İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə15/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

Bir axşam bir adamdan video kaset alıb evə qayıdırdım. O vaxtlarda bizim xalq, aşağı təbəqənin nümayəndələri tez-tez nümayişlərə çıxırdı, Qorbaçevin siyasətinə e’tiraz edirdilər. O axşam da bulvar tərəfdə bir küçədə böyük bir izdiham var idi. Ensiz küçədə lampalar yanmadığına görə heçnəyi görmək olmurdu, sakitlik idi. Ancaq hiss olunurdu ki, bu dar küçədə minlərlə adam yığışıb. Mən o vaxt bu cür nümayışlərə əhəmiyyət vermirdim, e’tinazsızlıq göstərirdim. Bizim qara camaatın inqilab etmək bacarığına inanmırdım. Ancaq bu dəfə gərara gəldim ki, dəyanıb baxım.

Bir az keçəndən sonra kimsə qışqırdı ki, ay, camaat qaçın, rus əsgərləri gəlir!

Birdən qaçaqaç düşdü, minlərlə cavan adam bulvara tərəf, mən tərəfə qaçmağa başladı. Bu mənə televizorda tez-tez gördüyüm vəhşı öküz sürüsünün aslanlardan qaçışını xatırlatdı. Mənim üçün ayaq altında qalmaq, tapdalanmaq qorxusu yarandı. Divara sıxılıb qalmışdım. Tərslikdən yanımda bir qız uşaqı və onun kiçik qardaşı dururdu. Bunları qorumaq məqsədi ilə orada durub qaldım. Qız isə qaçan soydaşlara baxaraq hırtıldayıb gülürdü, vəziyyətin ciddiliyini başa düşmürdü. Nəhayətdə, nümayişçilər qarşımızdan qaçıb keçdilər.

10-15 milis nəfəri təbliğat aparırdı, vətəndaşlara məsləhət görürdü ki, onlar dağılıb getsinlər. Birdən dəbilgəli, əllərində şəffaf plastmas qalxanlar tutan rus əsgərləri görsəndilər. Sifətlərindən hamısı uşağa oxşayırdılar, çox gənc idilər. Yeganə silahları əllərindəki dəyənəklər idi. Sayları 30-40 nəfər olardı. Dörd-beş min cavanın qırx nəfər silahsız rus əsgərindən qorxması mənə gülünc görsəndi.

Fikirləşdim ki, beş dəqiqə də gözləyim, baxım. Birdən sol qolumda bərk ağrı hiss etdim. Dönəndə başa düşdüm ki, bir rus əsgəri dəyənəklə qoluma vurmuşdu. Bərk hirslənmışdim. Rus mənim üzümdəki ifadəni görüb səhv etdiyini anladı, axı mən nümayişci deyildim, tamaşaçı idim.

Əsgər qaçıb getdi.

Xoşbəxtlikdən mən qapı pilləkənlərində dururdum və dəyənəyin zərbəsi dirsəyimə dəymişdi, halbuki başıma dəysəydi bu beyin silkələnməsi ilə nəticələnərdi. Axı bu rezin dəyənəyinin içində polad yay var idi. İki ay ərzində dirsəyim ağrıdı.

Mənim ağlıma səfeh bir fikir gəldi. İstədim ki, ruslardan birisini tutub onun plastmas qalxanını və dəyənəyini əlindən alım, onları bir qərinə kimi evə aparım.

Yeraltı keçidin qabağında beş-altı bizim adam dururdu. İki nəfər şıq geyimli oğlan ətrafına gədə-güdəni yığıb onlara öyüd-nəsihət verirdi. Onlardan biri bizim dili zəif, o birisi isə heç bilmirdi.

Dedi ki, biz siz tərəfəyik. İstəmirik ki, ruslar sizi qırsınlar. Dağılın, gedin evlərinizə.

Gədə-güdə isə qulaqlarını sallyıb onlara qulaq asırdı. Başa düşdüm ki, o iki hərif hökumətin xəfiyələri, KGB işçiləri idi. Onların söhbətlərinə müdaxilə etdim. Acıqla dedim, nə üçün camaatın dağılıb getməsini istəyirsən. Silahsiz əsgərlərdənmi qorxacayıq? Minlərlə sayda adam qırxca nəfər rusdan qorxmamalıdır.

Bunu eşidən KGB işçiləri qollarımdan tutub çəkməyə başladılar, dedilər ki, indi biz səni hara lazımdır apararıq. Mən sıyrıldım çıxdım və oradan uzaqlaşdım.

Şaumyan küçəsi ilə evə tərəf getdim. Bir az gedəndə yerdə divardan sökülüb yerə atılmış küçəni bildirən dəmir lövhəni gördüm. Üstündə “Şaumyan” yazılmışdı. Mən əntiq həvəskarı olduğum üçün onu götürüb evə aparmaq istəyirdim. Axı o tarixi bir şey idi. Ancaq nədənsə götürmədim.

Bir başqa gün Bakı Soveti metrosunun qarçısında bir izdiham gördüm. Ayaq saxlayıb baxdım. Bir nəfər fəal camaatı şəhərin bir yerinə yığılmağa təşfiq edirdi. Başqa birisi isə, bir cavan oğlan əlində səsucaldan cihaz adamları tamamı ilə başqa yerə getməyə çağırdı. Bundan qabaq danışan adam, fəal onun üstünə acıqlandı və sonra qışqırdı ki, bunun sözünə baxmayın, bu bir təxribatçıdır.

Anladım ki, səsucaldanlı oğlan KGB işçısıdir, onu ora qəsdən göndəriblər. O, ifşa olunduğunu görüb uzaqlaşdı. Bu məndən də arıq və cılız adam idi. Xəfiyələrdən acığım gəlir. Fikirləşdim ki, gedim cihazı onun əlindən götürüb, boynunun ardından da bir-iki şapalaq vurum. Ancaq etmədim, işimin dalınca getdim.

Bizim mətbuat illər boyu, daima Qorbaçevi pisləyib durur. Qara camaat da bunun ardınca bu adama kin və nifrət bəsələyirlər.

Bundan başqa hamı, bütün millət respublikanın müstəqilliyini daima tə’rif edirlər. Ancaq başa düşmürlər və boyunlarına almaq da istəmirlər ki, bu müstəqilliyi onlara Qorbaçev vermişdi, qazandırmışdı. Zorla, başlarına döyə-döyə. Həqiqət budur ki, sovetin bütün müsəlman xalqları siyasətdən çox uzaq dururdular, onunla maraqlanmırdilar, müstəqillik həvəsində deyildilər və rusdan ayrılmaq istəmirdilər.

Qorbaçev, yəhudi və erməni məsləhətçiləri ilə birlikdə, düşünərək cürbəcür məkrli tədbirlər tökürdülər. Axı onlar Qafqazda və Orta Asiyada hökumət və əhali arasında baş verən qarşıdurmaları, münaqişələri, sün’i bir şəkildə, qəsdən yaratmışdılar. Qorbaçev, bunu etməklə müsəlmanları qıcıqlandırmağ, silkələmək, qəflət yuxusudan oyatmağa çalışırdı. Bu işləri görməklə onun məqsədi Sovet İttifaqının təməllərini sarsıtmaq idi. Bu, Qorbaçevin bir oyunu idi, bir “şahmat oyunu”.

Odur ki, əgər Qorbaçev olmasaydı Sovet İttifaqı hələ yüz il də durardı və sovetin müsəlman xalqları həmişə olduğu kimi hökumətin təşkil etdiyi rəsmi nümayişlərdə çoşqunluqla qışqıracaqdılar – “Eşq olsun Leninə, Şaumyana və Karl Marksa! Yaşasın Sovet İttifaqının kommunist partiyası!”.

SSRİ-də yaşayanda, o dövrdə Bakıda hər hansı bir müsəlmanın hökümətdən narazı olduğunu görməmişdim, sovet quruluşunu pislədiyini eşitməmişdim. Müsəlmanın xasiyyətində hökumətə itaət etmə, qüclülərə tabe’ olma xüsusiyyəti var.

Bir gün respublikanın rəhbərliyi e’lan etdi ki, bu gecə “Azadlıq” meydanında gənclər üçün disko, kütləvi rəqs etmə gecəsi təşkil olunacaq. Dedilər, qoy bizim gənclər, oğlanlar və qızlar, şənlənsinlər, səhərə kimi orada rəqs etsinlər. Özüdə, bu dinsiz hakimiyyət bizim adətlərimizdən kənar olan bu tədbiri, qəsdən, şiyə dini təqviminin matəm gününə, aşuraya saldı. Yaxşı gənclik yetişdirirlər! Onlar bu gəncləri dindən, adətdən və əxlaqdan kənar tutmaq istəyirlər. Onlar azadlığı belə başa düşürlər. Yə’ni ki dindən və əxlaqdan uzaqsan, deməli azadsan.

Türkiyənin televiziyasında tarixi bir hadisədən danışıldı. Tatar Krım xanlığı Osmanlı Dövlətinə tabe’ bir ərazi idi. Bir axmaq xan müstəqillik eşqinə düşdü. Buna görə xaçpərəst ölkədən, Rusiyadan kömək istədi, rus ordusunu yarım adaya dəvət etdi. Rus çarının ordusu gəlib Krıma yerləşəndə xan e’lan etdi ki, bu gün biz müstəqil bir Krım dövlətini qurduq. Osmanlı Dövləti o vaxtlarda çox zəifləmişdi vu bu səbəbdən bu işə müdaxilə edə bilmədi.

Sonra, xan rus ordu başçısına dedi, Osmanlıdan ayrıldığ, müstəqil bir dövlət qurduğ, artıq bizim rus ordusuna ehtiyacımız yoxdur. Siz Rusiyaya geri qayıda bilərsiniz. Rus isə ona cavab verdi ki, rus ordusu deyil, sən buradan gedəcəksən. Rusiyanın Qara dənizə çıxması üçün ona Krım yarımadası lazım idi. Bizə Krımı tutmaq üçün sənin kimi bir axmaq, bir “maşa” lazım idi. Bu axmağı da tapdıq, artıq bizim sənə ehtiyacımız yoxdur.

Beləliklə Rusiya Krımı, müsəlman ərazisini ələ keçirdi. Xan isə canını rusların əlindən qurtarmaq öçün Osmanlı Dövlətinə pənah aparmalı oldu, orada sığınacaq tapdı.

Bunun eynisi də Qafqazda baş verdi. Axmaq, şüursuz xanlar İrandandan ayrılmağa təşəbbüs göstərdilər, ayri-ayrı kiçik müstəqil dövlətlər qurmaq istədilər. Axırda, bunun nəticəsində Rusiya gəlib Qafqazı tutdu.

Əslində isə Qafqaz müsəlmanları İranın tərkibində olanda müstəqil idilər. O vaxtlardan bu günə qədər Cənubi Qafqaz müsəlmanları özlərinin həqiqi müstəqilliklərini itirmişlər. Çünki onlar öz iradələrini, əqidələrini avropalılara, xristiyan dövlətlərinə təslim etmiş, onların əmrinə tabe’ olmuşlar. Yə’ni ki, mahiyyətinə görə deyil, sözdə müstəqildirlər.

Bakıda hökumət adamları tez-tez deyirlər ki, “bizim ordu regionda ən güclü ordudur”. Bunlar demək istəyirlər ki, bizim ordu Ermənistanın və Gürcüstanın ordularından güclüdür. Fəqət bizim “regionda”, yaxın ərazidə həm də Türkiyə, Rusiya və İran var. Onlardan ki, güclü deyil. Onların güclü orduları qarşısında bizim ordu, heçnədir.

Qorbaçev vaxtı təzə əlverişli vəziyyətdən istifadə etmək istədim, düşündüm ki, artıq vaxt çatıb ki, mən açıq bir şəkildə dini failiyyətə keçim. Dini təşkilat, bir dərviş dərnəyi yaratmaq fikrinə düşdüm. O vaxt artıq xariclə yazışmağa icazə verilirdi. İngiltərənin bir tanınmış sufi cəmiyyəti ilə yazışdım. Onlar mənə qalın cildli bir kitab yolladılar. Məzmunu, onların pirinin, cəmiyyətin mərhum mürşidinin tərcümeyi-halı idi. Mən isə bunun qarşılığında cəmiyyətin başçısına Misirin qədim dini abidilərindən bəhs edən qiymətli bir kitab göndərdim. Belə gərara gəldim ki, bu sufi cəmiyyətinin bir şöbəsini Bakıda açım. Düşündüm ki, bu məşhur, beynalxalq sufi cəmiyyətinin adından istifadə etsəm, yerli adamlarda maraq oyanar və onlar dərnəyin üzvü olmağa həvəs göstərərlər.

Mən Hökumət Evində yerləşəh Dini İşlər üzrə komitənin idarəsinə getdim. Müdürə dedim ki, Bakıda sufi cəmiyyətini tə’sis etmək, qeydə almaq istəyirəm. Müdür dedi ki, bilirəm ki, qabaqlarda, bizim bu ərazilər sufi təriqətlərinin şitilliyi olub. Lakin, biz bu gün şəhərdə belə bir təşkilatın failiyyətinə icazə verə bilmərik. Bu qətiyyən mümkün deyil. O, “biz” deyəndə KQB-ni nəzərdə tuturdu, çünki ölkədə bütün dini məsələlər onun nəzərəti altında idi və, əslində, bu idarə də ona tabe’ idi, onun bir şöbəsi kimi failiyyət göstərirdi. Mən tə’kid etdim, dedim, “bəs Moskvada dini failliyətlərə azadlıq veriblər, bu Bakıda nəyə görə olmasın?”. Müdür dedi, sözün qısası, əgər siz belə işlərlə məşğul olmağa davam etsəniz bu sizin üçün çox pis nəticələnəcək.

Lap axırda, dedi, dini cəmiyyəti qeyd etmək üçün müraciət ərizəsinə iyirmi nəfər tə’sisçinin qol çəkmələri tələb olunur. Görünür ki, siz bizim adamların xasiyyətinə bələd deyilsiniz. Bu şəhərdə heç kəs ürək edib buna qol çəkməyəcək. Əgər siz heç olmasa bir nəfər adam tapsanız, onda mən adımı dəyişərəm. Bu çox səmimi və ağılı bir söz idi. Axırda onun sözü düz çıxdı mən iyirmi adam tapıb, dərnəyi tə’sis edə bilmədim.

Əvvəlcə, “Vəcihə Səlahova adına rəssəmlıq sərgisi”nə gedib müdürdən icazə istədim ki, oranın e’lanlar lövhəsinə bir müraciyyət, e’lan vurum. E’landa Bakıda bir sufi təşkilatını yaratmaq üçün təsisçilər axtardığımı bildirmişdim. Sərginin müdürü kağızı oxuyub təəcüblə soruşdu ki, yə’ni bizim hökumət belə şeyə icazə verir? Yalandan dedim, verir. Onda o, dedi, əgər hökumət idərəsindən rəsmi bir kağız gətirsəniz ki, belə şey icazəlidir o halda e’lanı gətirib vura bilərsiniz. Çarəsiz qalıb Yazıçılar İttifaqına gedib oranın müdüriyyətinə eyni mürüciyyətdə oldum. Orada bir otaqda masa arxasında beş-altı adam oturmuşdu. Onlardan fasonlu birisi e’lanı oxuyub güldü və məclisdəki tanınmış bir yazıçıya müraciət edib dedi, “Süleyman müəllim, görün bunlar nə istəyir, şəhərdə dərviş dərnəyi yaratmaq həvəsinə düşüblər”. Yə’ni, o, demək istəyirdi ki, Qorbaçev camaatı elə qudurdub ki, indi bunlar artıq dinlə məşğul olmaq istəyir. Yə’ni ki, qabaqlarda bu cür təşəbbüs göstərən adamların atalarını yandırardıq, amma əfsuslar olsun ki, indi vəziyyət dəyişıb, xalq cızığından çıxıb.

Süleyman Rüstəm isə bir söz demədi, sadəcə donquldandı, vəssəlam. Sonra, fasonlu adam belə dedi, get icazəni Anardan istə.

Anarın katibəsi cavan bir qız idi. E’lanı götürüb Anarın otağına girdi. Qayıdanda rusca dedi, Anar müəllim icazə vermədi. Soruşdum, nə dedi. Qız, Anar müəllim dedi ki bu adamın qarabasması var. Soruşdum, bəs, nə üçün o, bu cür kobud bir şəkildə cavab verdi? Qız dedi, mən nə bilim nə üçün, mən sadəcə onun sözünü sizə çatdırdım.

Bu məqsədlə Dövlət unuversitetinə də getmişdim. Bir otağa girdim, masada arxasında müdürə oxşayan bir kişi oturmuşdu. Ondan başqa orada bir nəfər də var idi. E’lanımı müdürə oxuyanda o biri kişi tez cavab verdi ki, mən bu ərizəyə qol çəkə bilərəm, çünki dinlə maraqlanıram, namaz qılmağı bacarıram, ancaq təkcə sufilik nədir, nəmənədir, bilmirəm.

Sonra soruşdu ki, siz sufi elmini tədris edib sonunda mənə bir icazə, sənəd verəcəksinizmi? Dedim ki, yox. Hərifin acığı tutdu, dedi, o haldu bu tədrisin mənə nə xeyri var. Sənəd versəniz, onda mən tələbə toplayıb, pul qarşılığında bu elmi onlara öyrədərəm. Mən cavab verdim ki, biz dini elmi öyrənəndə bunu hər hansı bir maddi qazanc əldə etməkdən ötrü etmirik. Soruşdu, bəs onu nə üçün öyrənirsiniz? Mollalar dini məsələləri öyrənəndən sonra tələbələrinə dərs verərək pul qazanırlar. Qazanc olmasa daha onlar nəyə görə başlarını yorub o elmləri öyrənirdilər? Mən nə qədər çalışdımsa xeyri olmadı. O, elə hey deyib dururdu, mən hec cür başa düşə bilmirəm əgər din gəlir gətirmirsə onda daha o nəyə lazımdır? Müdir isə biz danışdıqca gülürdü. Görünür ki, o, bu birisinə nisbətən daha mədəni, dərrakəli adam idi. Başa düşürdü ki, din nədir, anlayırdı ki, dini maarif əldə etmək istəyənlər bunu qazanc xatirinə deyil, elə maarif əldə etmək üçün edirlər.

Sonralarda eşitdim ki, Əbülfəz Elçibəy adında bir adam tərkibində, əsasən, aşağı təbəqə camaatı olan “Xalq cəbhəsi” adında bir təşkilat qurub. Fikirləşdim ki, əgər ona müraciət etsəm, bəlkə o, başına topladığı minlərlə adamlardan iyirmisini dilə tutdu və ərizəyə qol çəkdirdi.

O vaxt Elçibəy Əlyazmalar fondunda işləyirdi. Səhər tezdən ora getdim. İçəridə bir milis nəfərindən Elçibəyi soruşdum. Onun, şüluğ, sovet quruluşunun əleyhinə çalışan bir adam olduğuna görə milis mənə acıqlı şəkildə baxdı. Ancaq sonra dedi ki, bayırda gözlə, bir azdan gələr.

Nəhayət, Elçibəy bir neçə yoldaşı ilə qapıya yanaşdı. Mən onu danışdırdım, məqsədimi bildirdim. O, cavab verdi ki, mən dini məsələlərlə maraqlanmıram, ancaq sizi bir tanış mollanın yanına göndərə bilərəm. Mən istəmədim, çünki bilirdim ki, adətən, mollaların və əhli-təsəvvüfun sözü düz gəlmir.

O dövrdə respublikanın əhalisi, müsəlmanlar çox pərişan halda idilər. Moskva TV kanalları daima ermənilərin xeyrinə danışırdılar. Bizimkilərin isə səsi çıxmırdı. Elə bu məsələ ilə əlaqəli Elçibəyə dedim, bizim xalqın arasında bir ağıllı adam yoxdurmu ki, çıxıb bizim xeyrimizə danışsın? O, isə cavab verdi, niyə ki, bizim xalqın arasında da çox ağıllı-kəmallı adamlar var. Görünür ki, Elçibəyə görə, o ağıllı adamlardan biri də elə özü idi.

İndi başa düşürəm ki, musavatçılıq türk milliyətçiliyi məfkurəsi olub, fəqət dinsiz bir hərəkatdır. Bu səbəbdən Elçibəy kimilərindən dindarlara kömək gəlməz. Elə ki, mənim Bakıda sufi, dərviş cəmiyyətini qurmaq təşəbbüsümdən bir şey çıxmadı.

Sovet vaxtı, Elçibəy dövlət əleyhinə göstərdiyi failiyyətlərinə, millətçi tələbə dəstəsi yaratdığına görə KGB tərəfindən tutulmuşdu. O, bir müddət həbsxana həyatı sürmüşdü. Eşitmişəm ki, təhlükəsizlik komitəsi xəfiyyə əldə etmək üçün çox vaxt bir üsuldan istifadə edir. Əllərinə keçən bir adamı tutub qısa bir müddət həbsxanada saxlayırlar. Sonra qarşısına bir şərt qoyaraq, bir kağıza qol çəkdirib, azadlığa buraxırlar. Kağızda yazılan şərtlərə görə bu adam azadlığda, daima, KGB-nin xeyrinə işləməli, xəbərçılık etməli, sovet quruluşuna muxalif olanlar haqqında məlumat toplamalı idi. DTK belə tərəf dəyişdirmiş adamlara tapşırırdı ki, onlar yalandan özlərini dövlətin müxalifətində olan adamlar kimi göstərsinlər, sovet hökumət quruluşunu pisləsinlər. O halda ki, kimsə belə adamların, xəbərçilərin bu sözlərinə aldanıb onlara qoşulub hakimiyyəti pisləyirdi, KQB, dərhal, məlumatlandırılırdı və o adam tutulurdu.

Gizli xidmətlər hər cür ehtimalı, ağlagələn hər şeyi nəzərə alaraq qabaqcadan hazırlıq görürlər. Yə’ni ki hər mümkünatı: dövlət çevrilişini, inqilabı, dövlət quruluşunun dəyişilməsinini və s. Buna görə, daima, qabaqlayıcı tədbirlər tökürlər, özlərini hazırlaşdırırlar. İnqilabdan, dövlət çevrilişindən sonrakı hakimiyyətdə öz adamlarını, öz kadrlarını, qabaqçadan hazırlanmış simaları görmək istəyirlər.

Ola da bilər ki, KQB Elçibəyi, gələcəkdə baş tuta bilən sovet siyası rejimin çökməsi kimi hadisələr üçün, vacib bir kadr sayırdı. Yə’ni ki,bu adam KQB-nin bir ehtiyat siyasətçisi, ehtiyat dövlət başçısı idi. Onlar üçün İslam tərəfdarı, Şəriətçi rəhbərdən, siyasət adamındansa türk millətçisi, turançılıq tərəftarı hər halda daha münasib bir namizəddir. SSRİ-ı mahiyyətçə yəhudi-mason quruluşu idi. Yəhudilər hakimiyyətdə olmaq istəyirlər və bunun üçün hansı quruluş olur olsun (ya kommunist, ya kapitalist və ya da ki faşist) onlara fərq etmir. Təki hakimiyyəti əllərində saxlasınlar. Masonlar din düşməni olduqlarına görə bunlar üçün ən namünasib bir ehtimal dövlətin başına mömün adamların, dindarların gəlməsidir. Çünki dindar rəhbər masonları məhv etmək və hakimiyyətin təzədən möminlərin, Şəriət tərəfdarlarının əlinə keçməsini istəyəcək.

Bakıda Şəhidlər xiyabanında qəbirlərdə yatan adamlar “şəhid” adlandırilmışlar. Mən ilahiyatçı alim deyiləm. Lakin məndə olan cüz’i, təməl dini biliklərə görə, onlar şəhid deyillər. Yə’ni ki, baxmayaraq ki, bizim dünyavi hökumət onları şəhid hesab edir, sırf dini, İslami nöqteyi nəzərindən baxanda onlar əsla şəhid deyillər. İranın bir ilahiyyatçısı də bunu təsdiq etdi. Kimsə bizim vətəndaş ona müraciət edib bu sualı verəndə, o, qət’i bir şəkildə cavab verdi ki, İslam dini bu adamları şəhid hesab edə bilməz.

Dinimizə görə şəhidin müsəlman olması şərtdir. Müsəlman olmayan şəhid adlana bilməz. İslamda dinin ehkamlarına əməl etməyən şəxs müsəlman sayılmır. Axı müsəlmanlıq irqlə əlaqəli bir şey deyil. Belə hesab olunur ki, dünyada bir milyard müsəlman var, fəqət, əslində, bunların tərkibində olan yalnızca dindarları, mömin qismini müsəlman saymaq düzgün olar. Qeyriləri isə, yə’ni ki, binamazlar, yalnız əcdadlarının müsəlman olduğuna görə, şərti olaraq, müsəlman adlanırlar. Əksinə, belələri daha pis bir dəstə hesab olunur, İslamda bunlara mürtəd deyilir. Yə’ni ki, qabaqlarda müsəlman olub, ancaq sonradan İslamı rədd edib, üz çevirmişlər. Bu ən pis günahdır və Şəriətə görə bunların cəzası ölümdür, ölümə məhkumdurlar.

Hakimiyyət, bizim dünyavi rejim bu məsələdə İslamın tələblərini, rə’yini hesaba almadan, qeyri-dini anlayışlara əsaslanaraq, sovet ordu hissələri və ermənilər tərəfindən qətl olunmuş vətəndaşları “şəhid” adlandırıb. Dünyavi hakimiyyət, əslində, dinsizlik mövqeyində durduğundan dini anlayışları qəbul etmir (məsələn cənnət kimi, əbədi həyat kimi) və buna görə “şəhid” ifadəsini dindən alıb onu başqa, qeyri-dini mə’nada istifadə edir.

Türkiyənin “İslam ensiklopediyası”na görə “şəhid dini bir istilah olaraq Allah yolunda vuruşarkən öldürülən müsəlmanı ifadə edər”. Və “şəhidlik mərtəbəsini qazanan kimsələri ifadə etmək üçün” istifadə olunur. Ondan başqa orada yazılır ki, “canını Alah yolunda fəda edən kimsənin dərhal cənnət ne’mətlərinə qovuşmasına Allah və mələklər tərəfindən şahidlik edildiyindən, “görən” (şahid) anlayışını əsas alıb belə adlandırmışlar”.

Həmçinin orada “mürtəd” ifadəsi bu cür tə’yin edilir: tarixən “İslam hüquqçular arasında irtidad (İslamı rədd) edən kişinin cəzasının ölüm olduğu xüsusunda görüş birliyi vardır. Hənəfi və Cəfəri məzhəblərinə görə qadının cəzası tövbə edənə qədər həbsdir... Həzrəti Peyğəmbər, dinini dəyişdirəni öldürün, demişdi”.

Fəqət sovet dövründə, çarəsizlikdən, bizim əksəriyyətimiz mürtəd olmuşdur. Buna görə üzürlü sayıla bilərik. Mən bir molladan soruşdum ki, mürtəd tövbə edərsə, təzədən müsəlman sayıla bilərmi? O, dedi ki, olar.

Türkiyədə “Lələgül TV” kanalında dini söhbətlər aparan Cübbəli Əhməd Xoca kimi tanınan bir ilahiyyətçi də bu suala cavab verəndə demişdir ki, “şəhidin müsəlman olması şərtdir”, “şəhid olmaq üçün müsəlman olmaq gərək”, “müsəlman olmayana şəhid demərik”. Sonra əlavə etdi ki, “erməni necə şəhid sayıla bilər?”. Onun demək istədi odur ki, Türkiyənin əsayişini qoruyanlar, polislər, jandarmalar və əsgərlər öldürələndə onlar mütləq bir şəkildə “şəhid” sayılırlar.

Ancaq məncə bu fərd də dünyavi rejimlərin bütün ruhaniləri kimi riyakarlılq edir, dünyavi rejimin eşitmək istədiyi sözləri deyir. Ölən adam dindar, mömin bir müsəlman olmadığı halda, necə şəhid sayıla bilər? Dünyavi rejimin gözündə o, şəhiddir, İslamın gözündə isə, deyil. Əksinə, əgər bu polis nəfəri və ya əsgər erməni əsilli bir adamdır və buna baxmayaraq müsəlman, mömün bəndə olmuşsa və müharibədə, deyək ki, İran İslam Cümhuriyətinin döyüşcüsü qismində həlak olmuşsa o, sözsüz ki, şəhiddir. Bunun əksinə dünyavi Türkiyə dövlətinin, yə’ni ki, dinsiz, ziddi-İslami bir dövlətin hakimiyyətini qoruyanda həlak olan polis nəfəri və ya əsgər necə şəhid sayıla bilər? Axı bu adam canını Allah yolunda deyil, dinsiz bir dövlət üçün fəda edib.

Dünyavilər dindar, dindarlar isə dünyavi ola bilməzlər. Sovet İttifaqında hakimiyyət səmimi və açıq bir şəkildə özünü dinsiz adlandırırdı, dini şərtsiz rədd edirdi. Fəqət, şura hökuməti xarici dindarların rəğbətini qazanmaqdan ötrü məscidləri, kilsələri tamamı ilə bağlamaq istəmirdi. Failiyyətdə olan kilsə və məscidlər gözdən pərdə asmaq üçün istifadə olunurdu. Sovet İttifaqında din ölmüşdü.

Burjua, kapitalist quruluşu da, həmçinin, dünyavidir, dinsizdir. Ancaq marksistlərdən fərqli olaraq kapitalistlər həm də riyakardırlar. Sözdə “din azaddır” deyirlər, həqiqətdə isə dinin qatı düşmənidirlər, niyətləri dini və əxlaqı aradan aparmağdır.

Bədnam “Sovetski” məhəlləsində gəzəndə orada bir evin divarına vurulmuş bir lövhəyə rast gəldim. Sən demə “Milli qəhrəman” adına layiq görülmüş jurnalist bu evdə yaşamışdı. Bu adam Qarabağda bir kənddə ermənilər tərəfindən öldürülmüş vətəndəşlarımızın başları üzərində hönkür-hönkür ağladığı üçün, kütlənin, cahil adamların büyük rəğbətini qazanmışdı. Mən isə bunların əksinə, o lenti görəndə ondan zəndi-zəhləm getdi.

Jurnalistə tə’lim verəndə öyrədirlər ki, bu sənət təmkin, mətanət tələb edir, jurnalist hər bir vəziyyətdə sakitliyini saxlamalı, soyuqqanlığını itirməməlidır.

TV kanalının müdiri olsaydım bu jurnalistin çəkdiyi lenti görəndən sonra onu möhkəm danlayardım, sonra isə işdən çıxardardım. Və əlavə edərdim ki, mən səni Qarabağa artistlik etməyə göndərməmişdim, jurnalist kimi göndərmişdim. Bala, səndən jurnalist çıxmaz, get qabiliyyətinə, özünə layiq bir iş tap. Məsləhət görürəm gedib teatrda işləyəsən. Əlinə də bir kağız verərdim, orada yazardım ki, bu fərdin peşəkarlığı, iş gabiliyyətləri jurnalist sənətinin tələblərinə münasib olmadığı üçün işdən azad olunur. Ya da kanalda saxlayıb ona münasib başqa bir iş verərdim, məsəl üçün, artist kimi seriallarda oynamaq işini.

Ondan sonra mən onun müharibə zamanı çəkdiyi başqa bir lenti də gördüm. O, hayasızlıqla, burada da jurnalist sənətinə yaraşmayan şeylər görürdü, artistlik, təlxəklik edirdi. Əsgərlər qızgın bir döyüş zamanı ermənilərə topdan atəş açırdı. Bu utanmaz adam isə əsgərləri kənarlaşdırıb, özü topdan atəş etmək istədi. Görünür ki, o kino operatora qabaqçadan tə’limatlar verib ki, mən topdan atəş edəndə sən məni bu tərəfimdən, o tərəfimdən çəkərsən. Yə’ni özünü reklam edirdi.

Mənim acığımı tutduran şey, bu yaramaz jurnalistin mübaribə kimi ciddi bir məsələni bir teatr tamaşasına çevirməsidir. Məqsəd – özünü televiziya tamaşaçılarına, ölkə əhalisinə sevdirmək, ad qazanmaq. Onu döyüş meydanına göndəriblər ki, əsgərləri çəksin, onların qəhrəmanlığından danışsın, amma o, kadra girərək özünü qəhrəman kimi göstərməyə çalışıb.

Ancaq, yəqin ki, o adı ona döyüş zamanı həlak olduğuna görə veriblər. Mən olsaydım verməzdim, çünkü zənnimcə o, döyüş meydanına gedəndə millətə lazımlı bir iş görmək üçün deyil, özünə şan-şöhrət, ad-san qazanmaq üçün getmişdi. Ad-san da qazandı. Ancaq o, buna layıq deyildi. Nəşəxorlar, nəşə satanlar və cinayətə təmayüllü adamların məhələsindən çıxan adam bundan artıq olmayacaq ki! Müharıbədə minlərlə vətəndaş həlak olub, bu adam isə döyüş meydanını teatr səhnəsinə çevirib, orada əsas rolu da özününə verdi.

Onu lap əvvəldən jurnalist işindən uzaqlaşdırıb, teatra göndərsəydilər, onda hərif, həyatda öz əslikar yerini tapardı, həm də sağ qalardı. Artistlik edib şan-şöhrət qazanmaq istəyirsən teatr səhnəsinə çıx, daha müharibə meydanını nə üçün teatra, məzəkəyə çevirirsən.

Hökumətin bu adama “Milli qəhraman” adını verməsinin özündə bir riya vardır. Hakimiyyət bunu etməklə qara camaatın, cahil adamların rəğbətini qazanmaq istəyirdi. Deyir, görürüsünüz hökumət millətin əhəmiyyətli adamlarını hörmətli tutur.

Belə hərəkətlərinə görə, belə artistlik edən jurnalistlərə töhmət vermək, cəzalandırmaq lazımdır. Yoxsa qalan jurnalistlər də ona baxıb, cahil adamların rəğbətini qazanmaq üçün artistlik edəcəklər, ciddi bir sənəti məzəkəyə çevirəcəklər.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin