 ölkəsi ilə 
ixrac 
əməliyyatı aparmış, eyni zamanda, öz tələbatını ödəmək 
üçün mərkəzləşmiş qaydada məhsul idxal etmişdir. 


ittifaqın dağılması ilə bu İttifaqa daxil olan respublikalar, o 
cümlədən Azərbaycan öz milli iqtisadiyyatını müstəqil qurmaq və 
öz milli mənafelərinə uyğun inkişaf etdirmək İmkanı qazandı. 
Az
ərbaycanın təbli və iqtisadi potensialının milli mənafeyə 
yönəldilməsi, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən 
istifad
ə etməklə dünyada gedən iqtisadi proseslərə qoşulmaq 
üçün şərait yaratdı və Azərbaycan beynəlxalq hüququn subyekti 
olmaqla dünya təsərrüfatına inteqrasiya oluna bildi. 
Lakin qısa zaman kəsiyində Azərbaycanda mövcud olan 
xarici iqtisadi 
əlaqələrin bazar iqtisadiyyatına keçid prosesi 
müstəqil tədqiqat sahəsi ola bilməzdi və təbii ki, bu iqtisadi 
əlaqələrin yalnız müxtəlif aspektləri tədqiq olunmuş və onun 
t
əkmilləşdirilməsi üçün konkret əməli təkliflər verilmişdir. 
Xarici İqtisadi əlaqələrin müxtəlif aspektləri və problemləri 
ayrılıqda tədqiq edilsə də, ölkədə sürətlə gedən iqtisadi-siyasi 
prosesl
ər fonunda bazar iqtisadiyyatı şəraitində xarici tica- 
r
ət-iqtlsadi əlaqələr kompleks tədqiq olunmamışdır. 
M
əhz bunlar nəzərə alınmaqla xarici iqtisadi əlaqələrin 
n
əzəri əsasları, dünya ölkələrinin qabaqcıl təcrübəsinə 
əsaslanmaqla Azərbaycanın xarici iqtisadi əlaqələrinin müasir 
v
əziyyəti, iqtisadi əlaqələrdə disproporsiyalar, çatışmamazlıqlar 
v
ə onun təkmilləşdirilməsi istiqamətləri tədqiq edilmişdir. 
Az
ərbaycanda iqtisadi islahatların müvəffəqiyyətlə 
h
əyata 
keçirilməsi, 
beyn
əlxalq 
neft 
müqavilələrinin 
reallaşdırılması və bütövlükdə bazar iqtisadiyyatına keçirməsi 
iqtisadi h
əyatın bütün sahələrində iqtisadi artıma, eyni zamanda, 
əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. 
Bununla yanaşı, Azərbaycan prezidenti H.Əliyevin 
d
əfələrlə qeyd etdiyi kimi, sovet hakimiyyəti illərində 
Az
ərbaycanda 


yüzlərlə sənaye müəssisələrinin, sosial obyektlərin istifadəyə 
verilm
əsi, nəqliyyatın bütün sahələrinin inkişaf etdirilməsi 
Az
ərbaycanda səmərəli ticarət-iqtisadi əlaqələr yaratmağa imkan 
vermişdir. 
Son ill
ərdə respublikanın xarici ticarət əlaqələri 
əhəmiyyətli dərəcədə yaxşılaşmış, dünya bazarında əlverişli 
qiym
ət konyukturası, ölkənin maliyyə vəziyyətinin yaxşılaşması, 
ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi, 
makroiqtisadi göstəricilərin yaxşılaşması ölkədə iqtisadi artım 
üçün şərait yarştmışdır. 
Bütün bunlara çox çətinliklə nail olunmuşdur. Belə ki, 
müstəqilliyin ilk illərində respublikada hökm sürən qeyri-siyasi 
sabitlik, hakimiyy
ətin tez-tez dəyişməsi, ermənilərin ölkəmizə 
qarşı ərazi iddiaları və torpaqlarımızın 20%-nln işğal edilməsi, 
ölkənin vətəndaş müharibəsi həddinə çatması iqtisadiyyatı iflic 
v
əziyyətinə salmışdı. 
Görkəmli dövlət xadimi H.Əliyevin xalqın tələbi ilə yenidən 
siyasi hakimiyy
ətə gəlməsi ölkədə siyasi sabitlik yaratmış, 
iqtisadi islahatları aparmağa imkan vermişdir. 
T
əbii ki, gömrük sistemini də ölkədə gedən ictimai-siyasi 
prosesl
ərdən kənarda təsəvvür etmək mümkün olmazdı. Məhz 
prezident H.Əliyevin təşəbbüsü ilə 1995-ci ilin yanvarında 
keçirilən geniş müşavirədə gömrük orqanlarının fəaliyyətinin 
h
ərtərəfli təhlililə əlaqədar etdiyi nitqdə söylədiyi «...biz elə bir 
gömrük orqanı yaratmalıyıq ki, o, xarici iqtisadi əlaqələrimizdə öz 
yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün 
hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz 
töhfəsini versin» - göstəriş xarakterli tövsiyə bu orqanların 
f
əaliyyət proqramı kimi qəbul olundu. Bununla əlaqədar faktiki 


olaraq hazırda xarici ticarət dövriyyəsinə kompleks gömrük 
n
əzarəti beynəlxalq standartlar səviyyəsinə uyğun, müasir 
maddi- texniki v
ə normativ bazaya malik Azərbaycan 
Respublikası Dövlət Gömrük Komitəsi, Naxçıvan Muxtar 
Respublikası Gömrük Komitəsi, 2 Baş Gömrük İdarəsi, Xəzər 
D
ənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin 
Mühafizəsi İdarəsi və 13 gömrükxana, 1 xüsusi təmayüllü enerji 
gömrükxanası və Aksiz gömrük postundan ibarət yerli gömrük 
orqanları tərəfindən aparılır. 
F
əaliyyət proqramının həyata keçirilməsinin nəticəsidir ki, 
bazar iqtisadiyyatına keçid şəraitində büdcənin mədaxil 
hiss
əsində gömrük vergi və rüsumlarının xüsusi çəkisi 2002-ci 
ild
ə 22,4% təşkil etmişdir ki, bu da 1994-cü illə müqayisədə 7,0 
d
əfə çoxdur. Buna xarici ticarətdə gömrük-tarif, qeyri-tarif 
t
ənzimləmələrinin tətbiqi, məhsul istehsalı və göstərilən 
xidm
ətlərin artımı hesabına, habelə gömrük nəzarətinin 
s
əmərəliliyinin artırılması və bütövlükdə gömrük orqanları 
sisteminin modernl
əşdirilməsi, məhz differensiallaşdırılmış tarif 
sistemin
ə uyğun olaraq Azərbaycan Respublikasının gömrük 
tarifinin müəyyən olunması, vasitəli vergilərin «son təyinat» 
prinsipi İlə alınması qaydalarının, «on-line» texnologiyasının 
t
ətbiqi, sabit informasiya mübadiləsinin təmini və s. nəticəsində 
nail olunmuşdur. 
Artıq 2002-ci ildə ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 
29,6 trln. manat t
əşkil etmiş və 2000-ci ilə nisbətən 1,3 dəfə 
artmışdır. Əhalinin hər nəfərinə ÜDM istehsalı 3676,4 min manat 
(756,3 ABŞ dolları) təşkil etmiş və ya 2000-ci ilə nisbətən bu 
artım məhsul istehsalı və göstərilən xidmətlər hesabına 1,1 dəfə 
çox olmuşdur. Göstərmək lazımdır ki, iqtisadi artım makroiqtisadi 
sabitlik şəraitində baş vermişdir. Ölkənin struktur isla- 
10 


hatlannın mühüm tərkib hissəsi olan özəlləşdirmə prosesi davam 
etdirilmişdir. Ölkədə həyata keçirilən İqtisadi İslahatlar 
n
əticəsində ildən-ilə özəl bölmədə məhsul İstehsalı artır. 
İnvestisiya mühitinin yaxşılaşdırılması, xarici iqtisadi fəaliyyətdə 
sağlam rəqabət şəraitinin yaradılması və bununla da respublika 
iqtisadiyyatına xarici investisiyalar axınının daha da artırmı ilə 
baş verir. 
2002-
ci İldə xarici iqtisadi əlaqələr 2917,3 milyon ABŞ 
dolları, o cümlədən ixrac 1745,2, idxal 1172,1 milyon ABŞ dolları 
t
əşkil etmiş, 573,1 milyon ABŞ dollarlıq müsbət xarici tica- rət 
saldosu yaranmışdır. Həmin ildə xarici ticarət dövriyyəsi əvvəlki 
il
ə nisbətən 48,4 faiz, o cümlədən ixrac 1,9 dəfə artmışdır. 
2002-ci ild
ə xarici ticarət dövriyyəsinin ümumi həcmi 
3833,1 milyon ABŞ dolları, o cümlədən ixrac 2167,5, idxal 1665,6 
milyon dollar t
əşkil etmiş, ölkə üzrə 501,9 milyon dollar 
m
əbləğində müsbət xarici ticarət saldosu yaranmışdır. İxracın 
h
əcmi ümumi dövriyyənin 56,5 faizini təşkil etmiş və idxalı 30,1 
faiz üstələmişdir. 2001-ci illə müqayisədə xarici ticarət 
dövriyyəsinin ümumi həcmi 2,3 faiz artmışdır. 
Bu ill
ər ərzində xarici ticarət əlaqələrinin tərkibi də xeyli 
d
əyişmişdir. İdxalın ümumi həcmində respublikaya gətirilən 
ərzaq məhsullarının xüsusi çəkisi 1993-cü ildə 21,2 faiz, 1995-ci 
üdə 41,6 faiz olduğu halda, 2000-ci ildə bu göstərici azalaraq 
19,0 faiz, 2002-ci ild
ə isə 14,3 faiz təşkil etmişdir. Ərzaq 
m
əhsullarının idxalının azalmasına səbəb ölkəmizdə uğurla 
aparılan aqrar islahatlar nəticəsində yerli ərzaq məhsullarının 
istehsalının ilbəil artması olmuşdur. 
2002-ci ilin xarici ticar
ət dövriyyəsinin 23,3%-i MDB 
ölkələrinin, 76,7%-i isə digər ölkələrin payına düşür. Azərbayca 
11 


nın xarici ticarət dövriyyəsində Rusiya, Ukrayna, ABŞ, Türkiyə, 
Fransa, İran, Böyük Britaniya, İtaliya, İsrail, İsveçrə, Gürcüstan 
yüksək xüsusi çəkiyə malikdirlər və onlar arasında sabit, daimi və 
möhkəm əlaqələr yaranmışdır. Azərbaycanın idxal-ixrac 
əməliyyatlarının təxminən 75-80%-i bu ölkələrin payına düşür. 
D
ərslikdə xarici ticarət iqtisadi əlaqələrinin yaranma 
s
əbəbləri, onun inkişaf qanunauyğunluqları, prinsipləri, onu 
şərtləndirən amillər ətraflı təhlil olunmuş, bu əlaqələrin inkişafına 
mane olan s
əbəblər araşdırılmışdır. 
Az
ərbaycanın xarici ticarət əlaqələri müqayisəli surətdə 
'

t
əhlil olunmuş, idxal-ixrac əməliyyatlarının strukturu, onun 
inkişafında olan çatışmamazlıqlar və onun aradan qaldırılması 
yolları, xarici ticarət əlaqələrində baş verən müsbət keyfiyyətlər 
aşkar edilmiş və onu təkmilləşdirmək üçün konkret təkliflər İrəli 
sürülmüşdür. 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin