İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə17/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
2001-də İranın kino işçiləri Edoardonun faciəli ölümü haqqında sənədli televiziya filmi çəkmək üçün İtaliyaya gəldilər. Polislər bu dörd nəfər iranlını Romada, Vatikanın yaxınlığında çəkiliş apardıqları zaman saxladılar, həbs etdilər. İki-üç gündən sonra onlar İran səfirliyinə tə’fil olundular və nəhayətdə ölkədən çixarıldılar. Bu film çəkənlərin İtaliyaya gəlişinə dörd il qədağa qoyuldu. Onlar Vatikanı partlatmağa cəhd etməkdə, terrorçuluqda ittiham olunmuşdular.

İnternetdə, həm “Vikipedia”da, həm də “Yutyub”da ingiliscə bu filmə tamaşa etmək olar (“Documentary on Edoardo Agnelli”). Qərb mətbuatı, qərəzliklə, Eduardonu utancaq, zəif bir adam, hətta, nəşəxor və ruhi xəstə kimi, yol azmış birisi kimi təsvir etməyə çalışır. Halbuki iranlılar, bunun əksinə, onu gözəl, nəcib, insanpərvər bir adam, İslamın şəhidi kimi təsvir edirlər.

Filmin əvvəllində ekranda belə yazılar getdi:
Bu filmin çəkilməsi çətin bir zamana düşdü. Bir tərəfdən hərtərəfli mə’lumatı olanlar Fiatın sahiblərindən qorxaraq baş vermiş hadisələr barəsində danışmaq istəmirdilər. O biri tərəfdən isə İtaliya polisi bu lahiyənin üzərində çalışan film çəkən dəstəni həbs etdi. Bir neçə gündən sonra isə onları terrorçu adlandıraraq ölkəni tərk etməyə məcbur etdilər. Məqsədləri həqiqətlərin aşkar olmasına mane’ olmaq idi.
Filmin məzmunu, əsasən, iranlıların müsahibələrindən ibarətdir.
Doktor Həsən Qadiri:

Mən İranın Romadakı səfirliyində işləyirdim. Həftə sonu qapıçı mənə zəng vurub dedi ki, bir cavan italiyalı məni görmək istəyir. Qapıçıya dedim, mənim iş vaxtım qurtarıb, qoy o adam sabah gəlsin. Bir azdan qapıçı təzədən zəng vurub dedi, oğlan xahiş elədi ki, sizə onun bu sözlərini çatdırım – “Allah bütün qapıları açır”. Bunu eşidəndə dedim, burax qoy gəlsin.

O, hündür boy bir oğlan idi, 24-25 yaşlarında. Bir-birimizə əl verdik. O, özünü Eduardo Anyelli kimi təqdim elədi. Soruşdum, tanınmış Anyelli ailəsi ilə qohumluluğunuz varmı? Dedi, var. Mən Cyanni Anyellinin oğluyam. Təəcübləndim. Axı Anyellilər İtaliyanın ən varlı və qüdrətli ailəsidir.

Doktor Hosseyn Əbdollahi Edoardonun ən yaxın iranlı dostlarından biri idi. O, qardaşı ilə birlikdə Turin Politexnik universitetinin mə’zunudur. İyirmi il bundan qabaq İtaliyan Tələbə cəmiyyətində tanış olub, dost olmuşdular. Qardaşlar Edoardonun ən gizili sirlərini bilirdilər.



H. Əbdollahi: Edoardo 26 il bundan qabaq müsəlman olmuşdu. O, Amerikanın Prinseton Universitetində oxuyanda İslam və Qur’anı tədqiq etmişdi. Əlbətdə ki, Edoardo başqa dinlərlə də tanış olmağa çalışırdı. Bə’ziləri deyirlər ki, güya o, Budda tərəfdarı olub. Bu yalandır. O fərqli-fərqli dinləri tədqiq etdikdən sonra belə qərara gəlib ki, şiə müsəlmanı olsun. Elə ki, bütün təzyiqlərə rəğmən ölümünə qədər özünün bu mövqeyini dəyişmədi.
Həsən Qadiri: Mən ondan soruşdum ki, siz haçan müsəlman olmusunuz? O cavab verdi, iyirmi yaşımda, İslam İnqilabından beş il qabaq. Soruşdum, necə oldu ki, İslamı qəbul elədiniz? Cavab verdi, iyirmi yaşımda, universitetdə oxuyanda, bir gün kitabxanada gəzişirdim, gözüm rəfdəki Qur’an kitabına dəydi. Maraqlandım ki, görüm orada nə yazılıb. Kitabı götürüb ayaq üstü oxumağa başladım. İngiliscə idi. Hiss elədim ki, bu nəzm insan əli ilə yazılmış əsərlərə oxşamır, bunlar həqiqətən səmavi ayələrdir. Mən çox tə’sirləndim və Kitabı evə, oxumağa götürdüm. Onu oxuyandan sonra anladım ki, mən bu ayələri fəhm edib, onlara inana bilərəm.
H. Əbdollahi: Onunla birinci dəfə görüşəndə biz Qur’an haqqında söhbət elədik. Öyrəndim ki, o, şam işığında gecə boyu səhərə kimi Qur’an oxuyub mütaliyə eləməyi xoşlayır. Gecələrdə xüsusi bir mübarəklik əhvalı olduğu üçün onları tərcih edirdi. Gecənin sakitliyində oxumağdan zövq alırdı.
H. Qadiri: O, mənimlə görüşüb söhbət eləmək üçün Romaya tez-tez gəlirdi. O, İslam İnqilabından çox tə’sirlənmişdi.
Doktor H. Əbdullahi: O günü İran ruznaməsində çıxan e’landa yazılmışdı ki, İranın bir nazirinin bəyanatına görə cənab Hişam Edoardo Anyeli şiə olunmaqla müşərəf oldu və özünə İslami Hişam adını götürdü. İranın Vatikandakı keçmik səfiri Səlman Qafari rəsmi olaraq Edoardonu müsəlman olmağa də’vət etdi.
Doktor S. Qafari: O, hər dəfə otağa girəndə italyalı işçilərin və katibələrin hamısı təşvişə düşürdülər, elə bil ki, İtaliyanın vəliəhdi içəri daxil olub. Onun maraqlı xüsusiyyətləri var idi, hamı ondan danışır, ondan xoşu gəlirdi. Edoardo mənə sual verdi ki, əgər mən müsəlman olsam bunu e’lan etməliyəmmi, məsəl üçün qəzetlərdə? Mən cavab verdim, buna ehtiyac yoxdur, o vaxt ki, siz İslamı qəbul etdiniz Allah Təala sizin qəlbinizdən aqah olur. Siz belə istəyirsənizsə bunu e’lan etməyin. Onun bu məsələni gizli saxlamağının səbəbi bu idi ki, dinini dəyişdiyini e’lan etsəydi onda irsindən məhrum oluna bilərdi, onun vərəsə haqqını itirmək qorxusu vardı. O, Anyelinin yeqanə övladı olaraq böyük bir sərvətə varis idi. Onun qorxusu bundan idi.
Başqa bir iranlı Fəhrəddin Hecazi İtaliya səfərində Edoardo ilə görüşür. Tələbə təşkilatının vasitəçiliyi ilə. Edoardo İrana gələndə isə Hecazi onu İmam Xomeyninin görüşünə apardı.
Fəxrəddin Hecazi: Bu səfər ərzində mən, İran Tələbələri Cəmiyyətinin təmsilçisi kimi, onunla görüşmək şərəfinə müyəssər oldum. Bizim söhbətimiz aramla və ehtiyatla davam etdi. Bu söhbətlər məndə güclü bir təəsürat buraxdı. O vaxt mən qeyri-adi bir insanın peyda olmasının şahidi oldum. O, deyişirdi və bunu hamı görürdü.
Rəfsəncani özünün bir kitabında yazır ki, 1981-ci ilin aprelin 9-da Fiat şirkətinin sahibinin oğlu, İslamı qəbul etmiş Edoardo adında bir adam ağa Fəxrəddin Hecazi ilə birlikdə xaricdəki iranlı tələbələrin ehtiyaclarının qarşılanması barəsində danışıq aparmaq üçün İmam Xomeyni və onun mərhum oğlu Əhməd ilə görüşmüşdü.

Kitabda həmdə yazılmışdı ki, İmam Xomeyni Edoardonun alnından öpmüşdü.



Ailəsi böyük siyasi və maliyyə nüfuzuna sahibdir. Buna görə Edoardo həyatı ərzində dünyanın çox sayda siyasi və dini rəhbərləri ilə üz-üzə gəlmişdi. Fəqət, İmam Xomeyni ilə görüşü onun həyatını büsbütün dəyişmişdi. O, İmamın sadə, lakin mə’naviyyatli həyat tərzindən çox mütəssir olmuşdu.
H. Qadiri: Bu görüşdə İmam onun alnından öpmüşdü. İtaliya İslam cəmiyyətinin üzvləri, həmçinin, hüzurda idilər. Onlar tərcüməçilik edirdilər. Sonradan bizə danışdılar ki, Edoardo onunla İmam arasında baş tutan bu görüşdən həddən ziyadə tə’sirlənmişdi. Ancaq İtaliyanın mətbuatı Edoardonun müsəlman olması barəsində bir söz belə danışmamışdı.
Fiata məxsus “La Stampa” qəzetinin İqorman adında bir jurnalisti yeqanə adam idi ki, bir məqaləsində Edoardonun müsəlmanlığı tərcih etməsinə işarə vurmuşdu. O, Edoardonun şəhadətindən sonra yazdığı bu məqaləsində yazmışdı ki, İmamın hüzurunda baş tutan mülaqat Edoardoya güclü bir tə’sir buraxmışdı. O, bu görüş barəsində həmişə çox-çox danışardı. Edoardonun öz sözünə görə, ona elə gəldi ki, İmam onu, bir növ, sehrləmişdi.
H. Əbdullahi: O, kamil bir müsəlman idi. O, farsca və ərəbcə bir kəlmə belə danışa bilmirdi. Fəqət, buna baxmayaraq əxlaqı, şəxsiyyəti və həyatı nəzər nöqtəsindən baxanda Edoardo nümunəvi bir müsəlman olub. O, İmam Əlini və İmam Xomeynini misal götürmüşdü. O, imamların həyat tərzlərini öyrənirdi. İmam Tehranda yaşayanda, Edoardo onunla görüşmüşdü. Orada cənab Rəfsəncani və bir-neçə xarici qonaqlar da olublar.
Turin bu gün İtaliyanın ən möhüm şimal şəhəridir. O, bu əhəmiyyəti ilə Anyelilərə borcludur. Onlar şəhərin ən qocaman ailələsi sayılır. Şəhərin əksər iqtisadi quruluşları və şirkətləri onlara aiddir. Fiatın baş karxanası da Turində yerləşibdir. Şəhərin əksər əhaslisi ya Fiatda, ya da ki şirkətə bağlı müəssisələrdə çalışır.
Yuxarı təbəqənin yaşadığı şəhərin təpə hissəsində əzəmətli və möhtəşəm “Villa del Sol” adlanan malikanə yerləşır. Bu Anyelilərin əsas malikənəsidir. Edoardo bu evdə güclü təzyiqlərə mə’ruz qalırdı. Ondan əqidəsini dəyişdirməsini tələb edirdilər. Orada o, təhdidlərlə və alçaldılmalarla üzləşirdi. Edoardo bu evdə özünün təməl həyati ehtiyaclarından belə məhrum edilmişdi. Orada uzun bir müddət ərzində dustaq edilmişdi.
H. Əbdullahi: Edoardo daima nəzarət altında idi. Ona qarşı edilən təzyiqləri və basqıları nəzərə alaraq Edoardonun dostları olaraq biz məsləhət görürdük ki, o, çox ehtiyatla davransın. Lakin, o, elə adam deyildi. Deyirdi ki, “Mən artıq İslamı qəbul etmişəm, indi mən müsəlman olmuşam”. Edoardo bunu bütün dinləri tədqiq edəndən sonra etmişdi. Bunu pul və ev almaq xatirinə etməmişdi. Əksinə, böyük sərvət və qüdrətə malik olduğu zaman İslama daxil olmuşdu. Elə buna görə də cəzalandırılmışdı.
H. Qadiri: İtaliya katolik aləminin mərkəzidir. Bu səbəbdən senator Anyelinin yeqanə oğlunun İslamı qəbul etməsi İtaliya xalqını çox mə’yus etmişdi. Onun bu qərarından onlar çox narahat olurdular. Ona şiddətli təzyiqlər göstərilirdi ki, bu fikrindən daşınsın, öz qərarını dəyişdirsin. Ailəsi ümümi bir səslə onu sahib olduğu varislik haqqından məhrum etdi.
H. Əbdollahi: Bə’zən elə olurdu ki, o öz dostlarını təpə başındakı evinə də’vət edirdi, lakin onların ora-gedib qayıtmaqları üçün taksi pulunu ödəməyə imkanı yox idi. Belə hallarda onun yaxın dostları taksi tuturdu. Taksi pulunu mən ödəyirdim. Qonaqların taksi pulunu özləri ödəməsini istəmirdik. O, bu cür vəziyyətdə idi. Təsəvvür edirsinizmi, Anyelinin dostlarının onun yanına gəlmələri üçün taksiyə verəsi pulu yox idi.

H. Qadiri: Onlar, onu, hətta, divanə, ruhi həstə kimi qələmə vermək istədilər və zorla xüsusi bir ruhi xəstəxanaya yerləşdirdilər. Edoardonun sonradan bizə xəbər verdiyinə görə oranın həkimlərinin hamısı yəhudilər, sionistlər idi. Bu səbəbdən xeyli nigaran idi. Deyirdi, bu yəhudilər mənim axırıma çıxacaqlar, öldürəcəklər. Onlar məni İslamdan üz çevirməyə məcbur etmək istəyirlər və buna nail olmaqdan ötrü hər şey eləyərlər. Mən heç vaxt bunların istədiyini eləməyəcəyəm. Həttə, bir dəfə o xəstəxanadan qaçmışdı da.


H. Əbdollahi: Biz birlikdə “İran-Air” şirkətinə gedib İrana bilet almaq istədik. Lakin, oranın mə’muru, Edoardonu göstərib mənə dedi ki, bu ağaya bilet satmayacağam. Bu mənə çox təəcüblü gəldi. Narazılığımı bildirdim ki, bu İranın, mənim məmləkətimin hava yollarıdır. Bu mənim pasportumdur, bu ağa isə mənim qohağımdır. Onun bilet pulunu mən verəcəyəm. Mən min dollar sayıb “İran-Air”ın italiyalı mə’muruna uzatdım. Siz bu gün gedib bunu o italyalıdan soruşa da bilərsiniz. Onun adı senyor Rozen idi. Gedin ondan soruşun, yadınızdadırmı ki, Anyeli və Hoseyn sizdən İrana bilet almaq istəyirdilər və siz isə satmaq istəmədiniz, imtina etdiniz. Edoardonun atasının katibi ərk eləyib bizim ölkənin hava yolları şirkətinə, “İran-Air”ə zəng vurur və əmr edir ki, bu ağalara bilet satmayın.
Butün bu illər ərzində Edoardo öz dinini dəyişdiyini gizləmətyə çalışdığı halda, bununla birlikdə o, müsəlmanlarla əlaqəli məsələlərə çox hissiyyatla yanaşırdı.
H. Qadiri: Mən sizə italyanca Edoardonun əli ilə yazılmış bir şeyi oxumaq istəyirəm. Təbii ki, məktub sonunda Hesham Əziz adı ilə imzalanmışdı. Başında, “Bismillahirrəhmanirəhhim” və sonra Qur’anın bir surəsinə təfsir yazılıb ki, burada onun kiçik bir parçasını oxuyacağam: “Məhəmməd (s.ə.s) sonuncu ilahi peyğəmbərdir. Bu isə axırıncı peyğəmbərə göydən nazil olunmuş xudavənd kəlamıdır. İslamdan sonra ta qiyamət gününə qədər yeni bir din olmayacaqdır”.
Edoardonun İslama sarılması atasını bu qənaətə gətirmişdi ki, oğlu ailə vərəsəsi olmağa layiq deyil, münasib bir namizəd deyil. Edoardonun yolu və həyatı onu Fiat şirkətinin idarəçiliyindən daha da uzaq saldı, halbuki, bu onu əsla narahat etmirdi. Həşdadıncı illərin sonunda vaxt yetişdi ki, Fiatın bir müdüri kimi, senator Anyeli özünə bir vərəsə seçsin. Edoardonun e’tiqadı nəzərə alınaraq Fiatda hamı onun əleyhinə səs verdi. Edoardo həqiqi varis idi, ona görə onlar içtimayi fikri qane’ edən hər-hansı bir izahat tapmalı idilər. Elə bu zaman 1990-cu ildə Keniya hadisəsi baş verdi. Anyeli ailəsinə məxsus olan italiya qəzetləri xəbərləri qəsdən elə yönləndirdilər ki, güya Edoardonun üzərində 300 qram heroin tapıldığı üçün Keniyada həbs edilmişdi. Bu hekayət düzəltmə bir şeydir. Kenyanın polisi və hakimi səhv etdiklərini çox tez anladılar və o, həbsdən buraxıldı. Fəqət, qəzetlər bu hadisəni çox şişirtilər. Hətta, bə’zi qəzetlərdə Edoardo heroin alverçisi kimi qələmə verildi, həbsdən buraxılmasını isə Fiatın nüfuzu ilə izah etdilər.
H. Əbdollahi: Edoardo qayıdanda ondan soruşdum, orada nə baş vermişdi? Axı gəzetlərdə yazılırdı ki, Fiat sahibinin oğlunun cibində 300 qram heroin tapılıb. O, cavab verdi, Hosein, bəyəm sən məni tanımırsan? Dedim, əlbətdə ki, tanıyıram. Mən orada bir yerdə qalırdım. İki müsəlmanla tanış oldum. Yerli adamların həyatı ilə tanış olmaq istəyirdim. Orada iki avstraliyalını gördüm ki, uşaqların qabağında qollarına iynə ilə heroin vururdular. Buna görə onları danladım. Dedim ki, gedin bunu başqa yerdə edin.

Polis rəisi və polislər bundan xəbərdar oldular. Onların heroin alverində maraqları var idi. Polislər Edoardonu güdməyə başladılar. O, orada ev-ev gəzib qara adamlarla görüşüb, onlara pul verib yardım etməyə çalışırdı. Bir evdə olanda polislər qışqıra-qışqıra içəri girdilər. Evin başqa otağında bir nəfər nəşəxor yaşayırdı. O, içində qramın üçdə biri qədəri olan heroin bükülmüş kağızı pəncərədən bayıra atır. İtaliya qəzetlərində isə yazılmışdı güya bu 300 qram olub. Edoardonu tutdular və ittiham etdilər ki, güya, heroini pəncərədən o, atıb.

Edoardonun ailəsi onun evə qayıtmasını məsləhət gördülər. Onu buraxdırmaq üçün ora iki vəkil göndərmişdilər. Edoardo bunu rədd etdi. Əgər mən indi qayıtsam hamı elə düşünəcək ki, mən nəsə pis bir iş görmüşəm. Məhkəmə gününə gədər burada qalacağam. İstintaq aparılanda Edoardo dedi, məni pəncərəsi olan o evə aparın. O evə çatanda hamı gördü ki, bir polis otağın divarını çapıb pəncərə yeri açmağa cəhd edir. Buradan anlaşılır ki, polislər Edoardoya şərr atmışdılar. Baxmayaraq ki, bir neçə journalist sonradan səhv etdiklərini anladılar, şayiələr sür’ətlə yayılmağa başladı. O vaxtlarda ictimayət Fiat sərvətinin varisinin intizarını çəkirdi.
H. Əbdollahi: Yanımda adamlar otururdu və Edoardo barəsində qiybət eləyirdilər. Onun cibində 300 qram heroin tapıldığından danışırdılar. Fəqət, mənim onların söhbətinə qatılıb, mən həqiqəti bilirəm deməyə imkanım yox idi. Qəhvə içən birisi deyə bilərdi ki, biz bunu Edoardonun atasına məxsus olan qəzetlərdə oxumuşuq. Qazetlər də təsdiq edirlər ki, o, heroin alveri ilə məşğul olurdu.
90-cı illərin əvvəllərində Edoardonun dayısı oğlu Fiatın varısi seçildi. Edoardo bu munasibətlə ona təbrik məktubunu yazdı və tövsiyə etdi ki, ehtiyatlı tərpənsin, pul hərisi olan adamların onu oyuncaq kimi əllərində oynatmasına razı olmasın.

1997-də Anyeli ailəsi faciə ilə üzləşdi. Fiatın varisi olacaq bu gənc adam yol qəzasında həlak oldu. Onun ölümündən bir neçə gün sonra Anyelilər yeni bir varisi axtarmağa başladılar. Və Edoardonun 20 yaşlı bacısı oğlu varis seçıldi. O, Edoardonun bacısının birinci ərindən olan oğlu idi. Onun atası bir yəhudi sionisti idi. Ailəsinin bu qənci varis seçmələri Edoardonun mənliyinə toxundu. Bu dəfə o, susmaq istəmədi. O, həm də bu adamın (Elkanın) soy adını dəyişdirməsinə, Anyeli adını götürməsinə e’tiraz etdi.

Bundan başqa Edoardo bir İtaliya qazetində bəyanat dərc edərək atasının apardığı siyasətə qarşı çıxdı, tənqid etdi. Orada, müasir cəmiyyətin pulgirlik azarına tutulduğundan danışdı. Dedi, bir adama qiymət vermək üçün bir me’yar kimi onun bank hesabı əsas götürülür. Sonra, yazdı ki, Fiat ciddi bir şirkətdir. İyirmi yaşında bir gənc Fiatı idarə edə bilməz. Mən buna qarşı çıxacağam.

Jurnalist ondan soruşdu ki, fikrinizə görə Fiatın varisi kim olmalıdır. Edoardo dedi ki, mənim buna aid bir fikrim var, amma, hələlik, mən onu bəyan etmək istəmirəm. Bundan sonra hamı bir rə’yə gəldi ki, Edoardo varislik davasına girməyə cəhd edir.

Ölümündən qabaq, iki il ərzində Edoardo Fiatın rəhbərliyini, onun qəbul etdiyi qərarları kəskin surətdə tənqid edir, şirkətlə əlaqəli məsələlərə müdaxilə etməyə çalışırdı. Fiatın rəyəsət heyətinin yığıncaqlarında şirkət başçılarının iş üslubunu və qəbul etdikləri qərarları tənqid edirdi. Onlar isə onun məsləhətlərini qulaq ardı edirdilər.

Edoardonun bu səyləri ailə üzvlərini narahat etməyə başladı. Elə bu narahatlıq da 2000-ci ildə Edoardonun bədənini körpünün altında tapılmasının səbəbini aydınladır. Hakim elə o gün onun ölümünü suiqəsd kimi qələmə verdi. Halbuki, aşikar dəlillər bu fikrin doğru olmadığına işarət edirdi. Elə görünür ki, hakim qəsdən bu dəlilləri rədd etdi.

Halbuki onun dostlarının hamısı şəhadət verdi ki, hadisədən bir neçə gün əvvəl Edoardonu görəndə onun əhval-ruhiyyəsi qaydasında idi. Edoardonun evində işləyən aşpaz qadın da deyir ki, o gün səhər onun əhvalı yaxşı idi. Evdən gedəndə bir xörəyi bişirməyimi istəmişdi.

Edoardo kimi bir müsəlmanın suiqəsd etməsi mümkin iş deyil. Onun həyat tərzini və imanını təzədən gözdən keçirmək, başqa bir don geydirmək olmaz.

Onun həyatının son həftəsi ərzində Edoardo Qur’anın mə’nasını daha yaxşı dərk etmək üçün ciddi bir şəkildə ərəb dilini öyrənməyə çalışırdı.
Bir İran tələbəsi: Mən Edoardonu şənbə günü görmüşdüm. Onda biz Qur’anın “Bəni İsrail” surəsinin bir ayəsi bərəsində söhbət edirdik.
H. Əbdollahi: O, mənə dedi ki, Tehrana getmək istəyirəm. İranda siyası sığınacaq tələbində olacağam. Həmişəlik orada qalacağam. Qum şəhərində dini təhsilimi davam etmək istəyirəm.
İranlı tələbə: Ölümündən bir həftə qabaq Tehrana getmək üçün təyyarə biletlərini almaq bərəsində danışırdıq. O, İranda dini təhsil almaq istəyirdi.
Dini dəlillərlə yanaşı xeyli miqdarda texniki dəlillər də sübut edir ki, bu suiqsəd deyildi. Edoardonun yaxın dostu, doktor Marko Bava prokurora min səhifəlik yazılı bir müraciyyət edib, orada öz araşdırmalarınından danışaraq istintaqın düzgün aparılmadığını bildirdi.
Marko Bava: Məsəl üçün Edoardonun meyiti yarılmamışdı, halbuki küçə iti və pişik öləndə belə bunu edirlər. Bundan başqa körpüdən tullanmaq üçün Edoardo gərək körpünün hündür bir hasarını aşaydı və bunun üçün maşınının damına çıxmalı idi. Halbuki, maşının damı əzilməmişdı, baxmayaraq ki, Edoardonun 120 kilo çəkisi var idi. Çoxsaylı dəllilərə əsasən belə nəticəyə gəlmək olar ki, Edoardo başqa yerdə ölmüşdü, meyidi sonradan maşınla körpüyə gətirilmişdi. Onun başındakı yaraları tədqiq edib, onların nədən əmələ gəldiyini tə’yin etmək üçün meyitin yarılması vacib idi.
H. Qadiri: Edoardo qabaqcadan bilirdi ki, onu öldürəcəklər. O, əmin idi ki, bu ölümün səbəbi müəmalı olacaq. Hamını inandırmağa çalışacaqlar ki, bunun səbəbi ya xəstəlik, ya yol qəzası və ya da ki suiqəsdir. Atasının onu qoruyacağına ümüd bəsləyirdi. Başqa sözlə, Edoardoda bir əminlik hissi var idi ki, atasının varlığı ərzində onu öldürə bilməyəcəklər. Olsa-olsa, onun vəfatından sonra.
H. Əbdollahi: Mən əvvəlcə ümüd bəsləyirdim ki, Edoardo sağdır və bütün bunlar boş şaiyələrdən başqa bir şey deyil. O, bu şəkildə ölməyə layiq deyildi... (gözləri yaşarır və o, əli ilə üzünü örtür).
Edoardo Turinin yaxınlığındakı bir kənddə, ailə məzarlığında bir xristian kimi basırılmışdı...

Əzan səsi gəlir. Turinin məscidinə gələn müsəlmanlar görünür. Ekranda Edoardonun Tehranda İranın dini rəhbərləri ilə birlikdə çəkilmiş fotolardan, sənədli filmlərdən kadrlar gedir.

İranın Səhər TV şirkətinin istehsalı. 2002-ci il. Rejissor: Siyavuş Sərmədi.

MİLLƏT
İngilis dilinin izahlı lüğətinə görə “millət” (nation) anlayışı, “Ümumi bir dövlət daxilində

təşkil olunmuş bir xalq dəstəsi” – deməkdir. Yə’ni ki onlara görə bir dövlətdə cəmlənmiş vətandaşlar irqlərindən, dillərindən, dini məzhəblərindən asılı olmayaraq hamısı bir millət sayılır. Ancaq Osmanlı dövlətində “millət” deyiləndə ayrı-ayrı dinlərə mənsub olan əhali, dini icma nəzərdə tutulurdu. Yə’ni ki Osmanlıda yunan, erməni, gürcü, aysor vətəndaşlar hamısı bir, eyni millət, xristian milləti sayılırdı. Həmçinin Osmanlı dövlətində yaşayan ayrı-ayrı müsəlman xalqları hamılıqla bir, eyni millət, müsəlman milləti kimi qəbul olunurdu. Məncə bu düzgün yanaşmadır. Müsəlmanlar hamısı bir icma, bir millətdir. Müsəlman xalqların hamısının ümumi bir əqidəsi, e’tiqadı və adəti vardır. Ancaq əqidə də var, əqidə də var. Fikrimcə doğru-dürüst əqidə həmişə mə’naviyyatla, dinlə əlaqəlidir. Dinsiz olanın mə’naviyyatı ola bilməz, çünki eləsinin e’tiqadı maddi şeylərdir. Eləsinin şüuru qüsurludur. Onun əqli ülvi məsələləri dərk edib qəbul edə bilmir.

Müsəlmanlar arasında cürbəcür irqlərə mənsub olan xalqlar var, qarabuğdayıları, qaraları, ağbəniz olanları var. Fəqət tarixən müsəlman dünyasında irqi ayrı-seçkilik olmayıb. Müsəlmanların arasından heç bir irqi nəzəriyyələr, “ali” və “aşağı” irq anlayışları çıxmayıb, zühur etməyib. Lakin XX əsrdə müsəlman aləmi ona yad olan, kənardan, Avropadan gələn irqçilik, millətçilik məfkurələrin tə’sirinə mə’ruz qaldı. Məsəl üçün, ərəb, türk və fars millətçiliyi kimi. Bu millətçilik məfkurələrin hamısı müsəlman ümmətinin birliyini aradan aparmaq üçün, qəsdi-qərəzliklə, xaçpərəst siyasətçiləri tərəfindən İslam ölkələrinə ixrac olunmuşdu.

Avropalı xaçpərəst xalqların hamısında bir əfkar-ümumiyə var ki, o da irqçilikdir. Avropalılar, ağ irqin nümayəndələri anadangəlmə irqçidirlər. Onlar inanırlar ki, ağ adamlar “ali irq”ə mənsubdurlar və onlar başqa irqdən olan xalqlardan daha üstündürlər, daha ağılıdırlar. İrqçilik Avropa adamlarının təbii milli əqidəsidir. Elə ki, Avropa xalqları hətta dindən üz döndərəndə belə onların ictimai şüuru qalır, onların arasında irqi həmrəylik, yardımçılıq hissi qalır.

Avropalılardan fərqli olaraq Afrika və Asiya xalqlarınında irqçılık, milliyyətçılık hissləri çox zəifdir. Bu səbəbdən müsəlman xalqları öz dini əqidələrini itirəndə onların arasında həmrəylik itir, yardımçılıq hissi qalmır.

Xristianlar, əksərən, şimal xalqlarıdırlar ki, bu xalqlarda ta qədimdən icma quruluşu, icma şüuru var idi. Müsəlman xalqlarında isə bu cür icma şüuru yoxdur. Müsəlman fərdiyyətçi adamdır. O, ictimaiyyət tanımır, ictimai xeyir nədir bilmir, ancaq özünü tanıyır, öz xeyrini fikirləşir. Eləsi üçün, özü və özünün ən yaxın ailə üzvlərindən başqa, arvad və uşaqlarından başqa hamı, özgədir. Ona görə bu cür adam imanını, dinini, əqidəsini itirsə vəziyyət daha da ağırlaşacaq, onun bu fərdiyyətçi xüsusiyyəti güclənəcək.

Bir rus, söhbət əsnasında, mənə belə dedi. Sizin, müsəlmanların arasında həmrəylik, birlik var. Ancaq bizdə həmrəylik yoxdur. Biz ruslar fərdi düşünən, fərdiyyətçi adamlarıq. Müsəlman xalqlar hər hara getsələr birləşirlər, cəmləşirlər, biz isə yox, bir-birimizdən məsafədə dururuq.

Mən buna e’tiraz etdim. Dedim, sən səhv edirsən, əksinə ruslarda ictimai şüur, həmrəylik var, bizim müsəlman xalqlarında isə bu, yoxdur.

Buna bir məsəl gətirim. Televizorda, Afrikada, vəhşi öküz sürüsünün cəm’ yürüməsini, bir yerdə otlamasını görəndə adamda bir səhv fikir oyana bilər ki, bunların arasında həmrəylik var. Ancaq bu yanlış təəssüratdır. Bunların arasına bir tək aslan girəndə, bunları tə’qib edəndə öküz sürüsü pərən-pərən düşür, canlarını qurtarmaq üçün öküzlərin hərəsi bir tərəfə qaçır. Öküzlərdə bir ictimai şüur, həmrəylik olsaydı, onlar bir qərara gələrək, dönüb aslanın üstünə qaçardılar, onu ayaqlarının altında əzib, öldürərdilər.

Əfsus ki, müsəlmanlarda da belədir, zahirən, əmin-amanlıq vaxtı, elə yanlış təəssürat yaranır ki, bunların arasında həmrəylik var, ancaq bəd ayaqda hərə öz canının hayında olur, özünü bir tərəfə çəkir, ictimai işlərə, heç nəyə qarışmır.

Bu gün Avropa ölkələrində və Rusiyada siyasətçilər, siyasətbazlar bir şüar irəli sürüblər – “cəmiyyətdə ailə dəyərlərini yaratmaq lazımdır”. Onlar deyirlər, biz ölkədə, cəmiyyətdə ailə dəyərlərini möhkəmlətməliyik. Başqa xalqlarda, Asiya ölkələrində, oranın cəmiyyətlərində olan bu dəyərləri özümüzdə də yetişdirməliyik.

Məncə isə bu, boş və mə’nasız bir şüardır. Fikrimcə ailə dəyərləri adlanan şey əhəmiyyətsiz, bəlkə də zərərli bir şeydir. Heyvanlarda da bu dəyərlər var, ancaq onlar yalnız doğub-törəmək işinə yarayır, başqa bir şeyə yaramır.

Görünür ki, Qərbin siyasətçilərini, iqtisadiyyatçılarını təşvişə salan məsələ xaçpərəst aləmində doğum sayının azalması, qocaların, təqaüdçülərin sayının isə artması və onun əksinə, gənclərin, işçi qüvvəsinin sayının azalmasıdır. Yəqin ki, onlar bu səbəbdən belə fikrə gəliblər. Onların siyasətçiləri öz camaatına həm də deyirlər ki, baxın Asiya ölkələrində, məsələn, Yaponiyada, Koreyada ailə dəyərləri var və onların cəmiyyəti hər cəhətdən inkişafdadır.

Mən isə buna cavab olaraq deyə bilərəm ki, Asiyada müsəlman ölkələri də var. Ancaq ailə dəyərlərinin mövcud olmasına baxmayaraq oranın əhalisi acdır, iqtisadiyyatları da çox zəifdir. Ailə dəyərləri əhalinin sayının, yə’ni ki, acların, kasıb-kusubun sayının artmasına, iqtisadiyyatın daha da zəifləməsinə gətirib çıxardır.

Məncə bizim xalqın evini yıxan şey elə bu “ailə dəyərləri” adlanan şeydir.

Ailəbazlıq hissi fərdi düşüncədən doğur. Bizim adam özünü ayrıca bir fərd sayır. “Mən”in nə olduğunu başa düşür, “mən”in maraqlarını başa düşür, “biz”in nə olduğunu, “biz”in maraqlarını başa düşmür. Bizimkilər Afrikadakı vəhşi öküzlər kimidir.

Bizim adam, arvadını, uşağını özünün bir hissəsi kimi başa düşür. Bu ailədən kənar olanları isə başqaları kimi, “mən”dən olmayanlar kimi görür. Belə adam hakimiyyətə gələndə də ölkənin, vətənin adamlarına, vətəndaşlara özgələrə baxan kimi baxır, onları düşmən sayır. Eləsi hakimiyyəti ələ alanda zalım rəhbər olur, camaata zülm edir, camaatı “başqalar” saydığına görə onlara hətta zülm etməkdən belə həzz alır. Hətta ətrafına qohumlarını yığanda, onlara vəzifə verəndə belə, bunu onları sevdiyinə görə deyil, öz ailəsinin, özünün hakimiyyətini möhkəmlətməkdən ötrü edir. Bu qohumlar arasında isə daima rəqabət var, hakimiyyətə gəlmək üçün bir-birilərin arasında mübarizə gedir.

Buna bu cür bir misal gətirə bilərəm. Avropada yaşayan, bir milyard avro pulu olan adamı təsəvvürümüzə gətirək. Onun hər şeyi var. Ancaq bircə “ailə dəyərləri” adlanan şeyi yoxdur. Arvadı, uşaqları onu daima qınayır, çox işgüzar olduğundan ailə məsələlərinə vaxt ayırmamasından gileylənirlər. Bunu görəndə o, kilsəyə gedib, orada şam yandırır və Allaha dua edir ki, Allah ona ailə dəyərlərini versin. Allah onun duasını eşidir, ona ailə dəyərlərini verir, ancaq onun işgüzarlığını əlindən alır.

Bu adamın işə, şirkətə olan marağı itdiyi, ailə məsələlərinə başı çox qarışdığı üçün, bir vaxt keçəndən sonra, onun işləri pis gedir və o, axırda, müflis olur. Arvadı və uşaqları onun müflis olduğunu görəndə, onu atıb gedirlər, ailə dağılır və nəhayətdə tək-tənha qalmasına dözməyərək o, intihar edib, özünü öldürür. Yə’ni mənim demək istədiyim odur ki, bəlkə də avropalıların, şimal xalqlarının uğurlarının yeganə səbəbi odur ki, onlarda ailə dəyərləri yoxdur.

Avropada, bədii əsərlərdə və həyati hadisələrdə tez-tez görmək olur ki, varlı adam ölənə yaxın şirkətlərini övladına deyil, yad bir adama vəsiyyət edir. Bu da ailə dəyərlərin zəif olmasına işarə edir. Bu cür işgüzar adamlar üçün həyatda məqsəd işgüzar olmaq, şirkət yaratmaq və onu idarə etməkdir. Eləsi ömrü boyu çəkdiyi zəhmətinin hədər getməsini qəbul edə bilməz. Və o halda ki, onun övladı fərsiz, avara, iş bilməyən bacarıqsız adam olsa o, bu şirkəti yad adama, ancaq işgüzar adama vəsiyyət edəcək. O, zəhmətinin hədər getməsini, fərsiz övladın onun ömrü boyu yığdığı sərvətin talan etməsini istəmir.

Bizim xalqın nümayəndəsi olan adam isə hakimiyyətə gələndə, ifrat ailə, övlad sevgisindən övladını ərköyün böyüdür. Məsəl üçün o, övladına, oğluna deyir ki, ölkədə kimi istəyirsən döy, kimi istəyirsən vur öldür, hansı qızdan xoşun gəlir onu qap-götür, heç nədən, heç kəsdən qorxma, atan sənin arxanda durur. O, övladına öyüd verərək deyəcək, ölkəni sağ ikən çapaq-talayaq, bizdən sonra ölkə, vətən viran qalsın, millət məhv olsun getsin bizim nə vecimizə.

Uşaqlıqda bizim bir soydaşımızdan eşitdiyim söz yadıma düşdü. O, demişdi ki, atam mənə həyatda davranışın təhərini öyrədib. Buna görə mən bilirəm, bu dünyada necə yaşamaq lazımdır. Hər şeyi vur sındır. Sonra isə sındırdığını qarışdır ki, səndən sonra, sən öləndən sonra, onu heç kəs bərpa edə bilməsin.

Mən sovet vaxtı Bakıda, bir müəssisədə, bizim işçilərin söhbətini eşitmişdim. İşçilərin biri dedi ki, bizə təzə müdir gəlməlidir. Məncə hər kimi tə’yin edirlər etsinlər fərqi yoxdur, təkcə müsəlman olmasın. Müsəlman müdir zalım olur. Başqa millət, istər rusu, istər ermənisi, istərsə cuhudu olsun, hər-halda, bizimkindən daha yaxşı, daha ədalətli olar. Hamı işçilər bu sözə razı oldular, düz deyirsən, dedilər.

Məncə bunun səbəbi bir cəhətdən ona görədir ki, başqa millətdən olan müdir müsəlman işçilər arasında özünü ehtiyatla aparacaq, yaxşı davranacaq, işçilərin onu millətçilikdə ittiham etmələrindən qorxacaq. O vaxt millətçilikdə ittiham olunmaq ağır ittiham sayılırdı. Müsəlman müdirdən Moskvaya məktub yazanda isə, Moskva şikayəti boyun ardı edəcəkdi, o, sizin özünüzünküdür deyəcəkdi. Yə’ni müsəlman müdir müsəlmanlara qarşı zalım rəftar etməkdən çəkinməyəcək, onun milliyyətçilikdə ittiham olunmaq qorxusu olmayacaqdı.

Buna görə, məncə Qərbin adamları şükür etməlidirlər ki, onlarda ailə dəyərləri yoxdur.

Yadımdadır ki, qırx-əlli il bundan qabaq Bakının ən abad yeri, onun mərkəzi, erməni və yəhudilərin yaşadıqları məhəllələr olub. Bakı milyonçularının inqilabdan qabaqkı dövrdə tikdirdikləri imarətlərdə, gözəl, saray kimi evlərdə, əsasən, bu iki milli azlığın nümayəndələri yaşayırdılar. Bu məhəllələrdə müsəlmanların sayı cüz’i miqdarda idi.

Mən bunu belə başa düşürəm ki, sovet, şura hökuməti bolşevik inqilabının gerçəklənməsində yəhudi xalqının və ermənilərin çəkdikləri zəhmətə görə onları bu cür mükafatlandırmışdı, şəhərin ən abad yerlərini onlara vermişdi.

Mərkəzi Komitədə işlədiyinə görə müsəlman olduğuna rəğmən atam mərkəzdə mənzil almağa imkan tapmışdı. Yadımdadır ki, uşaqlıqda bir gün bizim evə bir müsəlman oğlan gəlmişdi. Onu şəhər əhalisini hesablamaq üçün göndərmişdilər. O, bizə dedi, “Mən mərkəzdə bir aydır evbəev gəzib hesablama aparıram, minlərlə evdə olmuşam. Bunların sakinlərinin hamısının qeyri-müsəlman, əsasən, erməni olması məni çox kədərləndirmişdi. İlk dəfədir ki, müsəlman ailəyə rast gəldim, özümü yaxşı hiss etdim, sevindim”.

O vaxtlar Bakıda yaşayan ermənilər həmişə deyirdilər ki, azərbaycanlılar kimdir? Bakı bizim, ermənilərin şəhəridir. Bu şəhərin ağası bizik. Bakının mərkəzində, ermənilərin arasında yaşayanda, onlardan buna oxşar çox hikmətamiz sözlər eşitmişəm və onları sırğa edib qulağımdan asmışam. Bizim ziyalılarımız isə, “Xoruz Baba”nın etdiyini edib, millətə nağıl danışırdılar, başının altına yastıq qoyub yatırdırdılar.

Hal-hazırkı Azərbaycan Respublikası, onun dünyəvi (dinsiz) üsul-idarəsi, imandan, mə’nəviyyatdan məhrum cəmiyyəti rəqqasələr, müğənnilər, rəssamlar, bəstəkarlar, yazıçılar, “öndərlər” və “liderlər” yetirə bilər, ancaq o, artıq Şeyx Nizaməddin (q.s.), Şeyx İmadəddin (q.s.), Şeyx Seyid Yəhya Bakuvi (q.s.) kimi övliyaları, şeyxləri meydana çıxarda bilməz çünki onları yetirən İslami dövlət quruluşu və müsəlman cəmiyyəti olub, o da ki, bu mənfur çağımızda, burada yoxdur, artıq mövcud deyil.

Bu dövr və bu cəmiyyət ancaq batil, yüngül bir ədəbiyyat, cismani sənəmləri, gülü, quşu-bülbülü tərənnüm edən, bu günün “fironlarını” öyən “saray şairlərini”: Vurğunları, Rüstəmləri, Vahabzadələri yetirə bilər. Elələrini millətin ön sırasında gedənlər, millətə hidayət edib yol göstərənlər kimi göstərib, o şeyxlərlə, övliyalarla bir sıraya qoyan ya riyakardır, ya da ki, nadandır.

Dünyəvi dövlətin təhsil və tərbiyəsi bizim adamların şüurunu, düşünmə qabiliyyətini zəiflədib. Bu gün bizim xalq elə düşünür ki, yazıçılar, şairlər, artistlər, rəqqasələr, müğənnilər, təlxəklər və idmançılar millətin qabaqda gedənləridir, millətə hidayət edənləri, yol göstərənləridirlər. Elə ki onlar belə düşünürlər ki, məsəl üçün, Şeyx Nizaməddini (Nizamini) görkəmli adam, əhəmiyyətli bir insan edən, onun şairliyi olub, halbuki o, heç bir şe’r yazmasaydısa da, bu onun böyük şəxsiyyətində heç bir qüsur, nöqsan yaratmazdı. Əslində, Nizamini böyük bir insan edən şey onun dini fəaliyyəti və övliya dərəcəsi olub. Elə ki, Nizaminin şeyxliyi, dini məqamı onun yazdıqlarını diqqətə layiq edib, o vaxtın cəmiyyətində bu əsərlərə maraq oyadıb.

Bakıda bir türkiyəli ilə söhbət edirdim. O, mənə dedi ki, sizin xalqın adamlarını görüb-tanıyanda çox təəccübləndim. Dinə laqeyd olan adam görmüşdüm, ancaq dinə nifrət edən adam görməmişdim. Sizin adamlar dinə nəyinki laqeyd münasibət bəsləyirlər, bunlar dinə nifrət edirlər. Mən belə bir xalq görməmişəm.

Londonda bir nəfərə, Qarabağ qaçqınına rast gəldim. Soruşdum ki, Qarabağ qaçqını hara, London hara! Sən bura necə gəlib çıxmışsan? Cavab vermədi.

Bu qaçqın, Britaniya vətəndaşlığını qəbul etmiş bir moskvalı yəhudi qızla evlənmişdi. Heç yerdə işləmirdi. Arvadının hesabına yaşayırdı. Hərdən bilyardda qumar oynayıb özü üçün cib xərci pul qazanırdı. O, dedi, evli olmağıma baxmayaraq mən diskotekalara gedib orada tanış olduğum qızlarla gəzirəm.

Söhbət əsnasında “din” sözünü işlətdim. “Din” sözünü eşidəndə onun bədəni əsməyə başladı, ağzı köpükləndi və o, acıqla qışqırdı, “Din nədir? Sən məni nə hesab edirsən?! Mən məktəb oxumuş adamam. Mən bilirəm ki, Allah, Şeytan zad hamısı yalan şeylərdir. Belə şeylər mollaların uydurmasıdır!”.

Mən ona dedim, biz hər ikimiz müsəlmanıq, İslam bizim dinimizdir. O, isə hirsli bir şəkildə, “Tüpürüm sənin İslam dininə! Bizim dinimiz, əslində, İslam deyil, atəşpərəstlikdir”.

Onda mən ona belə dedim, atan-anan varmı? Anan-atan öləndə, yəqin ki, molla çağırıb onları müsəlman adətinə görə yerdə basdıracaqsan? Dəmək, müsəlmansan. Yoxsa ata-ananı atəşpərəstlərin adəti üzrə dəfn edəcəksən? O, isə soruşdu, atəşpərəstlər ölülərini necə dəfn edirlər? Mən dedim, atəşpərəst adətinə görə oğul atası-anası öləndə onların meyitlərini aparıb zibilliyə atır, onların cəmdəklərini itə-quşa yedizdirir. Bunların adətləri belədir. O, mənə təəccüblə baxdı. Görünür məktəbdə bunu ona öyrətməyiblər.

Sonra, Qarabağ müharibəsindən, Ağdamın erməniyə savaşsız verilməsi haqqında danışdı. Və axırda dedi, mən, tez tərpəndim qaçdım, ermənilər məni tuta bilmədilər.

Mən isə ürəyimdə dedim, çox pis ki, ermənilər səni tuta bilmədilər. Gərək onlar səni tutub, o murdar dilini kəsəydilər!

O həmdə demişdi ki, bizim, qarabağlıların ayrıca, müstəqil Qarabağ dövlətimiz olsa, daha yaxşı olardı. Bakıya tabe’ olmaq bizim nəyimizə lazımdır. Bu axmaq köpək oğlu, öz gic başı ilə başa düşmür ki, Azərbaycan Respublikası kiçik bir dövlət olaraq ərazilərini qoruya bilmədiyi halda müstəqil Qarabağ dövləti özünü xarici təcavüzdən necə qoruyacaq?

Mir Möhsün Nəvvab öz “Təvarixi-rəzm və şurişi tayifeyi-əraməniyeyi-Qafqaz ba firqeyi müsəlmanan” (“Qafqaz erməni tayfası və müsəlman firqəsi arasında gedən davaların tarixi”) kitabında belə yazır:

Bismillahirrəhmanirrəmim!

İbtidai-süxt (müqəddimə). İzzətli, rəfi’mənzilət (hörmətli) qardaşlarım hüzurlarına qayət e’tiramla ərzi-əhval edir Nəvvab Mir Möhsün xələfi-məğfərət-pənah (övlad) Hacı Seyid Əhmədağa Mirzə Qarabaği ki, bir övqatlar (vaxtlar) ki, Qafqaz vilayətində və bir para xaric məmləkətində elə sanihə (əhvəlat) və elə qəza-qədərlər baş verir ki, ruziqarda (həyat; ömr) belə sanihə və ittifaqlar (hadisə; qəza) çox az baş verərdi. Onların bir parasını ixtisar vəchlə (şəkildə) müstəme’ləkin (dinləyənlərin) hüzurlarına Azərbaycan türkisində səfhəyi-ruziqarda yadıgar qalmaq üçün rişteyi-bəyana gətirdik.

Pənah xan hicri-qəməri tarixi ilə 1161-ci (miladi 1748) il tarixdə gəlib Bayatda bir qalaca bina etdi. Bir az müddətdən sonra həmin qaladan e’raz edib, 1165-ci tarixdə gəlib Tərnəkütdə bir əlahiddə (ayrıca) qala bina etdi. Müddəti-beş il həmin qalada xah-naxah (istər-istəməz) var idi. Tainki bir erməni Xəmsə məliklərindən ki, adı Məlik Şahnəzər idi və Pənah xan ilə xalis məhəbbəti və rabitəsi var idi. Elə ki, xanı Tərnəkut qalasına kəmmeyl (həvəssiz) gördü dedi ki, çün cənabınız bu qalaya kəmmeylsiniz, hərgah məsləhət bilsəniz bir çox yaxşı xoş hava və möhkəm və müstəhkəm (möhkəm, davamlı) yer var, məsləhətdir ki, bu qaladan həm tərk edib, həmin yerdə bir möhkəm qala bina edəsiniz.

Pəs (sonra) Pənah xan Məlik Şahnəzər ilə və bir para əyanlar ilə gəlib həmin yerə mülahizə etdilər (baxdılar). Gördülər ki, bir mürtəfe’ (hündür) yerdir ki, dörd tərəfi hündür və uca qayalar və dağlardır. Bir növ mürtəfe’dir ki, insan və heyvan qadir ola bilməz ki, həmin qaladan yuxarı çıxıb və aşağı ensin. Uçar quşlardan savay. İki tərəfdən yol var. Biri məşriqə və biri məğribə ki, fəqət o yollardan übur-mürür (keçmək) mümkündür.

Pənah xan həmin yeri çox xoşlayıb, dedi ki, çox yaxşı və müstəhkəm şəhər yeridir. Çifayda (heyf) kifayət qədər axar suyu və çayı yoxdur.

Pəs xan əmr elədi kankənlər (quyucu) gəlib bir neçə yerdə quyular qazdılar. Hamısından yaxşı su çıxdı. Amma şor idi. Pəs Pənah xan buyurdu ki, xoş saatda 1170-ci tarixdə həmin yerdə bir qala bina edib, adına “Pənahabad” qalası qoydular. Hansı ki, indi ona “Şuşa” qalası deyirlər. O münasibət ilə ki, həmin yer yaxın yerdə kənd adı imiş.

Xan qalanı bina edəndən sonra get-gedə həmin qala abadan oldu və xan Pənahabad adına zərrabxanə bina edib, pul kəsdirdi. Sikkələr vurdurdu. O vaxtadək ki, İran padşahı Pənah xanı İrana apardı. Orada mərhum (vəfat) etdi.

Pənah xandan sonra İbrahim Xəlil xan öz atasının yerində canişin olub, xanlıq və hökmranlıq edib. Əmr etdi qalanın abadanlığından ötrü qalanın ətrafında kəndlər bina edib, müsəlmanlardan gətirib həmin kəndlərdə sakin elədi. Tainki İbrahim Xəlil xanın xanlığı qüvvət tapıb və qüdrəti artdı. O vaxtadək ki, İran padşahı Ağa Məhəmməd şah Qacar ləşgəri bişümar (saysız qoşun) ilə gəlib Pənahabad qalasına daxil olub, xanın oğlu Məhəmmədhəsən ağanın evində nüzuli-iclal (iqamətgah) buyurdu.

İbrahim xan Dağıstan səmtinə qaçdı.

Ağa Məhəmməd Şah bir gün Səfərəli adlı bir nökərinin cinayəti olmaq səbəbi ilə şah onu təhdid edib, buyurur ki, sabah müqəssirlərin qamusun (hamısın) başın kəsdirib, bir minarə tərtib etdirəcəyəm. Amma sənin başını hamısının üstündə qoyduracağam. Həmin Səfərəli nam (adlı) gecələr şahın qapusunda qaravul dururdu. O gecə bir yoldaş da özünə hazır edib, o qədər səbk edib (gözləyib) ki, gecədən bir süls (üçdə bir) keçib, həmin yoldaşını da götürüb şah yatan evə daxil oldu. O, naməkləhəram (nankor) öz zati-pəlidini (murdar xasiyyət) zühura (biruzə) verib, xəncər ilə şahın qarnını yırtıb, şahı məzlum eləyib, öldürdü.

Bu sanihə 1211-ci ildə ittifaq düşdü.

Ondan sonra İranın qoşunu dağılıb İran səmtinə getdilər.

Qərəzimiz o deyil. Elə ki İbrahim xan gəlib öz yerində qərar tutdu və Ağa Məhəmməd şahın məzlum olmağını şahın vəliəhdi Fətəli Şah baxəbər oldu, oğlu Abbas Mirzənin sərdarlığı ilə qoşun tə’yin edib, Qarabağın üstünə göndərdi. Xan bu əhvalı (əhvəlatı) eşidib mütəhvəhhiş olub (qorxuya düşüb), həmandəm (dərhal) öz oğlu Məhəmmədhəsən ağanı göndərdi Gəncəyə, rus sərdarının yanına. Və ondan kömək istədi. Rus sərdarı on min qoşun götürüb Məhəmmədhəsən ağa ilə gəldilər Qarabağa.

Xan bir qədər əmirlilərdən və cəbrayıllılardan atlı götürüb gəldi rus sərdarının qabağına. Görüşdükdən sonra Araz çayına tərəf İran qoşununu qabağına gəldilər. Aslandüz deyilən bir yerdə İran qoşunu ilə müqabilə etdilər (qarşılaşdılar). Bir balaca döyüşdən sonra İran qoşunu az olmaq cəhəti ilə sərdari-İran ətfi-inan eləyib İrana qayıtdı ki, güclü qoşun götürüb geri qayıtsın.

Pəs İbrahim xan öz atlıları ilə və rus qoşunu ilə geri qayıdıb, qalaya tərəf üz qoydular. Ta bir yerə çatdılar ki, iki yol var idi. Biri Pənahabada gəlirdi, və biri Gəncə tərəfinə gedirdi. Həmin yolda rus sərdarı qabağa gəlib xan ilə müsalihə edəndən (salamlaşmaq) sonra dedi ki, cənabınızın qalasın çox tə’rif edirlər. Amma hayıf olsun ki, mən getdim. Amma sizin qalaya bir tamaşa etmədim.

Biçarə, xan safdillikdən sərdarın xidəsin (hiyləsin) anlamayıb, dedi ki, nə eybi var? Gəncəyə bir-iki gün gec get! Buyur gedək. Bir-iki gün bizə qonaq ol və Qalaya həm tamaşa elə!

Sərdar bir az fikirləşib dedi ki, eybi yoxdur. Bir-gecə-gündüz hüzurunuzda olmaq səhldir (çətin deyil).

Pəs tamam ləşgər ilə üz qoydular Qalaya tərəf. Gəldilər ta Xan bağı deyilən yerəcən. Sərdar qoşununa buyurdu ki, bir belə adam şəhərə getmək lazım deyil. Bir neçə yüz gəlin, qalan qoşun burada qalsın, biz qayıdaq.

Pəs neçə yüz soldatdan götürüb xanın qulluğunda Qalaya gəldilər. Qalaya daxil olan kimi sərdar dönüb rusca həmin soldatlara məşq verdi (sıraya düzdürdü).

Xan dedi ki, nə deyir?

Sərdar dedi ki, sizin şəninizdən ötrü soldatlara məşq verirəm.

Xan gördü ki, sərdar rusca soldatlara nə dedisə, soldatlar tə’cillə (tələsik) yürüyüb bürc və barı üstünə çıxıb şeypur çəkdilər. Həmən saat gördülər ki, Xan bağı tərəfdən Kəhrab deyilən yerdən həm şeypur çəkdilər. Xan mütəəcib qalmışdı (təəcüblənmək) ki, həmin dalda qalan soldatlar həm gəlib Qalaya daxil oldular.
Sərdar xanın qabağına gəlib dedi ki, biz bu Qalanı tutduq. Sən əgər rus padşahına tabe’ olursan bu Qala və cəmi (bütün) mülkiyyət sənə təəllüq (əmrində) olacaq. Və əgər tabe’ olmaq xahiş etməsən üç saat sənə möhlətdir, hər nə ki, darul-imarətdən götürəcəksən götür. Nərəyə ki, xahiş edirsən get!

Sərdar dedi: “Artıq danışmaq lazım deyil. Bu şəhəri biz tutduq. Üç saat möhlətlə nə edəcəksən elə! İzindir”.

Biçarə xan naçar qalıb gəldi öz darül-imarəsinə (iqamətqahına). Nə qədər ki, qüdrəti var idi, ağırdan-yüngüldən götürüb və övrət və uşaq və cəmi təvafe və təvahiq (əlavə əşyalar), atlı-piyadə nökər və qoşunları ilə bilkülliyyə (tamamilə) Qaladan çıxıb, məhzun (qəmli) və məğmum (qüssəli) gəldilər Qalanın bir az məsafəsində bir qaya var idi, üstü müsəttəh (hamar). Orada çadırlar və alaçıqlar qurub əyləşdilər. Bə’zi yerlərdən ətrafına daşdan səngər çəkdirib, övrət və uşaq və hərəmxana amanda qalmaqdan ötrü.

Pəs həmin saat buyurdu münşilər (katiblər) bir ərizə şahənşahi-İran Fətəli şaha yazdılar. Bu məzmun ilə ki, rus sərdarı mənim başıma xidə ilə belə iş gətirdi. İndi mən cəmi təvabe və fəsahiqqimlə çıxıb Qaladan kənar dağın üstündə əyləşmişəm və xülasiyyət ilə bu ərizəni hüzuruzuna göndərdim ki, kömək yeridir. Bundan sonra cənabınıza tabe’ oldum.

Xan həmin ərizəni bir Qur’ani-şərifin içinə qoyub, Qur’anı həm möhürləyib, bu mə’naya ki, and olsun bu Qur’ani-şərifə ki, cənabınıza tabe’ olacağam.

Həmin ərizəni Qur’an ilə şaha göndərdi. Şahənşah həmən saat buyurdu on iki min qoşun top-topxana ilə Əbulfəth ağa ki, İbrahim xanın oğlu idi onun təhti-hökmünə verib, xanın köməyinə göndərdi. Əbulfəth ağa qoşun ilə gəlməkdə, bu tərəfdən rus sərdarını bu əhvəlatdan xəbərdar elədilər. Sərdar həmin saat ki, gecə idi buyurdu neçə yüz soldat həmin xəbəri gətirən adama verdi. Oradan gəlib aşağa bürcün altından ki, bir rahroş (yol) var idi oradan çıxıb Suşa kəndinə gəlib, Şuşadan bir neçə bələdçi erməni götürüb, dağın kəməndləri ilə məxvi gəlib xanın səngərinə yetişdilər.

O vaxtda xan çadırında kürsi üstə əyləşib, qızıl qəlyan əlində çəkirdi. Əyani-dövlət tamam xanın ətrafında əyləşmişdi. Cümləsindən bəndəyi-bibəzaət (kasıb bəndə) Nəvvab Mir Möhsün ana-babası mərhum Əmir Aslan bəy həm hazır (orada) idi ki, naqah xana xəbər verdilər ki, rus qoşunu səmt üstünə gəldi.

Xan ayağa durub neçə dəfə təkrar elədi, “Ey kafir, ey kafir!”, ki həmin saat əmirli atltılarından birisi bir güllə atıb soldatın birini öldürdü. Soldatlar dərdəm (dərhal) şelik edib (birlikdə), qamısı tüfənglərin birdən atdılar. Neçə güllə biçarə İbrahim xana dəydi; kürsidən yıxıldı. Xanın övrət-uşağı tökülüb xanın bədənin qucaqladılar. Bir neçə güllə həm o biçarələrə dəydi. Və neçə güllə əyanlara və nökərlərə dəyib, qalanları hər kəsin əlinə bir zad düşdü götürüb bir tərəfə qaçdılar.

Əmir Aslan bəy həmandəm mə’sum Gövhər ağanı götürüb o qızıl qəlyan ilə bir tərəfə apardı. Xan-məzlumun ev əhli və uşaqları orada mərhum olan oldu, sağ qalan hər biri bir səmtə adam götürüb bir tərəfə apardılar. Əmir Aslan bəy Gövhər ağanı gətirib bir möhkəm yerdə qoydu. Oradan gəlib bir az azuqə təhsil edib (əldə edib), gətirdi Gövhər ağaya. Xahnahaq (istər-istəməz) bir neçə loğma gözü yaşlı tənasül edib (yeyib), Əmir Aslan bəy Gövhər ağanı dildarlıq verib, bir növ sakit eləyib, oradan gətirib öz mənzilinə yetirdi.

Bu tərəfdən də həmin xan olan səngərdən hərə bir tərəfə getdi.

O cümlədən bir neçə atlı təcil ilə (tez) gedirdilər. Nabatxan deyilən yerə çatdılar ki, naqah bir tərəfdən Əbulfəth ağa qoşun ilə zahir oldu. Əbülfəth ağa baxdı gördü ki, bir neçə atlı çox təcil ilə gedirlər. Nökərlərə buyurdu o atlıları qaytarıb, Əbulfəth ağanın hüzuruna gətirdilər.

Əbulfəth ağa onları sual elədi ki, siz kimsiz və bu təcil ilə nərəyə gedirsiniz? O atlılar tamam əhvəlatı nağıl elədilər. Əbulfəth ağa əhvəlatı eşitcək hay-hay ilə ağlayıb, oradan qoşun ilə geri qayıtdı, tainki şahdan fərmanı-cədid sadir ola.

Xülasə, bu vaqiələr təfsilən “Tarixi-Qacariyyə”də “Qarabağ tarixi”ndə məlumdur. Xahiş edənlər rücu’ (müraciət) buyursunlar həmin tarixlərə.

Bizim məqsədimiz bir illərdə erməni tayfası ilə müsəlmanlar arasında vaqe’ olan vəqayəti bəyan etməkdir.

Elə ki, rus dövləti Qafqaziyyə məmləkətinə müstəvəlli oldu Qafqaz məmləkətləri günbəgün münəzzəm olub və heç bir millətin bir-birilə işi və rücusu (qarışması) yox idi. Hər kəs öz işinə məşğul və hər millət öz qanunın ilə öz mə’bədlərində öz ibadətlərinə əməl və heç bir millətin biri-biri ilə mütəərriz olmağı yox idi. Xüsusi ilə erməni ilə müsəlman ki, həmə ovğat məhəbbət və məvəddət aralarında bey və şəra (alış-veriş) etməkdə.

Və xanlıqların vaxtında belə mehribanlıq aralıqda var idi ki, mərhum İbrahim xan erməni nücəbalərindən olan Məlik Şahnəzərin qızın alıb özünə əqd eləmişdi. O qızın adı Hurizad xanım idi. Həmin Hurizad xanımın Böyük məscid həyətində vəqfiyyatı (vəqf olunmuş şeylər) vardır.

Xülasə, bu erməni tayfası heyif olsun ki, təbiətləri bir növ düşüb ki, zahiri batinləri ilə bir deyil. Zahiri dostnüma (dost görünüşlü), batinləri ədavətli. Bavücudi-inki (bununla belə) özləri görürlər ki, iki üzlülükdən həmişə zərər görürlər.
Rusların Qafqaza gəlişi, onu zəbt etməsi müsəlmanların arasından satqınların çıxması səbəbindən baş verib. Sovetin Leninqraddakı arxivində bir tarixi sənəd saxlanılırdı. O, Dərbənd şəhər valisinin Böyük Pyotra (Butros Əkbər) yazdığı gizli məktubudur. Bu xain fərd rus çarına yazır ki, Dərbəndi tutmaq üçün bura qoşün göndərə bilərsiniz. Şəhər qapısını rus əsgərlərinin üzünə açacağam. Pyotr bunu əlverişli, yaxşı bir imkan sayaraq əsgərlərini ora göndərir. Onlar gəmilərlə, Xəzər dənizi ilə gedib Dərbəndə yanaşdılar və bir güllə belə atmadan, İranın şimal qapısı sayılan, bu şəhəri tutdular. Qafqazın zəbti buradan başladı. Sonra Fətəli xan satqın çıxdı. Bakıda çəkilmiş sovet filmində onun bu satqınlığı bir hünər, qəhrəmanlıq kimi göstərilir. Axırda isə, yuxarıda yazıldığı kimi, İbrahim xanın xəyanəti hesabına Suşa qalası da rusun əlinə keçir.

İngilis dilində nəşr olunmuş on-iki cildlik “Yahudi enseklopediyası”nı İnternetə yerləşdiriblər (jewishencyclopedia.com). Orada bu məlumatı tapdım:


Dağ yəhudiləri Rusiyanın Qafqazdakı müharibələrində, daima, rusların tərəfində olublar. Qafqazı tutandan sonra Rusiya dövləti, bu cür qiymətli xidmətlərinə görə, onlara başqa Qafqaz tayfaları ilə eyni hüquqlar verdi. Ancaq sonradan bu hüquqlar ləğv olundu.

Bakıda “Çıraq” kitab dükanında ingiliscə yazılmış, amerikalı bir tarixçinin Qafqaz haqqında yazdığı kitabını gördüm və ayaq üstə onu vərəqlədim. Müəllif “Xanlıqlar dövrü” fəsilində yazır ki, Bakı tarixçiləri İranın mərkəzi hakimiyyətinin zəiflədiyi, üsyan və dərəbəyilik çağından, xanlıqlar dövründən danışanda onu göylərə qaldırır, tə’rif edirlər. Deyirlər, nə yaxşı ki, bu xanlıqlar İran şahına tabe’ olmaq istəmədilər və ayrıldılar. Yerli tarixçilərin bu mövqeyi amerikalıya anlaşılmaz, çox qəribə və məzəli görsəndi. Bu xarici adam, o tarixin vəziyyətini düzgün başa düşdü, dəyərləndirdi. Alimə görə acınacaqlı xanlıqlar dövrü, İran dövlətçiliyinin böhranı dövrüdür. O, düzgün düşünüb anlayır ki, böyük və qüdrətli İran dövlətindən onun vilayətlərinin ayrılması, müstəqil, fəqət zəif, ayaq üstündə durmağa halı olmayan xanlıqların meydana gəlməsi, yalnız, xarici qəsbkar dövlətlərin xeyrinə idi və bu, nəhayətdə, Qafqazın ruslar tərəfindən tutulmasına gətirib çıxartdı.

Sovet çağında xanlıqlar dövrünün bu cür dəyərləndirilməsinin səbəbi bu idi ki, Bakının tarixçiləri bu fikirləri rusun nöqtei-nəzərindən yazırdılar, yə’ni İranın ayrı-ayrı vilayətlərinin müstəqil xanlıqlara çevrilməsi Rusiyanın xeyrinə getdi. Bütöv İranla müharibə etmək Rusiya üçün çətin olardı, uğursuz qurtara bilərdi, fəqət kiçik xanlıqları zəbt etmək çox asan oldu. Bizim tarixçilərimiz yazırdılar ki, Rusiyanın Qafqazı zəbt etməsi, onun Rusiya tərkibinə girməsi güya bizim, millətin xeyrinə oldu. Saray tarixçilərimiz həm o vaxt, həm də bu gün hakimiyyətin rəsmi təbliğatına və tələblərinə uyğun mövqe’ tutur, əsərlər yazırlar.

Belə təbliğatının tə’siri altına düşüb bizim sıravi vətəndaşlarımız da sadəlövhlükdən elə düşünürlər ki, xanlıqların İrandan ayrılmasından böyük xeyirlər əmələ gəldi. Onlar başa düşmürlər ki, Qafqaz İranın tərkibində olanda Tiflis, Dərbənd, İrəvan, Şuşa hamısı bizım olub. Müsəlmanın əlində, İran dövlətinin, türk sülaləsinin, Qacar şahlarının tabeçiliyndə olub. Bu xanlıqlar dövrü, sərsəri müstəqillik hərəkatları o torpaqların, o şəhərlərin itirilməsinə gətirib çıxartdı. Ola bilər ki, bu itirilmə əbədi olacaq, biz daha o şəhərləri heç vaxt özümüzə qaytara bilməyəcəyik və orada daha heç vaxt İslam bayrağı dalğalanmayacaq. Bu təkcə ərazilərin itirilməsi ilə deyil, həm də türkdilli əhalinin oradan, o şəhərlərdən çıxardılması ilə nəticələndi.

Lap bu yaxınlarda bizim bir televiziya kanalında aşağı sinif uşaqlarının Bakının ədəbiyyat muzeyinə ziyarət etmələri barəsində bir məlumat getdi. Bu televiziya verilişində bir qız jurnalist bir oğlan uşağından, şagirddən soruşdu ki, burada sizə nə göstərdilər? Uşaq divarda asılan, yağlı boya ilə çəkilmiş, üzərində ərəb atlıların təsvir olunduğu nəhəng, yağlı boya ilə işlənmiş bir şəkili göstərib cavab verdi, bizə öyrətdilər ki, bu atlılar ərəblərdir. Onlar bizim düşmənlərimiz olublar. Bizim ölkəni zəbt edib zorla bizi müsəlman ediblər.
Əhsən belə muzeyə və bu muzey ziyarətini təşkil edən məktəb müdiriyyətinə! Əhsən belə təhsil-tərbiyəyə! Görün bir, bizim tə’lim-tədris müəssisələrimiz və bu cür muzeylərimiz bizim uşaqlardan kimi yetişdirirlər? Din və İslam düşmənlərini, dinsiz, imansız, Kitabsız nəsil yetişdirir. Belə görünür ki, muzeyin müdiriyyəti hansısa bir yerli rəssama böyük məbləğ dövlət pulunu verdi və o mənfur şəkli çəkdirdi. Məqsədləri İslam və müsəlmanlar əleyhinə təbliğat aparmaqdır, ora gələn ziyarətçilərdə İslama qarşı pis rə’y, pis hiss yaratmaqdır.

Mənə belə görünür ki, Nikolay vaxtı Rusiyada yaşayan müsəlmanlar bugünki müsəlmanlardan, indikilərdən daha çox azad idilər, daha çox müstəqil idilər. O dövrdə çarın müsəlman rəiyyəti, müsəlmanlar sözdə deyil, əməldə müstəqil olub, müstəqil həyat sürüblər. Onlar nə maddi cəhətdən, nədə ki, mə’nəvi cəhətdən ruslardan, xaçpərəst hökumətindən asılı idilər. (Mason inteliqentlər müstəsna olmaq şərti ilə) o vaxt müsəlmanlar arasından çıxan satqınlar da olmayıb. Çar vaxtının müsəlmanları Rusiyanın hökumət idarələrində işləmirdilər, Rusiya ordusunda xidmət etmirdilər, əhalinin əksəriyyəti rus dilini bilmirdi, onu öyrənməkdə də maraqlı deyildi. Halbuki, sovet çağında müsəlman respublikaların, muxtar vilayətlərin, yerli hökumətlərin yaradılması, yerli hakimiyyət kadrlarının yetişdirilməsi, müsəlmanların arasından rusa, xaçpərəst hökumətinə xidmət edən xainlərin, satqınların, satqın zümrənin yaradılmasına gətirib çıxartdı.

Texniki inkişaf sahəsində, kinonun, radionun, televiziyanın və dövrü mətbuatın yaranması isə müsəlmanların, xarici aləmdən, xaçpərəst aləmindən, zərərli xarici tə’sirlərdən, təcrid olmasına son qoydu.

Londonda şərqşünaslıq ali məktəbində bir mə’ruzəyə qulaq asdım. Mə’ruzəçı bir iranlı kürd alimi, mövzu isə Qarabağ idi. 20-30 nəfər dinləyici, əsasən, yerli yəhudilərdən və ermənilərdən ibarət idi. Kürd mə’ruzədən qabaq yazdığı bir tarixi kitabı nümayiş etdirdi. Bir neçə erməni alim onunla görüşdü və bunlar, nədənsə, qucaqlaşıb-öpüşdülər. Onun danışdığı bə’zi şeylər xoşuma gəlmədi və mən mə’ruzənin axırına gədər gözləməyib məclisi tərk etdim. Ancaq bununla belə o, mə’ruzəsində qabaqlarda eşitmədiyim maraqlı bir tarixi məsələdən danışmışdı.

İkinci Dünya müharibəsi vaxtı Qızıl ordu İranın şimal ərazilərini tutanda, Kreml bu ölkənin Azərbaycan vilayətini Sovet İttifaqına birləşdirmək fikrinə düşdü. Ruslar Təbrizdə oyuncaq kommunist dövlətini yaratdı. Bu müvəqqəti bir quruluş idi, rusun niyyətinə görə sonradan bu dövlət ləğv edilib, ərazisi Sovet Rusiyasına birləşməli idi.

Mə’ruzəçinin sözünə görə İosif Stalinin İran kürdləri ilə gizli razılığı var idi. Stalin kürdlərə və’dlər verdi ki, onlar üçün ayrıca respublika yaradılacaq. Bu razılığa görə İranın şimal əraziləri, Təbriz və Marağa ora daxil olmağla, Sovet İttifaqına birləşdiriləndən bir müddət sonra Urmiya gölü ətrafındakı ərazilər Marağa şəhəri ilə birlikdə kürdlərə verilməli idi və orada ayrıca bir kürd respublikası yaradılmalı idi.

Sovetin başçısı kürd millətçilərinə demişdi ki, siz, hələlik, sakit durun. Biz, əvvəlcə, təbrizli türklərin başlarını bişirəcəyik, Rusiyaya birləşməyə həvəsləndirəcəyik. Bu ərazilər sovetə birləşdiriləndən bir-iki il sonra səsinizi qaldırarsınız, deyərsiniz ki, “Qoy Təbriz və ətraf ərazilər türklərin olsun, Urmiya gölü və Marağa ərazisi isə kürdlərə verilsin və orada kürd respublikası yaradılsın”. Gizli, məxvi razılaşma bundan ibarət idi.

Amma nədənsə Moskva o əraziləri İrandan qoparda bilmədi.

Sovet İttifaqın kəşfiyatçıları Türkiyədə, İranda və İraqda təxribatçılıq failiyyətlərini aparırdı, oranın gizli komunist inqilabçılarını dəstəkləyir, usyana təşviq edirdi. Sovet Rusiyası bu yolla, yerli kommunist hərakatları vasitəsi ilə bu müsəlman ölkələrini öz tə’siri altına salmaq istəyirdi. Bilindiyi kimi PKK-nı sovetin KGB-si yaratmışdı və bu kürd komunistləri bu üç ölkənin hər birində təxribatçılıqla məşğul idilər.

Bu gün Rusiya kapitalist ölkəsidir, ora pulgirlərin əlindədir və bunlar daha kürd kommunistlərinə marağ göstərmirlər. Hal-hazırda PKK-çılara yardım edənlər Qərb ölkələri və İsraildir. Bu qəsbkar ölkələr müsəlman ölkələrində cürbəcür millətçı hərakatları dəstəkləməklə, nəhayətdə, bu ölkələri bölüb, zəiflədib öz tə’siri altına salmağa çalışırlar.

Bunlardan başqa bu gün PKK-çılara İrəvan və Bakı da hər çür yardım göstərir. Yə’ni ki, İrəvənın və Bakının kəşfiyyat idarələri sovet vaxtlarında olduğu kimi bu gün də müsəlmanın zərərinə işləyib, PKK-ya yardım edirlər. Bakı həm Türkiyə, həm də İran kürdlərinə, yə’ni ki, PKK-çılara yardım edir, respublikamızda onların təşkilatlanmasına kömək edib, şərait yaradır. Bakı hakimiyyəti bunu İsrail səfirinin sifarişı ilə edir.

Bakı sözdə, İran və Türkiyə ilə dost, əməldə isə düşməndir. Yə’ni ki, Azərbaycan Respublikası müstəqil bir dövlət deyil. Əvvəl Moskvaya tabe’ idi, indi isə Vaşinqtona və Tel Əvivə tabe’dir, onların dediyi ilə durub-oturur. Təbiidir ki, Bakının bu xaincə hərəkətlərindən Türkiyə və İran yaxşı xəbardardır, aqahdır. Ancaq bu məsələni üzə vurmurlar. Bu işlərdən təkcə bizim qara camaat xəbərdar deyil.

On dörd il bundan qabaq Bakının mərkəzində yaşayırdım. Bizim evin yaxınlığında Nəsimi DTN-nin şöbəsi var idi. Bir dəfə bu şöbənin yanından keçəndə onun qapısı ilə yanaşı başqa qapını gördüm ki, onun üstündə “Urmiya” sözü yazılmış böyük lövhə var idi. Maraqlandım ki, görən bura nədir, iranlıların ərzaq mağazasıdır? Qapıdan içəri boylananda anladım ki, yox bu mağaza deyil, idarədir. Divarlarda çərçivələnmiş iki-üç kişi şəkilləri var idi.

O saat başa düşdüm ki, bu İran PKK-sının siyasi idarəsidir. Bu böyük fotolar isə silahlı dəstələrin rəhbərlərinin şəkilləri idi. Anlaşılır ki, DTN kürdləri ora yerləşdirməklə, həm onların İrana qarşı failliyyət göstərməsinə imkan verirdi və həm də onları daimi nəzərətdə saxlayırdı. Yə’ni ki əvvəllərdə Moskva kürdləri qızışdırırdı ki, İrandan ayrılın, Urmiya ətrafına kürd hakimiyyətini bərqərar edin, bu gün isə Bakı eynisini edir.

Ancaq bir müddətdən sonra “Urmiya” lövhəsini oradan çıxartdılar, kürd idarəsi harasa başqa yerə köçürüldü. Belə görünür ki, gözdən kənar bir yerə.

Bir yaşlı qadın mənə öz cavanlığından maraqlı bir şey danışmışdı. Müharibədən qabaq Bakı şəhərinin mərkəzindən öz məhəlləsinə gedirdi. Əks istiqamətdən isə bir cavan oğlan gəlirdi. O, qızı görüb, tanıyır ki, onlar bir məhələdə yaşayırlar. Onda oğlan dönüb bir qədər məsafə saxlayaraq onun ardınca getməyə başladı. Məhəllələri mərkəzdən uzaq idi. O, qızı məhəlləsində buraxandan sonra geri qayıtdı, işlərinin ardınca getdi.

Bunun mə’nasını bu cür başa düşürəm. Mən eşitmişdim ki, qırxıncı ilə qədər Qafqazda və Orta Asiyada müsəlmanlar hələ ki, sovet quruluşuna müəyyən qədər müqavimət göstərirdilər, cəmiyyət öz adətinə, dininə sadiq olmağa çalışırdı. Müsəlman cəmiyyətinin qət’i bir şəkildə sovetləşməsi, ruslaşması qırxıncı ildən sonra oldu.

Oğlan burada müsəlman məhəlləsinin adətinə uyğun hərəkət edirdi. O vaxt namus işi çox möhüm bir məsələ idi. Əvvəllərdə adam nəyinki təkcə öz namusunu, həm də ailəsinin, qohumlarının və hətta məhələsinin namusunu qorumalı idi. Oğlan o qızla eyni məhəlldə yaşadığı üçün onu qorumaq, başqa kişilərin ona sataşmasının qarşısını almaq istəyirdi. Çünki əgər bu qızın ismətinə bir ləkə düşsə onda bu ləkə həm də bütün məhəlləyə düşəcəkdi.

Müsəlmançılığın var olduğu zamanlarda bədnam olan, namusdan məhrum olan ailə cəmiyyətdə məhv olub gedirdi. Ya o ailəninin bütün üzvlərini öldürərdilər, ya da ki, məhələdən köçməyə məcbur edərdilər. O ailə məhəllədən, şəhərdən və hətta ölkədən qaçmağa məcbur olacaqdı.

O oğlanın qeyrəti onun daxilindən deyil, zahirdən gəlirdi. Bu cavan müsəlman cəmiyyətinin tələblərinə görə hərəkət edirdi. O, bəlkə də bunu öz mənafeini güdərək etmişdi. Çünki əgər onun məhəlləsi bədnam olsa, onda bu ona da zərər gətirərdi. Ola bilər ki, onda istədiyi bir qızı da ala bilməzdi. Qızın atası ona rədd cavabını verərdi. Deyərdi ki, mən adı bədnam olmuş, namussuz bir məhəllənin adamına qızımı vermərəm!

Ancaq Bakının indiki adamları, cavanları tamamı ilə başqa cür hərəkət edirlər. Dünyavi cəmiyyətdə namusa, qeyrətə yer yoxdur. Namus üstündə cinayət törədən adamı isə tutub dama atırlar.

Cavanlıqda qazetdə Misirdə baş verən bir əhvalat haqqında oxumuşdum.

Bir Misir zabiti evinə gələndə yataqda arvadının başqa kişi ilə mazaqlaşdığını görür. Üstündəki tapancanı çıxardıb hər ikisini güllələyir. O, məhkum olmadı. Misirin məhkəməsi ona bəraət hökmünü çıxardı. O zabit həm də Qahirədə camaatın gözündə qəhrəmana çevrilir, böyük hörmət qazanır. Mən bilən bu hökm şəriətə tam müvafiqdir.

Sovet vaxtı Bakıda küçədə ingilscə danışan iki gənci, Yeni Zelandiyalı müsafirlərə rast gəldim. Onlarala tanış oldum. Şəhərdə gəzişəndə bir hadisə baş verdi. Qarşımızda bizə tərəf gələn bir yerli kefli oğlan cavan bir qızın döşündən tutdu. Qız isə onu itələdi.

Bir az da gedəndən sonra xaricilər məni tənbeh etməyə başladılar. Dedilər, Yeni Zelandiyada belə hadisələr baş verəndə biz müdaxilə edib özünü düzgün aparmayan adama acıqlanırıq, öyüd-nəsiyət veririk, sənin kimi özümüzü görməməzliyə qoymuruğ.

Mən isə onlara cavab verdim, dedim, axı, mən o qızı tanımıram, o mənim qohumum, tanışım deyil. Onlarsa dedilər, nə olsun ki, tanış deyil, o qız sənin həmşəhərlindir, həmvətənlindir.

Mən susdum. Bizim vəziyyətimizi bunlara başa sala bilmədim. Yeni Zelandiya polislərinin necəliyini bilmirəm, ancaq bizimkilərini yaxşı tanıyıram. Bizim vətəndaşlar təcrübədən bilirlər ki, belə hallarda milis məntəqəsinə düşənlərin aqibəti bəlli olmur. Orada milislər, adətən, günahsız adamı tutub dama salırlar, günahkarları isə buraxırlar. Görünür ki, bizdən fərqli olaraq bu oğlanlar öz ölkə polislərinə güvənirlər, ədalətə inanırlar.

Uşaqlıqda bir gün atamla şəhərdə gəzəndə o, bir arvada işarə edib dedi, bu qadın Tağıyevin qızıdır. Əlindəki çantada isə atası haqqında yazdığı bir əlyazma var. Hansı idarəyə getsə o əlyazmanı göstərib, vəzifəli adamlardan atası haqqında yazılan bu kitabın nəşr olunmasını tələb edir. Ancaq onlar hamısı onun xahişinə biqanə qalırlar. Axı Tağıyev milyonçu, kapitalist idi, bu adam sovet hakimiyyəti üçün düşmən sinifin nümayəndəsi idi.

Mən o arvadı bir də cavanlıqda, atamdan sonra gördüm. Bu qadın Axundov kitabxanasında kitabxanaçı qadınla səhbət edirdi. Atasından danışırdı. Əlyazması isə qoltuğunda idi. Mən istədim ki, o qadına yaxınlaşıb onunla tanış olum və sonra başa salım ki, boş yerə özünü yorma. Sən o kitabı sovet nəşriyatlarında çıxarda bilməyəcəksən. Mənim fikrim var idi ki, o əlyazmanı Moskvaya aparıb Türkiyə səfirliyinə aparım. Türkiyə nəşriyatları yəqin ki, bu əsərə maraq göstərərdilər. Fikir yaxşı idi, ancaq nədənsə bu fikir olaraq qaldı, əmələ keçmədi.

O, əlyazmanın aqibəti necə oldu, xəbərim yoxdur. Yəqin ki, səfalətdə yaşayan o qadının ölümündən sonra hökumət o əlyazmaya əl qoydu. Ola bilər ki, onu KGB müsadirə edib öz arxivində saxlayıb. Nəyinki hökumət, hətta bizim yazıçılar da o kitabın nəşr olmasında maraqlı deyillər. Çünki onlar öz adları altında kitab çıxarmaq istəyirlər. Tağıyevin qızının kitabının nəşr olunması onlara sərf etmirdi.

Sovetin dağılmasından sonra bu milyonçu haqqında kitablar, onun tərcümeyi-halları çıxdı. Ola bilər ki, bu müəlliflər o əlyazmadan istifadə etməyə icazə almışdılar, onunla tanışlıqları var idi.

Hal-hazırda respublikada qadınların böyük bir hissəsi sarışın saça üstünlük verirlər, saçlarını sarı rəngə boyayırlar. Halbuki 40-50 il bundan qabaq vəziyyət başqa cür idi. O vaxtlarda sarışın saç pozğun arvadlara xas olan bir şey sayılırdı. Yəqin bunun səbəbi onda idi ki, bizim xalqın qadınlarının saçı əsasən qara və qumral olur. Sarı saç isə şimal xalqların qadınlarında rast gəlinir. Məsələn, ruslar kimi. Bizim cəmiyyətdə elə bir fikir var ki, şimal qadınları yüngül xasiyyət, daha asan yola gələn, pozğun olur. Bu səbədən o vaxtlarda sarı saç bir əhlaqsızlıq əlaməti kimi qəbul edilirdi.

Yadımdadır ki, qırx il bundan qabaq “Nizami” kinoteatrın qarşısında dururdum. Bir cavan oğlan o birisinə küçənin qarşı tərəfində gedən iki qıza barmağı ilə işarə edib bərkdən dedi: “Bu fahişələrə bax!”. O birisi də qızlara baxandan sonra təsdiq etdi ki, onlar fahişədirlər.

Başa düşdüm ki, bunlar bu qızları heç tanımırlar. Fikirləşdim ki, bəs görəsən cavanlar nəyə görə onları fahişə saydılar. Anladım ki, bunun səbəbi onda idi ki, bu qızların hər ikisi saçını sarı rəngə boyamışdı. Axı o vaxtlarda sarışın saç həm də fahişəlik əlaməti sayılırdı. O vaxtı Bakıda fahişələrin əksəriyyəti saçlarını boyamışdı, sarışın idilər.

Mən bunu belə başa düşürəm. Sarı saç bizim kişilərə yüngül xasiyyətli qadınları xatırlatdığı üçün yerli fahişələr bu saç boyasına üstünlük verir, sarışın saç ilə kişilərin, müştərilərin diqqətini çəkmək istəyirdilər.

Başqa bir vaxt dəmir yol vağzalının yanındakı metro stansiyasının qarşısında dururdum. Orada dörd-beş kişi söhbət edirdi. Birisi kiminsə adını çəkib dedi ki, “Xəbəriniz varmı ki, dostumuz, fahişə ilə evləndi”. Soruşdular, haradan bilirsən ki, o, fahişədir? Cavab verdi, onu görmüşdüm. Soruşdular, nə görmüşdün? Dedi, saçı sarışındır. Bu sözə hamısı razı oldu. Dedilər, əgər o, sarışındırsa, deməli fahişədir.

O dövrdə saçını sarı boyamış tək-tük evli qadınlara da pis gözlə baxırdılar.

Bu cür baxış təkcə bizdə deyil, həm də Qərbi Avropada da mövcuddur. İngilis, fransız mətbuatında tez-tez qeyd olunur ki, sarışın qadınlar əhlaqsız olur. Sarışın saç “qəhbə rəngi” hesab olunur. Onların ədəbiyyatında, filmlərində atalar oğullarına öyüd verirlər ki, “Məbada, sarışın qızla evlənəsən. Elələri qəhbə olur”.

Bu yaxınlarda bir amerikalı jurnalistin məqaləsini oxudum. O, yazırdı ki, Qərb mətbuatında, tarixi kitablarında nahaq yerə Hitlerin Almaniyasını bir pis irqçi, faşist dövlət kimi qiymətləndirirlər. Onun fikrinə görə Amerika, İngiltərə və Fransa dövlətləri daha çox faşist və irqçidirlər. Onun sözünə görə axırıncı yüz ildə bu ölkələr Asiya və Afrikada apardıqları müharibələrdə yüz milyondan artıq müsəlman öldürmüşlər.

Məncə də bu belədir, doğru fikirdir. Məsələn, Almaniyadan müsəlmanlara heç bir zərər gəlməyib. Fəqət Amerika, İngiltərə və Fransa təcavüzkar, müstəmləkəçi dövlətlər çoxlu müsəlman qanı axıdıblar. Fransa təkcə Əlcəzirdə müstəqillik tələb edənləri, bir miliyon yarım müsəlmanı qırıb, qətl etmişdi.

İkinci Dünya müharibəsində Hitler müsəlman dövlətlərini, xalqlarını öz tərəfinə çəkmək istəyirdi. Onlarlı İngiltərə, Fransa və Rusiya dövlətlərinə qarşı birlikdə mübarizə etməyə çağırırdı. Doğrudanda, hərgah Almaniya bu dövlətlər üzərində gələbə çala bilsəydi onda müsəlmanlar üçün müstəqillik imkanı yaranardı, müsəlman dünyası istiqlaliyyət qazana bilərdi. Axı o vaxt müsəlman aləminin demək olar tamamı, başdan-başa müstəmləkə halında idi, ingilisin, fransızın və rusun tabeçiliyində idi. O müharibə zamanı dərrakəli, gözü açıq müsəlmanlar Almaniyanın qələbəsini arzu edə bilərdilər.

O vaxt İranın şahı Almaniya ilə dost idi. Görünür iranlılar düşünürdülər ki, alman ordusunun uğuru onların rusun, ingilisin təzyiqindən qurtarardı, qurtulmasına gətirib çıxarardı. Şahın Almaniyaya rəğbət etməsi rusu, ingilisi narhat edirdi və elə bu səbəbdən onlar İrana qoşun yeritdilər.

Türkiyə Cümhuriyyəti də həmçinin Hitler Almaniyasını dost ölkə hesab edirdi. Türk hökumətinin almanlarla gizli bir sazişi var idi. Bu anlaşmaya görə Türkiyə Almaniyanın gizli müttəfiqi idi. Sazişə görə Almaniya Qafqazı tutandan sonra Türkiyə də, bir müttəfiqi kimi, bu müharibəyə qatılmalı idi.

Almaniya Qafqazı tuta bilmədi və buna görə türk ordusu müharibəyə girmədi, almanlara qoşulmadı. Sonradan, hərbin lap axırında, müharibənin sonuna iki ay qalmış türk hökuməti biclik işlətdi və Almaniyaya müharibə e’lan etdi. Bunu etməklə Türkiyə də qalib ölkələrin sırasında yer ala bildi.

Əslində bu xaçpərəst ölkələr arasında gedən savaş idi və onun müsəlmanlara heç bir dəxli yox idi. Xristianların, düşmən ölkələrin bir-biri ilə dava etməsi müsəlmana xeyir idi.

Qoy xristiyanlar bir-birini qırsınlar, bir-birinin qanını töksünlər müsəlman kimi biz bundan ancaq qazana bilərik.

Atam mənə belə bir şey danışmışdı. Müharibənin ilk aylarında respublikadan cəbhəyə gedən müsəlman əsilli əsgərlər arasından böyük itki olurdu. Əsgər ailələri çox narahat idi. Cəbhədən evə gələn məktublarda deyilirdi ki, rus komandirləri, ordu rəhbərliyi sün’i bir şəkildə müsəlman əsgərlər arasında itki yaradırdı, qəsdən müsəlman əsgərlərini almanlara qırdırırdı.

Ata-analar Mircəfər Bağırova müraciət edib ondan bu işə qarışmasını tələb etdilər. Onlar şikayət edirdilər ki, eyni kəndlərdən cəbhəyə gedən rus əsgərlər də var idi, lakin onlar hamısı sağ idi, ölənlər yalnız müsəlman oğlanları idi.

Bağırov işə qarışdı. Stalindən tələb etdi ki, bu ayrıseçkiliyin, rus komandirlərinin irqçi rəftarının qarşısını almaqdan ötrü ölkədə müsəlman ordu hissəsi yaradılsın. O, axırda, buna nail oldu.

Ancaq aydın məsələdir ki, Bağırovun işə qarışmasının yeqanə səbəbi onda idi ki, o, qorxurdu ki, əgər belə etməsə idi, xalqın qarşısında hörmətini, nüfuzunu itirə bilərdi.

Bir alman kino artisti müharibədən sonra Amerikaya, Hollivuda qetmişdi. Sovet ordusu Almaniyanı işğal edəndə bu qadın da orada idi. O, öz xatirələrini qələmə almışdı. Onun yazdığına görə Jukov Berlini tutanda fərman verib sovet əskərlərinə üç gün ərzində şəhəri çapıb-talamağa icazə vermişdi. Əsgərlər hər nə cür cinayət törətsələr, ittiham olunmayacaqdılar. O, dedi ki, bu tarix boyu muharibələrin bir qaydasıdır. Bütün sərkərdələr buna oxşar fərmanlar vermişdilər.

Qadının dediyinə görə, fəqət bütün bu çapıb-talamalar, zorramalar üç gün deyil yeddi il çəkdi. Onun dediyinə görə miliyonlarla alman qadınları sovet əsgərləri tərəfindən zorlanmışdı. O, öz kitabında şahidi olduğu bu hadisələr haqqında ətraflı şəkildə danışmışdı. Bu qadın bir dəfə sovet qeneralın oturduğu otağa girib, şikayət etmişdi. Qeneral isə ona şillə vurub dedi, yalan deyirsən sovet əsgəri arvad zorramaqla məşğul olmur.

Qərb tarixçılərinin hamısı da kitablarında bildirirlər ki, sovet əsgərləri kütləvi bir şəkildə alman qadınlarını zorlayırdılar. Lakin sovet və rus tarixçiləri bunu danırlar, təsdiq etmək istəmirlər.

Bu yaxınlarda Bakının bir TV kanalında bir gənc öğlan dedi ki, ana müqəddəsdir. Bu cür sözü Bakıda tez-tez eşitmək olur. Məncə isə belə sözü ancaq müqəddəs sözünün həqiqi mə’nasını bilməyənlər deyə bilərlər. Sovet dövründə bizim müsəlman camaat dindən kənar düşübdür, bu gün bizim camaatın dini məsələlər haqqında heç bir anlayışlı yoxdur.

Belə məntiqə görə dünyanın yarısı qadın cinsidir və gələcəkdə ana olanda onların hamısı müqəddəs adını qazanacaqlar.

Mən bu oğlana cavab verərdim ki, bəs ata nədir, heç nə? Anaya nisbətən az dəyərli bir şeydir?

Sovet vaxtı hökumət çalışırdı ki, hər cür fəndlə əhalinin sayını artırsın. Kimliyindən asılı olmayaraq çox uşaq doğan arvadlara “Qəhrəman ana” adını verirdi.

Bizim həyətdə bir içki düşkünü, heç bir yerdə işləməyən rus arvadı yaşayırdı. Əri olmadığı halda on uşaq doğmuşdu. Biri sarışın, biri qara saçlı. Hərəsini bir başqa kişidən döğmuşdu. Deməli o, “Qəhrəman ana” adına layiqdir. Deməli bizim axmaq vətəndaşlarımıza görə hərgah fahişə və ya hər hansı bir əxlaqsız qadın uşaq doğub ana olsa onda daha müqəddəs olur, müqəddəs bir şey sayılmalıdır.

Qançıq da küçük doğanda ana olur. Deməli buna görə biz onu müqəddəs hesab etməliyik? Bəlkə onda biz gərək qançığı müqəddəs sayaq, küçükləri ilə yanaşı heykəlini düzəldək və sonra ona sitayiş edək?

Milçək min milçək balalayıb ana olur. Bunu da müqəddəs sayaq?

Deyəcəklər ki, biz yalnız insan olan anaları müqəddəs adlandırırıq.

Dinimizə görə insan yaradilanların həm ən əşrəfi, həm də ən günahlısıdır. Yə’ni ki sıravi adamda çoxlu murdar, pis cəhətlər olur. Adamdan hər çür pislik gözləmək olar. Bunun əksinə heyvanlar isə hər nə etsələr mə’sum sayılırlar. Pis işlər ancaq adamda olanda günah sayılır. Günahsız olanlar isə peyğəmbərlər, imamlar, övliyalardır. Ancaq belələrini müqəddəs hesab etmək lazımdır.

Bolşeviklər Rusiyada hakimiyyətə gələndən sonra inqilabın əleyhidarları təbliğat aparıb camaatı xəbərdar edib qorxudurdular ki, marksistlər nikahın və ailə həyatının düşmənidirlər bütün arvadları ümumiləşdirmək istəyirlər. Çox adam buna inanmayıb, böhtan kimi qiymətləndirmişdi.

1920-ci ildə Kreml məşhur ingilis yazıçısını Herbert Uelsi Sovet Rusiyasına də’vət etmişdi. O, öz xatirələrində yazır ki, sovetin ilk illərində marksist rəhbərlər nikahı köhnə dünyanın əlaməti kimi qiymətləndirərək, lazımsız bir şey sayaraq ləğv etmişdilər. O illərdə dövlət camaat arasında “azad sevgini” təbliğ edirdi. Az keçmədən bu siyasətin nəticəsində ataları bəlli olamyan külli miqdarda uşaq doğuldu. Hökumət bundan qayğılanmağa başladı, “bu uşaqlara kim baxacaq?”. Sonralarda qərar alındı ki, nikah təzədən bərpa olunsun.

Bizim vətəndaşların fikrinə görə evlənən cütlüyün yaşı eyni, ya da ki çox yaxın, olmalıdır. Sovet vaxtı Bakıda çıxan bir qazetdə evlənmək istəyənlərin e’lanları dərc olunurdu. Orada valedeynlər öz qızlarına ər axtaranda, adətən, həmyaşıd olanlara üstünlük verirdilər. Ancaq bir ata onlardan daha qabağa getmişdi. O, yazırdı, qızımın 23 yaşı var, lakin mən ona 23 yaşdan az yaşda olan oğlan axtarıram. Başqası müraciət etməsin. Bu adəti haradan götürüblər aydın deyil? Dünyanın bütün xalqlarının adətinə görə, adətən, kişi arvadından daha yaşlı olur.

Sovet vaxtında bizim millət dindən, Şəriətdən kənar düşüb, müsəlmanın əslikar adətlərini unudub. Keçmişdə Şəriət qanunlarının hökm sürdüyü cəmiyyətdə hər müsəlman bir çətinliyə düşəndə gedib ruhani adamla məsləhətləşirdi, daha indiki vətəndaş kimi öz başından yeni bir adət toqquşdurmurdu. O vaxtlarda adamlar şəkki-şübhə içində yaşamırdılar, Şəriətin tələblərinə görə hərəkət edirdilər.

Məhəmməd peyğəmbər (s.ə.s) 25 yaşında olanda 40 yaşında olan bir qadınla, Xədiçə ilə evlənmişdi. Altmış yaşında olanda isə hələ çox kiçik yaşda olan bir qızla, Aişə ilə ailə həyatı qurmuşdu.

Bir iranlı din adamından, alimdən soruşdular ki, Şəriətə görə qızı ən erkən neçə yaşda ərə vermək olar. O, cavab verdi, doqquz yaşından. Halbuki, təzə çıxan qanunumuza görə qızın həddi-buluğ yaşı on səkkizdir, ondan qabaq ərə gedə bilməz, hələ uşaqdır. Qəhbəlik və faişəliklə məşğul ola bilər, ancaq ərə gedə bilməz, qanuni nikah ona gədağandır. Bu qanunu cürbəcür bəhanələr gətirib qəbul ediblər. Əslində isə bunların məqsədi dinə zidd olan qanunlar çıxartmaqdır. Dində, Şəriətdə məqbul sayılan şeyləri isə qanunsuz etməkdir.

Bu gün dünyanın hər yerində müsəlman cəmiyyəti bərbad haldadır. Bunun səbəbi ondadır ki, əvvəllərdə, keçmişlərdə olan kimi cəmiyyətdə müsəlmanlara hidayət edənlər, yol göstərənlər yoxdur: peyğəmbər, imamlar və övliyalar kimi adamlar. Millət başsız qalıb. Halbuki əvvəllərdə bu cür imanı güclü olanlar milləti özlərinin ardınca çəkirdilər, yuxarı səviyyəyə qaldırırdılar. Bu səbəbdən halhazırkı müsəlman ümmətinin vəziyyəti qüsurludur, nöqsanlıdır. Ümmət, millət cılızlaşıb.

1973-cü ildə avtobusla Naxçivandan Türkiyəyə gedirdim. Bir saat gömrükdə gözləməli oldum. Türkiyə tərəfdən bir avtobus gəlib, durdu. İçərisində otuz-qırx cavan qız uşağı var idi. Bir naxçıvanlı kişiyə dedim, bu qızlar yəqin ki, məktəb uşaqlarıdırlar və Naxçivanı görməyə gəliblər. Kişi mənim sözümə güldü, dedi ki, görünür sənin dünyadan xəbərin yoxdur. Bu qızların hamısı azərbaycanlı qızlarıdır. Onlar Türkiyədə fahişəliklə məşğuldurlar. Türk polisi onları tutub saxlayır, sayları otuz-qırxa çatanda avtobusla bizim respublikaya qaytarır. Qızlar isə bir iki gün respublikada qalıb, sonra isə faişəlik edib pul qazanmaq üçün təzədən Türkiyəyə gedirlər.

Belə görünür ki, yəhudilər və ermənilər müsəlmanın işlərini elə dolaşdırıblar, düyünə salıblarlar ki, müsəlman min il ərzində bu düyünləri aça bilməyəcək, işlərini səhmana salmağı bacarmayacaq.

Rusiyada bizim respublika nümayəndələrinə hədsiz dərəcədə nifrət bəsləyirlər. Xristiyan xalqlarının hamısında olduğu kimi ruslarda da ifratçı irqçılik hissləri müvcuddur. Bunlar özgələrindən başqa heç kəsi sevmirlər. Ancaq mən müşahidə etmişəm ki, ruslar bizim xalqa xüsusi bir şəkildə kin bəsləyirlər, bizimkiləri ən çox nifrət bəslədikləri xüsusi bir dəstəyə ayırıblar. Bir rus demişdi ki, əgər imkanım olsaydı ağaca çıxıb avtomatdan atıb bütün azərbaycanlıları qırardım. Buna oxşar sözləri ruslardan çox eşitmişəm. Əvvələrdə düşürdüm ki, bizimkilər Rusiya bazarlarında meyvə-tərəvəzi baha satırdılar və əksər rusun onları almağa imkanları yox idi. Düşünürdüm ki, bu səbəbdən.

Lakin sonralarda başa düşdüm ki, günah bizimkilərdədir, Rusiyada özlərini yaxşı aparmırlar. Bakının mərkəzindən Yasamalıya köçəndə bunun həqiqi səbəbi mənə aydın oldu. Yasamal adamı elədir ki, çatana daş atır, çatmayana söz. Bu çox nanəcib və qanacaqsız məxluqdur. Hansı dükana gedirsən pis rəftar, söyüş və kobudluq görürsən. Görünür ki, Yasamal şəhər mərkəzindən fərqli olaraq əsil müsəlman məhəlləsidir və bu xasiyyət bizim millətin hamısında var. Fərgli millətlər arasında şəhərin mərkəzində yaşayan müsəlmanlarlar isə başqalarından görüb-götürmüş olduqlardanından bir qədər daha yaxşı, daha mədənidirlər.

Xristianlar və sionistlər müsəlmanlara zülm edib, ən axırda hamısını məhv etmək istəyirlər. Buna qarşı müqavimət göstərməkdən ötrü müsəlmanların birləşməsi, vəhdət lazımdır. Ancaq belə görünür ki, buna nail olmaq mümkün olmayacaq, çünki Qərb buna mane’ olacaq. Keçmişdə müsəlman qoşununun qüclü olması, onun bütün hərbi gələbələri əsgər sayının üstünlüyündə olub. Əli qılınclı ərəb atlıları, müsəlmanlar İran və Bizans qoşunlarını bu cür məğlub etdilər və bu dövətlərin ərazilərini zəbt edib, İslam hakimiyyətini bərqərar etdilər. Bu gün isə dünyada xristian ağalıq edir. İqtisadi, hərbi gücü hesabına. İslam dünyasının hərbi qüvvəsi xaçpərəstlərinki səviyyəsinə çatana qədər və hətta daha üstün olana qədər müsəlman qırqınları, bu müharibə davam edəcəkdir. Çünki xristianlar yaxşı silahı olamayan müsəlmanları aciz, özünü müdafiyə etmək gücü olmayan bir dəstə kimi görürlər. Xaçpərəst belə düşünür, əvvəllərdə müharibələr qılıncla gedəndə müsəlman çox halda bizə üstün gəlirdi, müharibələrdə qalib çıxırdı. Bu gün isə texniki tərəqqi hesabına bizim silahlı qüvvələrimizdə böyük bir üstünlük var. Bu imkandan istifadə edib müsəlmanı məhv etmək, sonuna çıxmaq lazımdır.

Fəqət əgər Müsəlman dünyasının silahları onlarınkının səviyəsində olsa Xristian dünyasının hücumunun, təcavüzünün qarşısını ala bilsə, onları darmadağın edə bilsə, ancaq o vaxt bu cür müsəlman qırğınlarına, qətli-amlara son qoymaq olacaq. O da ki, xəyal kimi bir şeydir, imkansız görünür.

Xristian irqi hər cəhətdən müsəlman irqindən daha üstündür. Daha qeyrətlidir, daha işgüzardır, çalışqandır, elm öyrənməyə həvəslidir və ağıllıdır. Müsəlmanın xaçpərəstlərə qarşı yeqanə üstünlüyü dindir, İslamdır. Lakin İslamın da bugünki vəziyyəti qənaətbəxş deyil.

Məncə, əgər bu gün Müsəlman dünyası heç olmasa bir övliyanı, mürşidi-kamili yetişdirib, ortaya çıxarda bilsə o halda bu cür adam, elmi və əxlaqı ən mükəmməl olan birisi müsəlmanları məhv olmaqdan qoruya bilər. Bu ərazidə belə bir adam peyda olsa və dünyanın hər tərəfindən, həm Qərbin, həm də Şərqin alimləri, ürafası və irfan axtarışında olan gəncləri onun ziyarətinə gəlsələr, onda dünyanın gözündə müsəlmanlar qiymətə minərlər. Dünya başçıları təəcüblə baxıb, düşünəcəklər ki, indi ki bizim alimlər, ədiblər, oxumuş adamlar və gənclər bu adamdan hikmət, irfan əldə etməyə can atırlar, deməli müsəlmanların arasından da dəyərli bir adam çıxa bilər. Deməli bu dəyərli bir dəstədir, bunların yaşamağa haqqları çatır. O vaxt Qərb, xristianlar bu qırğınlara son qoyarlar və xəcalət çəkərlər.

Qərbdə bizim milləti az əhəmiyyətli bir xalq kimi görürlər. Fəqət Azərbaycan Respublikası Qərb üçün, İsrail üçün, yerləşdiyi coğrafi yerinə görə, vacibdir. Çünki bu ərazi İrana aid bir yerdir, İrandan qopmuş bir ərazidir. Xristianların və sionistlərin görüşünə görə dünyada, yer üzərində qalan, hələ ki, alınmayan İslamın sonuncu qalası, İrandır. Bizim respublika isə Amerikaya və sionistlərə İranı məhv etmək üçün lazımdır, bu qalanın altına lağım qazmaqdan ötrü. Düşmən həm də İranın daxilində, orada yaşayan xalqlar arasında ədavət yaratmağa çalışır...

Respublikada o qədər ki türklükdən danışırlar, axırda, adam bundan bezir, “türk”, “türk soyu” sözlərinə nifrət etməyə başlayır.

Buna cavab olaraq deyə bilərəm – “soysuz türksoylar”. Axı soy deyəndə, soylu adamlar deyəndə padşahları, xanları nəzərdə tuturlar. Türk tayfalarının əsrlər, minilliklər ərzində köçəri həyat tərzi sürüblər ki, onların işi-sənəti heyvandarlıq, maldarçılıq olub. Bu halda malotaranlar, naxırçılar soyundan olan adamlara “soylu” demək olarmı?! Malotaranda, naxırçıda, köçərilərdə heç bir dövlət anlayışı yoxdur, ola da bilməz. Yə’ni ki, bu sənət sahiblərinin şüuru, ağlı dövlət qurmaq üçün, dövləti idarə etmək üçün yararlı deyil.



Gədəbəydə bir kənddə bir təpədə oturub mal sürüsünə və naxırçıya tamaşa etmişdim. Orada naxırçılıq sənətinin bütün “sirləri” mənə aydın oldu. Anladım ki, inəyin ağlı bəlkə naxırçının ağlından daha üstündür. Məsəl üçün, təsəvvür edək ki, bir kənddə bir nəfərə naxırçı işini təklif etdilər. Soruşdu, bacararammı? Bacararsan, dedilər. Səhər, dan yeri söküləndə kəndlilər darvazalarını açıb inəkləri çölə çıxardırlar. İnəklər də otlağa tərəf getməyə başlayırlar. Naxırçı oyanıb pəncərədən baxıb inəkləri görür və tez bayıra çıxıb onları təqib edir. Otlağa çatanda isə oturub mürgüləməyə başlayır. Hava qaralanda inəklər otlamağı buraxıb kəndə tərəf yola düşürlər. Naxırçı da sıçrayıb bunların dalına düşür. Elə ki naxırçı inəkləri deyil, inəklər naxırçını arxalarıcan aparırlar. İnəklər öz evlərinin yerini tanıyırlar və açıq darvazalardan həyətlərinə girirlər. Naxırçı öz-özünə deyir, mal-qara hamısı evlərinə qayıtdı, bəs nəyə durmuşam. Məndə evimə gedim.

MÜSƏLMANLAR SULTANA XƏTALARINI XATIRLATMAĞI

MÜAVİYƏ İLƏ BİRLİKDƏ UNUTDULAR
Təkcə Türkiyədə deyil bütün müsəlman ölkələrində bir virus var. Bunu bilərək söyləyirəm. O, nədir? Bütün ölkələrdə tarixçilər millətçi bir başla, millətçi bir gözlə baxırlar. Nəticədə bir-birimizi yeyirik. Elm təbliğat üçün istifadə olunur. Bu elm deyil.

Adəm əleyhisalamdan bu günə qədər olan tarix mənim tariximdir. Bu tarixin içində filan sultan bir xəta etsə bunu söyləyə bilməliyəm. Mən onu söyləməsəm eyni xətanı bu günki rəisi-cümhur edər. Deyək ki, sultan bir qəzavata, cihada gedəcək, yahud bir came’ tikdirəcək. Əgər danışmır, öz ağlına görə edərsə o, Harun əl-Rəşid belə olsa xəta edər. Xətaları ən aza endirmək üçün istişarələrə ehtiyacı var. Necəki Allah Təala (c.c.) bunu Qur’ana qoymuşdur. Müsəlmanın siyasəti Qur’andır. Nədir o? “Müsəlmanlar işlərini şura ilə görərlər” ayəti. Amma müsəlmanlar bunu unutdular. Müaviyə ilə birlikdə unutdular. Sultan istədiyini edir.

Bu gün dünyada demokratik ölkələr var. Gərçi mən inanmıram. Əlhəmdülillah, mən demokrat da deyiləm, dünyavi də deyiləm. Bunu da söyləyirəm. Bir müsəlman özünə “mən müsəlmanam deyir, eyni zamanda mən demokratam deyirsə, ya o, demokratiyanı bilmir, ya İslamı bilmir”. Müsəlmanın yalnız bir şəxsiyyəti olmalı.

Allah demişdir: “Möminlər qardaşdır”. Ancaq türklər qardaşdır, ancaq kürdlər qardaşdır deməmişdir. Amma 19-cu əsrdən sonra, xüsusi ilə, fransız inqilabından sonrakı millətçiliyi aldıq, başımıza bəla oldu. Ona görə “virus” dedim. Qərblilər İkinci Dünya müharibəsindən sonra oyandılar. Dedilər ki, “bir-birimizi niyə öldürürük?” mən almanam, sən fransalısan, deyə. Bu xəstəliyi verək müsəlmanlara. Onlar bir-birini öldürsün.

Osmanlının bünyəsində əlli iki fərqli qövm vardı. Amma hamısı Osmanlıydı. Qeyri-müsəlmanın da bir hüququ vardı. Onlar da hüquqlarına razı olmuşdu. Allah (c.c.) Rəsulu (ə.s.) da onlara hüquqlarını vermişdi.

Indi Yaxın Şərqdə biriləri qalxır öz başına fətvalar verir, insanları öldürür. Bu gün müsəlmanlar bir-birilərini kəsirlər! Bu fətvaları hansı kitabdan çıxardırlar, bilmirəm. Quranda yoxdur, sünnətdə yoxdur.

Allah (c.c.) eşqinə, bu ərəblər, kürdlər, türklər nəyə görə bir-birini öldürürlər? İslam üçünmü? Xeyr! Bəs yaxşı nə üçün? Millətçilik uğrunda. Halbuki heç kəs hansı irqə mənsub olduğunu isbat edə bilməz. Millətçilik Qərbin bizə uğratdığı ən böyük pislikdir.

Cümhuriyyətin ilk illərində bu iyrənc millətçilik gətirildi və bu milləti bir-birinə düşürdülər. Hakkaridə bir vali mənə dedi ki, hocam, bu yazını hələ də aradan aparmadıq. Orada nə yazılır: “Türkəm deyən nə bəxtiyardır!”. Orada hər gün qalxır, onu görür və iyrənir. Və təbii ki, “Kürdəm deyən nə bəxtiyardır!”, deyir. Bunu qəsdlə gətirdilər, bizi bölmək üçün. Bir yerdə türkçülük oldumu, orada kürdçülük də olacaq. Mən 72 yaşındayam. Bax bu kitablar içində yaşlandım. Bütün dünyanı gəzdim. Anladığın şey budur. Müsəlmanları bitirən millətçilikdir. Onun üçün irqimiz nə olursa olsun İslam qardaşlığını təsis etməmiz lazım.
(İslam tarixçisi, professor, doktor
Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin