Kurs: II fənn: Pedaqogika -2 Mövzu


Bütün uşaqlarla əks əlaqə prinsipi



Yüklə 494 Kb.
səhifə4/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

4. Bütün uşaqlarla əks əlaqə prinsipi. Mühüm vəzifədən biri hər bir dərsdə bütün uşaqlara öz müvəffəqiyyətləri barədə məlumat verilir. Bütün şagirdlərlə əks əlaqə prinsipi şagirdi hər dərsə hazır gəlməyə stimullaşdırır. Secmə yolu ilə sorğu aparanda şagirdlər oyun qaydalarını tez mənimsəyir, dərsə hərdənbir hazırlaşırlar. Beləliklə, sinifdə tələblər formalaşır. Şagird belə fikirləşir: Əgər, məndən işin nəticələrini soruşmayacaqsa hər dəfə nəyə hazırlaşmağımın nə əhəmiyyəti var. Şagirdlər dərsə gələndən bir necə həftə sonra şuurlu və şuursuz surətdə bu nəticəyə gəlirlər. Bu prinsipi lazımi şərait yaratdığı halda həyata kecirmək olar. Hər şeydən əvvəl ev tapşırıqları uşaqların gucunə muvafiq olmalıdır. Tapşırıqlar verən zaman başqa fənlər də nəzərə alınmalıdır. Cox təəssuf ki, məktəbdə ev tapşırıqlarının dəqiq həcmi yoxdur. Bu işdə muəllimlər muxtəlif cur hərəkət edirlər.
5.Müntəzəm olaraq təkrar etmək prinsipi.--Tədris materialı ilə ilk dəfə tanış olandan sonra onu bir necə dəfə təkrar etmək lazımdır. 1-2 dərsdən sonra kecirilən materiala qayıtmaq lazımdır. Burada sual yarana bilər: bəs vaxtı haradan tapaq? Axı, cox zaman bu proqramda nəzərə alınmır. Problemi proqramda həll etmək olar. İl ərzində kecirilən materiala qayıtmaq və əsas fikirləri təkrar etmək lazımdır. Dərs ilinə ötən tədris ilində kecirilən materialın təkrarı ilə başlamaq lazımdır. Yay ərzində cox şey şagirdin yadından çıxır. Normal və sağlam psixika belə qurulmuşdur. Təkrar etmədiyimiz hər hansı məlumat şuurdan cıxıb şuuraltıya kecir və yaddan cıxır. Ona görə də bilikləri aktuallaşdırmaq ucun tədris ilinin əvvəlində onları təkrar etmək lazımdır.
6. Optimal psixi gərginlik prinsipi. Həm şagirdlər, həm də muəllimlər ucun zəruridir. Şagirdi həm həddən artıq yukləmək, həm də az yukləmək pisdir. Şagird az psixi gərginlik şəraitində inkişaf etmir. Bu tələbi muəllimə də aid etmək olar. Əgər muəllimlər dərsdə hər şeyi ozləri etmək istəyirlərsə, bu muəllimlərin psixi cəhətdən yuklənməsinə gətirib cıxarır. Odur ki, şagirdlərə daha cox səlahiyyətlər vermək lazımdır. Onları tədris prosesinin idarə olunmasına cəlb etməyə imkan verən bir cox texnologiyalar vardır.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin