Kəllə, gövdə və ətraflarım skeleti plan



Yüklə 172,2 Kb.
səhifə2/7
tarix03.03.2023
ölçüsü172,2 Kb.
#86533
1   2   3   4   5   6   7
Başın skeleti

Cüt sümüklərə: əng sümüyü, almacıq sümüyü, burun sümüyü,göz yaşı sümüyü, aşağı burun balıqqulağı, damaq sümüyü tək sümüklərə: çənə sümüyü, xış sümüyü.
Əng sümüyü cüt sümüklərdən olub göz yuvasının aşağı və burun boşluğunun yan divarlarının əmələ gəlməsində iştirak edir. Bu sümük 1 cismdən və 4 çıxıntıdan ibarətdir.
Çənə sümüyü – tək sümüklərdən olub bir cüt oynaq vasitəsilə kəllə ilə birləşir. Bu sümük cismdən və iki şaxədən ibarətdir. Cisminin aşağı kənarı çənə əsası adlanır. Yuxarı kənarında isə aşağı dişlərin yerləşməsinə məxsus 16 alveol vardır ki, bunlarda arakəsmələr vasitəsilə bir-birindən ayrılır.
Çənə cisminin arxasında çənəaltı tin, ön səthinin ortasında çənəaltı qabarcıqlar, damar və sinirlərə məxsus çənəaltı dəlik yerləşir.
Çənəaltı tindən aşağıya 2 qarıncıqlı əzələnin bağlanmasına məxsus, ondan yana dilaltı və çənə altı vəzilərə məxsus çuxurlar yerləşir.
Çənə buğağının bayır səthində xüsusi çeynəmə əzələsinin və içəri səthində isə içəri qanadabənzər əzələnin bağlanmasına məxsus qabarıqlar vardır.
Almacıq sümüyü – cüt sümüklərdən olub 3 səthi-gözyuvası, gicgahaltı, yanaq və 3 çıxıntısı-gicgah, əng və alın vardır.
Gözyuvası səthində 1 dəlik vardır ki, bu da iki kanal vasitəsilə yanaq və gicgah səthlərində qurtarır.
Almacıq sümüyünün gicgah çıxıntısı gicgah sümüyünün almacıq çıxıntısı ilə birləşərək almacıq qövsü əmələ gətirir.
Damaq sümüyü- cüt sümüklərdən olub –üfiqi və perpendikulyar səthlərdən ibarətdir. Üfiqi səhfə sərt damağın dal hissəsinin, şaquli səhfə isə burun boşluğunun bayır divarının əmələ gəlməsində iştirak edir.
Burun sümüyü- cüt sümüklərdən olub, burun arxasının əmələ gəlməsində iştirak edir. Bu sümüklər bayır tərəfdə əngin alın çıxıntısı ilə yuxarıda alın sümüyünün burun hissəsi ilə, orta xətdə isə bir-biri ilə birləşir.
Göz yaşı sümüyü - kiçik və nazik sümük olub gözyuvasının içəri divarının ön hissəsində iştirak edir. Gözyuvasına baxan səthində gözyaşı şırımı vardır ki, bu da aşağıya doğru burun gözyaşı kanalına keçir.
Xış sümüyü – 4 bucaq şəklində sümük səfhə sümük-burun arakəsməsinin aşağı hissəsini təşkil edir.
Dilaltı sümük – boyunda çənə sümüyünün altında, qalxanabənzər qırtlağın üstündə yerləşir. Bunun cismi, bir cüt böyük və bir cüt də kiçik buynuzları vardır
Kəllənin beyin hissəssinin əsasında yerləşən və üz skeleti sümüklərinin bəzilərində süngəri maddənin atrofiya olunması nəticəsində boşluqlar, ciblər əmələ gəlir. Ciblərdə hava olduğu üçün onlar havalı sümük adlanır. Bu xüsusiyyətə görə kəllə sümükləri yüngül və möhkəm olurlar. Əng, alın, əsas və xəlbir sümüklərinin cibləri burun boşluğuna açıldıqlarına görə onlar burunətrafı ciblər adlanırlar.
Kəllənin beyi hissəsinin üz hisssəsinə nisbətən yaxşı inkişaf etməsi hesabına beyin hissənin sümükləri həcmlidir. Onların daxili səthi üzərində barmaq basıqları, hündürlüklər,damarlara məxsus şırımlar, kəllədaxili təzyiqin sabit saxlanmasında böyük əhəmiyyəti olan eyniadlı venalara məxsus buraxıcı dəliklər yerləşir.

Yüklə 172,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin