İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə16/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

Bu bir tərəfdən həm də irqi məsələdir. Avropalılar təmkinli, düşüncəli adamdan xoşları gəlir, qaraçılıq edən, hay-küyçü, hisslərini cilovlaya bilməyən adama isə nifrət bəsləyirlər. Asiya irqinə mənsub olanlar isə əksinə soyuqqanlı adamdan deyil, hissiyata qapılan, hissiyatını zahirə vuran adamdan xoşları gəlir.

Mənim artistlik qabiliyyətlərim yoxdur. Bəlkə elə buna görə artistləri sevmirəm, ələlxüsus, həyatda, məişətdə artistlik edənləri, yüngül adamları. Yalançılar, hiyləgərlər, kələkbazlar və fırıldağçılar, adətən, artistlik bacaran adamlardan çıxır.

Fəqət bu dünya artistlik bacaran adamları təqdir edib, bacarmayanları isə rədd edir. Bu dünyada artistlik bacaranlar qabağa gedir, bacarmayanlar isə dala qalır. Çünki bu dünya zahiri görünüş yaratmaq yeridir.

Müsəlman tarixində neçə-neçə hadisələr olub, hansında ki, cahil şəhər camaatı zahirdə artistlik edib, möminlik görünüşünü yaratmaq istəməyən övliya fərdləri küçələrdə əvvəlcə işgəncə verib, döyüb, sonrada öldürmüşdü.

Hitler az savadlı, az zəkalı bir adam idi. Buna baxmayaraq artistlik hesabına bütün Almaniyanı özünə məftun etməyi bacardı. Deyirlər ki, o, saatlarla güzgünün qabağında durub mə’ruzə oxuyur, məşq edirdi. Onun məruzələrinin məzmunu çox sadə və bəsit idi, fəqət güclü artistlik qabiliyyətinə malik olduğuna görə danışanda dinləyənlərini ovsunlaya bilirdi.

Stalin də artistlikdə Hitlerdən geri qalmırdı.

Ronald Reqan Hollivud artisti idi. Sonra onu siyasət səhnəsinə dəvət etdilər. O, Amerikanın rəisi kimi məruzə oxuyanda hamı tərəfindən yaxşı qarşılanırdı. Reqan qüvvəli başçı sayılırdı, halbuki beynalxalq siyasətdən heç bir anlayışı yox idi. Bir artist kimi onun yaxşı yaddaşı var idi və başqalarının yazdığı mə’ruzələri əzbərləyib oxuyurdu. Camaata isə onun him-cimi, duruşu, səsi xoş gəlirdi.

Müasir dünya siyasəti, siyasət səhnəsi bu cür artistlik bacaran siyasətçiləri sevir.

İngilislərdə belə bir məsəl var, “Dünya səhnədir, adamlar isə, artist”. Mən əvvəllər elə düşünürdüm ki, bunlar da elə mən dediyimi deyirlər. Halbuki, keçmişdə ingilis fəlsəfəçilərin və ruhanilərin tez-tez işlətdikləri bu məsəlin tamam başqa bir mə’nası var. Onlar bununla demək istəyirdilər ki, Allah adama həyatda hansı simanı veribsə, o, onu ifa edib, dünya səhnəsində canlandırmaq məcburiyyətindədir, onun başqa bir simanı ifa etmək imkanı yoxdur...
1993-cü ildə Amerikanın Bakıdakı səfirliyinə getmişdim. Orada səfirin iti ilə birlikdə gəzişdiyini görmüşdüm. Ondan başqa bir Amerikalını görmədim. Halbuki bu səfirlikdə 20-30 bizim respublika vətəndaşı işləyirdi. Cavan oğlanlar və qızlar. Hamısa da yəhudi əsillilər. Səfirliyin muhasibi də bir yerli yəhudi idi. Bunun bir səbəbi var. Amerika xarici ölkələrdə yaşayan yəhudiləri və erməniləri dost xalqların nümayəndələri saydığı üçün onları səfirliklərində işləməsini məqbul sayır. Rusları və ya müsəlmanları isə düşmən xalqlar hesab etdiyinindən onları səfirliklərində işləmisini münasib bilmir, işə götürmür. Bu Amerika xaricı işlər nazirliyinin sərəncamıdır. Əgər bu gün Bakıda çoxlu erməni yaşasaydı amerikalılar onların da səfirlikdə işləməsinə məmnuniyyətlə razılıq verərdilər. Ələlxüsus, bizim millətin səfirlikdə işləməsinə razılıq verməzlər, çünki bizim xalqın İranla yaxınlığı, qohumluğu var. İranı isə Amerika bir nömrəli düşmən sayır. ABŞ hökuməti bizimkilərin Amerikanın dövlət sirrlərini İrana ötürəcəklərindən ehtiyat edir.

“AZƏRBAYCAN” VİRUSU


Dövlətin adı “Azərbaycan Respublikası” deyil, “Aran Cümhuriyyəti” olsun!

Keçmişdən bəri, Qafqaz ərazisində Aran, Şirvan, Muğan, Qarabağ, Dağıstan, Naxçıvan və s. torpaq adları mövcud olub. Lakin müsəlmanın tarix və coğrafiya elminə görə Qafqazda “Azərbaycan” adında bir yer olmayıb. Tarixən, “Azərbaycan” adında ərazi Araz çayından cənuba, Təbriz şəhərinin ətrafındakı torpaqlara aid olunurdu.

Əvvəllər mənə elə gəlirdi ki, “Azərbaycan Respublikası”, “Azərbaycan xalqı” mövhumları Sovet dövrü zamanı, Şura hökuməti siyasətçiləri: Şaumyan, Lenin və Stalin kimiləri tərəfindən uydurulmuşdur. Məqsədləri isə fitnə-fəsad olub, adların oxşarlığını bəhanə edib sonralar İranın şimal ərazilərini də zəbt edib, Sovet İttifaqına qatmaq, onlar hesabına Sovetin sərhədlərini cənub istiqamətinə genişləndirmək, İran xalqlarını da rusun, xaçpərəstin əsarəti altına salmaq istəyi olub.

Sonradan mənim əlimə köhnə manat əsginası düşdü. Bu əsginas 1919-cu ildə, Cənubi Qafqazda buraxılmışdı. Pulun üzərində “Azərbaycan Cümhuriyyəti” yazılmışdı. Başa düşdüm ki, Qafqazın bu ərazisinə “Azərbaycan” adını verən bizim düşmənlərimiz deyil, sovet hökuməti deyil, Şaumyan deyil, bizim öz adamımız, M.Ə.Rəsulzadə olub. Görünür ki, onun da gözü İranda olub, İrana qarşı ərazi iddiasında olub. Bilindiyi kimi o vaxtlarda Osmanlı Dövlətində pantürkistlər qiyam edib hakimiyyətə gəlmişdilər. Onlar, Osmanlıda öz yerlərini bərkidib sonra isə bu mason, dinsiz, pantürkist məfkurəsini Qafqaza, İrana və Türküstana yaymağa cəhd edirdilər. Rəsulzadə isə Cənubi Qafqazda və İranda bunların mənafeyini güdürdü.

Fikrimcə Azərbaycan Respublikasının adi dəyişdirilib ya “Şirvan”, və ya, daha yaxşısı, “Aran”(“Aran Cümhuriyyəti”) qoyulsa, məntiqə uyğun, daha məsləhətli olar. Tarixçilərə görə “Aran” və “İran” mənşəyi eyni olan sözlərdir. Yə’ni Aranda elə İrandır, eyni ərazilərdir.

Daha sonralarda eşitdim ki, Rəsulzadədən də qabaq, keçən əsrin əvvəllərində, bizim bir yerli jurnalist, Aranı, Şirvanı “Azərbaycan” adlandırmaq təşəbbüsünü ortalığa atıb.

Ancaq mən həmişə sübhə edirdim ki, bu qondarma ad kənardan, düşmənlərdən, qeyri-müsəlmanlardan gəlib. Və sonra, nəhayət, öyrəndim ki, ilk dəfə Qafqazın bu ərazisini belə adlandırmaq fikri XIX əsrin sonlarında, bir yəhudinin ağlına gəlib və o, bunu “Yəhudi Ensiklopediyası”nda bir məqalədə qeyd edib. Elə ki, bu fitnənin əsl mənbəyi aydın oldu.

Bu yaxınlarda Amerikada, ingilis dilində nəşr olunan “İran ensiklopediyası” (“Encyclopaedia Iranica”) saytını tapdım (www.iranicaonline.org). Bu sayt, on beş cildlik, qiyməti 4200 dollar olan möhtəşəm bir nəşrin elektron şəklidir. İranın tarixi və mədəniyyəti məsələləri ilə maraqlananlar, alimlər ondan yaxşı faydalana bilərlər. Onun məqalələrini dünyaca tanınmış olan, mötəbər Qərb və Şərq iranşünasları yazıb. Orada “Azərbaycan” başlığı altında bir məqalə tapdım və onun məzmununu burada gətirmək istəyirəm:


Azərbaycan, Əxəmənilər dövründən başlayaraq şimal-qərb İranın, Urmiyə gölünün şərqində yerləşən ərazinin adıdır. Bu ad 1918-ci ilin may ayının 26-da, öz müstəqilliyini e’lan edən Rusiya əleyhdarları separatist qüvvələr tərəfindən, tarixi İran vilayəti olan Aran üçün qəbul olundu və o, “Azərbaycan Demokratik Cümhuriyyəti” adlandırıldı. O vaxtı Azərbaycan hökuməti İranın narahatçılığını yatırtmaq üçün, xaricdə istifadə olunma üçün nəzərdə tutulan sənədlərdə “Qafqaz Azərbaycanı” ifadəsindən istifadə edirdi.

Bu yeni varlıq özündə, keçmiş İranın Aran xanlıqlarını, yə’ni Qarabağı, Bakını, Şirvanı, Gəncəni, Talışı, Dərbəndi, Qubanı və Naxçıvanı, birləşdirirdi, hansılar ki, Rusiya tərəfindən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri vasitəsi ilə Cənubi-Şərq Qafqaz adı altında idxal edildi, öz ərazilərinə qatıldı.

1920-21-ci illərdə bu ərazi Rusiya bolşevikləri tərəfindən təkrarən fəth olunandan sonra, təzə yaradılan Qafqaz ölkələri (Ermənistan, Azərbaycan və Gürcüstan) Sovet İttifaqına idxal olundu və 1922-ci ilin martın 12-də onların adı dəyişdirilib “Cənubi Qafqaz Sovet Sosialist Respublikası” adlandırıldı. Bir vaxt keçəndən sonra onlara Sovet respublikalar arasında ayrıca siyasi, hüquqi səlahiyyət verildi. Sonralarda, İosif Stalinin əmri ilə Azərbaycanın rəsmi dili türkdən azəri dilinə dəyişdirildi. Bu yeni varlıq üçün, bu ərazi üçün “Azərbaycan” adının və türk dili üçün “azəri dili” adı seçilməsi həm tarixi, həm də dilçilik nöqteyi-nəzərindən şübhə doğuran məsələdir.

Məqalənin axırında yazılır ki, bu məsələyə dair, “Azərbaycan” məfhumuna dair, daha geniş məlumat almaq istəyənlər filankəslərin, filan tarixçilərin kitablarını oxusunlar.

Qorbaçev vaxtı ermənilər Qarabağ məsələsini ortaya atanda Bakıda Lenin meydanında izdihamlı nümayişlər keçirilirdi. Deyilənə görə o nümayişlərdə hər dəfə bir milyon adam iştirak edirdi. Milyon olmasa da hər halda yüz, iki-yüz min adam olardı. Elə görünüş yaranırdı ki, bütün millət o meydanda idi. Deyəsən, respublikada bircə mən o meydana getmirdim. Ancaq mənim bütün qohumlarım həmrəylik göstərib o nümayişlərdə iştirak edirdilər. Anam da ora gedirdi. Anama ora getməyi məsləhət görmürdüm. Ancaq o, mənim sözümə baxmırdı. Ona belə deyirdim, ola bilər kimsə zarafat üçün “Ay camaat, ermənilər (və ya ruslar) gəlirlər, qaçın”, qışqırsa, qaçaqaç düşə bilər və sən ayaq altında qalarsan”.

Bizim qonşu, bir erməni qadını, bir dəfə anamın Lenin meydanına bu e’tiraz nümayişinə getmək istəməsini görəndə onun qabağını kəsib dedi, “Siyasət hara, azərbaycanlılar hara! Get, o, meydana yığışanlara de ki, qoy qandıqları şeylə məşğul olsunlar”. O sözdən sonra anam bir daha onunla danışmadı.

Bir dəfə xalam oğlu bizə gəlmişdi. Ondan soruşdum: “Mən çox maraqlanıram ki, görəsən o meydanda nə danışılır, hansı müraciətlər səsləndirilir?”

O isə, orada heç nə danışılmır, dedi. Mən buna inanmadım, soruşdum, necə olar ki, camaat hər gün saatlarla orada, meydanda durur, ancaq heç nə danışmır? Onda o, dedi, biz, bə’zən qışqırırıq. Nə qışqırırsınız? “Azərbaycan”, deyə qışqırırıq. Soruşdum, o nə deməkdir ki? “Azərbaycan, Azərbaycan” qışqırmaqla nə demək istəyirsiniz? O isə, biz “Azərbaycan” qışqırmaqla elə onu, “Azərbaycan” demək istəyirik. Axı mən bu sözlə sizin nə demək istədiyinizi başa düşmürəm, dedim. O isə, düşmənlərimiz bizim nə demək istədiyimizi başa düşərlər, dedi.

Bu bir neçə ay belə davam etdi. Yüz minlərlə adam Hökumət Evinin qarşısında yığılır, saatlarla susur, bə’zən də “Azərbaycan” deyə qışqırırdı.

Bir neçə aydan sonra Bakı telekanalına üç hökumət nümayəndəsi gəldi. Biri respublika baş prokurorunun müavini, biri daxili işlər nazirinin müavini, biri isə Mərkəzi Komitənin mə’sul işçisi idi. Onlar çox sərbəst bir şəkildə, ayaqlarını uzadaraq oturub, öz aralarında gülüşürdülər. Sonra biri kameraya baxıb dedi, “Xalq, uzun müddət ərzində, bizdən, danışmaq üçün söz almaq istəyirdi. Biz də xalqa icazə verdik. Lenin meydanına çıxın, nə sözünüz var deyin. Kim bilir bəlkə elə oldu ki, biz sizin sözünüzü qəbul etdik. Ancaq nə oldu? Camaat meydana çıxıb “Azərbaycan, Azərbaycan” deyib durur, başqa heç bir şey demir. Axı biz başa düşmürük “Azərbaycan” deməklə xalq nə demək istəyir?”.

Bunu eşidib çox sevindim ki, deməli bu respublikada heç olmasa üç nəfər ağıllı adam var. Və bunlar, bu sözün, “Azərbaycan” kəlməsinin heç bir mə’na vermədiyini başa düşür.

Bizdə, respublikada, “Azərbaycan” məfhumu, sözü rezin kimi, o tərəfə, bu tərəfə çəkirlər, onunla hər şeyi əhatə etməyə çalışılır. Danışdığımız türk dilinə “Azərbaycan dili” deyirlər. Bu işdə Stalinin əmrinə əməl edir, onun quraşdırdığı məfhuma sadiq qalırlar. Bütün vətəndaşların cümləsinə isə “Azərbaycan xalqı” deyirlər. Deməli türk, talış, kürd, tat, ləzgi, rus və erməni vətəndaşlar hamısı azərbaycan xalqıdır. Onda, mənə görə, bu ifadə heç bir aydın mə’na vermir.

Bə’zəndə deyirlər ki, “Azərbaycan xalqı” ulu bir xalqdır, türksoyludur. Bu ifadə ilə türkdilliləri nəzərdə tuturlarsa, onda bəs respublikadakı başqa türkdilli olmayanlar hara getdi. Bəlkə onlara demək istəyirlər ya türkləşin ya da buradan rədd olub gedin.

Respublikanın əhalisinin doğsan faizdən çoxu müsəlmandır. Bu qundarma ifadədən fərqli olaraq, bizim xalq ulu bir “müsəlman xalqıdır” deyilsə, bu söz müsəlman əksəriyyətin narazılığına səbəb olmaz, əksinə onları razı salar.

Əslində, bunlar “müsəlman xalqı” sözünü dilə gətirməyi sevmirlər. Bunların türk sevgisi hamısı riyadan başqa bir şey deyil. Deyirlər bura türk dövlətidir. Ancaq əgər bu doğru bir söz olsaydı onda nazirlərimizin arasında heç olmasa bir nəfər də olsa türk soyundan olan adam olardı.

Belə görünür ki, bu dövləti quranlar “Azərbaycan” mövhumunu bir tilsimli söz sayıblar və onlar bu sözlə milləti ovsunlamaq istəyirdilər. Bu dövləti bu gün idarə edənlər də, həmçinin, bu sözdən istifadə edib, camaatı tilsimə salıblar, ovsunlanmış vəziyyətdə saxlayırlar. Mənim yadımdadır ki, uşaqlıqda Bakıda loru dildə danışan adamların “azərbaycanlısan?” əvəzinə “müsəlmansan?”, “azərbaycanca bilirsən?” əvəzinə isə “müsəlmanca bilirsən?” sözlərini işlətdiklərini eşidirdim. Sadə adamların bu sözləri mənə xoş gəlirdi və hesab edirəm ki, bunlar daha məsləhətli, düzgün ifadələrdir.

Əgər bu məfhum vətəndaşlar üçün bu qədər sevimli və əzizdirsə bəlkə, onda vətənpərvərliyimizi bütün aləmə sübut etməkdən ötrü, respublikada olan hər şeyə bu adı verək: dənizə, gölə, dağa, çaya, şəhərlərə, küçələrə, soy adlarına və şəxsi adlara. Məsəl üçün – Azərbaycan Azərbaycan oğlu Azərbaycanov. Və Azərbaycan Azərbaycan qızı Azərbaycanova. Bəlkə bu “Azərbaycan” sözünü, fəxrlə, alnımıza, bədənimizə, döşümüzə döydürək?

Onda, bəlkə bu məvhuma olan sevgimizi dünyaya göstərmək üçün ərazilərimizin bir hissəsini erməniyə, bir hissəsini gürcüyə, bir hissəsini rusa bağışlayaq. Ardından, məmləkətin bütün sərvətlərini paylayaq: amerikalıya, ingilisə, fransıza verək. Sonra isə ucadan hayqıraq, deyək, aparın, bu maddi şeylər bizə lazım deyil! Biz, özümüzə yalnız “Azərbaycan” məfhumunu saxlayacağıq ki, o bizə hər şeydən daha vacib, əziz və dəyərlidir. Onunla kifayətlənərik. O bizim üçün hər şeydən: havadan, sudan daha qiymətlidir. Bu mövhum üçün canımızı da verməyə hazırıq! Onda bütün dünya bizi alqışlayacaq. Hamı deyəcək, belə xalq yer üzündə bir dənədir.

“Kompüter virusu” adında bir ifadə var. Bu “virus” kompüterə düşəndə o, xarab olur, yararsız hala düşür. Mənim zənnimcə “Azərbaycan” sözünü Cənubi Qafqaz müsəlmanlarının beyninə qəsdən yeridiblər. Onu xarab etməkdən ötrü. Bu söz, bir kompüter virusu kimi, müsəlmanın beyninə girərək, bu cihazı yararsız hala salır, beynin düşüncə qabiliyyətini yox edir.

Levon adlı bir erməni qonşum var idi. Bir dəfə görüşəndə, o mənə belə dedi: “Dünən atamla danışırdım. Bizim maraqlı bir söhbətimiz oldu. Mən ona dedim ki, ata, bu azərbaycanlılardan mənim heç xoşum gəlmir, dəyərsiz adamdırlar. Atam isə qayıtdı mənə dedi, oğlum, sən azərbaycanlıları görmüşsənmi ki, biləsən onlar yaxşıdırlar, ya pisdirlər. Mən ona dedim, necə yəni görməmişəm, məgər Bakıda yaşamıram? O isə cavabında mənə dedi ki, bu gördüklərini demirəm, mənim cavanlıqda gördüyüm, əvvəlki, əsil azərbaycanlıları deyirəm. Onlar tamamı ilə başqa adam olublar”.

Yə’ni, o erməninin demək istədiyi sözün mə’nası budur ki, bizimkilər, qabaqlar, hələ müsəlman olanda bir şey olublar, dünya əhəmiyyətli ulu bir dinin, İslam mədəniyyətinin nümayəndəsi olublar. İndikilər isə, öz müsəlman kimliklərini itiriblər, ruslaşdırılmış bir tayfa şəklini alaraq “azərbaycanlı” olublar, yə’ni ki, olublar bir heç nə.

Yə’ni ki, milli kimliyini itiriblər, olublar – bir sürü yol azmış insan.

Mən belə fikirləşirəm ki, bizim xalqın şüurunu sağlam şəklə gətirməkdən ötəri bu “virusu”, kənardan, xaincəsinə lüğətimizə gətirilən “Azərbaycan” məfhumunu aradan aparmaq lazımdır.

Dilimizi “Azərbaycan dili” deyil, təzədən, “türk dili” kimi adlandıraq. Bunu etdikdən sonra isə biz Türkiyə hökumətinə müraciət edib məsləhət görməliyik ki, hal-hazırda ölkədə istifadə olunan qondarma dil, “Aram dili” ləğv edilsin. Onun əvəzində isə ənənəvi Osmanlı dili bərpa edilib dövlət dili e’lan edilsin. Onda onların dili “Osmanlı dili” kimi adlanar, bizim dil isə “türk dili”.

QAFQAZ MÜSƏLMANLARININ QƏTLİ-AMI ABİDƏSİ
Bu məqbərə (və ya abidə) Qafqazın ən böyük şəhərində, Bakıda inşa olunmalıdır. O, Rusiya və Sovet imperiyaları tərəfindən kütləvi qırğınlara mə’ruz qalmış məntəqənin müsəlman xalqlarının (türk, avar, çeçen, çərkəz, ləzgi və s.) xatirəsini əbədiləşdirməkdən ötrü tikilməlidir. Rus ordusu Qafqaza soxulduğu zamandan, Rusiya dövləti bu ərazinin müsəlmanlarına qarşı ardıcıl surətdə kütləvi qırğınlar və qətli-amlar siyasəti aparıb. Kremlin bu siyasəti, Qafqazda, bu günə qədər davam edir. Erməni millətçilərinin bu ərazidə müsəlmanlara qarşı törədikləri qətli-amlar da rus dövlətinin himayəsi və təşviqi sayəsində olmuşdu. Rusiyanın yardımı və himayəsi olmasaydı ermənilər o cinayətləri törədə bilməzdilər, buna cürət etməzdilər.

Ruslar Şimali Qafqaza soxulanda çərkəz xalqı rus ordusuna güclü müqavimət göstərirdi. Ruslar onlarla savaşda uğur qazana bilmirdi. Onda onlar bir hərbi hiyləyə getdilər. Çərkəz və rus qoşunu üz-üzə gələndə müsəlmanlar gördülər ki, kazakların nizələrinə çərkəz qadınlarının, uşaqlarının və qocalarının başları sancılmışdı. Bundan çərkəz əsgərləri sarsıntı keçirtdilər. Onlar dedilər, biz vətənimizi, dinimizi qorumağa və bu yolda canımızı da fəda’ etməyə hazırıq, ancaq biz tələf olanda bu, qaniçən ruslar bizim qadınlarımızı, qocalarımızı, uşaqlarımızı öldürəcəklər. Biz buna razı ola bilmərik. Bundan sonra çərkəz kişilər arvad-uşaqlarını yığıb Qafqazdan getdilər, sığınmaq üçün Osmanlı torpaqlarına köçdülər. İndi Qafqazda tək-tük çərkəz yaşayır. Hal-hazırda çərkəz xalqının bir qismi İordaniyada yaşayır. Yəqin ki, səfa dolu Şimalı Qafqaz dağlarından sonra, bu gün, isti, boş-biyaban ərəb səhraları onlara Cəhənnəmi xatırladır. Bu yaxınlarda çərkəzlər Kremldən öz vətənlərinə qayıtmaq üçün izn istədilər. Moskva isə bunu rədd etdi.

Bir vaxt Rusiyanın bir siyasətçisi demişdi ki, Rusiyaya müsəlman əhalidən təmizlənmiş bir Qafqaz lazımdır. Çeçenlər vuruşan, mətin bir xalq olduğundan başqa bir rus siyasət adamı demişdi ki, axırıncı çeçen öldürülməmiş Rusiya “Qafqaz bizimdir” deyə bilməz.

Bir nəfər o vaxtın hadisələri haqqında babasından eşitdiyini mənə hekayət etdi. Naxçıvanda Andronikin hərbi dəstəsi fəaliyyət göstərirdi. Andronik bir kəndə qabaqcadan adam göndərib onun camaatını inandırmağa çalışdı ki, əgər onun dəstəsi kəndə buraxılarsa kəndçilərə xətər dəyməyəcək, onlar sadəcə orada gecələyib səhərkisi gün gedəcəklər. Ancaq kəndçilər onun sözünə inanmadılar, çünki bundan qabaq, bu mə’lun erməni ətraf kəndlərin camaatını da bu cür sözlərlə aldatmışdı. Sonradan hər dəfə kəndə daxil olanda ermənilər, bütün əhalini qırmışdılar. Bu kəndin adamları isə ağıllı tərpəndilər, razı olmadılar. Dairə şəklində kəndin ətrafına silahlı adamlar qoydular. Andronikin əsgərləri görəndə ki, bu kəndin əhalisi müqavimət göstərəcək, itki verməkdən qorxaraq kəndə girmədilər, çıxıb getdilər.

Bu yaxınlarda öyrəndim ki, “Erməni genosidi” ifadəsi ilk dəfə 1944 ildə, Rafael Lemkin adında Polşa yəhudisi, sionisti tərəfindən istifadə olunmuşdu, onun tərəfindən uydurulmuşdu. O, demişdi ki, Osmanlı torpaqlarında baş vermiş bu erməni faciəsinə bir ad fikirləşdim və bu ifadənin dünyaca qəbul olunmasına çalışdım. Onun ardınca, sonralarda bu ifadə Qərb siyasətçiləri tərəfindən qəbul olundu, geniş şəkildə istifadə olunmağa başlandı. Bu qondarma hadisəni əksər xaçpərəst dövlətləri bir həqiqi tarixi hadisə kimi qəbul ediblər (Rusiya, Fransa, İngiltərə, Almaniya, Hollandiya, Kanada, Vatikan və s.).

Bu uydurulmuş məsələ (“erməni genosidi”) qərbdən şərqə, bütün xristian dövlətlərin ümumi əfsanəsidir, siyasətlərinin ümumi bəndidir. Bunların məqsədi müsəlmanları, türkləri ittiham etməkdir. Xristian siyasətçilər bu cür söhbətlər apararaq öz ölkələrində, əhali arasında türklərə qarşı kin və ədavət hissini yaratmaq istəyirlər. Bu məsələ onlara, bir bəhanə kimi, Türkiyəyə qarşı müharibə e’lan etməkdən ötrü lazımdır. Onların tarixi kitablarında və bədii ədəbiyyatında ermənilər, daima, məzlum bir xalq kimi təsvir olunur.

Halbuki, bu xaçpərəst ölkələr həqiqi qırğınları, Qərbi Anadoluda və Qafqazda ruslar və ermənilər tərəfindən törədilən qırğınları, yüz minlərlə, bəlkə milyonlarla sayda müsəlmanın kütləvi şəkildə qətli-am olmasını təsdiq edib tanımaq istəmirlər.

İrəvanda bu uydurulmuş qətli-ama abidə inşa ediblər, ancaq nə Ankarada, nə Bakıda iqtidarlar, Qərbin və Şərqin imperialistlərindən çəkinərək, xaincəsinə, öz millətinin bədbəxt hadisələrinə aid abidələr inşa etmək istəmirlər.

Və nəhayət bir neçə il bundan qabaq Türkiyədə, Van gölünün yaxınlığında bir abidə inşa edildi. O abidə, keçən əsrin əvvəllərində bu ərazidə ermənilər tərəfindən müsəlmanlara (türklərə və kürdlərə) qarşı törədilən qətli-amın xatirə abidəsidir. Fəqət ermənilər, İrəvandakı abidəni respublikaya gələn bütün qonaqların gözünə soxduqları halda, Türkiyədəki abidə isə ucqar, heç kimin görə bilməyəcəyi bir yerdə, çölün düzündə ucaldılmışdı. Nəyinki xaricdə, heç Türkiyənin özündə belə, oranın vətəndaşları bu abidənin mövcudluğu haqqında məlumatlı deyillər.

Ermənilərin, Türkiyədə və Cənubi Qafqazda, müsəlmanlara qarşı etdiyi qətli-amları sırf ermənilərin və türklərin arasında baş verən toqquşmalar kimi göstərilmək istənilir. Halbuki bu qətli-amın və silahlı münaqişələrin himayədarları Rusiya, İngiltərə və Fransa təcavüzkar qüvvələri olub. Onların təhriki və yardımı olmasaydı o qətli-amlar, o hadisələr də olmazdı. Türkiyə və Azərbaycan Respublikası iqtidarları bu həqiqəti o səbəbdən ört-basdır etmək istəyirlər ki, ingilisi, fransızı və rusu təmizə çıxardıb, onlarla qurduqları iqtisadi, hərbi, siyasi və mədəni əlaqələrə xətər yetirməsinlər. Halbuki bunların, xaçpərəst ölkələrin təhriki və yardımı olmasaydı ermənilərin o cinayətləri törətməyə nə cəsarəti, nə də ki imkanı olardı.

Abidənin divarında ərəb dilində hüsn-xətt ilə yazılacaq:
“Allah yolunda şəhid olanlara “ölü” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz”(Qura’ni-kərim, Bəqərə, 2/154).
ŞƏHİD EDOARDO ANYELLİ
1997-ci ildə hələ ki, Londonda yaşayanda əlimə bir qəzet düşmüşdü. Bir məqalədə yazılırdı ki, İtaliyanın tanınmış sənayeçisi, Fiatın sahibi şirkətin rəhbərliyinə öz oğlunu deyil, 20 yaşlı nəvəsini tə’yin etmişdi. Onun oğlu, katolik ailəsində anadan olmasına rəğmən, şərq fəlsəfəsinə və dininə maraq göstərdiyinə görə və şirkətin işlərinə biqanə yanaşdığı üçün, bu məqama layiq görülməyib. Məqalənin bu yeri mənim diqqətimi çəkdi. Mən bu adamla məktublaşmaq, tanış olmaq istədim.

O vaxt mən bir dini cəmiyyət tə’sis etmək istəyirdim. Bu işdə mənə kömək edə bilən adamlar axtarırdım. Fikirləşdim ki, bu italiyalı həm varlıdır, həm də şərq fəlsəfəsi ilə maraqlanır. Bu əsil mənim axtardığım adamdır. Beləsi bizim cəmiyyətin maliyə ehtiyaclarını qarşılaya bilərdi. Onun adresini bilmirdim. Fiatın Turin şəhərindəki adresinə məktub yazdım ki, onu Edoardoya ötürsünlər. Ancaq buna ümüdüm az idi. Fikirləşdim ki, çox güman onu cırıb atacaqlar. Axı Fiatın müdüriyyəti Edoardonun dinlə maraqlanmasını, dini işlərlə məşğul olmasını istəmirdilər.

Və bu yaxınlarda öyrəndim ki, Edoardo çoxdan, hələ 2000-ci ildə faciəli bir şəkildə ölmüşdü.

Edoardo Anyelli 9 iyunda 1954-cü ildə Nyu Yorkda doğulmuşdu. Atası Fiat şirkətinin yiyəsidir. İtaliyanın sənayesinin böyük hissəsi: banklar, qəzetlər və “Yuventus” futbol klubu ona məhsusdur. Maşınqayırma sənayesi həmçinin. Məsələn, bu şirkətlər kimi: Alfo Romeo, Chrysler, Dodge, Ferrari, Lancia, Mazerati, Lamburgini və Iveco. Bunların illik gəliri 60 miliyrad dollardır. Yə’ni ki, İranın neft gəlirlərindən üç dəfə artıq.

2000-ci ilin noyabrında onun cansız bədəni Turin şəhərinin yaxınlığında, körpünün altında, çay sahilində tapılmışdı. Qapıları açıq boş maşını isə körpünün üzərində idi. Polis bu ölümü intihar saydı.

Bir italiya qəzetində çıxan “Edoardo bir şiə şəhidi olub” məqaləsindən bir parça:


“Edoardo Anyelinin istintaq işinə təzədən baxılsın”. Bu şüarı daşıyan nümayişçilər Tehrandakı İtaliya səfirliyi qarşısında yığışıblar. Bunlar, İmam Sadıq universitetinin tələbələri, əllərində zərif quruluşlu, əli çəlikli adamın şəklini tuturdular. Bu adam doqsanıncı illərdə tez-tez bu tələbələrlə görüşürdü. Buradan yaxın bir məsafədə İslam Şəhidlərinin muzeyi yerləşir. Orada bir şöbə qeyri-iranlı şəhidlərə ayrılıbdır. Neçə ildir ki, bu şöbənin bir yeri şəkilli səcdəgaha çevrilib və Fiat varisinə həsr olunub. Muzeyin dilli-dilavər işçisi ziyarətçilərə həm bu məşhur İran əfsanəsi, həm də “İtaliya sionistləri” bərəsində məruzə oxuyacaq. Bu hekayəyə görə Edoardo Anyelinin ölümü suiqəsd deyil, qətl idi. Sonra isə Anyelinin Qumda Ayatollah Xomeyni ilə görüşməsi, Tehranda Xameneyi ilə birlikdə cümə namazında iştirak etməsindən danışacaq. Anyeli 2000-ci ilin 15 noyabrında Turində körpudən aşağı tullnandan sonra İran İslamçıları bir əfsanə yaratmaq fikrinə düşdülər. Bu əfsanənin məzmunu bundan ibarətdir “sionist Elkanlar ailəsi” müsəlman olmuş Anyelini öldürdü. İddiayə görə Anyelilərin mülkü üstündə gedən dava nəhayətdə bir dini müharibəyə çevrilmişdi.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin