M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə16/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   12   13   14   15   16   17   18   19   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

44 


1.4. 
BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜ: 
FORM
ALARI, PRİNSİPLƏRİ VƏ AMİLLƏRİ 
Beyn
əlxalq ticarət ölkənin müəyyən növ məhsullar və ya 
qrup m
əhsullar üzrə ixtisaslaşması və onların xaricdə satılması 
hesabına İnkişaf edir, beynəlxalq ticarətin əsasını beynəlxalq 
əmək bölgüsü təşkil edir. 
Beyn
əlxalq 
əmək 
b
ölgüsü 
təsərrüfat 
həyatının 
beyn
əlmiləlləşməsini əks etdirməklə, ayrı-ayrı ölkələr daxilində 
ictimai 
əmək bölgüsünün təbii davamıdır. Məntiqi və tarixi olaraq 
ictimai 
əmək bölgüsünün üç əsas növünü fərqləndirirlər: ümumi, 
xüsusi, tək. 
Ümumi əmək bölgüsü dedikdə, əmək bölgüsünün 
istehsal sferalarına görə (hasilat və emal sənayesi, kənd 
t
əsərrüfatı, nəqliyyat və s.) xüsusi əmək bölgüsü dedikdə, iri 
sah
ələraltı sferalar daxili əmək bölgüsü, tək əmək bölgüsü 
dedikd
ə, sahələr daxilində fəaliyyət növünə görə əmək bölgüsü 
n
əzərdə tutulur. 
Beyn
əlxalq əmək bölgüsü iki prosesin - ixtisaslaşma və 
kooperasiyanın vəhdəti halında meydana gəlir. İxtisaslaşma iki 
istiqam
ətdə (istehsal və ərazi) inkişaf edir. İstehsalın 
ixtisaslaşmasından asılı olaraq, onu sahələrarası, sahədaxili və 
ayrı-ayrı komponentlərin ixtisaslaşmasına bölürlər. Ərazi 
ixtisaslaşması ayrı-ayrı ölkələr, qrup ölkələr və regionlar üzrə 
h
əyata keçirilir. 
İxtisaslaşmanın əsas növləri aşağıdakılardır; predmet 
üzrə, yəni ayrı-ayrı məhsul istehsalı üzrə ixtisaslaşma; texnoloji 
v
ə ya mərhələlər üzrə ixtisaslaşma, yəni ayrı-ayrı əməliyyatla 
45 


rın həyata keçirilməsi və ya ayrılıqda texnoloji proseslərin yerinə 
yetirilm
əsi. 
Kooperasiya - 
bu müəssisələrin fəaliyyətini birləşdirən 
mürəkkəb prosesdir. O, aşağıdakı xarakterik xüsusiyyətlərinə 
görə təsnifləşir; 

növlərinə görə (iqtisadi kooperasiya, sənaye üzrə); 
- m
ərhələlərinə görə (istehsal qabağı, istehsal, 
kommersiya); 
- obyekt v
ə subyektlərin sayına görə. 
Yuxarıda qeyd olunanları nəzərə alsaq, beynəlxalq əıtıək 
bölgüsü - ərazi əmək bölgüsünün yüksək mərhələsidir və bunun 
əsasında müəyyən növ məhsullar istehsalı üzrə ayrı- ayrı ölkələr 
üzrə ixtisaslaşma, ölkələrarası mal mübadiləsi baş verir. 
Tarixi inkişafın bu və ya digər mərhələsində, beynəlxalq 
əmək bölgüsü sistemi istehsalın vəziyyətini əks etdirməklə
əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Natural təsərrüfat 
dövründə, əmtəə-pul münasibətləri inkişaf etmədiyindən, 
beyn
əlxalq əmək bölgüsünün yalnız elementləri mövcud idi, bu 
da 
ayrı-ayrı ölkələrin təbii şəraitlərinin müxtəlif olması ilə 
müəyyən olunurdu, ölkələrarası mübadilə, bu ölkədə istehsal 
olunmayan v
ə uzun daşınma müddətində öz istehlak qabiliyyətini 
saxlayan b
əzi məhsul növləri üzrə məhdudlaşırdı. 
Beyn
əlxalq əmək bölgüsü prosesi, inkişaf etmiş ölkələrin 
maşınlı İstehsala keçdiyi dövrdən, yəni təxminən XIX əsrin 
ortalarından daha intensiv inkişaf etməyə başladı. Nəticədə 
dünya bazarı formalaşdı və onun milli bazarlara nisbətən bəzi 
xüsusiyyətləri meydana gəldi: 
46 



dünya bazarının inkişafına, xarici ticarət və beynəlxalq 
ticar
ət siyasəti böyük təsir göstərir; 
- milli t
əsərrüfatlar üzrə əmtəələrin hərəkəti məhduddur. 
Ayrı-ayrı ölkələrdə İstehsal olunan məhsulların hamısı 
dünya bazarına daxil olmur, dünya bazarında qiymətin xüsusi 
sistemi - 
dünya qiymətləri fəaliyyət göstərir. 
Dünya bazarının inkişafı müasir dünya təsərrüfatının 
formalaşmasına gətirib çıxarmışdır. Əgər bu kateqoriyaya 
texniki- 
iqtisadi amil kimi baxsaq, aydın olar ki, dünya 
t
əsərrüfatının inkişafı istər bütövlükdə, istərsə də onun ayrı-ayrı 
hiss
ələri baxımından müəyyən qanunauyğunluğa müvafiq olaraq 
inkişaf edir, belə ki, müasir istehsalın maddi əsasını bu və ya 
dig
ər milli təsərrüfatların inkişaf səviyyəsindən asılı olmayaraq 
m
aşın texnikası təşkil edir. Lakin bu heç də o demək deyildir ki, 
istehsal prosesind
ə hər yerdə və həmişə maşın texnikasından 
istifad
ə edilir, əgər belə texnika tətbiq edilmirsə bunu sadəcə 
olaraq İqtisadi gerilik şərtləndirir. 
Müasir istehsal vasitələri bir-birinə əks olan müxtəlif sosial 
sisteml
ərdə tətbiq olunur və onun nəticələri müxtəlif ola bilər. Bu 
nöqteyi-nəzərdən dünya təsərrüfatı bir sistem kimi qarşılıqlı 
əlaqədə olan daxili ziddiyyətli müstəqil sistemlərin məcmusudur. 
Dünya təsərrüfatı kateqoriyası milli təsərrüfatların sadəcə 
m
əcmusu deyil, beynəlxalq əmək bölgüsü ilə əlaqədar olan və 
bir-biril
ə müəyyən iqtisadi münasibətlərdə olan tam bir sistemdir. 
Bununla 
əlaqədar onun yeni keyfiyyət dəyişiklikləri əmələ gəlir: 
y
əni bir-birilə qarşılıqlı əlaqədə olan milli iqtisadiyyatların 
s
əmərəliliyi, izolə edilmiş milli iqtisadiyyatların səmərəliliyindən 
yüksək olur. 
47 


Bel
əliklə, 
dünya 
təsərrüfatı 
beynəlxalq 
iqtisadi 
münasibətlər vasitəsilə ayrı-ayrı ölkələrin və ya qrup ölkələrin milli 
t
əsərrüfatlarını birləşdirir, öz növbəsində İsə onun səmərəli 
f
əaliyyət göstərməsini və onları təşkil edən hissələrin artımını 
t
əmin edir. 
XX 
əsrdə beynəlxalq əmək bölgüsünün və dünya 
t
əsərrüfatının 
inkişafı 
təsərrüfat 
həyatının 
hərtərəfli 
beyn
əlmiləlləşməsi ilə xarakterizə, olunur. Bu prosesə müxtəlif 
amill
ər təsir göstərir: 
1) 
Coğrafi amillər. Yer kürəsində təbii resursların eyni 
zamanda bitki v
ə heyvanlar aləminin qeyri-bərabər 
yerl
əşməsi, müxtəlif torpaq-iqlim şəraiti, məhsul 
istehsalının artması, yeni istehsal sahələrinin 
meydana g
əlməsi, xammallara olan zəruri tələbat və 
s.-
dır ki, onların ehtiyatı da məhduddur. Bu, xammalla 
z
əngin olan ölkələrdə məhsul istehsalını stimullaşdırır. 
Bundan başqa ərzaq məhsullarına (o cümlədən kənd 
t
əsərrüfatı mallarına da) tələbat artır ki, bunların da 
istehsalı müəyyən torpaq-iqlim şəraitindən asılıdır. 
2) M
əhsuldar qüvvələrin inkişaf səviyyəsi. Aydındır ki, 
onun vasit
əsilə istehsalda yalnız dərin ixtisaslaşma və 
hazır məhsulların geniş bazarı olduqda səmərəli olur. 
3) Elmi-texniki t
ərəqqi. 
İstehsal olunan məhsullar və istehsal texnologiyası tez- 
tez deyişdikdə bir ölkə daxilində bütün məhsul növlərinin optimal 
inkişafı mümkün deyildir. Ona görə də, məhsulların, xidmətlərin 
v
ə istehsal amillərinin aktiv mübadiləsi lazımdır. Bu şəraitdə 
əksər ölkələrdə milli təsərrüfatların inkişafında obyek 
48 


tiv meyl müşahidə olunur. Bunun da nəticəsində xarici ticarət 
inkişaf edir, bunu 80-cı illərin ikinci yarısında dünyada gedən 
əsaslı dəyişikliklər sübut etdi. Milli təsərrüfatların daha çox 
açıqlığa meyli, müasir beynəlxalq əmək bölgüsü inkişafının 
xarakterik 
əlamətidir. Beynəlxalq əmək bölgüsünə cəlb olunma 
s
əviyyələrinə görə milli təsərrüfatları bir-birinə zidd iki qrupa 
bölmək olar: 

tam bağlı; 

tam açıq. 
Tam bağlı dedikdə, daxili ehtiyat mənbələrinə əsaslanan 
v
ə dünya iqtisadiyyatında gedən meyllərdən asılı olmayan 
iqtisadiyyat başa düşülür. Belə olan halda ölkələrin iqtisadi 
əlaqələri digər milli təsərrüfatlarla minimum səviyyədə olur. 
Tam açıq iqtisadiyyat dedikdə isə, elə iqtisadiyyat başa 
düşülür ki, onun inkişafı dünya təsərrüfatında fəaliyyət göstərən 
meyll
ərlə müəyyən edilir. Ölkələrin xarici əlaqələri güclənir, həm 
d
ə daha yüksək inkişaf səviyyəsinə keçdikcə, onlar genişlənir. 
Bir ölkənin digər ölkələrlə iqtisadi əlaqələri o demək 
deyildir ki, o açıq iqtisadiyyata malikdir. Hal-hazırda ayrıca bir 
ölkənin iqtisadiyyatı dünya təsərrüfatından təcrid olunmuş 
şəkildə, digər ölkələrlə iqtisadi əlaqələr olmadan inkişaf edə 
bilm
əz. Lakin ölkələrin bəzilərinin iqtisadiyyatı daha açıq, 
dig
ərləri isə nisbətən açıq ola bilər, iri ölkələrin iqtisadiyyatları az 
d
ərəcədə açıq olurlar. Açıqlıq dərəcəsi həmçinin ölkənin təbii 
resurslarla t
əmin olunma dərəcəsindən, əhalinin sayından, daha 
d
əqiq desək, onun alıcılıq qabiliyyətindən asılıdır və bunlar 
m
əhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə müəyyən olunur. Əgər 
m
əhsuldar qüvvələr bərabər səviyyədə inkişaf etmiş 
49 


dirs
ə, onda az iqtisadi potensialla iqtisadiyyat daha açıqdır. 
Bundan başqa, iqtisadiyyatın açıqlıq dərəcəsi həmçinin milli 
istehsalın sahə quruluşundan asılıdır. Baza sahələrin 
(metallurgiya, energetika) xüsusi çəkisi nə qədər yüksək olarsa, 
beyn
əlxalq əmək bölgüsünə cəlb olunma və ya açıqlıq dərəcəsi 
d
ə bir o qədər az olur. Əksinə bəzi sənaye sahələri xüsusən 
maşınqayırma, elektronika, kimya və s, daha dərindən 
ixtisaslaşmanı tələb edir ki, bununla da ölkələrin qarşılıqlı əlaqəsi 
v
ə buna müvafiq olaraq iqtisadiyyatın açıqlıq dərəcəsi artır. 
Ölkə iqtisadiyyatında açıqlığın artması bir çox mürəkkəb 
probleml
ər yaratmışdır ki, onlardan biri də ölkənin iqtisadi 
t
əhlükəsizliyidir, yəni ölkənin dünya iqtisadiyyatı ilə optimal 
əlaqələrinin müəyyən edilməsidir. 
Öz enerji və xammal ehtiyatları olmayan ancaq, sənaye 
c
əhətdən inkişaf etmiş ölkələrin inkişafına təsir edən mühüm 
amill
ərdən biri iqtisadiyyatın açıqlıq dərəcəsidir. Bütün dünya 
ölkələri beynəlxalq əmək bölgüsündə iştirak edirlər, deməli, bir- 
biril
ə iqtisadi əlaqələrə malikdirlər, bu da beynəlxalq əmək 
bölgüsünün subyektlərinin qarşılıqlı əlaqəsinin asılılığını 
gücləndirir, ixtisaslaşma və kooperasiyadan gələn gəlirin 
əlaqələndirilməsi xarici neqativ təsirlərdən qorunmağa gətirib 
çıxarır. Nəticədə milli iqtisadiyyatın qeyri-sabit inkişaf riski yaranır 
ki, bu da ölkələrin açıqlığı üçün kommersiya münasibətləri 
yaradır. Ona görə də, ayrı-ayrı ölkələrdə xarici ticarətin inkişafı 
qarşılıqlı asılılığı müəyyən edən nisbi iqtisadi açıqlıq ola bilər. 
Qarşılıqlı asılılıq iqtisadi asılılığa gətirib çıxara bilər, çünki 
xarici amill
ər bu və ya digər situasiyalara əhəmiyyətli təsir 
göstərirlər. Asılılıq o vaxt yaranır ki, hər hansı problemi həll 
.50 


ed
ərkən uyğunlaşmaya müvafiq dəyişikliklər edilməsi tələb 
olunur. 
Uyğunlaşma dedikdə, dövlətin xarici amillə əlaqədar baş 
vermiş neqativ situasiyalara təsir etmək qabiliyyəti başa düşülür. 
Bel
əliklə, xarici iqtisadi əlaqələri təkmilləşdirmək üçün 
xarici s
əbəbləri və ya onun nəticələrini aradan qaldırmalı, ya da 
uyğunlaşma xərclərini digər ölkələrin üzərinə qoymalı. 
Uyğunlaşma imkanlarının məhdud hədləri vardır. 
Uyğunlaşma tədbirləri içərisində aşağıdakıları göstərmək 
olar; 
- ticar
ət əlaqələrinin diversifikasiyası (diversifikasiya - fəaliyyət 
sah
əsinin müxtəlif növ məhsulları və ya müxtəlif bazarları əhatə 
etm
əsidir); 
h
ərtərəfli 
əməkdaşlığın 
möhkəmlənməsi 
v
ə 
intensivl
əşməsi; 
ehtiyatlara q
ənaət və onların yaradılması; 
ixrac istehsalının yaranması və 
formalaşması. 
İqtisadi təhlükəsizliyin pozulmasının əsas şərti təhlükədir. 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin