Kəllə, gövdə və ətraflarım skeleti plan



Yüklə 172,2 Kb.
səhifə6/7
tarix03.03.2023
ölçüsü172,2 Kb.
#86533
1   2   3   4   5   6   7
Başın skeleti

Kürək sümüyü.Kürək sümüyü yastı sümüklərdən olub, formaca üçbucağa ənzəyir. Bunun 2 səthi (qabırğa və dal), 3 kənarı (içəri, bayır və yuxarı) və 3-də bucağı (yuxarı, bayır və aşağı) vardır. Qabırğa səthi bası qolub, üzərində kürəkaltı əzələyə məxsus əzələ xətləri və kürəkaltı əzələnin bağlanmasına məxsus eyni adlı çuxur vardır.
Dəl səthi isə çıxıq olub, kürək tipi adlanan daraq vasitəsilə eyni adlı əzələlərə məxsus tinüstü və tinaltı çuxurlara bölünür. Kürək tipi yuxarı və bayır tərəfdə çiyin çıxıntısı ilə qurtarır.
Kürəyin içəri kənarı uzun və nazik olub onurğaya doğru baxır, bayır kənarı isə nisbətən qısa və canlı olub qoltuğa baxır. Kürəyin bayır bucağı qalınlaşmış olub, üzərində bazu sümüyünün başına məxsus oynaq çuxur, bu çuxurun üst və alt tərəflərində əzələlərin bağlanmasına məxsus oynaqüstü və oynaqaltı qabarcıqlar yerləşir.
Bazu sümüyü.Bazu sümüyü uzun sümüklərdən olub, cisimdən-diafizdən və 2 ucdan-epifizdən ibarətdir. Yuxarı ucu yarımkürə şəklində olub bazu başı adlanır. Bazu başı anatomik boyunla əhatə olunur.
Bazu sümüyünün cismi yuxarıda silindirə, aşağıda isə üçbucağa bənzəyir. Ona görə də bazu sümüyü cisminin aşağı hissəsində üç səth və 3 kənar ayırd olunur. Bazu sümüyü cisminin dal səthində mil sinirinə məxsus şırım yerləşir.
Bazu sümüyünün aşağı ucunun arxasında dirsək sümüyünün dirsək çıxıntısına məxsus dirsək çuxuru bazu blokunun ön səthində dirsək sümüyünün tac çıxıntısına məxsus tac çuxuru yerləşir.
Mil sümüyü. Mil sümüyü uzun sümüklərdən olub, saidin bayır tərəfindəyerləşir. Yuxarı dairəvi ucu mil sümüyünün başı adlanır ki, bunun da üzərində bazu sümüyünün başlanğıcı ilə birləşməyə məxsus çuxurcuq vardır. Mil başından aşağı mil sümüyünün boynu və ondan aşağı ön səthdə mil qabarıqlığı yerləşir.
Mil sümüyü cisminin 3 kənarı və 3 səthi vardır. Ön səthi o biri səthlərə nisbətən basıq və hamar olur. İçəri kənarı isə nazik olub sümük arası kənar adlanır. Mil sümüyünün aşağı ucu nisbətən canlı olub bayır tərəfində biz çıxıntı və içəri tərəfində dirsək sümüyünə məxsus oyma vardır.

Yüklə 172,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin