Kəllə, gövdə və ətraflarım skeleti plan



Yüklə 172,2 Kb.
səhifə5/7
tarix03.03.2023
ölçüsü172,2 Kb.
#86533
1   2   3   4   5   6   7
Başın skeleti

Ayaq sümükləri. Ayaq sümükləri ayaq daraqarxası sümüklərinə ayaq-daraq sümüklərinə bir də barmaq falanqalarına bölünür.
Ayaq daraqarxası ayağın dal hissəsini təşkil edir və özü də 3 cərgədə düzülmüş 7 sümükdən ibarətdir. Daldan 1-ci cərgədə üstdə aşıq sümüyü, onun altında isə daban sümüyü, ikinci cərgədə 1 qayığabənzər sümük və üçüncü cərgədə içəridən bayır tərəfə doğru 3-içəri, ara və bayır pazabənzər sümük, bir də kub sümüyü yerləşir.
Daban sümüyü ayıq sümüyünün altında yerləşir. Bunun yuxarı səthində aşıq sümüyünə və ön səthində kub sümüyünə məxsus oynaq səthlər, dal tərəfində isə daban qabarı yerləşir.
Ayaq darağı-beş sümükdən ibarət olub daraqarxası sümüklərdən önə yerləşir. Hər bir daraq sümüyü başdan, cisimdən və əsasdan ibarətdir. Ayaq-daraq sümükləri nisbətən uzun və cisimlərinin yanlardan basıq olması ilə əl daraq sümüklərindən ayrılır.
Ayaq barmaqları da əl barmaqları kimi, baş barmaqdan başqa, üç (proksimal, orta və distal) flanqadan əmələ gəlir. Yalnız baş barmaqda iki (proksimal, distal) falanqa olur.
Yuxarı ətrafın skeleti. Yuxarı ətraf çiyin qurşağı və yuxarı ətrafın azad hissəsinə bölünür. Çiyin qurşağı vasitəsilə yuxarı ətrafın azad hissəsi gövdə ilə birləşir. Çiyin qurşağı sümüklərinə körpücük və kürək sümükləri aiddir.
Yuxarı ətrafın azad hissəsi 3 hissəyə bölünür. Bazu, said və əl. Bazu nahiyyəsində bazu sümüyü və saidə mil və dirsək sümükləri yerləşir. Əl isə 3 hissəyə bölünür: bilək, əldarağı və əl barmaqları.
Çiyin qurşağı sümükləri.Körpücük sümüyü uzun sümüklərdən olub, formaca s-ə bənzəyir. Döş ucu döş sümüyü dəstəsinin üzərində olan oyma ilə, çiyin ucu isə kürəyin çiyin çıxıntısı ilə birləşir. Döş ucu yuvarlaq olub, aşağı səthində birinci qabırğadan gələn bağa məxsus basıqlıq, bayır ucu isə yastı olub, dal səthində kürəyin dimdiyəbənzər çıxıntısından gələn bağa məxsus konusa bənzər qabarcıq və tranpesiyaya bənzər xətt vardır. Körpücük səthi basıq olur. Aşağı səthində körpücük altı əzələyə məxsus eyni adlı şırım yerləşir.

Yüklə 172,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin