İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə12/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

Bə’zi, məhdud sayda olan, ixtisaslaşmış təhsil müəssisələrində Qərbi Avropa dillərinin öyrənilməsi lazımlı işdir. Avropa xalqlarından dəqiq elmləri və texnika işini öyrənmək lazımdır. Halbuki xaçpərəst aləmindən “mədəniyyət” adı altında bizə əxlaqsızlığın, mə’nəviyyatsızlığın, dinsizliyin ixrac olunmasının qarşısını almaq lazımdır. Onların şübhəli mədəniyyəti müsəlmana lazım deyil, bizim özümüzün qədim ulu mədəniyyətimiz var ki, Avropada onun tayı-bərabəri yoxdur.

Bu gün bizim maarif ocaqlarımızda Avropa dillərinin tədrisi heç də elmimizi artırmaq, iqtisadiyyatımızı dirçəltmək üçün öyrədilmir. Bu dillər bizim vətəndaşları avropalıların zehniyyətinə əsir etməkdən ötrü tədris olunur. Onların dillərini öyrəndikcə, onların nəzər nöqtəsini, adətlərini və dırnaq arası mədəniyyətlərini mənimsədikcə bizim əhalinin şüuru o, yad xalqların şüurunun, düşüncə tərzinin əsirinə, köləsinə çevriləcək.

Bu gün Bakıda televiziya kanallarına, kameranın qabağına hər hansı bir yerli adam, bir müsəlman gələndə danışdığı hər söz, adətən, onun ruslardan eşitdiyi və oxuduğu şeylər olacaq. O, adətən, ağzını açıb deyir, “rusların bir atalar sözü var”, “bir rus alimi belə deyib”, “bir rus yazıçısı belə yazıb”. O, dünyaya rusun gözü ilə baxır. Eləsi rusun dediyi, yazdığı şeydən kənar heç nə bilmir. Əgər belə adamın yaddaşından ruslardan eşitdiyi bütün sözləri, fikirləri pozsalar, daha yaddaşında bir şey qalmayacaq. Onda o, çaşıb qalacaq, bilməyəcək ki, nə desin, deməyə sözü olmayacaq.

Bizdə, Bakıda, hal-hazırda qəzet, mətbuat dili kimi istifadə olunan dil tamamı ilə sün’i bir dildir, öz müsəlman zəminindən, öz kökündən kəsilib rus dilinə calaq olunmuş eybəcər bir şeydir. Türkiyədə isə bu gün işlədilən müasir türk dili ingilis dilinə bağlanılıb. Orada, mətbuatda işlədilən ifadələrin böyük əksəriyyəti ingilis dillərində istifadə olunan kəlmələrin hərfi tərcüməsindən alınmışdır.

Sovet çağında, Qaraqoyunlu adlanan vilayətin bir kəndində, bir evdə qonaq qalıb, orada, üç gün ərzində, bir qarı nənənin şirin söhbətlərinə qulaq asdım. Çoxlu, ilk dəfə eşitdiyim, heç bir yerdə yazılmayan dastanlar, nağıllar eşitdim. O, savadsız, məktəb görməmiş bir fərd olduğu halda onun danışdığı dil bizim müasir yazıçıların, alimlərin danışdığı dildən daha yaxşı, daha düzgün bir dil idi. Düşünürəm ki, ondan eşitdiyim şifahi ədəbiyyat nümunələrin yanında bizim “xalq şairlərinin”, “xalq yazıçılarının” yazıları heç bir şeydir. Halbuki o qarının cəmiyyətdə tutduğu yeri bunların tutduqları yerlə müqayisə etmək olmaz.

Bu məsələlərlə əlaqəli bir lətifə fikirləşdim.

Bizim xalqın hər hansı bir nümayəndəsindən xitabət kürsüsünə qalxıb, mikrofona bir şey danışmasını xahiş etsələr, o, çaşıb qalacaq, bilməyəcək ki, nə danışsın. Deyəcək, nə danışım? Desələr, nə istəyirsən, onu danış. O, isə yenə bilməyəcək ki, nə danışsın. Səssiz duracaq. Onun çətinlik çəkdiyini, sükut saxladığını görəndə desələr, elə ürəyində nə tutmuşsan, onu danış. O, onda dərin fikrə gedəcək ki, axı mənim ürəyimdə nə var, nə danışım? Bir az da fikirləşəndən sonra ürəyində olan şeylərdən danışacaq, deyəcək, “Küftə... Dolma...Plov...”

Mən bunu belə görürəm ki, bizim millət axırıncı 70-80 ildə tamamı ilə müstəqil düşünmək qabiliyyətini itirib və bu illər ərzində kirayə ağılla, rusların ağlı ilə yaşayıb. Bizim əhali bu illər boyu, bu günə qədər tutuquşu kimi elə, rusun sözlərini təkrar edib durur.

Yadıma bizim adamlardan birisinin dediyi söz düşdü. O, demişdi, bizim millətdən fərqli olaraq rusun başı yaxşı işləyir. Rusun kəlləsi var. Ona görə biz gərək rusun ətəyindən möhkəm-möhkəm yapışaq, o, hər-hara getsə bizdə onun dalınca sürünərik. Biz ancaq bunu etməklə bir yerə gedib çıxa bilərik.

Sovet çağı “cəbhəçilər” hökumətdən onlara söz verilməsini tələb edirdilər. Nəhayət hökumət onlara milli məclisə gəlib millət qarşısında televiziya vasitəsi ilə, canlı şəkildə, danışmağa icazə verdi. Elçibəy xitabət kürsünə qalxıb mikrofona səsləndi. O, görünüşündən özünü itirmiş adama oxşayırdı. İki saat danışdı. Bu məruzə əsnasında bəlkə iki-yüz, üç yüz dəfə “demokratiya” sözündən istifadə etdi. Nə demək istədiyi mənə aydın olmadı. İmkan olsaydı ona deyərdim ki, bu “demokratiya” sözünü kənara qoy, sonra danış ki, görək nə deyirsən.

Elə o dövrdə bizim bir Xalq şairinin oğlu Hollandiyaya gedib “Azadlıq” radiosuna müsahibə vermişdi. Bir saat danışdı, elə hey “proses” sözünü təkrar edirdi. Dəfələrlə “proses getdi, proses gedir, proses gedəcək” cümləsini deyib-dururdu. O, bu söhbətdə bəlkə 200 dəfə bu sözdən istifadə etdi. İmkan olsaydı mən buna da deyərdim, bu “proses” sözünü qırağa qoy, görək nə deyirsən. Lüğətdə bu söz “hadisənin gedişi, inkişaf” mə’nasını verir.

Nəhayətdə, müsahibənin sonunda, dedi -- “proses getdi”. Bu mənim yadımda qaldı. Və bu yaxınlarda öyrəndim ki, bu məşhurlaşmış ifadəni ilk dəfə Gorbaçev işlətmişdi (“Процес пошёл!”). Gorbaçevdən sonra “şair oğlu” bu sözləri tərcümə edib, əzbərləyir və təkrar edir. Yə’ni özünü bir şey bilən adama oxşatmaq istəyirdi. Yə’ni ki, baxın, məndə bir şey bilirəm.

Bu yaxınlarda Bakı televiziya kanalında bizim üç alim, dilşünas professor danışdı. İki sözü bir-birinə bağlıya bilmirdilər. Cəmisi iki-üç kəlmə söz dedilər, halbuki işlətdikləri hər cümlədə bir neçə imla və məntiq səhvi var idi. Öz-özümə fikirləşdim ki, mən məktəbdə oxuyanda Azərbaycan dili dərsindən daima üç qiymətini alırdım. Bunlar alim sayılırlar, ancaq məndən pis danışırlar.

Bir-iki il bundan qabaq rus dilində yazdığım beş səhifəlik işi redaktə edə bilən bir adam axtarırdım. Azərbaycan Akademiyası binasında bir qadına yaxınlaşıb, soruşdum, bu işi kim savadlı şəkildə redaktə edə bilər? O, yazımı oxudu və bir-iki səhv məsləhətlər verdi. Gördüm ki, o, rus dilini məndən də pis bilir. Ona dedim ki, mən həm də bu işi bizim dilə tərcümə edə bilən adam axtarıram. O, isə dedi, mən rusdilli adamam, azəri türkcəsini bilmirəm. Soruşdum ki, sizin sənətiniz nədir. Mən burada, akademiyada işləyirəm, aliməm, elmi sahəm türkşünaslıqdır, dedi. Bunu eşidəndə özlüyümdə güldüm -- bu arvad əslən azəridir, azəri dilini bilmir, rusdillidir rus dilini də sən deyən yaxşı bilmir. Həm deyir mən aliməm, türkşünasam, ancaq bizim azəri türkcəsini bilmir. Onda o, hansı poxun türkşünasıdır?!

Bizim dövlət idarələri bu cür adamlarla doludur, dövlət büdcəsindən bunlara maaş verilir. Halbuki, elələri haqqında deyirlər “iki eşşəyin arpasını bölə bilməz”.

Uşaqlıqda Krımda pioner düşərgəsində dincəlirdim. Orada həm də bir dəstə Qərbi Almaniya məktəb uşaqları var idi. Qırx uşaqdan yalnız biri pul ödənişli gimnaziyada oxuyurdu. Qalanları fəqir-füqaranın oxuduğu yerdə, hökumətin pulsuz məktəblərində təhsil alırdılar. Uşaqların sözünə görə hökumət məktəblərində təkcə yazı-pozunu öyrədirlər, cəbr, həndəsə, kimya və fizika kimi elmləri öyrətmirlər.

Həm o vaxt, həm də bu gün Almaniyada yalnız bu cür qimnaziyalarda dəqiq elmləri öyrədirdilər. Belə çıxır ki, o ölkədə, təkcə gimnaziyanı qurtaran varlı adamların uşaqları ali məktəbdə oxumağa icazəlidirlər.

Deməli, Almaniyada ali təhsil ancaq imkanlı olanlar üçündür. Keçmişdə, bu hər yerdə belə olub – pulun var, oxu, yoxdursa, get əl əməyi ilə məşğul ol.

Bizdə də bu cür olsa daha yaxşı olar. Bu cür təhsil nizamı o ölkənin elminin, sənayesinin inkişafına əsla mane’ olmur. Almanlar başa düşürlər ki, bu cür fərqli-fərqli elmlərin öyrənilməsi əksər əhali üçün lüzumsuzdur. Əməliyyədə, bu biliklər məktəbdən sonrakı həyatda əksər adama qərəksiz olacaqdır. Məncə, bizim indiki tədris nizamımız dövlət pulunun artıq, lazımsız yerə sərf olmasına gətirib çıxardır. Və həm də tədrisin keyfiyyətini aşağı salır.

Kasıb uşağını da bə’zən pullu məktəblərə götürüb dövlət hesabına oxutmaq olar, o halda ki, bu uşaqda qeyri-adi istedadlar aşkar olusun. Belə uşaq yaxşı təhsil alsa, gələcəkdə, cəmiyyətə böyük töfələr verə bilər. Eşitmişəm ki, İranda ölkənin hər şəhərində xüsusi pulsuz məktəblər var ki, ora ancaq qeyri-adi iste’dadı olan uşaqlar qəbul olunur. Külli miqdarda uşaq ora daxil olmağa cəhd edir, fəqət ancaq az bir hissəsi qəbul olunur.

Bizim orta məktəblərdə təkcə bir fənn, ana dili fənni tədris olunsa və bu mükəmməl bir şəkildə olarsa, onda o şagirdlərə bundan artıq neçnə lazım deyil. Çünki, hərgah bu uşaqlar bizim dövlət dillimizi lazımlı səviyyədə bilsələlər, gözəl danışmağı və yazmağı öyrənsələr, onda onların dil qabiliyyəti respublikanın bu günki alimlərindən, nazirlərindən, gəzetçilərindən daha üstün olacaq. Axı bunların dil bacarıqları çox aşağı səviyyədədir. Savadlı, məntiqli cümlələr düzəldə bilmirlər. Cümlələr də hamısı rus dilinin, ifadələrinin üzərində qurulub.

Gürciyev təsəvvufun tədrisi barəsində danışanda demişdi ki, əgər bu elm hamıya verilsə, heç kəsə bəs etməz, boş yerə xərclənər. O, bunu deyəndə, batini, gizli elmləri nəzərdə tuturdu. Lakin bunu bütün elmlərə də şamil etmək olar. Təhsildə kəmiyyətə deyil, keyfiyyətə nail olmaq lazımdır. Milyonlarla adama verilən tədrisin səviyyəsi aşağı olacaq. Səviyyəli təhsil seçkin fərdlər üçün olmalıdır.

Həqiqət budur ki, dünya durduqca adamların əksəriyyətinin ülumdan, fəlsəfədən, elmi-hikmətdən başı çıxmayacaq. Belə kitablar, hər zəmanədə, seçkin insanlar üçün nəzərdə tutulurdu. Sovet vaxtı alimlərdən, yazıçılardan tələb olunurdu ki, əsər yazanda sadə dildən istifadə etsinlər ki, geniş əhali kütləsi bir şey anlaya bilsin. Məncə bu səhv bir yoldur. Başqa bir fikir var. Elmi kütlənin səviyəsinə salmaq əvəzinə, kütləni elmin səviyəsinə gətirmək, qaldırmaq lazımdır. İmtəhası, hamı alim ola bilməz, çünki bu təbiətin qanunlarına zidd bir şeydir.

Sovet dövründə marksist hökumət siasət üçün, sırf təbliğat məqsədi ilə ali təhsil müəsisələrində geniş xalq kütləsini – fəhlələri və kəndliləri və onların uşaqlarını oxutdurub, sonra isə vəzifələr verirdi. Elə ki bunun nəticəsində millət olub bədbəxt. Çünki əksər adamı, əhalinin böyük bir hissəsini nə qədər oxudursan oxut, bunlardan alim, elmli adam çıxmayacaq. Axı, bu kəmsavadlar ali məktəbləri bitirib hamısı vəzifə tələb edəcəklər. Hər cür fənd, biclik işlədib yüksək məqamlarda yer alacaqlar. Onda, bütün cəmiyyət zərər çəkəcək, məmləkət batacaq.

Mən həm də fikir vermişəm ki, respublikada bir neçə qızlı ailədə valideynlər onların arasından ən çalışqanlısını, ağıllısını deyil, ən yaraşıqlısını ali məktəbə oxumağa göndərirlər. Bundan belə çıxır ki, məqsəd qıza elm öyrətmək deyil, başqa şeydir, onu yaxşı ərə verməkdır.

Sovet çağı bir tamaşa var idi. Orada bir qız universitetdə təhsilini bitirib kəndə qayıdanda valedeynlərinə ona dərs vermiş professoru, Xasay müəllimi çox-çox tərifləyirdi. Başqa bir səhnədə isə ata-ana, təsadüfən, qızlarının bir oğlanla söhbətinin şahidi oldular. Qız oğlana qarşı hiss etdiyi sevğidən, məhəbbətdən danışdıqca atası kolun arxasından səslənir, deyir ki, mən qızımı ali məktəbə göndərdim ki o, elm öyrənsin bu Xasay müəllim isə belə görünür ki, orada qızıma başqa şeylər öyrədib, eşqbazlıq dərsləri verib. Bərəkallah, sənə, Xasay müəllım!

Həqiqətən də Bakıda o cür bir müəllim var idi. Halbuki, adı başqa cür idi. Eşitdiyimə görə, onun estetika dərslərində, oğlan və qız tələbələr, qabaqça, partada aralı otururdular. Ancaq, mühazirənin sonuna yaxın isə, onun güclü tə’sirindən, oğlanlar və qızlar bir-birilərinə sarılırdılar, qucaqlaşırdılar. O professor onlara deyirdi, sevgi, məhəbbət ülvi bir şeydir. Cavanlar sevişməlidirlər. Gənclər, gərək heç kəsin sözünə qulaq verməsinlər və sevib-sevilməkdən qorxmasınlar.

Eşitdim ki, ingilis dilli ölkələrin tədrisində əsas fənn dildir. Məncə bu düzgün tədris nizamıdır. Dili zəif bilən alim fikrini nə danışığda nə də ki, yazıda ifadə edə biləcək.

Bir dəfə peyk antenası ilə İrəvanın bir TV kanalında son xəbərlərə qulaq asdım və çox təəcüb etdim ki, bu yarım saatlıq verilişdə bir dəfə də olsun rus və latın kəlməsi işlənilmədi, yanlız xalis erməni sözləri. Gürcüstan televiziyasının son xəbərlər verilişlərində də bizimkindən fərqli olaraq çox nadir halda xarici sözlər işlədilir. Bunun da səbəbi ondadır ki, bu respublikalar həqiqi milli dövlətlərdir, orada bütün xarici və daxili siyasət milli əqidə üzərində qurulub. Bu dövlətlərdə hökumət millətin, xaçpərəstlərin mənafeini güdür. Bu iki xalq xristian olduğu halda başqa xaçpərəst xalqların dilindən gələn sözləri işlətməyi məsləhət görmür. Onlar öz milli əlifbalarını da mühafizə edib saxlayıblar. Bizdəsə, müsəlman olduğumuz halda, buna bir ehtiyac olmadığı halda, dilimizə xristian xalqların dillərindən alınməş bol-bol sözlər gətirilir. Halbuki xristianlar bizə, müsəlmana yad və düşmən xalqlardır.

Bizə həm də ənənəvi, milli əlifbamızdan istifadə etməyə icazə vermirlər. Yalandan deyirlər ki, köhnə əlifba bizim deyil, ərəbindir. Güya ki, latın əlifbası bizim doğma əlifbamızdır.

Məsəl üçün, köhnə əlifbanın nəstə’liq xətti müsəlman ölkələrində ən geniş yayılan, İraqda, İranda, Cənubi Qafqazda, Orta Asiyada, Pakistanda və Hindastanda ən çox istifadə olunan xətt növüdür ki, onu qeyri-ərəb ölkədə, İranın Təbriz şəhərində yerli xəttadlar icad ediblər.

Bu gün bə’zi şüursuz adamlar, xainlər keçmiş dövrdə yaşayan və əsərlər yazan ulu ədiblərimizin istifadə etdikləri dili səhv, qeyri-milli bir dil kimi, pis bir şey kimi, göstərməyə cəhd edirlər. Deyirlər ki, o yazıların lüğətinin tərkibində həddən artıq çox ərəb və fars kəlmələri var idi ki geniş xalq kütləsinin o əsərləri oxuyub, başa düşmək imkanı yoxdur. Halbuki, o ədəbi əsərlər heçdə camaatın, kütlənin oxuması üçün yazılmamışdı. Yüksək savadı olanlar, seçkinlər üçün nəzərdə tutulmuşdu. Ərəb və fars kəlmələri dilimizin ədəbi sözləridir. Yazıda, danışığda ədəbi, elmi ifadələr, gəliz sözlər işlətmək adamın savadının, mədəniyyətinin göstəricisidir. Bunun əksinə, bizim halhazırki vətəndaşın danışığında və yazısında işlətdiyi rus və latın kəlmələr onun mədəniyyətsizliyinin göstəricisidir. Bu cür adam artıq İslam mədəniyyətininə, cəmiyyətinə aid olan birisi deyil. Başqa zehniyyətli bir insandır. Özününkünə yadlaşmış birisidir. Yadların gözündə də beləsinin bir dəyəri, qiyməti yoxdur.

Türk dili, bizim dil çox bəsit və sadə bir dildir. Bu dildə ciddi kitablar elmi, fəlsəfi, dini əsərlər yazmaq mümkün deyil. Yə’ni ki, türkcə belə mövzuya aid kitab yazmaq istəyən adam mütləq bir şəkildə ərəb sözlərindən, ərəb mənşəli kəlmələrdən istifadə etməlidir, buna məcburdur. Başqa cür mümkün deyil. Yada ki, o, səhv bir fikrə düşüb başından təzə sözlər toqquşdurmalı, uydurmalıdır. Bu da səhv, yanlış bir yoldur.

Bakıda özlərini vətənpərvərlər, millətçilər kimi göstərmək istəyən insanlar deyirlər ki, dilimizi ərəb və fars mənşəli sözlərdən təmizləmək lazımdır, çünki onlar bizimki deyil, bizə yad olan kəlmələrdir. Əslində bu adamlar özləri bizimki deyil, bizim millətə və mədəniyyətə yad olan insanlardır. Bunların sözündən belə çıxır ki, Qur’an da bizimki deyil, Peygəmbər, İmamlar, Nizami, Nəsrəddin Tusi, Füzuli də, hamısı, bizimki deyil. Ərəbcə, farsca yazılmış elmi, ədəbi əsərlər də bizimki deyil.

Rusiyada, tarixən, fəlsəfə olmayıb, hikmət elminə aid bir əsər yazılmayıb. Ümumiyyətlə, rus dili elm və fəlsəfədənsə, daha çox bədii ədəbiyyata münasib bir dildir. Çox çalarlı, rəng alıb-verən bir dildir, dəqiq deyil. Buna görə, bu gün rus müəlliflər fəlsəfəyə aid bir kitab yazmaq istəyəndə, böyük miqdarda, Avropa dillərindən, latın və yunan dillərindən gələn sözlərdən isifadə edirlər. Başqa çarələri yoxdur. Fəqət, rus avropalı irqin nümayəndəsidir, xristiyandır. Buna görə rusun Avropa mədəniyyətinə meyl etməsi, ondan bəhrələnməsi işi təbii bir şeydir. Biz isə asiyalı irqin nümayəndəsiyik, müsəlmanıq. Buna görə də bizim Asiya mədəniyyətinə, İslama meyl etməyimiz, ondan bəhrələnməyə təşəbbüs etməyəmiz təbii bir şeydir. Bu, belə də olmalıdır.

“Ölülər” tamaşasının müəllifi müsəlman cəmiyyətindəki adamları ölülərə oxşatmışdı. Çünki bu adam dinsiz olub, dinsizlik tərəfdarı olub. Həqiqətdə isə, bizim bu günki dinsiz cəmiyyətin adamlarını “ölülər” adlandırmaq daha düzgün olardı. Bizim müasir, dinsiz cəmiyyət “ölülər cəmiyyətidir”, çünki bizim vətəndaşların müsəlman zehniyyəti, müsəlman kimlikləri yoxdur. Deməli, artıq ruhən ölüdürlər.

MÜSTƏQİLLİK

Belə bir lətifə var. Birisi başqasından soruşur: “Nə təzə xəbər var?” O birisi cavab verir: “Təzə xəbər odur ki, ingilislər Londonu tutub”.

Bakıda televiziya kanallarında hər gün, dəfələrlə, eyni sözü təkrar edib dururlar – “Azərbaycan Respublikasının 20 faiz torpağı düşmən tərəfindən zəbt olunub”. Halbuki, əslində, düşmən çoxdandır ki, Bakıdadır. Düşmən iki yüz ildir məmləkəti tutub, zəbt edib, müsəlmana ağalıq edir, ancaq əhali bunu hələ də başa düşmür, dərk edə bilmir.

Sovet İttifaqı dağılandan sonra xristian əhalinin çoxluq təşkil etdiyi respublikalarda oranın xalqları milli dövlətlər qura biliblər. Yə’ni ki, Estoniya, Litva, Gürcüstan və Ermənistan kimi. Əksinə, müsəlman respublikaların heç birində milli dövlət qurmaq mümkün olmayıb. Nə Azərbaycanda, nə Özbəkistanda, nə Qırğızıstanda, ümumiyyətlə, heç birində.

Bu respublikaların bir xüsusiyyəti var. Orada hakimiyyət rusdilli zümrənin, təbəqənin əlindədir. Bu zümrə isə hələ sovet dövründə hakim təbəqə kimi təşkil olunub. Onun nümayəndələri məişətdə və evdə arvad və uşaqları ilə rusca danışır, övladları və nəvələri rusca təhsil alır. Əksər hallarda bu təbəqəyə aid kişilərin zövcələri və gəlinləri qeyri-müsəlman millətindən olur.

Sovet dövründə Mərkəzi Komitədə gizli, qeyri-rəsmi bir qayda var idi. Yüksək vəzifə tutmaq, hakim təbəqə arasında yer almaq istəyən hər müsəlmandan tələb olunurdu ki, o, qeyri millətdən arvad alsın, rusdilli ailə qursun. Bunu etməklə özünün millətpərəst adam, millətini sevən birisi olmadığını hökumətə, Moskvaya sübut etmiş olurdu. Bu kişi kimliyindən üz döndərməli, əvəzində ruslaşmış, qeyri-müsəlman bir kimlik qəbul etməli idi. Bu gün də müsəlman respublikaların hakim təbəqəsi, birinci adamları, hamısı bu qəbildən olanlardır – müsəlman dillərini bilməyən, ya da çox zəif bilənlər və arvadlarının, hamısı, qeyri-müsəlman (rus, yəhudi və ya erməni).

Bu gün də bu müsəlman ölkələrində rəhbər məqama, mə’sul vəzifəyə tə’yin olunmaqdan ötəri gərək mütləq bunların tayı olasan. Vətənpərvər müsəlmanları, millətini sevən adamları hakimiyyətə heç vaxt buraxmazlar. Bu respublikaların təməlini, bünövrəsini qoyanlar Leninlər, Stalinlər, Şaumyanlar olub ki, bu quruluşun əsasnaməsinə, düsturuna görə, ən aşağı təbəqə: daima əzilən, döyülən və alçaldılan milli çoxluq olmalıdır, müsəlman olmalıdır. Bunun əksinə, hakimiyyətdə olanlar isə müsəlmanları sevməyənlər, onlara kin-nifrət bəsləyənlər. Bu quruluşun bütün hökumət qurğuları, təşkilatları, ədliyyəsi, polisi və, ələlxüsus, dövlət təhlükəsizliyi idarəsi dövlətin, cəmiyyətin hər sahəsini tənzim edib, bu rejimin davamiyyətini tə’min etməli, vətənpərvər qüvvələrin, müsəlmanın hakimiyyətə gəlməsinin qarşısını almalıdırlar. Dərindən düşünəndə, görürsən ki, əslində, bu respublikalarda hakimiyyət, əsla, milli çoxluğun, müsəlmanın əlində olmayıb, qeyri-müsəlmanların, milli azlıqların əlindədir. Bu ölkələrdə, belə bir quruluşda düşünən beyin həmişə yadlarınkı olub. Belə dövlət quruluşunun düsturunu bizim düşmanlarımız yazıblar.

Həqiqi müstəqillik üçün, ilk əvvəl, gərək bu yad, rusdilli zümrə hakimiyyətdən salınsın.

Bu ölkələrin tam müstəqilliyi üçün zaman keçməlidir. Bu respublikalar, hələlik, keçid dövründə, yarımmüstəmləkə dövründədirlər.

Onu da demək lazımdır ki, ümumiyyətlə, müsəlman aləmində, müstəqil siyasət aparan bir dövlət belə tapmaq mümkün deyil. Bu gün dünyada müsəlman dövlətlərinin bəlkə hamısı yarımmüstəmləkə halındadırlar, Qərbə tabe’ ölkələrdir.

Qırğızıstanın ərazisində həm Qərbin (Amerikanın), həm də Şərqin (Rusiyanın) qüdrətli dövlətlərinin hərbi bazaları yerləşir. Bir-iki il bundan qabaq Qırğızıstanın müvəqqəti hökumətinin başçısı, bir qadın, Oş şəhərində qarışıqlıq baş verəndə, bərk qorxaraq əvvəlcə Amerikanın səfirliyinə qaçıb. Səfirdən xahiş edib ki, qoy Amerikanın hərbi bazasında yerləşdirilmiş ordu hissə gedib üsyanı yatırsın. Amerika səfiri buna rədd cavabı verir. Onda o qadın Rusiya səfirliyinə getdi. Və bu dəfə bu səfirdən xahiş edir ki, Rusiyanın hərbi bazasındakı ordu hissə işə qarışsın, üsyanı yatırtsın. Rus səfiri də buna rədd cavabı verdi. Bu hadisə, bu misal bu cür oyuncaq hökumətlərin, rejimlərin xüsusiyyətini yaxşı əks etdirir – bunlara, ölkədə yerləşən xarici dövlətlərin hərbi bazaları, xristian ordu hissələri özlərini xalqdan, müsəlmanlardan qorumaq üçün lazımdır.

Mənə görə Orta Asiya müsəlman ölkələri çox nahaq yerə “Şanxay Əməkdaşlıq Təşkilatı”na üzv olublar. Belə düşünürəm ki, bu təşkilat Rusiya tərəfindən Orta Asiya ölkələrinin hökumətlərinə “kömək” üçün, “terroristlərə”, yə’ni ki müsəlmanlara qarşı hərbi əməliyyatlar aparmaq üçün yaradılıb.

Rusiyanın başçısı, təşkilatın hazırkı sədri, D.Medvedyev belə dedi, Rusiya dövləti Oş hadisələrinə, Qırğızıstanın daxili işlərinə qarışmadı. Bu məsələdə bizim müdaxiləmizə ehtiyac yox idi. Fəqət əgər İslam tərəfdarları Qırğızıstanda, və ya Orta Asiyanın başqa respublikalarında hakimiyyətə gəlməyə təşəbbüs etsələr, onda, sözsüz ki, biz buna müdaxilə edəcəyik, oradakı ordu hissələrimizi hərəkətə gətirəcəyik.

Yə’ni ki, həm Rusiya üçün, həm də Amerika üçün fərqi yoxdur bu oyuncaq hökumətin, Qırğızıstanın başçısı kim olacaq, Əhməd olacaq, ya Məmməd olacaq. Bunları qorxudan müsəlman ölkələrində vətənpərvər güvələrin, Şəriət tərəfdarlarının hakimiyyətə gəlməsidir.

2002-ci ildə baş verən qanlı “Nardaran hadisələri” yadıma düşdü. Bir Nardaran sakini ölkənin seçmə ordu hissələrinin qəsəbə əhalisinə qarşı istifadə olunması barəsində belə demişdi: “Bizdə, yaxşı tə’limli əsgərlər varsa nə üçün onlar ermənilərlə döyüşmək əvəzinə, ölkənin öz əhalisinə qarşı istifadə olunur?”

Bir-neçə il ərzində bu məsələ məni çox düşündürdü, ona cavab tapa bilmirdim. Hökumət nə səbəbdən, heç bir ciddi ehtiyac olmadığı halda, Nardaranda bu cür silahlı qarşıdurma yaratdı? Nə üçün bu qəsəbənin camaatını gülləboran etdi? Sonradan, dərindən düşünəndə buna yeganə bir düzgün cavab tapdım. Hakim dairələr ölkə əhalisinin, müsəlmanların üsyan etməsindən qorxur, narahat olurlar. Yuxuları qaçır. Bunə görə, Nardaranı bir poliqon kimi, sınaq, tə’lim meydanı kimi istifadə etdilər. Bu hakim dairələr fikirləşirdilər ki, görən əsgərlər yerli əhalini atəşə tutacaqmı, müsəlman müsəlmana güllə atacaqmı? Və görəndə ki, bu hərbi hissə əmrə tabe’ olub camaata qarşı avtomat silahlardan atəş açmaqdan çəkinmədi, onda rahat oldular. Fikirləşdilər ki, əgər, gələcəkdə müsəlman əhali üsyan etsə, onları qoruya biləcək e’tibarlı ordu hissəsi var.

Eşitmişdim ki, Sarkisyan haradasa, bir yığıncaqda Obama ilə bir yerdə oturub söhbət edəndə amerikalı qayıtdı erməniyə dedi ki, İranla bütün ticarət əlaqələrini kəsməlisən. Sarkisyan isə bunun cavabında ona çox sərt bir şəkildə cavab verdi: “Siz Amerikanın başçısısınız, mən isə müstəqil Ermənistan dövlətinin başçısıyam. Sizin Ermənistanın başçısına onu elə, bunu eləmə deməyə haqqınız çatmır. Hərgah İranla əlaqə saxlamağın, ticarət etməyin Ermənistana faydası varsa, mən bunu edəcəyəm”. Bax, qeyrətli dövlət başçısı belə olmalıdır. Halbuki bizim rəhbər işçilər qeyrət göstərib Amerikanın prezidentinə bu cür cavab verə bilməzlər. Əvvəllər bunların sənətiləri Şərqin əmrinə tabe’ olmaq, rusca “baş üstə!” (“yest tovariş, komandir!”) demək olub. İndi isə sənətləri Qərbin əmrinə tabe’ olmaq, daima, ingiliscə “baş üstə!” (“yes, sör!”) demək olacaq.

Bakının televiziya kanallarında daima Qərb ölkələrin səfirlərini göstərirlər, ələlxüsus, Amerikanın səfirini. Bu səfir ölkənin hər-hansı tərəfinə gedəndə jurnalistlərimiz onu, həmişə, müşahidə edirlər. Dünyanın heç bir ölkəsində yerli jurnalistlər, Amerikanın səfirinə bizimkilər kimi maraq göstərmirlər. Bunun səbəbi ondadır ki, bunlar başa düşürlər ki, respublikanın həqiqi başçısı, rəhbəri Amerika səfiridir. Ağa, odur. Yerli rəhbərlər isə bu səfirin nökərləridir. Ona görə jurnalistlərlə birlikdə bütün əhali intizarla bu səfirin ağzına baxır ki, görən nə deyəcək, çünki onun sözü bu məntəqədə qanundur. O, nə desə, o olacaq.

Bir neçə il bundan qabaq Amerikanın səfiri kameraya baxıb dedi, “borular bu istiqamətdə çəkiləcək, neft bu istiqamətə axacaq”. Görünür ki, bu məmləkətdə onu yerində oturtacaq bir adam yoxdur. Ona deyən yoxdur ki, axı sən kimsən ki, belə göstərişlər verirsən. Hərgah sən səfirsən onda get otur səfirlikdə, səfir poxunu ye!

Bu səfirə İsrail səfirini də əlavə etmək olar. Bizim məmləkətin həqiqi yiyələri, dövlətin həqiqi başçıları bu ikisidir. Bu məntəqədə onların sözü qanundur.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin