Kəllə, gövdə və ətraflarım skeleti plan



Yüklə 172,2 Kb.
səhifə3/7
tarix03.03.2023
ölçüsü172,2 Kb.
#86533
1   2   3   4   5   6   7
Başın skeleti

Gövdənin skeletinin. Gövdə sümükləri onurğa, 12 cüt qabırğalar və bir də döş sümüyü aiddir.
Onurğa 33-34 fəqərədən əmələ gələrək gövdənin istinadını təşkil edir, daxilində –onurğa kanalında yerləşən onurğa beynini mühafizə edir. Gövdənin və kəllənin hərəkətlərində iştirak edir.
Onurğanı təşkil edən fəqərələr gövdənin nahiyələrinə görə beş hissəyə bölünür:
1. boyun fəqərələri 7 ədəd, 2. döş fəqərələri 12 ədəd. 3. bel fəqərələri 5 ədəd. 4. oma fəqərələri 5 ədəd. 5. büzdüm fəqərələri 4-5 ədəd.
Boyun, döş və bel fəqərələri mystəqil halda qalaraq bir-biri ilə qığırdaq, bağ və oynaqlar vasitəsilə birləşdikləri üçün həqiqi fəqərələr adlanır.
Oma və büzdüm fəqərələri isə adətən, bəzi hissələrini itirir və müəyyən yaşda bir-biri ilə birləşərək oma və büzdüm sümüklərini əmələ gətirir. Ona görə də bunlara yalançı fəqərələr deyilir.
Hər bir fəqərə bir sümük parçası olub ön canlı hissəsi fəqərə cismi adlanır. Fəqərə cismindən dala fəqərə dəliyi yerləşir ki, bu da yanlardan fəqərə qövsləri ilə əhatə olunur.
Fəqərə dəliklərinin toplanmasından onurğa kanalı əmələ gəlir ki, bununda daxilində onurğa beyni yerləşir. Fəqərə qövslərinin yuxarı və aşağı kənarlarında bir oyma yerləşir. Fəqərələr birləşdikdə bu oymalardan fəqərə arası dəliklər hasil olur ki, buradan da onurğa beyni sinirləri xaric olur. Fəqərə qövslərini təşkil edən səfhələr arxada bir-birinə birləşərək tipli çıxıntını təşkil edir. Fəqərə qövslərinin yan tərəfində bir cüt köndələn çıxıntının, bir cüt yuxarı və bir cütdə aşağı oynaq çıxıntıları vardır.
Onurğanın müxtəlif hissələrində yerləşən fəqərələr müəyyən xüsusiyətlərlə fərqlənir.
Boyun fəqərələrinin cismləri başqa fəqərələrə nisbətən kiçik, fəqərə dəlikləri üçbucaq formada, tipli çıxıntıları qısa və ucları, VI-VII boyun fəqərələrindən başqa, iki hissəyə bölünmüş olur.

VI boyun fəqərəsinin tipli çıcıntısının üzərində şırım olur, VII boyun fəqərəsinin tipli çıxıntısı isə düymə kimi qalınlaşaraq arxaya doğru çıxdığı üçün ona çıxıcı fəqərə deyilir.


Boyun fəqərələrinin köndələn çıxıntıları qısa və üzərində onurğa arteriyasına məxsus bir dəlik vardır. Köndələn çıxıntıların ucları ön və dal qabarcıqlara bölünmüş olur. Qabırğacıqların arasında isə onurğa beyni sinirlərinə məxsus şırımlar yerləşir.


Bir boyun fəqərəsi-atlas başqalarından cisminin olmaması ilə fərqlənir.
Atlas fəqərə dəliyini əhatə edən ön və dal qövslərdən və onların arasında yerləşən yan hissələrdən ibarətdir. Ön qövsün ön səthində atlasın ön qabarcığı, dal səthində isə II boyun fəqərəsinin diş çıxıntısına məxsus çuxurcuq və dal qövsün arxa səthində dal qabarcıq yerləşir. Atlasın yan hissələrinin fəqərə dəliyinə baxan səthində qabarıqlıq, yuxarı və aşağı tərəflərində isə bir oynaq səth vardır.
Bunlardan yuxarıda oynaq səth emens şəklində olub ənsə sümüyünün kondilusları ilə, aşağı oynaq səth isə dairəvi olub II boyun fəqərəsinin yuxarı oynaq çıxıntıları ilə birləşir.
Yuxarı oynaq səthin arxasında onurğa arteriyasına məxsus şırım yerləşir.
II boyun fəqərəsi-ox fəqərəsi başqalarından cisminin üzərində dişəbənzər çıxıntının olması ilə ayrılır. Diş çıxıntı atlasın cismi olub embrional inkişaf dövründə 2-ci boyun fəqərəsinə bitişmir. Başqa boyun fəqərəsindən fərqli olaraq 2-ci boyun fəqərəsində yuxarı və aşağı oynaq səthlər fəqərə qövsünün üzərində yox, fəqərə cisminin üzərində yerləşir.
Döş fəqərələri-başqa fəqərələrdən cisminin yan tərəfində qabırğalarla birləşməyə məxsus yarım çuxurcuqların olması ilə fərqlənir. Fəqərə cismləri üzərində yerləşən 2 yarım çuxurcuq birləşərək 1 tam çuxurcuq əmələ gətirir ki, burada qabırğanın başı birləşir. XI və XII fəqərələrində isə tam çuxur olur, odur ki, bu fəqərələr hərəsi bir qabırğa ilə birləşir.
Döş fəqərələrinin cismləri boyun fəqərəsinə nisbətən böyük, fəqərə dəlikləri silindrik tipli çıxıntıları uzun və istiqaməti yuxarıdan aşağı doğru mayili olur və köndələn çıxıntıları uzun və üzərində qabırğa qabarcıqları birləşməyə məxsus oynaq səthlər vardır. Oynaq çıxıntıları şaquli yerləşir və yuxarı oynaq çıxıntılarının səthləri dala və aşağı oynaq çıxıntıların səthləri isə önə baxır.
Bel fəqərələri- cismlərinin başqa fəqərələrə nisbətən böyük olması, cisminin yuxarı və aşağı səthlərinin paxlaya oxşamaması, köndələn çıxıntılarının əsasında əlavə və yuxarı oynaq çıxıntılarının dalında məməyəbənzər çıxıntının olması ilə fərqlənir.
Bundan başqa bel fəqərələrinin fəqərə dəliyi üçbucaq formada, tipli çıxıntıları qısa və enli, köndələn çıxıntıları isə enli olur və oynaq çıxıntılarının səthləri sagittal yerləşir.
Oma sümüyü – beş oma fəqərəsi- 15-16 yaşından sonra sümükləşmə nəticəsində bir-birilə birləşərək oma sümüyünü əmələ gətirir. Oma sümüyü üçbucaq formada olub əsası yuxarı, zirvəsi isə aşağı baxır. Əsasının ön kənarı V bel fəqərəsi ilə birlikdə önə doğru bir çıxıntı-burun təşkil edir ki, bunun da mamalıq praktikasında mühüm əhəmiyyəti varlır.
Oma sümüyünün ön səthi hamar və bası qolub-çanaq boşluğuna, dal səthi isə qabarıqlı və çıxıq olub arxaya doğru baxır. Ön səthində 4 cüt olmanın çanaq dəlikləri, dal səthində isə dörd cüt omanın arxa dəlikləri vardır ki, bunlarda oma arası qısa kanallar vasitəsilə bir-birilə birləşir.
Omaarası kanallar omaarası dəliklər vasitəsilə oma fəqərələrinin dəliklərindən əmələ gəlmiş oma kanalı ilə birləşir. Oma kanalı oma sümüyünün zirvəsinin dalında oma deşiyi ilə qurtarır ki, bu da yanlardan oma buynuzu ilə əhatə olunur.
Oma sümüyünün dal səhtində ortada tipli çıxıntılardan əmələ gəlmiş tək orta daraq, orta darağın yan tərəfində oynaq çıxıntılarında əmələ gəlmiş cüt ara daraqlar və onlardan yan tərəflərə isə köndələn çıxıntıların birləşməsindən əmələ gəlmiş cüt yan daraqlar yerləşir.
Oma sümüyünün əsasının yan tərəfləri hamar olub oma sümüyünün qanadları adlanır.
Oma sümüyü yan tərəflərdə seyvanabənzər səthlər vasitəsilə qalça sümüklərinə birləşir. Oma sümüyü cinsi xüsusiyyətə malikdir. Belə ki, qadınlarda oma sümüyü kişilərə nisbətən enli və qısa olur.
Büzdüm sümüyü – 4-5 fəqərə rudimentindən əmələ gələrək yuxarıda oma sümüyünün zirvəsiylə birləşir.
Qadınlarda büzdüm sümüyü kişilərə nisbətən enli və azca əyilmiş olur.

Yüklə 172,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin