İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə13/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

Qəzetlərdə belə bir mə’lumat getdi. Rusiya Gürcüstana qaz nəqlini dayandırdı. Gürcüstanın başçısı Amerikanın Gürcüstandakı səfirinə müraciət edib dedi ki, bizim vəziyyətimiz pisdir, Rusiya daha bizə qaz vermir. İndi biz nə edəcəyik, bilmirik. Amerikanın səfiri onu sakitləşdirdi. Dedi, heç narahat olma, mən indi Bakıya, filankəsə zəng edərəm ki, sənə qaz versin. Yə’ni ki, bu adam demir ki, Azərbaycan rəhbərliyindən soruşaram və ya xahiş edərəm. O, dedi, deyərəm, edərlər. Yə’ni ki, Azərbaycan Respublikasının başçısının ağzı nədir mənim bir sözümü iki etsin. Hal-hazırkı vəziyyət bax, belədir.

Bir başqa vaxt Gürcüstanın başçısı Amerikanın rəhbərliyinə müraciət edib demişdi ki, respublikanın dövlət xəzinəsi bomboşdur, nə edəcəyimizi bilmirik. Amerikanın başçısı dedi, biz sizə 500 milyon dollar pul borc verə bilərik. Gürcüstanın başçısı dedi, axı bizim o borcu sizə ödəmək imkanımız yoxdur. Amerikanın başçısı dedi, Azərbaycan Respublikası sizin ərazi üzərindən neft boru xətti çəkəcək. Sonra yerdən neft çıxaracaq və sizə, neftin Gürcüstan üzərindən nəql olunma haqqını verəcək. Bizə olan borcunuzu o puldan yavaş-yavaş ödəyərsiniz. Gürcülər o pulu o cür əldə etdilər. Yə’ni ki, borular hələ çəkilməmişdən, neftimiz hələ yerdən çıxmamışdan, neftdən bir gəlir əldə etməmişdən də qabaq gürcülər neftin pulunu yeyib, dalından da su içiblər.

Qorbaçev vaxtı Bakının bir televiziya kanalında Qarabağdan, qeyri-adı, bir reportaj getdi. Orada Qarabağda bir kənddə tək-tənha yaşayan bir qoca və bir qarı nənəni göstərdilər. Onlar deyirdilər ki, kənddə təkcə biz qalmışıq, əhali hamısı köç edib. Onların uşaqları ayda bir dəfə kəndə gəlib, valideynlərinə ərzaq gətirirdilər. Qocalar dedilər ki, orada otuz müsəlman yaşayan kənd var idi. Onların hamısının əhalisi evlərini tərk edib, köçüb. Halbuki ermənilər rahat yerlərində dururlar. Qocalar dedilər ki, Bakı hökuməti siyasəti elə qurub ki, ermənilərin yaşaması üçün hər bir şərait var, əksinə, müsəlmanlar isə başını götürüb qaçmağa məcburdurlar. Ancaq biz, ər-arvad burada anadan olmuşuq, burada da öləcəyik, heç yerə gedən deyilik.

Qarabağla əlaqəli bir əhvalat da yadıma düşdü. Mənim anam Şuşanın bir pioner düşərgəsinin tibb məntəqəsində həkim işləyirdi. Məni də ora yanında aparmışdı. Onda dörd yaşım var idi. Bir gün biz, yüzlərlə sayda uşaq, düşərgənin həyətində oynayırdıq. Birdən, düşərgənin ətrafındakı hündür daş hasarlarda və bayır tərəfdəki ağaclarda ora dırmaşmış çoxlu sayda erməni kişilərini gördük. Onlar, qəflətən, bizə daş atmağa başladılar. Daşlar uşaqların qol-ayaq və başlarına dəyir, qanadırdı. Mən öz-özümə təəccübləndim, fikirləşdim, bu necə işdir ki, bu yaşda adamlar, utanmadan, balaca uşaqları bu şəkildə daşa tutublar. Belə aydın olur ki, gözü qızmış millətçi ermənilər, düşmənçilikdən, müsəlmanlara qarşı bəslədikləri kindən və nifrətdən, bu hadisəni törədiblər.

Nəhayətdə, bir rus oğlan məni qucağına alıb həkim otağına gətirdi, anama təhvil verdi. Mən yaxşı qurtardım, ancaq çox uşağın başı yarılmışdı. Anam onlara ilk tibbi yardımı göstərirdi.

Bundan və bunun kimi başqa hadisələrdən aydın olur ki, bizim ermənilərlə bir arada yaşamağımız mümkün deyil. Erməni başqa millətə tabe’ olmağı sevmir, əksinə başqa millətə ağalıq etmək istəyir. Onların xasiyyətində həm də ifrat millətçilik, irqçilik xüsusiyyəti var. Bu səbəbdən onlar daima, taəbəd bizə qarşı fitnə-fəsad törədəcək, pis vətəndaş və pis qonşu olacaqlar. Yə’ni ki, ermənilərin bizim sərhədlər daxilində yaşamasına icazə verilsə, əvvəllərdə olan kimi, onlar dövlətin ən imtiyazlı vətəndaşları sayılacaqlar və belə vəziyyətdən müsəlman əhali heç nə qazanmayacaq ki, itirəcək. Sözdə məmləkət bizim olacaq, əməldə isə, onların. Ermənilər yenə olacaq ağa, biz isə nökər.

Qarabağda və respublikanın digər vilayətlərində buna oxşar hadisələr barəsində çox əhvalatlar eşitmişəm. Bizim yerli hökumət bu cür cinayətlər törətdiklərinə görə erməni vətəndaşları əsla cəzalandırmırdı. O halda ki işlər məhkəmələrə çatırdı, hökmlər həmişə ermənilərin xeyrinə olurdu, cəzalananlar günahsız müsəlmanlar olurdu. O vaxtlarda vəzifə başında olan siyasətçilər bu gün özlərini öyərək deyirlər ki, biz, sovet dövründə öz xalqımıza, öz millətimizə xidmət edirdik və bu gün də eynisini edirik. Fikirləşirsən ki, görəsən bu siyasətçilər “bizim millət” deyəndə hansı milləti nəzərdə tuturlar. Anlaşılır ki, hər halda müsəlmanı deyil, başqa milləti nəzərdə tuturlar.

Bir gün Bakıda Nizami kinosunun qarşısında bir tanış oğlana, erməniyə rast gəldim. O, dedi, burada beş dəqiqə dur, sənə məzəli bir şey danışacağam. Dostum komsomol işçisidir. Dünən onun işlədiyi idarəyə, komsomol təşkilatına getmişdim. O, masa arxasında oturmuşdu. Qarşısında isə bir qalaq kağız var idi. Soruşdum ki, bunlar nədir. Cavab verdi, BAM-a işləməyə getmək istəyən könüllülərin siyahısıdır. Çox təəccübləndim, fikirləşdim ki, görəsən, Azərbaycan kimi günəşli, mülayim və gözəl iqlimli məkandan Sibirə könüllü şəkildə gedib, qırx-əlli dərəcəli soyuqda fəhlə kimi işləməyə, yer qazmağa kim həvəs göstərib, razı olub? Dedim, ver mənə o siyahını, görüm bu axmaqlar, ağlı başında olmayan adamlar kimdir. Bundan sonra erməni mənə baxıb bərk güldü və dedi, inanırsanmı ki, minlərlə sayda adamlar arasında bir rusun, bir erməninin, bir yəhudinin soy adı yox idi. Orada ancaq müsəlman adları var idi.

Bunu belə izah etmək olar ki, bizim bu yurddaşlar o dəmir yolu tikintisinə, işləməyə əlacsız olaraq gedirdilər. O vaxt Bakıda iş yerlərinin əksəriyyəti qeyri-müsəlmanlar tərəfindən tutulmuşdu. Əyalətdən şəhərə axışan insanlar iş tapa bilmirdilər, bu səbəbdən çörək pulu qazanmaqdan ötrü üzlərini iqlimi pis, sərt olan Ural və Sibir kimi səmtlərə tuturdular.

Belə düşünürəm ki, yurddaşların səbirsizliklə, intizarla gözlədikləri “sülh” baş tutsa onun bizə xeyirdən daha çox, zərəri dəyə bilər. Yüz minlərlə erməni, “biz qarabağlıyıq, respublika vətəndaşıyıq, buna bizim haqqımız var” deyib, Bakıya dolacaqlar və əvvəllərdə olduğu kimi müsəlmanları kənara itələyib əksər iş yerlərini tutacaqlar. Onda, biz, bədbəxt müsəlmanlar, əvvəllərdə olduğu kimi iş tapmaq üçün, çörək pulu qazanmaqdan ötrü, təzədən, başqa məmləkətlərə köç etmək məcburiyyətində qalacağıq.

Hökumət isə, sovet dövründə olduğu kim, bu erməni azlığına xüsusi imtiyazlar verəcək. Yə’ni ki mənim demək istədiyim budur. Qarabağ erməniləri bizə xəyanət ediblər. Bizə tabe’ olmaq istəmədilər. Hal-hazırda isə bizim torpaqları tutublar, dilləri uzundur. Şərtlər qoyurlar. Bütün aparılan danışıqlarda dəyəcəklər ki, biz müstəqil olmaq, öz dövlətimizi qurmaq istəyirik. Buna razı olsanız, sülhə razı olarıq. Və ya da, bu, bu, bu tələblərimizi, şərtlərimizi qəbul edin, onda sizin respublikanın tərkibində qalıb, yaşamağa razı olarıq. Bu elə böyük tələblər, şərtlər olacaq ki, belə sülhdənsə, sülhün olmaması daha yaxşı olar. Belə şərtli sülhdən ancaq erməni qazanacaq. Sözdə, görünüşdə Qarabağ bizim olacaq, həqiqətdə isə onların. Elə olanda bizim məmləkətin bütün sərvətləri, əvvəllərdə olduğu kimi, ermənilərin cibinə axacaq, ermənilərin güzəranı bizdən daha yaxşı olacaq.

Bizim adamlar başa düşmək istəmirlər ki, sülhün təminatını üstündə hansısa yazı yazılmış kağız verə bilməz. Sülhün təminatını dövlətin sərhədlərini qorumağı bacaran, qüdrətli ordusu, hərbi qüvvələri verməlidir. Sülhün təminatını nə sülh sazişi, nə də ki harici ölkələr verə bilər, ancaq və ancaq millətin öz qoşunu, ordusu.

Halbuki, hakimiyyət xaçpərəst ölkələrdən kömək gözləyir. Bunda bir sadəlövhlük deyil, riyakarlıq əlamətini görürəm. İstər Amerikası, istər Fransası və ya da Rusiyası olsun, onların hamısı aydın məsələdir ki, öz xaçpərəstinin, erməninin yanında olacaqlar, onun tərəfini tutacaqlar. Onlar Məcnun deyillər ki, düşmən saydıqları müsəlmanların tərəfində dursunlar.

Bizimkilər isə Islamdan kənar düşüblər, kimliklərini unudublar, şübhə içindədirlər. Bilmirlər, müsəlmandırlar, atəşpərəstdirlər, yoxsa xaçpərəst. Bunun əksinə isə xaçpərəstlər bizi həmişə müsəlman sayacaqlar. Fikirləşəcəklər ki, bu gün bunlar dəli olublar, ancaq sabah ola bilər ki, ağılları başlarına gəlsin və özlərini təzədən müsəlman hesab etsinlər.

Ona görə imkan varsa, bizim hərbi gücümüz kifayət edirsə, gedib, hərbi yolla, torpaqlarımızıı ermənilərdən geri almaq lazımdır. Və sonra bu üsyankar tayfanı Qarabağdan və bizim bütün qalan ərazilərdən kənara çıxartmaq lazımdır. Hal-hazırki vəziyyətdə, ərazilərimiz ermənilərin əlində olduğu zamanda hərbi, silahlı təhdid altında imzalanmış sülh sazişi bizə lazım deyil. O, hər cəhətdən zərərimizə olacaq ki, xeyrimizə olmayacaq. Savaşı uduzmuş tərəf kimi biz, bu danışıqdan, bu cür sülhdən heç bir şey əldə etməyəcəyik. Hərbi gücümüz bu cür hərbi hərəkətlərə, hərbi mücadiləyə imkan vermirsə, güc toplamaq, əlverişli siyasi dəyişiklər gözləmək lazımdır. Bu isə, şübhəsiz ki, uzun illər, on-illiklər çəkəcək. Gərək biz, bunda özümüzü aldatmayaq.

Ermənilər bu müharibədə bizim on minlərlə vətəndaşımızı qırdılar, bizi milyardlarla dollar pul zərərə saldılar. Bunun əvəzini kim verəcək, o pulu kim ödəyəcək? Bunlar isə, erməniləri şirnikləndirmək üçün deyirlər ki, “Ay ermənilər, sizə Qarabağda ən yüksək dərəcədə özünü idarə imkanı verəcəiyik”. Yə’ni ki, ən yüksək dərəcədə muxtariyyət veriləcək. Yə’ni ki, Sovet vaxtında olduğu kimi kağız üzərində Qarabağ bizim sayılacaq, əməldə isə ermənilərin olacaq. Yə’ni ki, əslində, onlar müstəqil olacaqlar. Bununla da bitməyəcək – Qarabağın bütün maliyyəti, Stepanakert də buna daxil, bizim büdcə hesabına olacaq. Deməli, onları mənfur əməllərinə görə cəzalandırmaq əvəzinə, mükafatlandırmaq istəyirlər.

Bizim camaatın təxəyyül qüvvəsi zəifdir, mənimki kimi deyil. Bir misal gətirim. Gəlin təsəvvür edək ki, sülh oldu və Qarabağ erməniləri ilə birlikdə yaşadıq. Onları məcbur edə biləcəksənmi ki, Stepanakert şəhərinin adı dəyişdirilib Xan Kəndi olsun? Heç vaxt razı olmazlar. Bu qətiyyən mümkün bir iş deyil. O şəhərdə Şaumyana, Andronikə heykəllər ucaldacaqlar və bunu bizim büdcə hesabına edəcəklər.

Ya da, məsəl üçün, Bakıdakı hökumətdən, bir milyard avro pul tələb edəcəklər. Deyəcəklər, biz o pula idman stadionu tikəcəyik. Respublikanın vətəndaşları kimi həm sizdən o pulu tələb etməyə və həm də stadiona istədiyimiz adı qoymağa haqqımız çatır. Onun adı “Andronik stadionu” və ya da ki, “Şaumyan stadionu” olacaq. Bu şəxsiyyətlər bizim, erməni xalqının milli qəhrəmanlarıdır. Bakının hökuməti çarəsiz qalıb onların istədiyini verəcək. Başqa sözlə daima onların dediyi ilə durub oturacaq. Buna başqa misallar da gətirmək olardı. Indi qoy oxucu bu misalları xəyalına gətirsin, fikrində təsəvvür etsin və cavab versin ki, belə təhgiramiz, şərəfsiz sülh ona lazımdır, ya yox.

Mənə görə bu cür mə’nasız, zərərli sülh axmaq bir şeydir.

Ancaq mən eşidirəm ki, bizim qarabağlı qaçqınlar Şusaya qayıtmaqdan danışırlar, Stepanakertin ermənilərdən boşaldılmasını heç xəyallarına belə gətirmirlər. Deyirlər, axı orada ermənilər yaşayır. Mən isə deyirəm onları qovarsan, sərhəddən o taya atarsan, gedərlər. Bəs ermənilər İrəvan, Qümrü və Dilican şəhərlərini, Zəngəzuru və başqa yerləri müsəlmandan necə boşaltdılar, qovub çıxartmadılarmı? Sənin də bir qeyrətin olsun, bir hünər göstər eynisini elə.

Osmanlı ordusu Qafqaza gələndə bizim İrəvan erməniyə verildi. Türklər, öz ərazilərindən kənarda, Qafqazda erməni dövləti qurulmasına şərait yaratmaqla öz canlarını bu tayfanın fitnəsindən qurtardığlarını sandılar. Yanıldılar. Ermənilər Qafqazda erməni dövləti qurmaqla, özləri üçün bu ərazidə dayaq məntəqəsi yaratdılar. Onlar, bu sayaq millətçi, faşist dövlətini qurduqdan sonra, əsla, rahat durmayacaqlar. Əksinə, bir az da iştahlanıb, ərazilərini hər tərəfə genişlətməyə çalışacaqlar. Erməninin bundan başqa çarəsi yoxdur. Sülh, qonşularla xoş davranış ermənilərə sərf etmir. Qayalıqlarda yerləşən bu kiçik dövlət daxili məxsul hesabına yaşaya bilməz. Ermənilər, həmişə şikayət edib, deyirlər “ərazilərimizdə dəyərli bir şey yoxdur, bizə daşdan-qayadan başqa bir pay düşmədi”. Onlar, ancaq və ancaq, xarici qəsbkar xristian dövlətlərin maraqlarını güdərək, müsəlman ölkələrinə qarşı düşmənçilik hesabına yaşaya bilərlər. Daima, onlardan maddi kömək istəməklə, ərazilərini onların hərbi bazaları üçün icarəyə vermək hesabına dolanacaqlar.

Ermənilər çox nadinc, fitnə-fəsad törədən bir xalq olduğu üçün Xristiyan aləminin, Qərbin və Şərqin təcavüzkar dövlətlərinin onlara böyük bir ehtiyacı var; bu tayfa onların işinə yarayır. Çünki, bu dövlətlər, “müsəlmanlar erməniləri gırırlar; yazıq erməniləri, bizim həmdin, qardaş xalqı incidib, zülm edirlər. Biz gərək onların köməyinə gələk, müsəlman dövlətlərinə müharibə e’lan edək, erməni qırğınlarının qarşısını alaq”. Onlar, həmişə, erməniləri bəhanə edərək, müsəlmanlara qarşı dava etmək üçün hazır vəziyyətdə dururdular və duracaqlar da. Kiçik erməni xalqı bilir ki, onun arxasında güclü, qüdrətli Xristian aləmi durur. Erməninin qudurğanlığı bu səbəbdəndir.

Yə’ni ki, İslam aləmi Xristian aləminə nisbətən halsız, hərbi gücü zəif olduqca müsəlman taəbəd xaçpərəst tərəfindən kötək yeyəcək. Bizim silahımız, hərbi gücümüz onların səviyyəsinə çatmayana qədər bu dava bitməyəcək. Müsəlmanlar bunu anlamırlar, ancaq ermənilər bunu yaxşı başa düşürlər və bu vəziyyətdən istifadə edirlər. Bu məsələ təkcə Qarabağ məsələsi deyil, ümumi, bütün dünya məsələsidir. Qarabağ məsələsi ümumdünya xristian-müsəlman davasının, müharibəsinin bir parçasıdır. Bizim adamlar belə fikirləşirlər ki, İraqda, Əfqanıstanda, Fələstində, Suriyada və müsəlman dünyasının başqa yerlərində gedən dava bizim davamız deyil, yalnız Qarabağ üstündə gedən dava bizim davamızdır. Bu cür düşünən, dünyanın vəziyyətindən anlayışı olmayan xalqın Qarabağ məsələsini çözməsinə nə ağlı, nə də ki imkanı var.

Ümumiyyətlə, Qarabağ məsələsinin çözülməsini uzatmaq, onun həllini təxirə salmaq və, axırda, gətirib beynəlmiləlləşdirmək erməninin xeyrinə, bizim isə zərərimizə oldu. Qabaqlarda erməni hərbi dəstələri ilə vuruşub Qarabağı geri almaq daha asan idi. Bu münaqişəni məntəqə məsələsi səviyyəsindən çıxardıb, bütün dünya məsələsi səviyyəsinə gətirmək səhv işdir. Bu, ancaq erməninin xeyrinə gedə bilən bir siyasətdir. Bu məntəqədən çox-çox uzaqda yerləşən, kənar dövlətləri bu məsələyə cəlb etmək yanlış bir siyasətdir. Onların, bizimlə ermənilər arasındakı qarşıdurmaya müdaxiləsi, hər hansı bir şəkildə, qoşulması, istər bu hərbi, istərsə də siyasi olsun, bizə deyil, erməniyə sərfəlidir. Aydın məsələdir ki, bu xristian ölkələr, dövlətlər həm hərbdə, həm də sülh danışıqlarında erməni tərəfində duracaqlar. Hərbdə olduğu kimi danışıqlarda da, erməninin yanında olacaqlar; təzyiq göstərib, Qarabağ məsələsində bizi erməniyə güzəştə getməyə məcbur edəcəklər. Əslinə baxanda Xristian aləminə sülh deyil, müharibə lazımdır. Onlar müsəlman torpaqlarına, daima, ixtilaflar, inqilablar, müharibələr ixrac etməklə məşğul olacaqlar. Onlara, Qafqazda da, həmçinin, əmin-amanlıq, sülh və dinclik lazım deyil, bu onlara sərfəli deyil.

Biz gərək vaxtında ordumuzu xarab ünsürlərdən, müsəlmana xor baxan fərdlərdən təmizləyib, həqiqi milli bir ordu, İslam ordusu yaradaydıq. Bu gün ordumuzda, ordu sıralarında həm Qərb, həm də Şərq təmayüllərə bir dəfəlik son qoymaq lazımdır.

Ordu kadrları arasında xarici kəşfiyyatlara işləyənlər varsa, onları ifşa edib, zərərsizləşdirmək lazımdır. Kim bilir, bəlkə bizim ordu komandirləri, generalları arasında QRU-nun, Rusiyanın hərbi kəşfiyyatının casusları var? Bəlkə biz müharibəni elə ona görə uduzmuşuq? Ordu sıralarımızda Amerikaya, İngiltərəyə və İsrailə işləyən satqınların, casusların olması da, eynən, dəhşətli bir haldır. Bu halda biz mümkün hər müharibəni, hər savaşı uduzacağıq.

Deyirlər ki, “ordumuzun yaxşı silahlarla təchiz olunmasına çalışmaq lazımdır”. Məncə isə əsas silah deyil, əsas onu əlində tutan əsgərdir. Əgər əsgər dostu düşməndən ayıra bilmirsə, onda o silahdan bizə heç bir xeyir çıxmaz.

Bizim əsgər özünü İslam əsgəri, mücahidi kimi görməlidir. Anlamalıdır ki, onun qarşısında duran düşmən təkcə kiçik bir erməni xalqı deyil, düşmən həm də ermənilərin arxası, sayları bir milliyard yarımı ötən xristyanlardır, böyük Xristian aləmidir.

Səddam Hüsein İrana qarşı müharibə e’lan edəndə ölkənin erməni vətəndaşları İmam Xomeyniyə müraciət etdilər ki, erməni əsilli könüllülər də İran ordusu cərgəsində vuruşmaq istəyirlər. Xomeyni onlara cavab verdi, bu cihaddır, bizim əsgərlər də İslam mücahidləridir. Əgər siz bu davada iştirak etmək istəyirsənizsə, onda əvvəlcə dininizi dəyişdirib müsəlman olun. Onda biz sizi ordumuza ala bilərik. Bunu eşidən ermənilər susdular, dinlərini dəyişdirmək istəmədilər və müharibədə iştirak etmədilər.

Dünən, Bakının hakim dairələri xaçpərəst rusunu özümüzə dost saymağa çağırırdı, Rusiyanın apardığı bütün müharibələrdə iştirak etməyə təşviq edirdi. Bu gün isə bizi Amerikanın İraqda, Əfqanıstanda apardığı müharibələrə qoşulmağa çağırırlar, təbliğat aparırlar. Rusiya kimi, Amerika da öz əsgərini qorumaq, müsəlmanı müsəlmanın əli ilə qırmaq istəyir. Əgər əsgərimiz yalnız ermənini düşmən bilsə, dünyadakı ümumi siyasi vəziyyətdən anlayışı olmasa o əsgərdən nə fayda, çifayda? Ordu sıralarında, əsgərdə anlayış olmalıdır ki, bizim müşkülümüz, çətinliyimiz ermənilər deyil, onların arxasında duranlarladır. Erməninin havadarı Xristian dünyasıdır. Erməni, onun bu cür qüdrətli, güclü arxası olduğuna gərə, quduzlaşıb. Elə olmasaydı o, bizə qarşı olan yırtıcı, qurd rəftarını dəyişib, quzuya dönərdi.

Bizim adamlar başa düşməlidirlər, necə ki, İsrail faşist, irqçi sionist rejimi Fələstində, müsəlman torpaqlarında əmələ gəlmiş bir “bədxassəli xərçəng şişidir”, eyni ilə erməni faşist rejimi də Qafqazda əmələ gələn bir “bədxassəli xərçəng şışidir”. Bu qeyri-qanuni varlıqların hər ikisini kəsib atmaq lazımdır. Qafqazda erməni dövlətçiliyini ləğv etmək bizim üçün həyatı bir məsələdir. Necə ki, Amerika və Rusiya İsraili var edib, yaradaraq müsəlmanın canına salıb, Ermənistan dövlətçiliyini yaradanlar da eyni məqsədi güdürdülər. Necə ki Amerika İsraili hər cür silahla, kimyavi, bakterioloji və nüvə ilə tə’min etdi, eyni ilə sabah Amerika və ya Rusiya Ermənistanı da bu silahlarla tə’min edə bilər.

Onda Ermənistan bir neçə cəbhədə (Türkiyə, İran, Suriya və Iraq) müharibəyə başlaya bilər və bu savaşlardan qalib çıxar. Yə’ni ki bir vaxt gələcək ki, İsrail dağılacaq və onda Xristian aləmində Ermənistan kimi bir ölkəyə böyük bir ehtiyac yaranancaq. Onlar İsraili Ermənistanla əvəz etməyə çalışacaqlar. Onu müsəlman ölkələri arasında özləri üçün bir dayaq məntəqəsinə, nüvə silahı ilə təchiz edilmiş, xristian paygahına, hərbi istinad nöqtəsinə çevirəcəklər.

Qorboçev vaxtlarında ermənilər deyirdilər ki, biz Qafqazı Beyruta çevirəcəyik. Yə’ni necə ki Beyrutda, daimi hərbi münaqişələr və müharibələr baş verir, Ermənistan da Qafqazda və onun ətrafında daimi gərginlik mənbəyi olacaq, ardıcılığla, sonu olmayan müharibələr törədəcək.

Ondan başqa ermənilər həmişə deyirlər ki, cuhudlar sionizm fikrini bizdən, ermənilərdən oğurlayıblar. Biz hələ qədim zamanlarda demişdik ki, Ararat (Ağrı dağı) bizim müqəddəs dağımızdır və bir vaxt gələcək ki, biz onun ətrafında özümüzə dövlət quracağıq. Sonradan yəhudilər bizə baxıb dedilər ki, bizim müqəddəs dağımız isə Sion dağıdır, biz də onun ətrafında toplaşıb orada dövlət yaradacağıq.

Həm Qərbin, həm də Şərqin Cənubi Qafqazda xristian xalqlarının nüfuzunun və mövqeyinin güclənməsində marağı var. Onlar bu ərazini özlərinin, xaçpərəstlərin tabeçiliyinə salmaq istəyirlər. Bu məsələdə onların bir-birilərinin arasında da rəqabət var, mövcuddur. Bunlardan, hər tərəf Qafqazı öz tə’siri altına salmağa çalışır. Qərbin və Şərqin xaçpərəst dövlətlərinin istəmədikləri şey, qorxduqları əsas şey Cənubi Qafqazda İslam bayrağının dalğalanması, təzədən ucaldılması işidir. İslamın bu ərazidə hakim bir din olmasını istəmirlər, müsəlmanın burada özünün əvvəlki hakimiyyətini bərpa etməsini, nüfuzunu geri qaytarmasını istəmirlər. Və bunun qarşısını almaq üçün hər cür şəkildə çalışırlar, şə’y göstərirlər.

Amerika bu danışıqlarda müsəlman ölkələrin, Türkiyənin və İranın iştirak etməsinin əleyhinədir. Halbuki Cənubi Qafqaz bu iki ölkənin sərhədində yerləşib. Bizim saray tarixçiləri bunu danmağa çalışsalar da, həqiqət budur ki, Cənubi Qafqaz tarixən İran ərazisi olub və ancaq sonradan rusun tabeçiliyinə keçib. Odur ki, İranın bu məntəqənin işlərində, habelə Qarabağ danışıqlarında, iştirakı vacibdir. Türkiyənin isə bu danışıqlarda mövqeyi bir qədər qərəzli olacaq. Çünki onlar da ermənini razı salmağa, yola verməyə çalışacaqlar və buna görə bizə təzyiq göstərəcəklər.

Onların qorxduğu şey, İrəvanın bizim əlimizə keçməsi, Ermənistan Respublikasının tamamı ilə yox edilməsi və ermənilərin Qafqazdan qovulması ehtimalıdır. Bu onlar üçün ən dəhşətli bir ehtimaldır, nəticədir. Türklər qorxurlar ki, o halda, ermənilər təzədən Anadoluya gəlmək istəyəcəklər, çünki onların əvvəlki yurdları, yaşadıqları yerləri hal-hazırkı Türkiyə Cümhuriyyəti əraziləridir. Yə’ni ki mənim demək istədiyim şey budur – bu məntəqədə bizim həqiqi bir dostumuz varsa. O da İrandır, Türkiyə deyil.

Türkiyə Qafqazı özünə dəxli olmayan, başqalara aid bir ərazi hesab edir. Ancaq Türkiyənin əksinə, bizim kimi İran da, İrəvanı və Qarabağı özünün tarixi ərazisi hesab edir. Türkiyənin sünni camaatı bu gün də, Osmanlı zamanında olduğu kimi, Cənubi Qafqazın əksəriyyətinə, şiə müsəlmanlarınına yad münasibət bəsləyir, özgələrə baxan kimi baxır. Türkiyə buraları öz tabeçiliyinə, öz tə’siri altına salmaq üçün şiələrin məzhəbini dəyişib sünni olmasını istəyir, arzu edir. Bir gör, İgdirda, Karsda yaşayan azəri türkləri nə gündədirlər, şiə olduqlarına görə, təqib olunmamaqdan ötrü öz kimliklərini gizlətmək məcburiyyətindədirlər.

Osmanlı padşahı, sultanı dövlətin sünni rəiyyətinə həmməzhəb, qeyrilərinə, şiələrə isə bə’zən düşmən kimi, bə’zən də ikinci sinif vətəndaşlara baxan kimi baxırdı. Türkiyədə hal-hazırda iqtidarda, hakimiyyətdə olan mühafizəçi sayılan firqə də eynisini edir. Bu hökumət, siyasi və iqtisadi maraqlarını nəzərə alaraq, ikimizin arasındakı qardaşlıqdan danışırsa da, respublika əhalisinin böyük hissəsinin başqa məzhəb nümayəndələri olmasından agahdır, bunu qabartmaq istəmədiyi üçün, ört-basdır etmək üçün türk həmrəyliyindən danışır, guya ki, bu ərazidə türkdillilərdən başqa heç bir başqa xalq, kürd, ləzgi, talış və ya tat, yoxdur, yaşamır.

Yə’ni ki din birdir, ancaq məzhəblər fərqlidir. Bu ziddiyyət, məzhəb ayrılığı daimi bir şeydir. Sünni dövlətinin və şiə dövlətinin maraqları üst-üstə düşməyə bilər və bunlar arasında hər cür rəqabət, ziddiyyət ola bilər, maraqların uyğunsuzluğu müşahidə oluna bilər. Nəcə ki sünni Turkiyə və şiə İranın arasında olan kimi. Sadə dillə danışsaq bunu belə ifadə etmək olar – qardaş olmaqlarına qardaşdırlar, fəqət cibləri ayrı olduğundan xeyirləri də ayrı ola bilər.

İqdır şəhərində bir yerli azəri türkü ilə tanış olmuşdum. O, mənə oranın məşhur alimindən, Əbdülqani Gölpınarlıdan bir şey danışdı. Sən demə o, şiə olub. Bu adam ölənə yaxın Türkiyənin şiə ruhanilərinə məktub yazaraq onları yanına çağırırdı. Yazırdı ki, məndə şiəliyə aid çoxlu nadir əlyazma kitab var. Bu gün sabah öləcəyəm. Gəlin onları aparın, qoymayın ki, onlar bu hökumətə qalsın. Fəqət bu ruhanilərdən, ilahiyyatçılardan heç kəs gəlmədi və dövlət bu kitabları mənimsədi.

Bunu belə başa düşdüm. Görünür ki, o, dünyəvi hökumətin bu dini kitablara qarşı, ələlhüsus, onlar şiə məzhəbinə aid əsərlər olduğuna görə, pis rəftarından, onları məhv etməsindən qorxurdu.

Keçmişdə olduğu kimi bu gün də sünni Türkiyə və şiə İran arasında güclü rəqabət var, mübarizə gedir. Bunların hər ikisi başqa müsəlman ölkələrində öz tə’sirlərini artırmaq və nüfuzlarını möhkəmlətməyə çalışırlar. Onlar bunu fərqli müsəlman ölkələrdə yaşayan həmməzhəbləri vasitəsi ilə etməyə çalışırlar. Bu da ki təbii bir şeydir. Təbiətin, həyatın qanunudur. Həyat daimi bir mübarizədir. Rəqabət olmasa həyat da olmaz. Dinlər, məzhəblər arasında da rəqabət, mübarizə olmalıdır.

Ancaq, Türkiyə hökuməti cümhuriyyət dövründə müsəlman birliyindən uzaq durur. Türk siyasətbazları daha çox millətçi, irqçi şüarlardan istifadə edirlər, türk birliyindən, həmrəyliyindən dəm vururlar.

Bu erməni məsələsində mənim öz mövqeyim var. Qoy bütün dünya Ermənistan Respublikasını, “Hayastanı” dövlət kimi tanısınlar: Azərbaycan Respublikası, Türkiyə və İran həmçinin. Mən isə külli miqdarda müsəlmanı qətli-am edildikdən sonra, müsəlmanların sümükləri üzərində qurulmuş dövləti, bu erməni rejimini heç vaxt tanımayacağam, onu qeyri-qanunu bir varlıq hesab edəcəyəm. Belə hesab edirəm ki, İrəvan, ermənilər tərəfindən, müvəqqəti şəkildə, zəbt olunmuşdur. O, müsəlmanların şəhəridir. Bir zaman orada təzədən bizim olacaq və orada Rəsulzadənin mason bayrağı deyil, İslam bayrağı dalğalanacaq.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin