Kurs: II fənn: Pedaqogika -2 Mövzu


Tədris prosesində şagirdlərin maksimum iştirakı prinsipi



Yüklə 494 Kb.
səhifə5/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

7. Tədris prosesində şagirdlərin maksimum iştirakı prinsipi. Bu prinsip dərsdə şagirdləri muxtəlif nov fəaliyyətə cəlb etməyi nəzərdə tutur. Bu məqsədlə qarşılıqlı sorğu kecirilir. Yaranan problemlər, cavablardakı kəm-kəsirlər aradan qaldırılır. Burada prinsip belədir: şagirdlərin gorə biləcəyi işi muəllim gorməməlidir. Bu prinsip muəllimi artıq yukdən azad etməyə imkan verir. Şagirdi vacib fəaliyyətə cəlb etmək onu nəinki inkişaf etdirir, həm də tərbiyə edir. Tədris prosesində real fəaliyyətdə uğur qazanmaq situasiyasını yaratmaqla təlimin tərbiyəedici, inkişafetdirici məqsədlərinə muvəffəqiyyətlə nail olunur.
8. Təlimdə yaxın inkişaf zonasına oriyentasiya prinsipi.-Əgər uşaq calışmanı yerinə yetirə bilmirsə onda təlimi həmin uşağın inkişafına, səviyyəsinə endirmək lazımdır. Əgər şagird fəaliyyətindəki qusuru duzəldə bilmirsə, onda ona irad tutmağa ehtiyac yoxdur. Cunki bu irad onun inkişafına hec bir təsir gostərməyəcək. Əgər gostərmiş olarsa bu neqativ tərəfdən (uşaqda onu əhatə edən adamlardan intiqam almaq hissi formalaşa bilər) ozunu təzahur edəcəkdir.
9. Müəllim və şagirdlərin vahid məqsədlər üçün birləşməsi prinsipi. Bu iş prinsipi məqsədləri, texnologiyaları şagirdlərə zorla qəbul etdirməməlidir. Tədris prosesini təkmilləşdirmək üçün müzakirələr keçirmək olur. Təlim prosesinin texnologiyası müəllim və şagirdlərin fəaliyyətinin birgə məhsulu olmalıdır. Amerika məktəblərində komissiyalar yaradılır. Həmin komissiya müəllim və şagirdin bu cəmiyyətdə birləşməsidir. Bir qrup müəllim bir sinfin şagirdləri ilə birləşir, onlar arasında müqavilə bağlanır. Müqavilədə şagirdin və müəllimin ayrılıqda nəyə cavab verəcəyi gostərilir. Amerika məktəblərində aparılan sorğunun nəticələri gostərir ki, bu forma şagirdlərin xoşuna gəlir. Onlar qayğı hiss edir. Müəllimin üz nailiyyətləri üçün böyük məsuliyyət daşıdığı gostərilir.
İxtisas: Təsviri incəsənət müəllimliyi
Kurs: II
Fənn: Pedaqogika -2
Mövzu: Təlim prosesinin mərhələləri
Ədəbiyyat siyahısı:
1.İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. 2 cilddə. I c., Bakı: Mütərcim, 2013, 708 s.
2.Abbasov A. Pedaqogika. Dərs vəsaiti. Bakı: “Mütərcim”, 2013, 360 səh
3.Kazımov N.M. Məktəb pedaqogikası. Bakı: Çaşıoğlu, 2002
4.İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. 2 cilddə. I c., Bakı: Mütərcim, 2013, 708 s.
5. Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin