İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə4/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   2   3   4   5   6   7   8   9   ...   31
Əzizəddin Nəsafi, qaddəsallahu sirruh, XIII əsr sufi müəllifi)

Bu yaxınlarda Bakı televiziya kanallarının birində bir diktor qız kağızdan oxuyub dedi ki, bu gün bütün dünyada ana dili günü qeyd edilib. Azərbaycan Respublikasında da bizim ana dili günümüz qeyd olundu. Bunu eşidəndə mən öz-özümə dedim ki, bu məmləkətdə, bu qız daxil olmaqla, “ana dili” ifadəsinin nə olduğunu, heç kəs bilmir.

Bizim vətəndaşlar belə düşünürlər. Bizim respublikanın dünyanın o biri dövlətlərindən nəyi əskikdir? İndi ki dünya ana dili gününü qeyd etdi, biz də edək. Soruşsan necə qeyd etdiniz? Cavab verəcəklər, televiziyada “qeyd etdik” sözünü deməklə qeyd elədik. O qızdan və başqa ali təhsil almış vətəndaşlarımızdan soruşsaq ki, “Azərbaycanda və Rusiyada ana dili hansı dillərdir?” Hamısı bir səslə deyəcəklər bizim respublikada ana dili Azərbaycan dilidir, Rusiyada isə ana dili, rus dilidir. Amma mən, bədbəxt, ali təhsil almadığıma rəğmən, bu sualın doğru cavabını bilirəm. Doğru cavab isə budur. Bizim respublikada bir neçə cürbəcür xalqlar yaşayır və ona görə bir neçə ana dili var – azəri türkcəsi, ləzgi, talış, tat, rus, erməni, kürd və sair dillər. Hal-hazırda, “Azərbaycan dili” kimi adlanan dil isə bizim dövlətin, respublikanın rəsmi dilidir. Rusiyada isə 200-ə qədər cürbəcür ana dili var. Rus dili isə rəsmi dövlət dili sayılır. O, ancaq milliyyətinə görə rus olanların ana dilidir. Yə’ni mənim demək istədiyim budur ki, istər Azərbaycanda istər Rusiyada rəsmi dil il boyu qeyd olunur. Ana dili gününü isə ona görə keçirirlər ki, heç olmasa ildə bir dəfə bu, bəxtsiz, kiçik xalqların dilləri də yada salınsın. Bunun üçün mərasimlər keçirilməli, yığıncaqlar olmalı, mə’ruzələr oxunmalıdır.

Bir şeyi qeyd etməkdən ötrü əvvəlcə gərək biləsən ki, nəyi qeyd etməlisən. Yoxsa “ana gününü qeyd etdik” demək qeyd etmək sayılmır.

“Ana dili” ifadəsi adamın doğma dilini, əslini, mənşəyini bildirir. Ancaq xaricdə, bir də “birinci, ikinci, üçüncü dil” ifadələrindən də istifadə olunur. Anketlərdə “Sizin birinci diliniz nədir?” bölməsi doldurulduqda, adamın hansı dili daha mükəmməl bilməsi, sərbəst danışması aydınlaşır, yazıb-pozmaq qabiliyyəti müəyyən olur. Yə’ni ki, məsəl üçün, deyək ki, bizim bir vətəndaş öz ana dilini bilmir, rusdilli adamdır, rusca təhsil alıb, ata-anası, arvad-uşağı ilə, ümumiyyətlə, məişətdə rusca danışır. Ona görə eləsi bu cür anketi, sorğu vərəqəsini dolduranda ona, “birinci dil, ikinci dil” bölməsini doldurmağ təklif edilsə, o halda, onun hansı dili daha yaxşı bilməsi aydın olar.

Dil ilə əlaqəli bir əhvəlat yadıma düşdü. Sovet vaxtı bizim millətin nümayəndələrindən təşkil olunmuş bir dəstə Hindistana səfərə getmişdi. Onlardan biri Bakıya geri qayıdanda hindistanlılar haqqında belə bir fikir söylədi. Dedi, oranın camaatı bizdən çox geridədir. Nə bizim dili bilirlər, nə də ki rus dilini. Bizim dili bilməmələri üzürlü sayıla bilər. Halbuki rus dilini “ves mir” (bütün dünya) bilir. Hindistanlılar isə onu da bilmirlər. Şükür Allaha, biz onlara oxşamamışıq, rus dilini bilirik!

Bakıda, on il bundan qabaq bir nəfər mənə bir əcaib, şəkilli kitab bağışladı və qürurla dedi, bu kitaba mənim də şəklimi salıblar. Bu rəngli, şəkilli kitab Azərbaycan Respublikasının əl sənəti ustalarının yaradıcılığına həsr olunmuşdu. Kitabın arxasında onun bir yerli nəşriyyat tərəfindən buraxılmış olduğu yazılmışdı. Ondan əlavə orada qeyd olunmuşdu ki, bu kitabın nəşri Amerika Dövlət Departamenti tərəfindən maliyyələşdirilmişdi. Güman edirəm ki, bu qrant ən azı on-on beş min dollar təşkil edib. Kitabın bir yarısı bizim dildə, o biri yarısı “ingiliscə” olub. Kitabın əcaib, məzəli xüsusiyyəti onda idi ki, ingilis dilli hissəsi tamamilə cəfəng, mə’nasız hərflər yığımından ibarət idi. Məsələn bu cür – “zrrr”, “brrr”,“trrrr”, “mrrr”, “qrrr” və ilaxir.

Mənim təsəvvürümə görə, bu kitabı belə ərsəyə gətiriblər. Əvvəlcə, nəşriyyatın müdiri Amerikanın səfirliyindən qrant pulu əldə etdi. Ardınca nəşriyyatın bir işçisi yalandan özünü ingilis dilini bilən adam kimi göstərərək tərcümə işini boynuna götürdü. O, sonra, müdirin küt adam olduğuna, xarici dil bilmədiyinə əmin olduğundan, mətni bu şəkildə kompüterdə yazıb, təhvil verdi.

Belə düşünürəm ki, bu cür əcaib nəşr, bu cür hadisə dünya kitab nəşri tarixində ilk dəfə baş verib. Belə şeylər ancaq Azərbaycan Respublikasında mümkündür! Və hərgah Amerika ictimaiyyəti bu məsələ haqqında xəbər tutsa bu böyük bir qalmaqala səbəb olar. Qərb ölkələrin əhalisi dövlət pulunun səmərəsiz xərclənməsinə çox pis baxır. Belə ki, bu işə görə Amerika Dövlət Departamentinin bir işçisi vəzifəsini itirə bilər.

Düşünürəm ki, Bakıda təhsilin səviyyəsi dünyada, axırdan birinci yerdədir. Afrikanın və ya Asiyanın ən kasıb dövlətini, ən geridə qalmış ölkəsini götürsələr, görəcəklər ki, orada təhsilin səviyyəsi bizimkindən daha üstündür. Mənim bunda heç bir şübhəm yoxdur. Ələlxüsus dövlətin rəsmi dilinin tədrisi biyabırçı aşağı səviyyədədir.

Bütün elmlər dil vasitəsi ilə mənimsənilir. Dili pis bilən heç bir elmi öyrənib mənimsəyə bilməz. Bu gün, hamının cibində təhsil aldığını sübut edən sənəd var, halbuki Bakıda dövlətin rəsmi dilində doğru-dürüst şəkildə danışa bilən adamı tapmaq müşkül iş olar. Sözün qısası, bu gün təhsildə kəmiyyət var, keyfiyyət isə, yoxdur. Keçmişdə isə, əksinə, kəmiyyət yox idi, keyfiyyət var idi.

Bu gün məmləkətdə vəziyyət elədir ki, hər kim ki əlifbanı öyrəndi artıq o, savadlı adam sayılır və hər hansı yüksək vəzifəyə layiq görülə bilir. Ondan da artıq, hətta əlifbanı bilməyən birisi, təzə qəbul olunmuş latın əlifbasını bilməyən adam belə ali məqam, nazir vəzifəsini tuta bilər.

Belə bir fikir var ki, elmi az savadlı kütlənin səviyyəsinə gətirmək düzgün deyil, kütləni elm səviyyəsinə gətirmək lazımdır. Dil sahəsində də bu cür olmalıdır. Halbuki, bu gün həm Türkiyədə həm də ki bizdə dili son dərəcədə sadələşdirib, bəsit bir şəklə salıb, onu az savadlı geniş xalq kütləsinin səviyyəsinə gətirməyi düzgün bir şey sayırlar.

On il bundan qabaq Bakıda ingilis dilində on bir sayda qəzet çıxırdı. Bu özü-özlüyündə məzəli bir haldır. İngiltərənin ümummilli qəzetlərinin sayı yeddi-səkkiz dənədən artıq deyil. Bakıda isə hər imkanlı adam özünün ayrıca qəzetlərini, məcmuələrini çıxartmaq istəyir. Səhvlərlə dolu, bisavad şəkildə qəzet buraxmağın nə mə’nası var? Bizdə “özümüzü dünyaya tanıdaq” sözünü tez-tez eşitmək olur. Mənə görə isə, özünü həm yaxşı, həm də pis tərəfdən tanıtmaq olar. Pis tərəfdən tanıtmaqdansa, heç tanıtmasan daha yaxşıdır.

Məsəl üçün, kimsə, bir imkanlı vətəndaş, işgüzar adamlar üçün ingilis dilində bir qəzet buraxırdı. Görünür o da bizim xalqı dünyaya tanıtmaq istəyirdi. O ruznamənin sərlövhəsi səhv idi. İngilis dilində “Big business” (böyük biznes) ifadəsi var. Halbuki, o qəzetin sərlövhəsi “Large Business” (kök biznes) şəklində yazılmışdı. Elə ki, hər-hansı bir ingilis görəndə ki, Azərbaycan Respublikasında, hətta, qəzetin sərlövhəsini belə, düzgün yaza bilmirlər, başa düşür ki, bu məmləkətin təhsili nə səviyyədədir. Belə söz var “gücüm var, ağıl nəyimə lazımdır”. Bakının imkanlı adamları da buna oxşar düşünürlər – “pulum var, ağıl nəyimə lazımdır”.

O, ingilis dilində çıxan qəzetlərin bə’zilərində ingilislər və amerikalılar işləyirdi. Bu jurnalistlər yazdıqları bütün məqalələrdə bizim həyat həqiqətlərini pisləyir və tənqid edirdilər. Onları işə götürənlər isə yəqin ki, heç nə anlaya bilmirdilər. Belə fikirləşirdilər: “Biz bu xaricilərə maaş veririk ki, bizi tə’rifləsinlər, ancaq bunlar bizi tənqid eləyib dururlar. Bu necə işdir?”

Məsəl üçün belə məqalələrin birinin adı “Azəri kişilərinin ixracatı” idi. Bir ingilis jurnalist qadın yazırdı: “Dünya elə bilir ki, neft sərvəti hesabına Bakı küçələri qızıl kərpiclərlə döşənib. Həqiqətdə isə onlar azəri kişilərinin “ixracatı” ilə -- tüpürcəklərlə döşənib. Mən bilən, azəri kişilərin əsas sənəti, hayxırıb boğazlarındakı bəlğəmi asfalta tüpürməkdən ibarətdir. Ondan başqa bir şey bilmirlər. Bir yerli cavan oğlana dedim ki, bu nə pis adətdır? O isə cavabında dedi, bəs biz, boğazımızda əmələ gələn bəlğəmi bayıra tüpürməyib, neyləyək?”.

Başqa bir ingilis jurnalist qadın, məqaləsində, Lerikə etdiyi səfər haqqında yazırdı. O, yolda bir qatır görür. İcazə istəyib qatıra minir. Ancaq, onun yazdığına görə, qatır o dərəcədə zəif idi ki, bir addım qabağa atanda iki addım da geriyə gedirdi. Qatırın adını soruşdu. Dedilər ki, onun adı yoxdur. Jurnalist, dedi, onda, mən, bu ata ona yaraşan bir ad verdim – “Azərbaycan”.

Sonradan, bir ingilis dili müəllimi qəzetə məktub yazıb şikayət etdi: “O jurnalist nə üçün o qatıra “Azərbaycan” adını verib? Ona deyin ki, Azərbaycanın Koroğluları olub, Qır atları olub. O jurnalist bizim xalqı təhqir edib. Onun qəzetdən qovulmasını tələb edirəm!”.

Mən belə başa düşürəm ki, o qəzetlərin müdirləri bir müddət gözlədilər, lakin sonradan, bu xarici jurnalistlərin işləmə müqavilələrinin müddəti qurtaranda, daha onları uzatmadılar, təzələmədilər.

Bir başqa hadisə. Bir gün Bakı televiziya kanallarının birində Rusiya Elmlər Akademiyasının üzvü, bir etnoqraf (xalqların xüsusiyyətlərini tədqiq edən mütəxəssis) müsahibə verirdi. Bizim jurnalistlər ondan xahiş etdilər ki, o, respublika haqqında öz təəssüratını nəql etsin. Etnoqraf isə, tam səmimiliklə, belə dedi: “Əvvəllərdə, azərbaycanlıları heç tanımırdım. Ancaq Bakıya gəlib onları görəndə mat-məəttəl qaldım. Özümün böyük iş təcrübəmdə azərbaycanlılar kimi şüursuz, düşünmə qabiliyyəti bu dərəcədə zəif olan bir xalq görməmişəm. Mən quruyub qalmışam. Ələlxüsus, bunu da diqqətinizə gətirmək istəyirəm ki, sizin akademikləriniz, professorlarınız və səlahiyyətli adamlarınızla görüşlərimdən sonra mən, bu nəticəyə gəlmişəm. Daha başqalarını, sıravi adamlarınızı demirəm”.

Bu sözləri eşidəndə bizim jurnalistlər onu danlamağa başladılar. Dedilər ki, “Siz düzgün danışmırsınız, bizim xalq müdrik xalqdır. Sizin, bizim xalqımızı təhqir etməyə haqqınız yoxdur”. Rusiya etnoqrafı bunun cavabında belə dedi: “Mənim kimisə təhqir etmək fikrim yox idi. Mən aliməm. Bu mənim sənətimdir. Xalqların xüsusiyyətlərini öyrənmək, mənim işimdir”.

Bizim jurnalistlər axırda ona, sərt şəkildə belə dedilər: “Burdan gedin, biz, bir daha sizi Bakıda görmək istəmirik!”

Millətin bu günki vəziyyəti haqqında mütaliə edib belə bir lətifə uydurdum. Bu gün bizim respublika vətəndaşından soruşsalar ki, “Sən nə bacarırsan?”. Cavabında deyəcək, çalıb-oynamaq. “Ondan başqa nə bilirsən?”. Yenə cavab verəcək ki, çalıb-oynamaq bilirəm. Birdə soruşsalar, çalıb-oynamaqdan başqa nə bilirsən? Yenə cavab verəcək, çalıb-oynamaq bacarıram.

Bir-neçə il bundan qabaq bir qəzetdə bir ingilis yazırdı ki, Bakıda, televiziya kanallarında səhərdən axşama qədər zəhlətökən şərq musiqisini, mahnılarını çalırlar. Görünür ki, azərbaycanlılar bədii film çəkmək bacarmırlar və elə bu səbəbdən onlar, televiziyada bütün günü öz musiqilərini səsləndirirlər.

Yə’ni mənim demək istədiyim odur ki, bizim, hal-hazırkı cəmiyyətdə, əhali elə düşünür ki, əsas odur ki, biz çalıb-oynamaq bacarırıq, qalan şeylər isə öz-özündən düzələcək. Halbuki, məmləkətə lazım olan əsas şeylər milli dini əqidə, xalqa gün ağlayan hökumət, güclü ordu, güclü iqtisad və istehsalat sənayesidir. Azərbaycanda həmişə deyirlər ki, biz gərək ölkədə güclü bir ordu düzəldək. Halbuki, məncə, artıq respublikada çox güclü bir ordu var – “musiqiçilər ordusu”.

Belə bir macəra kitabı var, adı “Əcaibül-Hind”, yə’ni ki, “Hindistanın əcaib halları”. Bu gün əcaib şeylər görmək üçün Hindistana getməyə ehtiyac yoxdur, çünki bizim respublikanın hər şeyi əcaibdir.

Bir gün Bakının bir telekanalında belə bir şey gördüm. Bir qız jurnalist bizim bir hərbi hissəyə gedib, açıq sahədə yığışmış əsgərləri sorğu-suala tuturdu. Bir əsgər ona, fəxrlə, dedi ki, biz burada, bu hərbi hissədə, NATO üsuluna görə tə’lim alırıq. Qız soruşdu, NATO üsulu ilə indiyə qədər öyrəndiyiniz şeylərdən bizə bir şey nümayiş edə bilərsinizmi? Əsgər cavab verdi, “Hələ ki, bir şey öyrənməmişik. Ancaq, bizə türk rəqsi oynamağı öyrədiblər. Onu göstərə bilərik”.

Bunu deyən oğlan və onun ardınca iki yüz, üç yüz başqa əsgər, ehtirasla, bir cür, məsti-məstanə halında, hansısa bir Türkiyə rəqsini oynamağa başladılar. Rəqs on dəqiqə sürdü. Bu rəqs cəm halında deyil, tək başına oynanılan rəqs idi. Yüzlərlə əsgərin hərəsi ayrıca öz oxu ətrafında bu şəkildə dövr etməsi son dərəcə əcaib bir mənzərə idi.

Türkiyə çox-millətli bir dövlətdir. Ora kürdlərin, türklərin və digərlərin vətənidir. Ancaq bu rəqs “halay” (yallı) rəqsi, kürd milli rəqsi deyildi, başqa bir şey idi. Mən bilən, deyəsən bu rəqs Türkiyə qaraçılarının rəqsi idi. Qaraçı rəqsini oynamağın nə mə’nası vardı? Ancaq, mənim başqa bir ehtimalım da var. Ola bilər ki, bu rəqs Türkiyə yəhudilərinin milli rəqsi idi. Mən bunu belə başa düşürəm. Türkiyə, NATO-nun bir üzv ölkəsi kimi, ara-sıra, bizim respublikaya öz generallarını göndərir. Bilindiyi kimi Türkiyə Cümhuriyyətinin generallarının doğsan faizi yəhudi əsillidir. Oranın ordu başçılığına da, adətən, bir qayda olaraq, yəhudi əsillilər tə’yin olunur. NATO rəhbərliyi belə hesab edir ki, bu yəhudi kadrlar türk ordusunda İslamçı təmayüllərin qarşısını almağa kömək etməlidir.

Ehtimalıma görə bizim tərəf bu vəziyyətdən xəbər tutandan sonra, bizim əsgərlərə yəhudi rəqsini öyrətdirmişdi. Sonra onları, Türkiyənin yəhudi generallarının qarşısında çıxardıb, oynadaraq, qonaqların əylənməsini istəyirdi.

Bir də, Bakıda tez-tez müşahidə edib görürəm ki, nümayişə çıxanda və ya hər hansı bir məsələ üçün e’tiraz etmək lazım olanda, bizim kişilər arvadları irəli verirlər, özləri isə arxada, “arxa cəbhədə” yer tuturlar. Buna görə mən belə bir məsəl, lətifə fikirləşdim. Hərgah düşmən bizim respublikaya qarşı müharibəyə başlasa, onda bizim kişilər dəfi, qavalı əllərinə alıb, adətləri üzrə, arvadları irəli verəcəklər. Fikir isə budur, “Biz arxada durub çalarıq, arvadlar isə qabaqda oynayarlar, rəqs edərlər. Düşmənin başı arvadlara qarışacaq, onda, daha bizə dəyməzlər”.

Bu mənim uydurduğum bir lətifə idi. Ancaq çox keçmədən mənim bu mülahizəm əyani şəkildə sübut olundu. Bakının bir televiziya kanalında tanınmış bir jurnalistimiz məşhur kamançaçı Habildən müsahibə götürürdü. Müsahibənin sonunda jurnalist dedi ki, “Habil müəllim, sizə zaval yoxdur. Siz yaşayacaqsınız, ancaq bizim, azərbaycanlıların müqəddəratı necə olacağ, bəlli deyil. Yə’ni ki, mən bunu demək istəyirəm. Bax, ermənilər bizimlə müharibəyə başlasalar, bizim üzərimizə hücum etsələr, siz kamançanı əlinizə alıb, çalacaqsınız. Onda erməni əsgərlər sizin çalğınıza məftun olub, sizə qıymayacaqlar, sizi öldürməyəcəklər. Ancaq vay bizim, yerdə qalanların halına”. Necə deyərlər, bu hələ kamilləri; gör nədir cahilləri.

“O taylı soydaşlarımızın” bir nümayəndəsi mənə belə dedi: “Televizorda görmüşəm ki, siz Bakıda kefə baxırsınız. Gecə gündüz-gündüz tar çalırsınız və oynayırsınız. Ancaq biz, İranda çörək pulu qazanmaqdan ötrü karxanalarda işləməyə məcburuq”.

Tarixə görə, türkdilli tayfalar Qafqaza savaşa-savaşa gəliblər. Ancaq mənə belə görünür ki, gedəndə çala-çala gedəcəklər. Onları çala-çala yola salacaqlar. Mən belə hiss edirəm ki, belə getsə, yaxın on ildən sonra Cənubi Qafqazda bir nəfər belə müsəlman qalmayacaq (yə’ni ki, İrəvandan, Dərbənddən, Tiflisdən, Xankəndindən çıxarıldılanlar kimi). Yaşayarıq, görərik.

Mən həmişə fikirləşirəm, görən bizim xalq ermənilərə necə üstün gələ bilər, onların üzərində necə qələbə çala bilər? Axırda belə fikrə gəlirəm ki, erməniləri məğlub edəcək tək şey bizim xalqın arsızlığı, sırtıqliğı olacaq. Ermənilər belə düşünürlər, biz, ermənilər axır yüz ildə əlləşdik, zəhmət çəkdik yüz minlərlə müsəlmanın başlarını kəsib, qətlə yetirdik. Amma televiziyaya baxanda görürük ki, bu türklər (azərbaycanlılar) bütün bu hadisələri heç veclərinə almırlar. Bunlar bütün günü çalıb-oynayırlar. Bundan erməninin ürəyi tab gətirməyəcək, bağrı partlayacaq, öləcək. Məncə, erməniləri məğlub edəcək ancaq və ancaq azəri türklərinin arsızlığı olacaq!

“ANS” kanalında ara-sıra Qarabağ müharibəsində çəkilən bir sənədli lenti göstərirlər. Orada ermənilərlə bizim əsgərlər arasında gedən bir döyüş lentə alınmışdı. Filmin bir yerində göründüyü kimi bizim əsgərlər hücum etməyə cəhd edəndə, ermənilər onları güclü avtomat silahdan atılan atəşlə qarşılayırlar. Bunu görən bizim əsgərlər arxaya qaçırlar. Arxada isə onları komandır qarşılayır, onları erməninin üstünə, hücuma getmələrini tələb edir. Ləzgi komandır bizim dili bilmədiyindən onların üstünə rusca qışqırır, ağır söyüşlər işlədir. Yə’ni ki, “Hücuma keçin, qabağa qaçın, sizin ananızı...” Bu, bir neçə dəfə təkrar olur. Qabağa qaçanda ermənilər atmağa başlayır, arxaya qaçanda komandirləri onları pis söyüşlə qarşılayır. Əsgərlər də çaşqınlıq içində idilər. Qalmışdılar iki odun arasında. Düşünürdülər, “Qabağa qaçsaq ermənilərin güllərindən öləcəyik, dala qaçsaq komandirimiz bizi pis söyüşlə söyəcək”. Bu komandirlər Sovet ordu kadrlarıdır. Onlar, Sovet ordusunda xidmət edəndə ruslardan, yerli-yersiz, ana söyüşü söymək adətini mənimsəyiblər.

Eşitmişdim ki, bizim ordunun komandirləri rusdilli adam olduqlarından o müharibə vaxtı nə onlar əsgəri, nə də ki, əsgərlərimiz komandiri başa düşürdü.

Bizim xalqın hər şeyi məzəlidir. Hətta müharibələri də. Qarabağ müharibəsində minlərlə adam ölüb. Halbuki, bu müharibənin vəziyyətini, xırdalıqlarını öyrənəndə adamda, istər-istəməz gülüş, kədərə üstün gəlir.

Bir dəfə Moskvanın bir televiziya kanalında bir erməni, Qarabağ müharibə veteranı, danışırdı. O, deyirdi, biz bilirdik ki, Azərbaycan ordusunun komandirləri öz əsgərlərinə erməni tərəfində vuruşan muzdlu rus döyüşçülərinə atəş açmağı qadağan etmişdilər. Sonra o, bir sarışın adam maskasını tamaşaçılara nümayiş etdi. Biz, erməni əsgərləri, bu maskaları başımıza keçirdirdik və qorxmadan hücuma gedirdik, dedi. Azərbaycan əsgərləri uzaqdan bizi rusa oxşadıb, komandirlərindən qorxaraq bizə güllə atmırdılar. Biz o müharibəni bu şəkildə udduq.

1993-cü ildə Bakıda, bazardan qəzet parçasına bükülmüş nə isə almışdım. O qəzetdə çox maraqlı bir məqalə gördüm. Bu Qarabağ müharibəsi sabiq döyüşcüsünün xatirələri idi. Bu adam, qeyri-rəsmi olaraq, “Qara batalyon” adlandırılan bir ordu hissəsinin komandiri idi. Bu ordu dəstəsi könüllülərdən, əfqan müharibəsinin veteranlarından təşkil olunmuşdu. Komandir bu xatirələrini səkkiz güllə yarası ilə xəstəxanada yatanda yazmışdı.

Onun yazdığı şeylər Qarabağ müharibəsinin əcaibliyini aydın şəkildə göstərirdi. Mən belə başa düşdüm ki, dünya tarixində belə əcaib müharibə görünməyib.

Onun dediyinə görə o müharibədə başqa hərbi hissələrin işi, zahirən, ermənilərə qarşı müqavimət etmə görünüşü yaratmaqdan ibarət olduğu halda, bu “Qara batalyon” doğru-doğrusuna vuruşurdu. Erməni əsgəri bu batalyona qarşı vuruşmağa qorxurdu. Axırda ermənilər tənqə gəlib bizim tərəfə müraciət etməli oldular. Dedilər, sizin bu “Qara batalyon”a görə bizim ordu böyük itkilər verir. Onu ləğv edin. Nəhayətdə ordu rəhbərliyi ermənilərin xahişinə görə bu hərbi hissəni ləğv etdi.

Bu adamın yazdığına görə bizim ordunun başqa komandirləri hamısı düşmənin, ermənilərin xeyrinə işləyirdi. Buna görə bizim əsgərlər sağ qalmaqdan ötrü onlarla gizlənpaç oynamaq məcburiyyətində idilər. Məsələn döyüşə göndəriləndən sonra əsgərlər radio ilə eşidirdilər ki, komandirləri erməniləri dərhal bundan xəbardar edirdi, “filan sayda əsgəri filan məntəqəyə yollamışam, onları qarşılayın”. Ondan başqa bizim əsgərlərin getdiyi məntəqəni özümüzkilər topa tuturdular, ya da ki təyyarəçilərimiz bilə-bilə özümüzkilərin başına bombalar yağdırırdı. Bu vəziyətdən ağah olduğuqlarından bizim əsgərlər qətl olunmamaq üçün komandirin göndərdiyi yerə deyil, başqa yerə gedirdilər.

Bir başqa əhvəlatda bir xain komandir döyüşdən qabaq bizim bir ordu hissənin cəbhəxanasının patronlarını geri çəkib, onları təzələri ilə əvəz etdi. Döyüş başlayanda əsgərlərimiz hüçüm çəkən erməni əsgərlərinə nə qədər güllə atırdılarsa bunun heç bir faydası olmurdu. Ermənilər isə güllədən nə qorxur, nə çəkinir, başlarını dim-dik tutub bizimkilərin üstünə gəlirdi. Anladılar ki, patronlar boş, gülləsiz idi. Yaxşı ki, bir-iki əl qumbaraları var idi. Elə ki yalnız onları atandan sonra ermənilərin həmləsi geri püskürdüldi. Yoxsa hamısını qıracaqdılar. Sonradan əsgərlərimiz anladılar ki, komandirləri qəsdən onlara boş patronlar verıb, sonra isə erməniləri bundan xəbərdar etmişdi.

Başqa vaxt o müharibənin bir hadisəsi haqqında bir əsgərin söhbətini eşitmişdim. O, danışırdı ki, bizim ordunun əskərlərini aparan hərbi maşın karvanı meşə yollu ilə irəliyirdi. Qabağda isə komandiri daşıyan QAZ maşını gedirdi. Birdən gördük ki, o maşından göyə bir fişəng atıldı. Bunun ardınca QAZ maşını kəskin bir şəkildə dönüb sürətlə əks istiqamətə, geriyə sürməyə başladı. Hərbi maşınlar bir-neçə dəqiqə həmin istiqamətə sürməyə davam etdilər. Birdən başımızın üstünü bizim qırıcı təyyəralər aldı və maşınlarımızı bombalamağa başladı. Mən isə cəld tərpəndim özümü maşından aşağı atdım və meşəyə tərəf qaçdım. Orada bir mən sağ qaldım bütün əsgərlər isə qırıldı. Hərbi düşərgəmizə qayıdanda komandirimiz məni sağ-salamat görüb çox təəcübləndi. Qorxdum ki, o, xain əməllərini, satqınlığını gizlətməkdən ötrü məni də aradan götürmək istəyəcək. Ancaq o, bu fikirdən əl çəkdi, nədənsə mənə dəymədi.

Ondan başqa, bir dəfə Bakının bir televiziya kanalında ermənilər tərəfində vuruşan əsir götürülmüş altı rus əsgərini göstərdilər. Bizim komandir onlara deyir, “sizin hamınızın üzü mənə tanış gəlir. Bu neçənci dəfədir ki, siz bizə əsir düşürsünüz?”. Onlar cavab verdilər. Anlaşıldı ki, onların bə’zisi üç dəfə, bə’zisi isə beş dəfə əsir düşüb. O əcaib müharibədə əllərində bizim vətəndaşların qanı olan bu cür əsgərləri tutub, buraxırdılar. Muzdlu əsgərlərin sözünə görə bizim tərəf onları Rusiyaya təhvil verirdi. Onlar isə Rusiyada öz şəhərlərinə qayıdıb, evdə bir-iki həftə dincəlir və sonra təzədən Qarabağa gedirdilər. O vaxt ruslar Qarabağa əsgər kimi döyüşməyə böyük həvəslə gedirdilər. Çünki bir tərəfdən Ermənistan onlara dollar, yaxşı maaş verirdi. İkinci tərəfdən isə rus xalqı təbiətinə görə irqçi olduğundan bu muzdlular müsəlmanları öldürməkdən xüsusi bir zövq alırdılar. Bir də ki, o müharibədə onlar üçün ölmək təhlükəsi yox idi. Muzdlular Qarabağ müharibəsində keçirdikləri müddəti bir növ əyləncə, ürək açan bir mə’zuniyyət hesab edirdilər.

Cavanlıqda “Amerikanın səsi” radiosunun rus xidmətinin bir verilişinə qulaq asdım. Bir jurnalist qız məşhur yazıçıdan, Ayzek Azimovdan müsahibə götürürdü. Bu adam hələ kiçik yaşında ata-anası ilə birlikdə Rusiyadan Amerikaya köçmüşdü. Bunlar miliyyətlərinə görə yəhudi idilər. Ancaq, sovet vaxtı, Bakıda, səhvən, elə düşünürdülər ki, yazıçı müsəlmandır, bizim xalqın nümayəndəsidir.

Müsahibənin lap başından yazıçı qızdan soruşdu, bu verilişi Bakıda eşidəcəklərmi? Qız təsdiq etdi. Azimov dedi, çox gözəl. İndiki belədir onda qoy azərbaycanlılar qulaqlarını açsınlar və məni yaxşı eşitsinlər. Onlara səslənərək, qətiyətlə deyirəm, mən azərbaycanlı deyiləm! Təkrarən, mən azərbaycanlı deyiləm! Və bu məsələni burada bir dəfəlik bağlayaq.

Hər haçan ki, hansısa bir azərbaycanlı Amerikaya səfər edir, gəlib qapımı döyür. Sonra “Salam əleykum, mən Bakıdan gəlmişəm”, deyir. Daha sonra, “Sizi görməyə gəlmişəm. Eşitmişəm ki, siz də azərbaycanlısınız. Elə ki, biz həmvətənlərik”. Buna görə birdə təkrar edirəm. Mən azərbaycanlı deyiləm! Odur ki, bundan sonra, azərbaycanlılar bir də bura gəlib mənim qapımı döyməsinlər.

Yazıçı bunu çox hiddətlə, acıqlı bir şəkildə danışdı. Görünür ki, bizimkilərin bu işləri onu cana gətirmişdi, bezdirmışdi. Anlaşılır ki, yurddaşlar, ədibin yüzlərlə sayda kitab yazdığını, çox zəngin olduğunu eşitmişdilər və buna görə öz xasiyyətlərinə uyğun hərəkət etdilər. Onun yanına gedərək, hər hansı bir mənfəət, qazanc əldə etmək istəyirdilər.

Buna oxşar başqa bir əhvəlat da var. Amerikanın milyarderi Armand Hammer işgüzar səfərlə Moskvaya gələndə bir məclisdə bizim tanınmış rəssam T.Salaxov ona yanaşıb, deyir ki, sizdən çox xahiş edirəm, icazə verin sizin şəklinizi çəkim. Amerikalı icazə verir. Rəssam bir neçə dəqiqəyə kağızın üzərində karandaşla bir şəkil çəkir. Sonra o şəkili Hammerə bağışlayır. Bir müddət keçir. Salaxovun yolu Amerikaya düşəndə, orada Hammerin evinə gedib, deyir, salam, mən Moskvada sizin şəklinizi çəkən rəssamam. Onda, amerikalı rəssama öz xüsusi təyyarəsini verir. Salaxovun orada qaldığı müddətdə təyyərə onun ixtiyarında idi. Onunla Amerikanı başdan başa gəzdi və bütün xərclərini Hammer ödədi.

Cavanlıqda Bakıda beş ay ərzində bir idarədə işlədim. Orada bir arıq, eynəkli rus işləyirdi. Hikmətli sözlər, fikirlər söyləməyi çox sevirdi. Bir dəfə o, barmağını yuxarı qaldırıb özünün dərin düşüncələrini bizimlə, işcilərlə paylaşdı. Dedi ki, iki cür ağıl var. Biri elm üçün yararlı ağıl, o birisi isə əməli ağıl, yə’ni ki, biclik. Azərbaycanlılarda elm üçün yararlı olan ağıl yoxdur, fəqət biclik var. Yə’ni o demək istəyirdi ki, bizim xalqın nümayəndəsinin həyatda hər-hansı bir nailiyyəti varsa, bu yalnız onun bicliyi hesabınadır.

Mənim bunları burada danışmağımın səbəbi odur ki, bizim cəmiyyət kənardan gələnlərin gözündə gülməli görünür. Adamın xüsusiyyəti o cürdür ki, o, başqasının eybini görüb gülür, ancaq öz eybini görmür. Yə’ni ki, mənim burada demək istədiyim odur ki, bu gün, Bakıda, əsil gülməli olanlar elə o, Məşədi İbada baxıb gülənlərdirlər.

“O olmasın, bu olsun” filminin ancaq bir şeyinə e’tirazım var. O da, “Molla Nəsrəddin” məcmuəsinin idarəsində yer alan səhnədir. Bu səhnə tamaşa ilə düz gəlmir. Onu, sovetin siyasətinə uyğunlaşdırmaq üçün, filmə əlavə etmişdilər. Eşitmişdim ki, Üzeyir bəy filmin yaradıcılarına narazılığını bildirib, “Mənim əsərimin qol-qanadını niyə sındırırsınız” demişdi. Onlar isə, bunu başqa cür etmək olmaz, tamaşa başqa, film başqa, az da olsa dəyişikliklər labüddür, olmalıdır, deyirdilər. Məncə, bu səhnə artıqdır, filmə ağırlıq gətirir, xətər verir. Bu səhnə filmdən kəsilib atılsa, qalan yerləri kamildir.
***
Sovet vaxtı kommunist təbliğatçıları bizim Molla Nəsrəddinin surətini təhrif etməyə çalışırdılar. Yazıçılar kitablar, tamaşalar yazır və orada onu padşahlara, xanlara və ruhanilərə qarşı mübarizə aparan bir inqilabçı, dini-ehkama, yaşadığı cəmiyyətin adət və ənənəsinə qarşı çıxan üsyankar adam kimi göstərməyə çalışırdılar. Halbuki adından və lətifələrin məzmunundan bilindiyi kimi onun mollalığı da var idi. Elə Nəsrəddin sözünün mə’nası da “dinin zəfəri” deməkdir. Keçmişdə bu cür ləqəblər görkəmli şəxsiyyətlərə onların iste’dadlarına, fəaliyyətlərinə və xidmətlərinə görə şahlar tərəfindən rəsmi, xalq tərəfindən isə qeyri-rəsmi şəkildə, verilirdi.

İdris Şah İngiltərədə yaşayıb, Qərbdə təsəvvüfun təbliğatçısı kimi şöhrət qazanmışdı. Onun anası şotlandiyalı idi. Atası isə seyid ailəsində doğulan bir əfqan olub. Şah orta yaşına çatanda, Gürciyevin keçmiş şagirdi olan bir ingilis zabitinin yanına gedir və irfani elmlərin tədqiqatı işi üçün, onu maddi vəsaitlə tə’min etməsini xahiş etmişdi. Zabit bu iş üçün ona öz malikanəsini hədiyyə etdi. Şah bu malikanəni satıb onun puluna “The Octagon Press” adında bir nəşriyyat tə’sis edib orada həm özü yazdığı kitabları və həmdə sufi rahının ustadlarının şah əsərlərini dərc etməyə başladı.

İdris Şah Molla Nəsrəddin lətifələrini də dörd-beş kitab şəklində dərc etmişdi. Onun fikrinə görə bu lətifələr heç də gülüş və yüngül əyləncə üçün olan şeylər olmayıb. Şah tə’kid edirdi ki, keçmişdə bu lətifələr sufi dairələrdə, dərvişlərin tə’limində istifadə olunurdu. Elə ki, hər dərviş ayrı bir lətifənin üzərində mütaliə edərək onun daxili hikmətini kəşf etməli idi. Bundan sonra mürşid dərvişin cavabına qiymət verirdi.

Amerikalı tədqiqatçı, Robert Orstayn “Müasir təsəvvüf” kitabında yazır ki, bu elmin məğzi, ardıcıl və nizamlı şəkildə olan tə’limlər vasitəsi ilə ərz oluna bilməz. Sufi tə’limi, məsəl üçün “Həyatın mə’nası nədir?”, “Haqq haradadır?” kimi suallara təsnifatlı bir tərzdə cavab vermir. Onun fikrincə təsəvvüfun mahiyyətini yalnızca ziddiyyətli, təzadlı fikirlər vasitəsi ifadə etmək olar. O, deyir ki, “sufi məsəli və lətifəsi dinləyicini tanımadığı yollarla aparır, qeyri-adi vəziyyətə salır, bə’zən isə adamın ağlını çaşdıraraq, mat-məəttəl etməyə çalışır... Bə’zi lətifələrdə isə hikmətli, müdrik bir adam özünü sadəlövh olan birisi kimi göstərərək, səfeh düşüncə tərzini ifşa etməyə çalışır. Bu lətifələrin bazar əhlinin əylənməsi üçün yaradılmış olduğunu düşünən şərqşünaslar yanılmışlar. Lətifələrin məqsədi – insan ruhunun şüurun çatmadığı qatlarına toxunmaqdır. Məqsəd, sözün vasitəçiliyi olmadan, insanla Haqq arasında bir rabitə qurmaqdır”.

Nəsrəddin özünü bir səfeh adam, divanə kimi göstərib, şəraitə uymayan hərəkətləri ilə, dünyanın qayda-qanunlarını, dünyəvi anlayışları alt-üst etməyə çalışır. O, sanki belə deyir – bu dünya həqiqi dünya deyil, e’tibarlı bir yer deyil. Bu dünyanın işlərinə ciddi yanaşılmamalıdır. Bu isə sufilərin dünya görüşüdür.

İyirmi-otuz il bundan qabaq ingilis televiziyasında Idris Şahın ssenarisi üzrə Molla Nəsrəddin mövzusuna aid bir bədii film çəkilmişdi. Ondan başqa Şah, bir əsərində Nəsrəddin haqqında Sovet İttifaqında çəkilən bir filmi kəskin tənqid edib demişdi ki, o filmdə Nəsrəddin bir inqilabçı, bolşevik kimi təsvir olunmuşdu.

Əvvəlcə rus, sovet yazıçısı Solovyov Nəsrəddin haqqında bir bədii əsər yazır. Onun bu əsərində müsəlman sultanları, hakimləri, qazıları və ruhaniləri gülünc, təhqiramiz bir şəkildə təsvir olunurdu. Onun ardınca bir Buxara yəhudisi isə bu kitab əsasında bir səhnə əsəri yazmışdı. Tamaşanın ilk səhnəsi bir axundun evində baş tutur. Axund evinə gəlib Nəsrəddini yataqda onun arvadı ilə mazaqlaşdığını görür. Nəsrəddin axundu görəndə özünü pəncərədən bayıra atıb, qaçır.

Yəqin ki, bu səhnə xaçpərəst tamaşaçısının xoşuna gələcək, bu onu güldürəcək. Halbuki, müəllif müsəlman həyatının gerçəklərini başa düşmür, müsəlman zehniyyətini anlamır. Aydın məsələdir ki, müsəlman tamaşaçı elə bu səhnəni görən kimi yerə tüpürüb teatrı tərk edəcək. O, Mollanın lotu, əxlaqsız, ləyaqətsiz bir adam kimi təsvir olunmasını qəbul etməyəcək.

Şah rejimi vaxtı, Bakıda hava yaxşı olanda, ara-sıra, İran televiziyası verilişlərini televizorda tutmaq olurdu. Bir gün Tehrandan İran istehsalı olan Molla Nəsrəddin filmini göstərdilər. İlk səhnə elə bu axund səhnəsi idi. Sonra hava dəyişdi və mən daha filmin ardına baxa bilmədim. Mən başa düşdüm ki, İran tərəfi Moskvadan icazə alıb bu filmi o tamaşa əsasında çəkib. Mən bilirdim ki, şah rejimi qərbpərəst siyasət aparıb, ölkədə İranın, farsların qədim dini olan atəşpərəstliyi təbliğ etdirirdi, müsəlmanın dininə və ruhanilərinə düşmən kəsilmişdi. Başa düşdüm ki, İslama qənim kəsilən bu rejim belə filmi çəkməklə İran ruhanilərini və ümumiyyətlə bütün müsəlmanları alçaltmaq, təhqir etmək istəyirdi.

İranın axırıncı padşahı Məhəmməd-Rza şah Pəhləvi həmişə kameralar qarşısında öyünərək deyirdi ki, mənim hakimiyyətimi həm Vaşinqton, həm də Moskva dəstəkləyir.

Vyetnamda, bundan bir neçə əsr qabaqlarda yaşamış bir Buddaçı rahibin, Alim Kvinin lətifələri xalq tərəfindən çox sevilir. Dini xadim olan Kvinin lətifələri Nəsrəddininkinə çox bənzəyir. Məzəli olmaqla bərabər onlarda dərin bir mə’na və hikmət var. Onlardan bir məsəl:
Bir dəfə Alim Kvin şəhər valisinin yanına gəlib ondan xahiş edir ki, o, sabahısı gün şəhərin baş meydanı boşaltdırsin. Dedi, mən orada ömrüm boyuca yazıb-yaratdığım bütün əsərlərimi sərib günə verəcyəm.

Ertəsi gün valı və böyük miqdarda camaat meydana yığışır. Onlar bu məşhur rahibin, alimin əsərlərini görmək istəyirdilər. Nəhayət Alim Kvin əliboş şəkildə ora gəlir, paltarını soyunub, lütlənir və meydanın ortasında yerə uzanır. Hamı bir müddət təəcüblə onun bu hərəkətinə baxır. Axırda vali Kvinin yanına adam göndərir. O, Kvindən soruşur: “Bəs axı siz yazdığınız, yaratdığıniz əsərləri günə verəcəydiniz? Bəs o əsərlər haradadır?”.

Alim Kvin əlini başına, bədəninə sürtüb deyir ki, mənim ömrüm boyu yaratdığım əsərlər bunlardır və mən indi onları burada günə verirəm.
Bizim yerli tərtibçilər Nəsrəddin lətifələrinin bə’zilərinə dəyişiliklər gətirib, onları sovetin dinsiz siyasətinə uyğunlaşdırırdılar. Ondan başqa əsrlər boyu bu lətifələr toplusuna ara-sıra Nəsrədinin ruhuna yad olan lətifələr də əlavə olunurdu. Bu lətifələr məzəli olsalar da, əfsuz ki, onlarda dərin bir mə’na və hikmət yoxdur.

BAYAĞI FİKİR”


Bir gün Molla Nəsrəddinin evinə bir adam gəlib deyir ki, sən filan-filan sözləri demişsənmi? Molla cavab verir: “Yox, deməmişəm”. Gələn adam tə’kid edib deyir: “Hamı, bütün şəhər danışır ki, sən o sözü demişsən”. Molla yenə cavab verir: “Mən o sözü deməmişəm. Bu saat mən sənə sübut edəcəyəm ki, mən o sözü deyə bilməzdim... Sən məni qırx ildir ki, tanıyırsan. Sən yaxşı bilirsən ki, mən bu qırx ildə bir dəfə də olsun bayağı söz deməmişəm, bayağı fikir söyləməmişəm. Mən həmişə elə söz danışmışam, elə fikir söyləmişəm ki, o qeyri adi bir söz olsun. Elə bir söz olsun ki, onu məndən qabaq heç kəs söyləməmiş olsun, heç bir kitabda yazılmamış söz olsun. Sən dediyin söz isə adi, bayağı bir fikirdir. Onu hər adam söyləyə bilər”.

(“Molla Nəsrəddin lətifələri”)
1973-cü ildə YUNESKO-nun qərarı ilə Şeyx İmadəddin Nəsiminin (qaddəsallahu sirruh) anadan olmasının 600 illiyi bütün dünyada qeyd olundu. O vaxt mötəbər təşkilatın bu təşəbbüsü Sovet rəhbərliyini çətin bir vəziyyətə qoymuşdu. Sovet İttifaqında əsasən rus mədəniyyətinin xadimləri geniş şəkildə təbliğ olunurdu, onların əhəmiyyəti çox-çox şişirdilirdi. Lakin bu halda Kreml, istər-istəməz, bu təşəbbüsə qoşulmağa məcbur idi, müsəlman mədəniyyətinin bu xadimini təbliğ etməyə məcbur oldu. Bundan əlavə, o vaxtlar Bakıda bu şeyxin adını yada salmağı sevmirdilər. Başqa şairlər haqqında, Nizami, Xaqani və Füzulidən çox-çox danışılıb, kitablar yazıldığı halda Nəsimini yada salmırdılar. Bunun səbəbi onda idi ki, bu ədiblər dini, irfani əsərlərlə yanaşı zahirən dünyəvi gürünən əsərlər də yaratmışlar. Sovetin sənətşünasları bu ədiblərin dünyəvi əsərlərinin, şe’riyətinin əhəmiyyətini qabartdırıb, dini, irfani əsərlərini isə tanımaq istəmirdilər. Şeyx İmadəddinin ədəbi yaradıcılığı isə, bunlara çətinlik yaradırdı, çünki bu şeyxin şe’riyyəti tamamən dini, irfani əsərlərdən təşkil olunmuşdu. Bu hürufi təriqətinin şeyxi ömründə bir misra belə olsun dünyəvi şe’r yazmamışdı.

Ona görə, sovet alimləri bicliyə gedərək bəyan etdilər ki, Nəsiminin bir təriqət şeyxi olması məsələsi mühüm deyil. Bu, böyük bir əhəmiyyət daşımır. Onlar, riyakarlıqla, onu dini xadim deyil, bir fəlsəfə adamı kimi qələmə verib, mə’ruzə, məqalə və kitablarında şeyxin şe’rlərinin heçdə dini məzmunlu olmadığını, dünyəvi mahiyyətli olduğunu, cismani sevgi-məhəbbəti tərənnüm etdiyini sübut etməyə çalışırdılar.

Yadımdadır ki, bir hollandiyalı, YUNESKO-nun işçisi Bakıya gəlib, böyük bir yığıncaqda mə’ruzə oxudu. Görünüşündən mənə aydın oldu ki, o həm də xaçpərəst keşişi idi. O, bildirdi ki, mən bu şeyxin yaradıcılığına məftunam. Onun dediyinə görə Nəsiminin anadan olması ildönümünün dünyaca qeyd edilməsi işini bu təşkilata o məsləhət etmişdi. Görünür, onun gizli niyyəti, arzusu bu olub ki, Nəsiminin dini-irfani nəzm əsərləri bu dinsiz dövlətdə, Sovet İttifaqında da təbliğ olunsun.

Bizim kino işçilərindən eşitmişdim ki, bu ümumdünya mədəniyyət təşkilatı Şeyx İmadəddinin həyatı haqqında film çəkilişi üçün bir milyon dollar pul ayırmışdı. Bakıda ssenari yazıldı və təşkilata təqdim olundu. Lakin, YUNESKO bu ssenarini bəyənmədi və pul verməkdən boyun qaçırdı. Təşkilatın fikrinə görə bu ssenaridə Nəsiminin şəxsiyyəti təhrif olunmuş bir şəkildə verilmişdi. Ssenari bu təriqət başçısını, fəal bir şəkildə, siyasi işlərə qarışan, zamanın hökmdarları əleyhinə qiyam hazırlayan, inqilabçı, üsyankar bir şəxs kimi göstərirdi. Halbuki Şeyx İmadəddin Nəsimi tərki-dünya görüşlü bir dərviş baba olub.

Moskva, bunu eşidəndə, onların dollarları bizə lazım deyil, deyib, Bakı kinostudiyasına külli miqdarda rubl pul ayırıb filmi elə bu ssenari üzərində çəkilməsi haqqında göstəriş verdi.

Nəticədə, bu, sovet zehniyyətli film (“Nəsimi”) çəkildi.

Camaat elə bilir ki, filmin yaxşı-pis olması tamamı ilə rejissordan, onun məharətindən asılıdır. Halbuki, əslində filmin uğuru doğsan faiz ssenarinin yaxşılığından asılıdır. Bu ssenari qərəzli şəkildə yazıldığına görə rejissorun ustalığından asılı olmayaraq film alınmadı. Bircə filmin sonluğu, çarmıxa çəkilmə səhnəsi, bədii cəhətdən, qüvvəli, tə’sirli çıxmışdı.
ŞEYX İMADƏDDİN NƏSİMİ (q.s.)
Hər kimin kim, rəhbəridir sidqü ixlasü səfa,

Oldurur darin içində bəndəyi-fəzli-xuda.
Sadiqil-qövlül-əmini istərirsən sən bu gün,

Çün biləsən sadiqül-qövlül-əmini-Müstəfa.
Cövrünə səbrü təhəmmül eyləgil müşriklərin,

Necə kim, gördü Rəsul ilə Əliyyül-Mürtaza.
Şərbəti-maü təhuri istər isən, qəm yemə,

Dövr əlindən zəhr nuş et, çün Həsən hülqi-riza.
Gər bu gün bunda susuzluqdan olursan sən şəhid,

Yarın onda həşr olursan ba Hüseyni-Kərbəla.
Taətin fövt etmə şeytan gərçe yüz nur göstərir,

Qiblədən döndərmə üzün necə kim, Zeynəl-iba.
Şol Məhəmməd Baqiri gör şər’ bazarında kim,

Necə verdi hədyəni çun lütf ilə Allah ona.
Cə’fəri-Sadiq məratibin dilərsən, sadiq ol,

Sidq ilə bu yolda qul ol, bulasan mənzil ə’la.
Müddəi tə’ninə səbr et Museyi-Kazim kimi,

Həq bilir kim, Həqq iləvü necə oldu macəra.
Gəl Əli, Musa Riza kimi Həqqin əmrini tut,

Necə kim həqdən gəlir canu könüldən çun riza.
Həm Təqi kimi vücudun mülkinü viran qılıb,

Bu fənadə fanı ol kim, bulasan mütləq bəqa.
Sirri-əsmadən xəbər bilmək dilərsən çün Nəqi,

Müttəqi ol, müttəqi ol, müttəqi ol, biriya.
Əsgəri kimi əgər nəfsin çərisin basasan,

Bigüman sənsən yəqin kim, maliki-hər dü səra.
Şol Məhəmməd Mehdi kimi ədl edib, cəhd edəsən,

Hiç gümansız məskən ola cənnətül-mə’va sana.
Ta ki, mən qıldım nəsihət uşbu xəlqə həq sözün,

Kim qəbul etdi bu və’zi buldu həqdən çox əta.
Gecə-gündüz fikrü zikrim şahidü şəm’ü şərab,

Hər zəmanü hər nəfəsdir karü barim ahü va.
Şol Məhəmməd Mustafanın üz suyü çun, ya ilah,

Rəhmət etgil mən fəqirü asiyə ruzi-cəza.
Həm bu on iki imamın hörməti-həqqi içün

Bu həva ilə məni yandırma fin-naril-zəla.
Ta səqihəm şərbətin içdi Nəsimi dər-əzəl,

Həqqi kəşf etdi rümuzi-sirri-əsmai-xuda.
(Bir Nəsimi şe’ri)

Sovet dövründə Bakıda “Babək” filmi çəkilmişdi. Yerli mətbuat təbliğat aparıb bizim yurddaşları inandırmışdı ki, bu yaxşı bir ekran əsəridir, gənclərdə vətənpərvərlik ruhunu aşılayan filmdir. Mənə görə isə bu film sənət nöqteyi-nəzərindən pis və zəif bir əsər, siyasi baxımdan isə zərərli bir şeydir. Çünki Babəkin əlində yüz minlərlə müsəlmanın qanı var.

Lenin, Stalin və Şaumyan kimi bolşeviklərin qurduqları Azərbaycan Sovet Respublikasında Babək təbliğatı aparılırdı. Sovet dövlətinin tarixçiləri, yazıcıları və kino sənətkarları bu müsəlman düşmənini tərifləyir, onu “xalq qəhrəmanı” kimi göstərməyə çalışırdılar. Aydındır ki, tarixdə adı itib batmış bu şəxsiyyət, bu bütpərəst fərd, ateist hakimiyyətinə İslam əleyhinə təbliğat aparmaqdan ötrü lazım idi.

“Siyasətnamə” adında tarixi kitabın müəllifi, müsəlman xəlifəsinin vəziri, görkəmli siyasət adamı, Nizamülmülk yazırdı ki, əgər xəlifənin qoşunu qalib gəlməsəydi, babəkilər üzərində qələbə çalmasaydı, onda İslam məhv olub gedərdi. O, yazırdı ki, Babək və onun adamları çoxlu müsəlman öldürmüş, onların arvad uşaqlarını əsir edərək, qul aparmışdılar. Uzun bir vaxt keçdikdən sonra, nəhayətdə, böyük itkilər hesabına müsəlman ordusu qalib gəlmişdi.

Babək əsir götürüləndən sonra xəlifə ona dedi: “Ay it, nə üçün dünyada fitnə qaldırdın, nə qədər müsəlman öldürdün?” O isə heç cavab vermədi, susdu. Onun cəlladlarından biri ələ keçmişdi. Ondan soruşdular: “Sən neçə adam öldürdün?” Dedi: “Babəkin cəlladları çox idi. Təkcə mən otuz altı min müsəlman öldürmüşəm. Başqa cəlladların öldürdükləri bura daxil deyildir.”

Görünür, bu məl’un Babəkin, kafirin saysız-hesabsız müsəlman qətli-amları törətməsi, İslam dininin düşməni olub, şəriətin bütün ehkamlarını rədd etməsi, sovet rəhbərliyinə, yerli rəsmi dairələrə xoş gəlirdi, onu sevib bəyənir və yurdun vətəndaşlarının beyinlərinə bu fikri yeridirdilər ki, “Gəlin Babəkin yolu ilə gedək, ondan misal götürüb dinsiz, bütpərəst olaq, sonra isə, əlimizə silah alıb müsəlmanların qanını axıdaq, İslam tərəfdarlarının kökünü kəsək”.

Babək təbliğatı ilə əlaqədar başqa bir məsələ də yadıma düşdü. Ancaq bu filmlə deyil, kitabla əlaqəlidir. Sovet vaxtı bizim evə bir nəfər qonaq gəlmişdi. O, dedi ki, mən yazıçıyam, Babək haqqında bir kitab yazmışam və bu əsər hətta Türkiyədə də bəyənilib, nəşr olunub. Bu hərif bir Türkiyə qəzetinin adını çəkib, bu əsərin hissələrlə orada çıxdığından danışdı. Türk naşir yazıçı ilə telefonla əlaqə saxladı, ona çatacaq müəllif zəhmət haqqından danışdı, böyük məbləğ dollar pul və’d etdi. Dedi ki, bu məbləğ o qədər böyükdür ki, siz bu pul ilə on dənə maşın ala bilərsiniz. Sonra bu bic, diribaş yazıçı naşirə belə dedi, pulu Sovet bankına deyil, İsveçrə bankına qoyun və sonra hesabın nömrəsini mənə xəbər verin. Naşir, siz deyən olsun, dedi.

O vaxt bu məsələ mənə təəccüblü gəldi. Sovet təbliğatçıları Babəki çox-çox öyərək, onun “qəhrəmanlığlarından” danışaraq, bu işə vətənpərvərlik donu geydirirməyə çalışırdılar, halbuki bu İslam dini əleyhinə, müsəlmançılığa qarşı təbliğdən başqa bir şey deyildi. Anlaya bilmirdim ki, nə üçün sovetin bu ziddi-İslam mahiyyətli ədəbi əsəri kapitalist ölkənin, Türkiyə naşirinin xoşuna gəlib?

Ancaq indi başa düşürəm, axı Türkiyənin dünyəvi hökuməti, hakim dinsiz dairələri də eynisini “yapırlar” (edirlər). Orada da bizdə olan kimi ölkənin yazıçıları, televiziya işçiləri və sənət adamları müsəlman kütlə arasında, dinsizliyi və hər cür başqa pozğunluğu yaymaqla məşğuldurlar.

Bizdə camaatı yoldan çıxarmağa, inandırmağa çalışırlar ki, İslam özgələrin dinidir, türk tayfalarının qədimi, əslikar dini atəşpərəstlikdir. Orada, Türkiyədə isə hökumət və özlərini milliyyətçi kimi göstərmək istəyən dairələr, başqa cür əfsanə yaradaraq, deyirlər ki, sizin türk əcdadlarınız Allaha deyil, qurda sitayiş edirdilər. Camaatı inandırmağa çalışırlar ki, güya türk irqi Çin çöllərində yaşayan bir dişi canavardan törəmişdi; türklərin ulu anası qurd olub. Ölkənin milliyyətçi təşkilatları, hərəkatları cürbəcür nişanlarda və şəkillərdə çəkilmiş canavar rəmzləri ilə elə bu məsələyə işarə edirlər. Bu gün Bakıda və hətta Təbrizdə də bir miqdar axmaq adam bu gic-gici canavar təbliğatına uyublar, onun qurbanı olublar.

Mənim demək istədiyim budur ki, İstambullu naşir hiss etdi, düzgün başa düşdü ki, sovetin bu Babək təbliğatı, Türkiyədəki masonların qurd təbliğatının eynidir, eyni məqsəd güdür. Burada məqsəd dinsizliyi, ziddi-İslami fikirlər təbliğ etməkdir.

İranda ara-sıra minlərlə adam Təbrizdən “Babək qalası” adlanan yerə ziyarətə gedir. Bu ziyarətin videolarında bə’zi iştirakçıların əl barmaqlarını xüsusi qaydada bükərək qurd işarətini kameraya göstərdiklərini görmək olur. Bu işarə türk millətçilərinin qəbul etdiyi bir şeydir, işarətdir.

Bir türkiyəli jurnalist yazır ki, türk millətçilərin dəyişməz əl işarəti rəmzi mə’nası ilə bir qurddur. 1991-ci ildə Sovet İttifaqı yıxılmasından sonra Bakıda, Əbülfəz Elçibəyin təşkil etdiyi kütləvi yığıncaqda (Milliyyətçi Xalq Partiyasının sədri) Alparslan Türkeş bir milyon insanı “boz qurd” işarəti ilə salamladı. Orada görülən bu işarət daha sonra Türkiyəyə də gəldi və türk millətçiləri tərəfindən istifadə olunmağa başlamışdı.

Ancaq Türkiyədə dini mövqedə duran jurnalistlərin fikrinə görə bu işarə, əslində, qurdun deyil, şeytanın rəmzidir. Əslində, yuxarı tərəfə, dik duran iki barmaq canavarın qulaqlarına deyil, şeytanın buynuzlarına olan bir bənzətmədir. Yə’ni ki, bu şeytana ibadət edənlərin işarətidir.

Mətbuatda və İnternetdə bə’zən yalan danışıb, adamlara şərr atırlar. Deyirlər ki, Türkeş, əslində, yəhudidir. Ola bilər ki, onun yəhudi olması yalan sözdür. Amma bu, onun türk olması, ona bəraət qazandırmır. Çünki türk millətçiliyi məfkurəsi ziddi-İslami bir şeydir. Bu mövqedə olan müsəlmanlar bununla dinlərinə xəyanət etmışlər və onların həqiqi niyyətləri bu millətçilik təbliğatı ilə müsəlmanların həmrəyliyinə zərər vermək, müsəlman xalqların birliyinə xətər verməkdir. Türkçülüyün, turançılığın, “Milli məfkurə”nin banilərinin heç biri türk olmayıb, əksəri yəhudi sionisti olub. Sionistlər bu məfkurəni uydurub türkü yoldan çıxartmaq, səhv istiqamətə yönəltdirmək istəyirdilər.

Onlar bunu etməklə öz millətinə, öz xalqına, yəhudilərə xidmət ediblər. Yə’ni ki xain olmayıblar, öz millətinə xain çıxmayıblar. Alparslan Türkeş isə bir türk kimi millətçilik məfkurəsini qəbul edəndə bununla öz dininə, öz millətinə xain çıxmışdı, sionistlərə xidmət edib.

İnternetdə iki foto şəkil gördüm. Birisində Alparslan Türkeşin, o birisində bir yəhudi keşişinin əlləri ilə bu işarəti göstərdiklərini görmək olar. Orada deyilir ki, özünü türk millətçisi kimi göstərməyə çalışan, boz qurdçuların başçısı olan bu adam, əslində, gizli yəhudidir (səbatayçıdır).

Xrisianlar və müsəlmanlar özlərinin ulu babasının Həzrəti Adəmi olduğuna inanırlar. Bunlardan fərqli olaraq yəhudilər Həzrəti Adəmi rədd edirlər. Musavilərin müqəddəs saydıqları kitablarda deyilir ki, onların ulu atası Şeytan olub, onlar Şeytanın nəticələri, törəmələridir. Əgər bu söz doğrudursa, yəhudilər bu cür axmaq şeyə inanırlarsa, onda o yəhudi keşişinin bu Şeytan işarətini göstərməsinin mə’nası, sirri aydınlaşır.

Deyirlər ki, Türkiyədə “Boz qurd” təşkilatı Amerika kəşfiyyat idarələrinin, gizli xidmətlərinin göstərişi ilə yaradılıb. Amerika hökumətinin fikrinə, niyyətinə görə bu təşkilat Türkiyədə, ölkədə bir tərəfdən kommunizmə qarşı, o biri tərəfdən isə dinə, İslama qarşı mübarizədə istifadə olunmalı idi.

Boz qurdçular və başqa millətçilər bə’zən özlərini camaata İslam tərəfdarları kimi göstərmək istəyirlər. Ancaq bu bir riyakarlıq, ikiüzlülük kimi qiymətləndirilməlidlir. Bunun səbəbi odur ki, onlar Türkiyə cəmiyyətinin dindar qismindən də özlərinə tərəfdar qazanmaq istəyirlər.

Mətbuatda çox fotolar var ki, orada Jorc Buş və onun qızları kameraya baxaraq əlləri ilə bu işarəti göstərirlər. Qərbdə bu şeytan işarəti (Satanic hand sign) kimi qəbul olunub, Şeytanın rəmzi kimi mə’nalaşdırılır.

Qərbdə, müasir musiqi konsertlərində gənclərin əlləri ilə bu şeytan işarətini göstərdiklərini tez-tez görmək olur. Bu şeytan işarətini onlara kim öyrədib? Görünür, kimsə, hansı güvvələrsə maraqlıdır ki, həm Qərb, həm də Şərq adamları dindən üz döndərsinlər, Allaha deyil, Şeytana e’tiqad etməyə başlasınlar.

ELM ƏL-ƏDVAR

Bir gün Hz. Süleymana xəbər verdilər ki, div şəklində bir adam tar çalır. Həzrət buyurdu:

“Gətirin hüzuruma”. Gətirdilər. -- “Adın nədir?” – “Adım Nəqtəşdir”. – “Niyə bu günə düşmüşsən?” Cavab verdi: “O səbəbə ki, biz əvvəl Allahın mömin bəndələrindən idik. Amma elə ki, başladıq tar çalmağa – bütün şəhərimizin əhli bu günə düşdü. Həzrət buyurdu: “Get şəhərinizi al dalına gətir, səni azad eləyim”.

Div gedib şəhəri gətirdi və Süleyman peyğəmbər vurub şəhəri dağıtdı və Nəqtəşi azad etdi.

Müctəhid Mövlana Fazil İrəvani demişdi: “Musiqi elmini öyrənmək və öyrətməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil”.

İranda altı-yeddi yüz il bundan qabaq musiqi nəzəriyyəsini yazan müəlliflər bu əsərləri yaradanda məqsəd heç də çalmaq-oxumaq barəsində kitab yazmaq olmayıb, məqsəd oxuyucuya kainatın quruluşunu başa salmaq olub. Qədimdə, İslam aləmində, musiqi elminə -- “elmi-ədvar” deyirdilər, yə’ni ki, dövrlərin, dairələrin elmi. Bu müəlliflərin fikrinə görə Allah kainatı dairələr şəklində yaratmışdı. Bu müəlliflərə görə göydəki fələklərin, yerin və insanının quruluşu hamılıqla eyni qanunlarla idarə olunur. Göydəki on iki bürcdən, dörd ünsürdən, yeddi səyyarədən elmi-hey’ət (astronomiya), elmi-nücum (astrologiya), elmi-ərqam (rəqəmlər elmi), tibb, kimya kimi elmlər istixrac olmuşdur. Bu müəlliflər əyanilik üçün musiqi istilahlarını tərtib edib bu mürəkkəb hikməti anlatmağa çalışmışlar. Elə ki, Şərq musiqi nəzəriyyəsində işlədilən 12 məqam, 4 şöbə, 7 avazat, 48 guşə göydəki bürclər, ünsürlər və fələklər ilə bağlıdır. Əfsus ki, bu gün müsəlman aləmində bu gizli elmləri bilən, başa düşən adam yoxdur.

İnternetdə bir müsəlmanın bir türk aliminə, ruhanisinə musiqiyə qulaq asmaq və televizora baxmaq haqqında verdiyi suala rast gəldim. Alimin cavabını burada gətirməyi uyğun bildim:
Musiqi mövzusu İslam alimlərini çox məşğul edən bir mövzudur. Çünki bu məsələ əlüstü cavab veriləcək məsələ deyildir. Zəmanə, zəminə (yer), dinləyənə və dinlədənə görə dəyişə bilən incə bir məsələdir. Bu üzdən İmam Qəzali bütün bunları nəzərə alaraq “İhya”sında geniş şəkildə danışaraq bu məsələni anlatmağa çalışmışdı. Bir-iki cümlə ilə xülasə şəklində bunları söyləyə bilərik: Musiqi bütünlüklə haram olmadığı kimi, bütünlüklə halal da deyildir. Fitrət (insan təbiəti) də bütünlüklə haram olmamağını gərək edir. Təbiətdə özündən var olan ahəngli şırıltılar, quş səsləri və yanıq Qur’an oxumalarının haram olduğunu kimsə söyləməmişdir. Toylarda, bayramlarda, işin içində bir az əyləncə qarışsa, dəf kimi alətlərlə çalıb oxumaq və əylənmək hamılıqla halal görülmüşdür. Yad qadının mahnı oxumasını kişinin dinləməsi hamılıqla haram görülmüş və bu, qadının, övrətin səsi olmasa belə, sevgi mahnısı və nəğməsi qəlblərdə fitnənin oyanmasına səbəb olur, deyilmişdir.

Qadının qadından, kişinin kişidən musiqi dinləməsinə gəlincə; haram şeylərin təsvir edildiyi mahnılar, ittifaqla haram görülmüş, bunlardan əlavə fərqə baxılaraq, dinləyəndə pis duyğular oyandıranı haram, yaxşı duyğular oyandıran mübahdır (şəriətə görə haram və məkruh olmayan) deyilmişdir.

Müharibələrdə cəsarət vermək üçün, ruhi xəstələri müalicə etmək üçün, bə’zi çeşidləri ilə halal sayılmış və kişinin tək başında ikən tənhalığını asanlaşdırmaq üçün bir şeylər tərənnüm etməsi mübahdır deyilmişdir.

Günümüzdə, musiqinin ideoloji, məfkurəvi silah olaraq istifadə olunma xüsusiyyətini hesaba alaraq müsəlmanlar tərəfindən də silah olaraq istifadə oluna biləcəyi söylənilir. Bə’zi təriqət mənsublarının dəf və s. ilə səma’ və rəqs etmələrini, İmam Rəbbaninin də içində olduğu bir çox İslam alimi, ağır bir dillə tənqid etmiş və bunun pis bir bid’ət olduğunu söyləmişdirlər.

Ancaq, hər şeyə rəğmən, musiqini mühakimə edənlərin müdafiə edənlərdən çox olduğu, mühakimə edərkən onun haram, yə’ni günah olduğunun söylənməsi, müdafiə edilirkən isə ancaq mübah olduğunun söylənməsi, yə’ni savab olduğunun söylənilməməyi da hesaba alınmalıdır.

Televiziyaya gəlincə; qəsd edilən musiqi isə onun üçün söylənəcək şeylər də eynidir. Necə ki, qiyasla, müqayisə edilərsə canlının cansızdan daha tə’sirli olduğu və məhzurun (hazır, canlı olan) bir dərəcə daha artıq olacağı da açıqdır. Yə’ni canlı olaraq görülməsi haram olmayan şeylərin və mənzərələrin, ekrandan görülməsi də haram deyildir. Əlbəttə haram olanınkı da, bir az qabaq söylədiyimiz kimi bir dərəcə fərqini hesaba alaraq, haramdır.

Televiziyanın əsas təhlükəsi, yə’ni, bu anda müsəlmanlar əleyhinə şüuru, əxlaqi təxrib vasitəsi olaraq istifadə olunması və daha xeyirli işlərə sərf ediləcək zamanın boş keçməsini saxlamasıdır. Gərçi bu son tə’siri, pis işlər görəcək olan insanlar hesaba alınarsa faydalı bir nəticədir amma, tərsi üçün də pis bir nəticədir. Ayrıca televiziya ailə və fərdin bə’zisində heç bir hərəkətini dinə görə nizamlamayan bə’zi meyarlarını əsas götürüb, daimi olaraq onların həyatını “normal”, adi bir şey olaraq qəbul etdirdiyi üçün, əsil zərəri bu anda İslami inancı və ailə nizamını yıxma işini görməsidir. Bu, izləyənlərin fərqində olmadan damla-damla udduqları öldürücü bir zəhərdir.

Otuz-qırx il bundan qabaq İrəvanın bir musiqi və rəqs ansamblı ABŞ-a, Kaliforniyaya, ermənilərin çox yaşadığı yerə, konsert verməyə getmişdi. “Amerikanın Səsi” radiosu o bir saatlıq konserti tam şəkildə səsləndirdi. Mən, Bakıda o verilişi izlədim. O ansamblın çaldıqları havalar, hamısı bizim musiqi idi. Ermənilər bizim xalq musiqisini, bizim nəğmələri və hətta bizim müasir bəstəkarların mahnılarını da özününkü kimi qələmə verdilər. Konsertə qeyri erməni tamaşaçılar da gəlmişdi. Onlar “Amerikanın Səsi” müxbirinə dedilər, ki “bu çox gözəl şərq musiqisidir. Biz indi gördük ki, erməni xalqının gözəl musiqisi vardır”.

Bir dəfə bir Krasnodarlı rus ilə söhbət edirdim. Söz ermənilərdən düşdü. Mən ona dedim ki, ermənilərin işi bizim musiqini çalaraq, onu özününkü kimi göstərməkdir. O isə mənə, “yalan deyirsən. Erməni xalqı çox qabiliyyətli xalqdır. Məsəl üçün Krasnodarda bizim bütün evlərimizi tikən, tə’mir edən ermənilərdir”.

Bu gün, Parisin küçələrini gəzəndə addım başı evlərin divarlarına, küçə qapılarının yanına vurulmuş lövhələrdə Petrosyan, Martirosyan və başqa “yan”ları görmək olur. Məsələn “Vəkil Petrosyan”, “Həkim Martirosyan” və s. Bu adamda elə bir təəssürat buraxır ki, Parisin bütün vəkilləri, həkimləri erməni əsilli fransalılardır. İndi, hərgah bizim respublikanın bir vətəndaşı fransızlara desə ki, “ermənilər səfeh, qabiliyyətsiz xalqdır, onların öz musiqiləri yoxdur”. Fransız onun sözünü kəsəcək, deyəcək, “Kəs səsini, səfeh, sən özünsən! Ermənilər qabiliyyətli xalqdır. Parisin əksər vəkilləri, həkimləri ermənilərdir”.

Ermənilərin xalq musiqisi çox zəifdir. Sovet vaxtı Ermənistanın televiziyası yalnız Avropa musiqisini, simfoniya konsertlərini səsləndirirdi. Ermənilər özlərinin cılız xalq musiqisini, televiziya ekranlarına, səhnəyə çıxartmağa layiq görmürdülər. Erməni camaatı isə simfoniyaya deyil, bizim musiqiyə maraq göstərirdi, ona həvəslə qulaq asırdı.

Deyildiyinə görə erməni milləti Balkan xalqıdır, yə’ni ki, onların əsli, irqi avropalıdır. Avropa irqindən olan xalqların əksəriyyətinin ənənəvi musiqiləri yoxdur, xalq musiqiləri çox zəifdir. Ancaq baxmayaraq ki, erməninin güclü musiqi ənənəsi yoxdur, onun əl qabiliyyəti yaxşıdır, zəhmətkeşdir, hər şey bacarır. Musiqi isə əylənmək üçün olan bir şeydir, ciddi bir şey deyil. Halbuki bu gün, hal-hazırda, Yeni Dünya Nizamında bu, boş sənət, yüngül sənət yaxşı gəlir gətirən sahədir.

Bakıda bizim vətəndaşlar il boyu ermənilərin bizim musiqini mənimsəmək,

özünkü kimi göstərmək istəmələri barəsində uzun-uzadı danışırlar və bu işdə həddini aşırlar. Mənə görə isə qoy onlar bizim musiqini oğurlasınlar. Dünya dağılmır ki. Oğurlayanda nə olur? Məncə bizim camaat fəxr etməlidir ki, ermənilər bizim musiqini oğurlayırlar. Deməli səndə də nə isə yaxşı, dəyərli bir şey var.

Ondan başqa, on ildən çoxdur ki, il boyu, “Sarı gəlin” adındakı bir nəğmənin ermənilər tərəfindən mənimsənilməsindən danışırlar. Bu da məncə mə’nasız bir işdir. Buna belə cavab verərdim. Axır iyirmi ildə bizim məmləkətin vətəndaşları minlərlə, bəlkə də on minlərlə “sari gəlin”ləri Dubayın, Türkiyənin fahişəxanalarına satıblar. O qızların qeyrətini çəkən yoxdur, ancaq bir nəğmə üçün uzun-uzadı danışırlar.

1993-cü ildə Naxçıvanda beş nəfər İranlı kişi ilə rastlaşdım. Onlardan, “Bura nə iş üçün gəlmişsiniz?”, soruşdum. Dedilər ki, biz Naxçıvanın kəndlərində özümüz üçün qız axtarırıq, arvad almaq istəyirik. Onların dediyinə görə bizim valideynlər öz qızlarını xaricilərə, adətən, iki min dollara satırlar. Başa düşdüm ki, arvad alıb satmaq onların sənətidir və onlar Naxçıvana bu iş üçün tez-tez gəlirdilər. Anladığıma görə bu İranlılar o qızları evlənmək adı ilə iki minə alıb, sonra onları Türkiyədə və Dubayda, oranın fahişəxanalarına neçə qat bahasına satırdılar.

İki-üç il bundan qabaq Bakının bir telekanalında bir tərəfdən məzəli və o biri tərəfdən isə təəssüf doğuran bir hadisə haqqında reportaja baxdım. Bir qız jurnalistə məlumat gəlib çatmışdı ki, Bakıda bir müsəlman ata-ana öz qızlarını bir dəllala 20 dollara, Dubay fahişəxanasına aparılıb işlədilmək üçün, satıb. Jurnalist ata-ananın yanına gəlib onlardan soruşur ki, bəs nə üçün belə ucuz satmışsınız?

Ata mikrofona səslənib deyir ki, o dəllal qadın 20 dolları bizə beh şəklində vermişdi, sonradan bizə iki min dollar da verəcəkdi. Ancaq aldatdı, vermədi.

“Sarı gəlin”in biri də bu şəkildə satıldı.

ELMİ-NÜCUM


Bakıda ulduz falı bəhsinə aid bir qəzet çıxır. Qəzetin sərlövhəsi səhvən, bizim dilin qanunlarına uyğun olmayan bir şəkildə “Qoroskop” kimi yazılır. Halbuki bu söz bizim lüğətlərdə “Horoskop” kimi qeyd edilib. Bu söz rus dilinə Avropa dillərindən gəlib və rus dilində “he” hərfi olmadığına görə ruslar onu “qe” kimi yazırlar. Bizim dildə, müsəlman dillərində isə buna tale’, ulduz falı deyirlər.

Bakıda, bə’zi adamlar elmi-nücum (astrologiya) haqqında rusca bir-iki kitab oxuyub özlərini bu elmi dərindən bilən adamlar kimi göstərmək istəyirlər. Elələri bu elmi rusların, avropalıların icad etdiyi bir şey kimi başa düşürlər. Halbuki bu nücum elmini Avropaya gətirən, bu elm ilə avropalıları tanış edən ərəblər, müsəlmanlar olub. Bu, qədimi bir bilikdir, çox qədimdə İranda, Babilistanda, Misirdə, Çində və Hindistanda tərtib olunmuş bir elmdir. Sonralarda bu elm, bu biliklər müsəlmanlar tərəfindən də mənimsənilmiş, təkmilləşdirilmişdir. Keçmişdə firənglərin, Avropa xalqlarının bu elm haqqında heç bir məlumatları yox idi. Əndəlus (İspaniya) hələ müsəlmanların, ərəblərin əlində olanda Avropa xalqları oranın ərəbləri ilə təmasda olublar. O vaxt elmi əsərlər, həmçinin elmi-nücuma aid əsərlər ərəb dilindən əvvəlcə Latın dilinə və sonralarda başqa Avropa dillərinə tərcümə olunurdu. Ruslar isə bu nücum elmini çox-çox sonralarda, son çağlarda Avropa dillərindəki kitablardan oxuyub öyrənmişdilər.

Bizim indiki əhali, vətəndaşlar ərəb və fars dillərini bilmədikləri üçün bu və buna oxşar başqa elmləri əslikar müsəlman mənbələrindən deyil, tərcümə kitablardan, rus dilində yazılmış nəşrlərdən əldə edirlər. Keçmişdə İslam aləmində elmi kitablar adətən ərəb və fars dillərində qələmə alınırdı. Amma bə’zən, çox nadir hallarda, bu kitablar türki dillərində də yazılırdı.

Keçmiş dövrlərdə müsəlman aləmində ürafanın, savadlı təbəqənin bu cür gizli elmləri öyrənib bilməsi vacib sayılırdı. Bu elmlər, yə’ni, kimya, elmi-nücum, elmi-ədvar, elmi-əbcəd, elmi-a’dad (numeraloqiya), elmi-kəff (hiromantiya) və buna oxşar elmlər, biliklər ruhanilər tərəfindən qəbul olunmurdu. Onlar bunları cadu, sehr və tilsim növünə aid edib, onlarla məşğul olmanı günah hesab edirlər. Halbuki məncə, elələrinin bu mövqe’ tutmaqlarının əsas səbəbi ondadır ki, onlar bu biliklərlə tanış deyillər, onlar elmin bu sahələrinə aid olanları bilmirlər.



“İXTIYARATİ-QƏVAİDI-KÜLLİYƏ”

ƏL FƏSL ƏL-SANİ Fİ BƏYANİ-MƏRİFƏTİ-ƏYYAMİ ƏS-SƏBU VƏLAYƏ LİHA. Əyyami-səb’ənün hər güni və saətləri nə ulduza mənsubdur, o ulduzun təbiəti müqtəzasınca dəlayil nəyin üzərinədir, onu bəyan edər. Bəs bunu bil ki, hər günün sabahında hansı ulduz hakim olsa, o gün o ulduza mənsubdur. Ruzişənbə: bu şənbə günündə danla Zühəl hakimdir. Quşluğun Müştəri hökm edər. Zavalında Mərrixündür. Öylə vaxtında Şəmsündür. Beynəlsəlatin vaqtı Zöhrənündür. İkindi vaxtı Ütəridündür. Axşam vaxtı Qəməründür. Amma bu gün Zühələ müttəliqdir. Gərəkdür ki, bu gündə mühüm işlərdən e’tiraz etmək gərək: səfərə varmaq və yeni biçüb qeymək və qan almaq və bunlarun əmsalı işlərdən. Bəli, quyu qazmaq və ziraət etmək və evlər mərammət etmək, od işlərin görmək və nə ki, bunlara bənzər var isə bu gündə yarar. Və dəxi bu Zühəl saətində doğan vələd ki, ömrü uzun ola və maldar ola və qayət nakəs və bəxil ola, tilsim yazmaqda əli macərrəb ola və ya əkinçı ola, bədxu və çirkin ola, səfər yaramaya.

DƏR BƏYANİ-SİFƏTİ ZÜHƏL. Bu Zühəl ulduzu yeddinci göydə doğar. Nəxs əkbərdür. Hindular və zəngilər və uzun ömürlülər ulduzudur. Təbiətdə atəşı və badidür. Mizacda sərd və xoşkdur. Keyfiyyətdə kişidür. Ləvni siyahdadur. Və dəxi dəmür və mə’dən və qurquşun mə’dəni ona müttə’liqdür. Hər bürcdə otuz ay durur. Bürucatı otuz ildə bir seyr edər. Tamam min il bu vəchlə hökmini sürdi.

Ruzi-yekşənbə: bu yekşənbə güni gələ Şəmsə təəlüqdür. Quşluğun Zöhrəyə müttə’liqdür. Gün zavalı Ütəridə, öylənin Qəmərə, miyaneyi-do namaz Zühələ, ikindüyin Müştəriyə, axşamun Mərrixə mənsubdur. Amma bu gün Şəmsə müttəliqdür. Elə ki, bu gündə mühüm işlər görmək, don biçüb geymək, ev almaq, satmaq və ata minmək və ov ovlamaq və ox atmaq, filcümlə, bunun əmsalı işlərə yarar. Amma ot biçmək və quyu qazmaq, müsərahət etmək bunlarun əmsalı işlərdərdən imtina etmək gərəkdir. Və dəxi bu Şəms saətində doğan oğlan əhli-daniş ola və sahibi-dövlət ola və xeyirli işlərə rağib ola və zövqü səfa əhli ola və xeyirəndış ola.

DƏR BƏYANİ-SİFƏTİ-ŞƏMS. Bu Günəş dördüncü qat göydə doğar. Hər bürcdə bir ay durur. Bir ildə tamam bürucat dörd aydır. Bu dəxi min il hökmini sürdi, sə’ddür. Bəylər və padşahlar ulduzudur. Təbiətcə atəşi və badıdür. Mizacda xoşkdür. Keyfiyyətcə kişıdir. Ləvni sarı. Məşriq onundur. Qızıl mə’dəni və cavahirü lacivərd ona müttə’liqdür.

Ruzi-düşənbə: bu düşənbə sabah Qəmər hakimdür. Quşluğun Zühəl hakimdir. Gün zavalında Müştəridür.

Beynəlsəlatin Şəmsdür, İkindüyin Zöhrədür və axırı-ruz Ütəriddür. Amma bu gün Qəmərə müttə’liqdür. Bu gün yaxşıdır, ticarət etmək və səfərə getmək və ot içmək və yazu yazmaq, bağ və bostan tikmək və ziraət etmək və bünyad buraxmaq filcümlə, bunlarun kimi işlərə yarar. Və dəxi bu Qəmər saətində doğan oğlan tacir və əhli-səfər ola və malü cahiyəsi ola, oğul avarə, qiz çüqara, almaq, satmaq ona münasib ola.

DƏR BƏYANİ-SİFƏTİ-QƏMƏR. Bu ay əvvəlki qat göydə doğar, sə’ddür. Əkinçılər və baxça tikənlər və bostançılar ulduzudur. Təbiətdə xaki və abidür. Mizacda sərd və tərdür. Keyfiyyətdə dişidür. Ləvndə yaşıl. Gümüş mə’dəni ona müttə’lliqdür. Hər bürcdə iki yarım gün tutur. Otuz gündə tamam seyr edər. Bu dəxi hökmini min il bu vəchlə sürsə gərəkdür.

Ruzi-seşənbə: Bu seşənbə güni danla Mərrix hökm edər. Quşluğun Şəmsüdür. Gün zavalında Zöhrədür. Öyləyin Ütərid, beynəlsəlatin Qəmərdür. İkindüyin Zühəl, axiri-ruz Müştərinindür. Amma bu gün Mərrixə tabe’dir. Bu gündə bünyad buraxmaq və quyu qazmaq və qan aldurmaq və su yolların imarət etmək və aləti-hərb görmək və cihad etmək, bunlarun kimi işlər görmək yaxşıdır və qeyri-mühim işlərdən e’tiraz gərək. Və dəxi bu Mərrix saətində doğan oğlan xunxar və cəllad ola, qan tökməyə həris ola, bədxu ola.

DƏR BƏYANİ-SİFƏTİ-MƏRRİX. Bu Mərrix ulduzu beşinci göydə doğar. Nəhsdür. Zalimlər, ətraklar, tatarlar ulduzudur. Təbiətdə atəşı və badidür. Mizacda gərm, xoşkdur. Keyfiyyətdə kişidür. Ləvndə qırmızıdır. Bəqir mə’dəni ona müttəliqdür. Hər bürcdə əlli gün durur. On səkkiz ayda tamam bürucatı seyr edər. Bu dəxi bu vəchlə min il dövrini sürdi.

Ruzi-çəharşənbə güni danla Ütərid hökmindədür. Quşluğın Qəmər, gün zavalı Zühəl və öyləyin Müştəri, iki namaz ortası Mərrixdür. İkindüyin Şəms hökm edər. Gün axırında Zöhrədür. Amma bu gün Ütəridə məxsusdur. Bəs bu gün yazu yazmaq və oxumaq və oğlan məktəbə vermək və ulu işlərə ibtida eyləmək və bünyad buraxmaq və padşahlar üzün görmək və bunlarun əmsalı işlərə yaxşıdır. Aviyəti-qəsdi-hərb etmək və müsalihə etmək və ot içmək və qan aldurmaq və dəxi bunlarun kimi işə şüru’ olunmaya yaramazdur. Və dəxi bu Ütərid saətində doğan vələd zirək ola və aqilü-kamil ola və dövlət yiyəsi ola və dəxi çox yaşaya, əhlüllah, amma hərbə varub hərb etmək ona yaramaya.

DƏR BƏYANİ-SİFƏTİ-ÜTƏRİD. Bu Ütərid ulduzu ikinci qat göydə doğar. Sə’d ilə sə’d, nəhs ilə nəhsdür. Yazıçılar və şairlər və qazilər və fazillər ulduzudur. Təbiətcə mütələyyindür, müctəzəcdür. Keyfiyyətcə dəxi anciliyəndür, kişi ilə kişi və dişı ilə dişidür. Ləvndə göydür. Qalay mədəni ona təəlüqdür. Hər bürcdə on beş gün tutur. Altı ayda tamam seyr edər. Min il bu vəchlə dövrini sürdi.

Ruzi-pəncşənbə: bu pəncşənbə güni ələssəbah Müştəri hakimdür. Quşluğun Mərrix, gün zavalında Şəms, öyləyin Zöhrə, beyəlsəlatin Ütərid, ikindüyin Qəmər, axıri-ruz Zühəl hökm edər. Amma bu gün Müştəriyə mənsubdur. İmdi gərəkdür ki, bu gündə ev almaq, sünnət olmaq, yeni biçmək, geymək və ulular ilə söhbət eyləmək və bəylərdən hacət diləmək və xeyir işlərə şüru etmək və bunlarun əmsalına qayət yaxşıdur. Və dəxi Müştəri saətində doğan oğlan bəğayət əhli-elm və zirəkü danavü abid ola, at minməyə və ova rağib ola.

DƏR BƏYANİ-SİFƏTİ-MÜŞTƏRİ. Bu ulduz altıncı göydə doğar, sə’d əkbərdür. Müftilər və müdərrislər və fazillər və kamillər ulduzudur. Təbiətdə atəşı və badidür. Mizacda gərm və tərdür. Keyfiyyəti kişidür. Ləvndə bozdur. Hər bürcdə on üç at tutur. On iki bürcü on üç ildə seyr edər. Bu dəxi bu vəchlə min il tamam hökmini sürdi.

Ruzi-adinə: bu adınə güni danla Zöhrə hakmdir. Quşluğun Ütərid, gün zavalında Qəmər, öyləyin Zühəl, iki namaz ortası Müştəridür. İkindüyin Mərrixdür, axiri-ruz Şəmsdür. Amma bu gün Zöhrəyə tabedir. Eylə olsa, bu gündə ev almaq, eyşü işrət etmək və söhbəti-xəvanin və bağü bağça tikmək və hər nə kim bunlarun əmsalıdur, yaxşudur. Və dəxi bu Zöhrə ulduzı saətində doğan oğlan ya quyəndə və ya mütrib ola, daim zövqdən və işrətdən xalis olmaya, nə ikən fasiq və nə zahid ola.

DƏR BƏYANİ-SİFƏTİ-ZÖHRƏ. Bu Zöhrə ulduzu göyün üçüncü qat göydə doğar, sə’di-əsfcərdür. Mütriblər və fəvvalar və müğənnilər və nədimlər ulduzudur. Təbiətdə xaki və abidür. Mizacda sərdü tərdür. Keyfiyyətdə dişidir və xeyli kəcdür. Ləvndə ağdür. Hər bürcdə iyirmi beş gün tutur. On ayda tamam bürucatı seyr edər. Bu dəxi bu vəchlə min il hökmini sürdü.

Lüğətcə:
Əyyami-səb’ə: Həftə.

Müqtəza: Lazımlı.

Dalayil: Dəlillər.

Ruzişənbə: Şənbə günü.

Zühəl: Saturn (səyyarə).

Quşluq: Səhər və günorta arası.

Müştəri: Yupiter (səyyarə).

Öylə: Günorta.

Şəms: Günəş.

İkindi vaxtı: Günortadan günbatana qədər dövr.

Beynəssəlatın: İki namaz arası.

Zöhrə: Venera (səyyarə).

Ütərid: Merkuri (səyyarə).

Qəmər: Ay.

Müttəliq: Aid.

Ziraət: Kənd təsərrüfatı.

Mərəmmət: Tə’mir.

Nakəs: Mürüvvətsiz, alçaq.

Bəxil: Xəsis, paxıl.

Məcərrəb: Təcrübəli.
Əhli-daniş: Elm adamı.

Rağib: Rəğbət göstərən.

Xeyrəndiş: Xeyirxah.

Bədxu: Pis xasiyyətli.

Dər bəyani-sifət: Xüsusiyyətin izahı, bəyanı.

Nəhs: Üğursuz.

Mizac: Xasiyyət, təbiət.

Atəş: İsti.

Sə’d: Xoşbəxt, uğurlu.

Bad: Hava.

Sərd: Soyuq.

Xoşk: Quru.

Ləvn: Rəng.

Siya: Qara.

Bürucat: Bürclər.

Vəch: Yol, vasitə.

Ruzi-yekşənbə: Bazar günü.

Təəllüq: Aiddir.

Miyaneyi-do nama: İki namaz ortası.

Filcümlə: Ümumiyyətlə.

Müsərahət: Səmimilik.

Xeyirəndiş: Xeyirdüşünən, nikbin.

Məşriq: Şərq.

Ruzi-düşənbə: Birinci gün.

Axıri-ruz: Günün axırı.

Cah: Mənsəb, vəzifə.

Çıqara: Fəqir, yoxsul.

Xak: Torpaq.

Ab: Su.

Tər: Yaş.

Ruzi-seşənbə: Çərşənbə axşamı.

Bünyad: Təməl; kök, əsil.

Xunxar: Qaniçən, qəddar.

Ətrak: Türklər.

İbtida: Başlamaq.

Aviyəti-qəsdi-hərb:

Şüru: Başlama, işə girişmə.

Müsalihə: Bir-biri ilə sülh bağlama.

Əhlüllah: Allah əhli, dindar.

Fazil: Fəzilətli gözəl əxlaqlı.

Mütəlləyin: Yumşaq.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin