Kurs: II fənn: Pedaqogika -2 Mövzu


Diaqnostika texnologiyası



Yüklə 494 Kb.
səhifə3/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

Diaqnostika texnologiyası pedaqoqların və ya psixoloqların uşağın məktəbə hazırlığını diaqnostlaşdırmasıdır


P.3. Pedaqoji texnologiyanın yaradılması və tətbiqi uzrə spesifik prinsipləri muəyyənləşdirmək və onların pedaqoji-psixoloji təlimini vermək olduqca vacibdir.
Pedaqoji ədəbiyyatda muxtəlif spesifik prinsiplər verilmişdir. Bunlar aşağıdakılardır:
1. Tərbiyəedici təlim prinsipi - Hər hansı pedaqoji texnologiyaların strateji məqsədləri şəxsiyyət xarakterlərini formalaşdırmaq olmalıdır. Deməli, burada munasibətlər tərbiyəedici təlimin psixi materialı hesab olunur. Burada 3 qrup munasibətləri fərqləndirmək olar:
1) Qanunatabelik munasibətləri
2) Əməkdaşlıq munasibətləri
3) “Mən” konsepsiyası
Təlim prosesi uşaqların psixikasına təsir edən xarici konstruksiyadır. Bu proses muəllimin, uşaqların, didaktik materialların tarixindən ibarətdir.
2. İnkişafetdirici təlim prinsipi-Pedaqoji texnologiyaları tətbiq edən zaman tərbiyəedici səmərəni nəzərə almaqla yanaşı, onun inkişafetdirici tərəfini də lahiyələşdirmək və həyata kecirmək də yaxşı olar. Uşağın psixi əməliyyatlarında artım hiss olunmalıdır. Emosional və intellektual sahənin ahəngdar inkişafını təmin etmək lazımdır. İntellektual sahənin emosional sahəni sıxışdırması insanda soyuq munasibətlərin yaranmasına, insanlara sevinc bəxş etmək, sevincə şərik olmaq bacarıqlarının olmamasına gətirib cıxarır.
3. Təlimdə müvəffəqiyyət qazanmaq prinsipi-Müvəffəqiyyət qazanmaqdan ötrü situasiya yaratmaq uşağı daha böyük nəticələrə nail olmağı stimullaşdırır. Uşağın kecmişini öyrənmək ücün böyük əmək sərf etmək lazım gəlir. Makarenko uşağı koloniyaya qəbul edəndə kecmişini öyrənməyə tələsmirdi. O hər bir uşaq üçün əməli təlim texnologiyası işləyib hazırlamışdı. Bu muvəffəqiyyət qazanmaq üçün situasiya yaratmaqdan ibarət idi. O hamı üçün, o cumlədən şagird üçün psixi enerji mənbəyini – yemək, istirahət, yuxu, nəfəs alma, fiziki hərəkətlər təşkil etdiyi qənaətində idi.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin