İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə18/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
Ehsan Sürəyya Sırma)

TÜRKLƏR
Ana tərəfdən olan qohumlarımın hamısı şiədirlər. Ona görə nənəm türklərdən danışanda həmişə deyirdi ki, onlar, yə’ni ki, sünnülər Yezid kimi şeydirlər, qansız, qəddar adamdırlar.

Ondan başqa o, Osmanlı ordusunun Qazax şəhərinə daxil olmasını da görmüşdü. O deyirdi ki, türk süvarilərin əllərində tutduqları nizələrə erməni başları sancılmışdı. Ancaq ermənilərin etdiklərindən fərqli olaraq bunlar arvad-uşaq başları deyil, kişi başları, erməni silahlılarının başları idi.

O, həmdə, söyləmişdi ki, türk piyada əsgərlər ayaqqabılarını çıxaranda görünürdü ki, uzun yol gəldiklərindən onların ayaqları qan içində idi.

Bir dəfə bir kürdlə danışanda o, mənə dedi ki, Türkiyə əhalisinin 60 faizini kürdlər təşkil edir. Onun dediyinə görə oranın hökuməti qəsdən türk əsilli əhalinin sayını çox kimi göstərir. Ola bilər ki, bu doğru sözdür. Gözəyarı baxanda elə görünür. Axırıncı iyirmi ildə minə qədər türkiyəli görmüşəmsə onların əksəriyyəti kürd çıxıb, qalanları oranın gürcüləri, aysorları, erməniləri və yəhudiləri olub. Bunların aralarında tək-tük halda türk əsilli olanlarını görmüşəm.

Bakıda, bir türkiyəli ilə bizim bir vətəndaş arasında gedən söhbətin şahidi oldum. Bizim həmşəhərlimiz türkiyəliyə yaltaqlanmaqdan ötrü dedi, biz sizi, türkləri çox sevirik, siz tərəfəyik, kürdləri isə sevmirik. O, kürd deyəndə PKK-çıları nəzərdə tuturdu. Türkiyəli uzaqlaşanda mən, bizim bu, şüursuz vətəndaşımızı başa salmağa çalışdım ki, bu türkiyəli türk deyil, kürd əsilli adamdır. Sən bu cür danışmaqla özünə dost deyil, düşmən qazandın, dedim.

Bir-neçə il bundan qabaq türk televiziya kanalında məzəli bir şey gördüm. Türkiyənin keçmiş başçısı Süleyman Dəmirəl qəzetçilərlə danışanda e’lan etdi ki, sabah Azərbaycana, Türkmənistana, Özbəkistana və Qazaxıstana səfər edəcəyəm. Mən ora bu qardaş xalqları sevməyə gedəcəyəm.

Sabahısı gün təyyarə meydanında jurnalistlər onu kameralarla gözləyirdilər. Dəmirəl tələsik təyyarə tərəfə gedəndə, bir jurnalist ona yanaşıb, deyir: “Sayın, Dəmirəl, siz dünən jurnalistlərə dediniz ki, azəriləri, özbəkləri, türkmənləri, qazaxları sevməyə gedəcəksiniz”. O, təsdiq etdi, düzdür demişəm. Jurnalist yenə, zarafatla: “Bəs siz bunu eləyəndə, onları sevəndə, onların altında olacaqsınız, ya üstündə?” Dəmirəl özünü itirmədi, tez cavab verdi: “Mən türkəm. Əlbəttə ki, mən üstə olacağam, onlar isə altda”. Yə’ni ki, başqa sözlə, bu “qardaş xalqları” minməyə gedirəm.

Respublikada, mətbuatda və televiziyada, il boyu İran İslam Cümhuriyyəti əleyhinə təbliğat gedir. İqtidar qərbpərəst siyasət aparır. Amerika isə İsrail rejiminin maraqlarını güdərək bizim iqtidardan tələb edib deyir ki, İrana düşmən mövqeyində durmalısan. Bakıda bu gün qırxa qədər partiya varsa, bunların hamısı da eynən qərbpərəst, İslama, İrana düşmən mövqe’ tutur. Bunun da səbəbi ondadır ki, deyilənə görə, onları Amerika Dövlət Departamenti maliyyələşdirir, Amerika səfirliyi bu partiyalara qrant verir. Pul verir və şərt kəsir ki, İranla düşmənçilik etməlisiniz. Həm iqtidar yönlü, həm müxalifət yönlü mətbuat əhalini inandırmağa çalışır ki, Azərbaycan Respublikasının birinci düşməni İrandır.

Bir il bundan qabaq Bakıda mətbuat səs-küy saldı ki, ay-aman dünyanın axırıdır, Ankara Türkiyə və Ermənistan arasındakı maşın yolunu açmaq istəyir. Bu da həmçinin bizim mətbuatda İran əleyhinə gedən təbliğatın bir təzahürüdür. Bizim təbliğat qara camaatın beyninə yeridir ki, biz Ermənistanı blokadada, dünyadan təcrid olunmuş bir vəziyyətdə saxlayırıq, İran isə bu blokadanı pozur, ermənilər ilə alver edir. Halbuki, həqiqətdə, Ermənistanın bütün dünya ölkələri ilə ticarət əlaqələri var.

Hər hansı bir evin girib-çıxmaq üçün tək bircə qapısı olsa, kifayətdir. Ermənistanın quru yolla dörd: Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə və İran sərhəd qapısı vardır. Elə ki bizim respublikanın və Türkiyənin öz sərhəd qapılarını ermənilərə bağlı saxlaması işi Ermənistana güclü bir tə’siri yoxdur. Çünki Gürcüstan və İran yolunun açıq olması Ermənistana quru yolla xariclə əlaqə saxlamağa imkan verir.

Bu məntəqədə yeganə blokada vəziyyətində yaşayan dövlət varsa da o, İrandır. İranın sərhədləri bağlı, qapalı deyil, ancaq Amerika uzun illər ərzində hamıya İranla ticarət etməyi qadağan etmişdir. Ermənistan İranla alver etməklə Amerikanın bu blokadasını pozur. Başqa sözlə o, İrana kömək əlini uzadır və İran bunu qəbul edir.

Sovet İttifaqı dağılanda İranın siyasət adamları əvvəlcə bunu sevinclə qarşıladılar. Sonradan isə kədərləndilər. Onlar deyirlər ki, biz əvvəlcə elə düşündük ki, yeni yaranan müsəlman respublikaları İrana qarşı dostluq siyasəti aparacaqlar, halbuki sonradan gördük ki, biz, dost deyil, düşmən qazandıq. Bu respublikaların hamısı Amerika təmayüllü, İsrail təmayüllü siyasət aparır, İran İslam Cümhuriyyətinə düşmən gözü ilə baxır.

İranlılar Məcnun deyillər, dəli deyillər, dost-düşmən tanıyırlar. Onlar görürlər ki, erməni İranla xoş qonşuluq əlaqəsi saxladığı halda, Azərbaycan Respublikası isə İranın ərazilərinə gözünü tikib, İrandan torpaq qoparmaq istəyir.

O vaxt bizim mətbuat bu məsələyə görə həşir-qiyamət qopartdı. Türkiyə isə bunu görüb çarəsiz qaldı, e’lan etdi ki, əgər Bakı bunun əleyhinədirsə onda biz daha qapıları açmaq fikrindən vaz keçdik. Türkiyə burada riyakarlıq etdi. Türkiyə hökuməti, başa düşürdü ki, bu boş, uydurma bir məsələdir. Türkiyəlilər bilirdilər ki, Bakının siyasətbazları bu əhəmiyyətsiz məsələni çox şişirdir, bundan İran əleyhinə təbliğat aparmaq üçün istifadə edirlər.

Mən, elə o zaman, bir Rusiya televiziya kanalında, İrəvanda işləyən müxbirin hazırladığı bir verilişi gördüm. Verilişdə göstərirdilər ki, Ermənistanın nəqliyyat naziri İrəvandakı xarici jurnalistləri öz yanına, idarəsinə də’vət edib dedi, sabah gəlin, kameralarınızı da gətirin, sizə maraqlı bir şey göstərəcəyəm.

Sabahısı gün o, xarici jurnalistləri şəhərdəki bir meydana apardı. Orada çox sayda uzun yük maşınları, TİR-lər dururdu. O, jurnalistlərə dedi ki, gedin o maşınların nömrələrini yaxından kameralarla çəkin. Bilindi ki, bu TİR-ləriın hamısında Türkiyə maşın nömrələri var. Nazir dedi, kim deyir ki, Ermənistan blokadadadır? Bu tamamı ilə yalan sözdür, Ermənistan heç vaxt blokadada olmayıb. İrəvana il boyu Türkiyədən yük maşınları gəlib-gedir, mal gətirib, mal aparır. Onlar bizə Gürcüstan yolu ilə gəlirlər. Gündə azı qırx yük maşını gəlir.

Mən hesabladım, qırx maşını 365 günə vurdum və nəticədə 14600 çıxdı. Deməli Türkiyədən Ermənistana ildə 14600 maşın gəlib-gedir. Parta-part ilə alver gedir. Belə çıxır ki, Türkiyə ilə Ermənistan arasında güclü alver əlaqələri var, ancaq bizim respublikada bunu ört-basdır edirlər, camaatdan gizlədirlər. Qara camaatı inandırmağa çalışırlar ki, bu “blokada” nəticəsində Ermənistan dövləti bu gün-sabah dağılacaq.

Mən Türkiyə ilə Ermənistan arasında olan sərhəd qapısının açılmasının əleyhinə deyiləm. Türkiyəlilər bizim əhalidən fərqli olaraq bilirlər ki, alver onsuz da gedir və bir-başa qapı yolunun açılması, əsasən, Türkiyəyə xeyir gətirəcək. Aylanma, Gürcüstan yolu ilə getməkdənsə bir-başa gedən yol yanacağa qənaət etməyə kömək edəcək.

Ondan başqa eşitmişəm ki, axırıncı iyirmi il ərzində Ermənistanın bütün neft ehtiyaclarını Azərbaycan Respublikası tə’min edir. Bizim neft oraya Gürcüstan yolu ilə gedir. Bizim respublikanın hökuməti sözdə deyir ki, biz Ermənistanla müharibə vəziyyətindəyik, əməldə isə onun, düşmənin neft ehtiyaclarını özü ödəyir.

Bu yaxınlarda eşitdim ki, Türkiyə gürcülərə pasportsuz, təkcə şəxsiyyət vəsiqəsi ilə Türkiyə gedib-gəlməyə icazə verir. Həmçinin rusiyalıların Türkiyədə ev alıb daimi yaşamalarına da icazə verirlir. Halbuki bizim vətəndaşlarımızın orada bir aydan artıq qalıb yaşamalarına icazə verilmir. Mənə təəccüb gələn budur ki, türkiyəlilər, daima, bizə, özbəklərə, türkmənlərə “qardaş” deyirlər, halbuki, sözdə, “qardaş, qardaş” deyib, əməldə başqalarına qarşı bizdən daha yaxşı rəftar edir, xaçpərəstlərə daha xoş bir sifət göstərirlər.

Türkiyənin baş naziri balaca boy bir kişidir. Bu yaxınlarda televiziyada onun bir bəyanatını eşitdim. O, dedi, Ermənistan vətəndaşları Türkiyəyə gəlib, burada ev alıb yaşaya bilərlər. Gözümüz üstə yerləri var!

Rəcəb Teyyib Ərdoğan isə bir dəfə demişdi ki, biz bilirik ki, Türkiyədə iki yüz min erməni qanunsuz şəkildə yaşayıb, işləyirlər. Biz bunlara qarşı heç bir tədbir görməyəcəyik, icazə veririk, qoy yaşasınlar. Bu çox təəccüblü bir məsələdir ki, dövlət başçısı bəyanat verib, xarici vətəndaşların Türkiyənin qanunlarını pozmasına icazə verir.

Otuz-qırx il bundan qabaq Bakıda bir adam mənə dedi, istəyərdim ki, biz, Rusiyadansa Türkiyəyə tabe’ olaq. Mən isə ona cavab verdim, məncə türklərin hakimiyyəti ruslarınkından beşbetər pis olar. İndi düşünəndə yadıma sala bilmirəm nəyə görə mən türklər haqqında bu fikirdə olmuşam. Ola bilər ki, mən tarixi kitablarda oxuduğum şeylərdən sonra bu fikrə gəlmişdim.

Miladı tarixlə XVI əsrdə Sultan Səlim Səfəvi dövlətinə müharibə e’lan etdi. Osmanlılar İrandan öz torpaqlarına şiəliyin yayılmasından qorxurdular. Bundan qabaq Sultan Səlim Şah İsmayıla məktub yazıb deyirdi ki, sən şəriət ehkamını puç etmişsən. Buna görə də dinin himayəçiləri və hər şeydən xəbərdar üləmalar sənin və tərəfdarlarının dindən xaric olduğunu müəyyənləşdirərək, qətli-am edilmənizə həmrəyliklə fətva vermişlər. Osmanlılar Şah İsmayılın, Qızılbaşların ordusunu məğlub edib Təbrizi ələ keçirtdilər. O vaxt Təbriz İranın paytaxtı olub və onun yüz minlərlə sayda nüfusu, əhalisi var idi. Osmanlı tarixi salnamələrinə görə sultan o vaxt qürurla demişdi ki, Təbrizi tutdum və onun bütün əhalisini qılıncdan keçirtdim. Əgər onun bu sözü doğrudursa, onda dünyanın tarixində bu miqyasda qırğın, belə böyük bir qətli-am görünməyib.

Londonda ərəb dili kursuna yazılmışdım. Orada bir ərəb dili müəllimi, bir qadın mənim Bakıdan gəldiyimi biləndə dedi, eşitmişəm ki, keçmişdə sizin respublikanın ərazisi, bütün Cənubi Qafqazla birlikdə Osmanlı dövlətinin parçası olub. Bu söz mənim acığımı tutdurdu, mən buna e’tiraz edib dedim ki, Cənubi Qafqaz, tarixən, həmişə Osmanlıların deyil, İranın ərazisi olub. Mən ona dedim, siz yəqin bunu türk məxəzlərində oxumuşunuz. Türklər özlərinin tarix kitablarında Osmanlının ərazilərini göstərəndə Cənubi Qafqazı da öz əraziləri kimi göstərirlər. Bu doğrudur ki, İranda daxili çəkişmələr və özbaşınalıqlar başlayanda Osmanlılar vaxtdan istifadə edib Cənubi Qafqazı tutmuş, yetmiş il ərzində əsarət altında saxlamışdılar. Ancaq, sonra İran dövləti güc toplayıb Qafqazı Osmanlılardan azad etdi, öz xalis dövlət sərhədlərini bərpa etdi.

Birdə burada yadıma bir şey düşdü. On il bundan qabaq, nəhayət ki, Türkiyənin hökuməti, ölkədə Novruz bayramının keçirilməsinə icazə verdi. Ondan qabaq, əlli-altmış il ərzində bu bayramı qeyd etmək qadağası var idi. Anadolunun şərqində bir qədər bizim xalq və kürdlər yaşayır ki, bunlarda Novruzu qeyd etmə ənənəsi vardır.

O çağ, Türkiyədə, Novruzda, kürdlər, qoçaq bir xalq kimi, hər dəfə küçələrə çıxıb bayramı qeyd etməyə təşəbbüs göstərəndə, jandarmlar onlara güllə atıb izdihamı dağıdırdılar. O vaxtlar Türkiyə hökuməti israr edib deyirdi ki, Novruz bayramı bizim bayram deyil, türklərin bayramı deyil, İran xalqlarının bayramıdır.

Əvvəllər bilmək istəyirdim ki, nə üçün Türkiyədə muğamat musiqisi oxunmur və çalınmır. Sonralarda öyrəndim ki, Türkiyədə muğamat musiqisi uzun illər boyu qadağan olunmuşdu. Bir şərq musiqisi, Osmanlı dövrünün musiqisi sayıldığından muğamat qərbpərəst siyasət aparan Türkiyə Cümhuriyyətinin hakim dairələrinə xoş gəlmirdi. Və nəhayət kəmalistlərin partiyası, Cümhuriyyət Xalq Partiyası hakimiyyətdən gedəndə, başqa bir partiya onun yerini tutanda, bu qadağa ləğv olundu. Ancaq artıq gec idi – bir neçə nəsil dəyişmişdi, əhali bu musiqini unutmuşdu.

Bakıda, bir nəfər mənə dedi ki, türklərlə dostluq etməyə üstünlük verirəm, onlar bizim xalqdan daha qoçaq, daha qabiliyyətlidirlər. Mən isə ona dedim ki, türklərdən acığım gəlir. Sonradan bir az düşünüb başa düşdüm ki, günah türklərdə deyil, bizdədir. Bizim xalqın Bakıya gələn Türkiyə vətəndaşları ilə onların dilində, ləhcəsində danışması mənim acığımı tutdurur. Bunu etməklə bizim xalq yaltaqlıq nümayiş etdirir, özünü türkiyəlilərdən alçaq tutur. Onlardan soruşanda niyə belə edirsiniz, cavabında deyirlər biz başqa xalqlardan qabağa getmişik, dillər bilirik. Öz eyiblərini bir hünər kimi göstərmək istəyirlər. Mənə görə isə yaltaq xasiyyətdən daha pis bir şey yoxdur.

Türkiyənin hər hansı vətəndaşı respublikaya gələndə deyir ki, Bakıya gələndə özümü Türkiyədəki kimi, öz evimdəki kimi hiss edirəm. Bunun cavabında ona deyə bilərdim ki, bura Türkiyə deyil, sənin öz evin deyil, sən burada qonaqsan. Mən Türkiyəyə gedəndə, orada özümü qonaq kimi aparıram, şəraitə uyğunlaşıb sənin yerli ləhcəndə danışıram. Sən də bu cür etməlisən, Bakıda özünü bu cür aparmalısan.

Bundan göründüyü kimi türkiyəlilər xasiyyətcə nisbətən bizdən daha qüvvəli, daha ağayana adamdırlar. Əksinə bizim xalq isə zəif xalqdır, bizimkilərdə qul-qaravaş xasiyyəti var, başqa xalqlarla münasibətlərində adətən özlərini alçaq, başqalarını isə özlərindən daha üstün tuturlar.

Mən burada demək istəyirəm ki, Bakıda səhərdən axşama qədər “Türkiyə qardaş ölkədir” sözünü təkrar edib dururlar. Halbuki can candan ayrıdır, qardaşların da cibləri ayrı olur, hərəsinin öz xeyri, öz maraqları var. “Qardaş-qardaş” deyib məni minmək istəyən qardaş mənə lazım deyil.

Bu gün hakimiyyətin Türkiyəni “qardaş ölkə” adlandırmasının əsas səbəbi ondadır ki, o, NATO-nun üzvüdür. Elə ki, Türkiyə NATO-dan çıxdı, onda bunlar onu da İran kimi düşmən ölkə adlandıracaqlar.

Türkiyənin tanınmış sənaye şirkətləri istehsal etdikləri malın üzərində “Türk malı” sözünü ingiliscə yazanda “Made in Turkey” kimi deyil, başqa, yanlış bir şəkildə, yarısı türkcə, yarısı ingiliscə yazırlar. “Made in Türkiye” kimi. Türkiyəli universitet tələbələrindən bunun səbəbini soruşdum. Onlar isə, bu cür düzgündür. Heç cür onları başa sala bilmədim ki, bu səhv, məntiqsiz və savadsız bir işdir. Ya ingiliscə yaz, ya da türkcə.

Ancaq bundan görsənir ki, Türkiyənin ali təhsili hansı səviyyədədir. Orada ingilis dilində üç kəlmə sözü savadlı şəkildə yaza bilmirlər. Bu həm də məntiq məsələsidir. Anadan gəlmə məntiqli düşünmək qabiliyyəti olmayan adama sün’i bir şəkildə, təhsil vasitəsi ilə məntiq vermək olmaz.

İngiltərədə yaşayanda London şəhərinin telefon kitabında “Turkey Society” adında idarənin telefon nömrəsini tapdım. Bunu “Türkiyə cəmiyyəti” kimi başa düşdüm. Ora gedib türklərlə tanış olmaq istədim. Telofon zəngimə bir ingilis qızı cavab verdi. Ondan Türkiyə haqqında nəsə soruşdum. Qız isə dedi ki, bura Türkiyə ilə əlaqəli bir yer deyil. Bizim idarə “turkey”, yə’ni ki, quşlarla əlaqəli bir cəmiyyətdir. Ancaq bundan sonra başa düşdüm ki, “turkey” sözü işlədəndə onlar “hind quşu”nu nəzərdə tuturdular. Axı ingilis dilində “turkey” həm “hind quşu” və həm də dövlət adını bildirir. Görünür elə buna görə türklər “Turkey” sözünü gəbul etmək istəmirlər, deyirlər “nə üçün bu quşun adını bizim dövlətə veriblər?”.

Əvvəllərdə mənim Türkiyənin “AK” (“Ədalət və Qalxınma”) partiyasından və Ərdoğandan xoşum gəlirdi. Elə düşünürdüm ki, bunlar həqiqi müsəlmanlardır, vətənpərvərdirlər. Ancaq bu iqtidarın Suriyaya qarşı qəbul etdiyi mövqe’ məni onun haqqında olan fikrimi dəyişdirdi. Axı bu iqtidar Suriya məsələsində Amerika, İsrail və vahhabi körfəz ölkələri ilə bir sırada, bir səfdə mövqe’ tutub.

Qərb qəzetçiləri Ərdoğanı və onun ətrafındakılarını, adətən, “İslamçı”lar, “Şəriət tərəfdarları”, “dindarlar” adlandırırlar. Halbuki, həqiqətdə onların firqəsi mühafizəkarçı bir partiyadır. Dünyavi Qərb ölkələrin əsas partiyaları da mühafizkarlardır ki, bunlar da sözdə özlərini əxlaqa, dinə, xristiyan dəyərlərinə rəğbət göstərən dəstə kimi göstərmək istəyirlər. “AK” partiyanın Qərbin bu partiyalardan heç bir fərqi yoxdur. Bunlar sözdə mühafizəkardılar, yalnızca, sözdə din və əxlaq tərəfdarlarıdır.

Bu partiya Türkiyədə on üç il iqtidarda olduğu halda dindar müsəlmanlar üçün, İslam üçün gözə dəyən bir şey etməmişdi.

Ölkənin bə’zi qəzetçiləri Ərdoğanı hətta “İsrailin projesi” kimi adlandırmışlar. Yə’ni ki, o, “İsrailin lahiyəsidir”. Deyirlər ki, İsrail onun hakimiyyətə gəlməsinə yardım etmişdi.

Ərdoğan hakimiyyətdə olan dövrdə Türkiyanın yəhudi milliyarderlərinin hər birisinin sərvətinin üzərinə bir neçə milliyard da əlavə olundu, halbuki müsəlman əhali isə necə ki kasıb idi, elə kasıb olaraq da qalıb. Ərdoğan özü deyib öyünürdü ki, mənim hakimiyyətim zamanı Türkiyənin milliyarder ailələri milliyardlarla dollar gəlir əldə etdilər, ancaq, nədənsə, buna baxmayaraq onlar yenə də məni sevmirlər.

Mən daha bunlara, “Ədalət və Qalxınma” partiyasına e’tibar etmirəm. Bunlar öyünürlər ki, biz ölkədə çoxlu təzə məscidlər tikmişik. Ancaq mənə görə Türkiyədə məscid tikməkdən də daha vacib məsələlər vardır. Saudiyyə Ərəbistanında və başqa vahhabi dövlətlərində də məscidlər tikilir. Ancaq bu işlər gözdən pərdə asmaq məqsədi güdür. Təkcə məscidə gedib namaz qılmaq və oruc tutmaq hələ də imanın göstərici sayılmaz.

Türkiyədə görülə bilən ən möhüm və vacib iş müsəlman əlifbasının bərpasıdır. Halbuki “AK” partiya bu barədə danışmağa belə cür’ət edə bilmir. Əgər Ərdoğan bu on üç il hakimiyyəti ərzində heç olmazsa əlifbamızin bir-iki hərfini (“əlif”i və “ba”nı) bərpa edə bilsəydi bunu İslam üçün, cəmiyyət üçün böyük bir xidmət kimi qəbul edərdim. Ancaq o, bunu etmədi. Axı o, kimdən və nədən qorxur? Məgər Türkiyə höküməti müsəlmanın ənənəvi əlifbasını bərpa etsə xarici dövlətlər buna qarşı çıxacaqlar? Amerikadan, İngiltərədən və İsraildən buna qarşı e’tirazlarmı səslənə bilər? NATO-dan xaric olunmaq və ya Xristiyan aləminin Türkiyəyə qarşı səlib müharibəsi başalamağı qorxusu var? Əsla, yox. Hər millətin öz həqiqi, ənənəvi əlifbasından istifadə etməsinə haqqı çatır.

Əslində bu hökumət başqa şeydən çəkinir. Qorxur ki, Türkiyənin daxilindən bu təşəbbüsə, əlifbanın dəyişdirilməsinə e’tirazlar qalxar. Türkiyənin hakim təbəqəsi, vəzifəlilər qərbərəst mövqeyində durur. Bunlar dinə xor baxırlar, ələlxüsus İslama. Bunlara müsəlman əlifbası lazım deyil. Yerdə qalanlar, İslama rəğbət bəsləyənlər də narazı olacaqlar. Çünki müsəlman tənbəl olur, elm öyrənməyi sevmir. Sə’y göstərib bilmədiyi müsəlman əlifbansını öyrənmək istəməyəcək. Hətta namaz qılan və oruc tutanlar, mömünlər də buna narazılıq nümayiş edəcəklər. Axı əlifba dəyişdirilərsə o vaxt onların təhsilli uşaqları birdən-birə savadsız adamlar sayılacaqlar, yazı-pozu qabiliyyətini itirəcəklər.

Türkiyədə müsəlman əlifbasına keçid xoşluqla, camaatın rə’yini soruşmaqla mümkün olmayacaq. Bu iş yalnız zorakı yolla mümkün ola bilər. Cümhuriyət dövründə dinsiz-imansız hakimiyyət müsəlman əlifbasını latına dəyişdirəndə zor tətbiq etmişdi, camaatın rə’yini soruşmamışdı, bunun əleyhinə çıxanları isə dar ağacından asdırırdı.

Latın əlifbasını qəbul etmiş müsəlman ölkələrində də bu keçid zorakılı şəkildə olmalıdır, bunu rə’y sorğusu ilə, xoşluqla keçirmək əsla mümkün olmayacaq. Axı bunlar, bu xalqlar çalışqan deyillər, tənbəldirlər, ələlxüsus, elm öyrənməyi, kitab-dəftər oxumağı sevmirlər. Tənbəllikdən köhnə əlifbanı öyrənmək istəməyəcəklər.

Türkiyədə tez-tez futbolla əlaqəli məsələlərə görə yüzminlərlə adam küçələrə səpilib, bə’zən çılqıncasına sevinclərini nümayiş edirlər, bə’zən isə hirslənərək hər şeyi vurub-dağıdırlar. Fəqət bir nəfər belə olsun vətəndaş nümayişə çıxıb hökumətdən müsəlman əlifbasının bərpa edilməsini tələb etmir. Orada bu cür qeyrət göstərən adam tapılmır.

Hələ cavanlıqda haradasa oxumuşdum ki, Mustafa Kəmal Lenini və Stalini dost adlandırırdı. O, bir dəfə Moskvada, Kremldə Stalinlə söhbət edəndə dedi: “Biz Türkiyədə artıq latına keçmişik. Lakin Sovet İttifaqının müsəlmanları hələ də ərəb əlifbasından istifadə edirlər. Bu nə cür işdir?”.

Stalin isə cavab verdi, hərgah bizim müsəlmanlar öz ənənəvi əlifbalarından istifadə etməyə davam etmək istəyirlər, onda daha mən onları zorla latına keçməyə məcbur edə bilmərəm.

Onda Türkiyənin başçısı dedi: “Siz nahaq yerə müsəlmanların nazı ilə oynayırsınız. Mən Türkiyədə onların (müsəlmanların) əlifbasını zorla dəyişdirtmişəm. Siz də belə edin”.

Mustafa Kəmalın müsəlmanları “onlar” kimi adlandırması ona işarət edir ki, o, özünü müsəlman saymırdı.

Türkiyənin bir müəllifi, araşdırmacısı deyir ki, Türkiyədə rəsmi tarixçilərin Müstafa Kəmal haqqında yazdıqları şeylərin əksəriyyəti yalandır, uydurmadır. Bu ölkədə “Atatürkə həqarət” adlanan qanun var. Bu qanuna görə bu adamı ancaq təhrifləmək olar, tənqid etmək gədağandır. Yə’ni ki, orada Mustafa Kamalın şəxsiyyətinə pərəstiş siyasəti aparılır. Orada Mustafa Kəmalı az qala peyğəmbər və Allah hesab edib, ona sitayiş edirlər.

İnternetdə “Dünyanın ən məşhur yüz yəhudisi” adında bir ingilisdilli sayt var. Orada dərc olunmuş siyahıya Mustafa Kəmalın (Atatürkün) da adını salıblar, rəngli şəklini də veriblər.

Bir il bundan qabaq “Vikipediya”nın ingilis dilində olan bölməsində “Atatürk” səhifəsində də yazmışdılar ki, Türkiyənin yəhudiləri onu yəhudi sayırlar, deyirlər ki, o haradan “türklərin atası”dır, o, əslində, təmiz yəhudi balası olub. Onlar deyirlər ki, Mustafa Kəmal bizim üçün, yəhudilər üçün çalışırdı. O, ölkədə yəhudilərə hər cür şərait yaratdı, getdi.

Lakin bu yaxınlarda gördüm ki, həmin səhifədəki yazını tamamı ilə dəyişdiriblər. Təzə yazıda deyilir ki, baxmayaraq ki, Türkiyənin dindarları, islamçıları Atatürkü nüfuzdan salmaq üçün, şərr atıb onu yəhudi adlandırırlar, həqiqətdə, onun əsli türk olub.

Türkiyənin rəsmi tarixçiləri Mustafa Kəmalın anasını “slavyan” adlandırırlar. Halbuki “slavyan” kəlməsinin arxasında nəyi şifrələyiblər aydın deyil, çünki bu millət adı deyil. Necə deyərlər, “Mıs-mıs deyənə qədər, elə Mustafa de”. Yə’ni ki onun anası serbdirsə “serb” de, rusdursa “rus” de. Həm də buna əlavə edirlər ki, onun anasının iki dəfə məsciddə görüblər. Buna görə mülahizə yürüdürlər ki, yəqin ki, o, müsəlman olub. Halbuki slavyan xalqlarının arasında yalnız bosniyalılar müsəlman olur. Əgər o, bosniyalı olsaydı, onda bu tarixçilər ona “bosniyalı” deyərdilər və “slavyan” sözü ilə şifrələməzdilər.

Mustafa Kəmal Salonik şəhərinin yəhudi məhəlləsində yaşayıb və yəhudi məktəbində oxuyub. Deyirlər ki, bu məhəllə səbatayçıların, gizli yəhudilərin yaşadığı məhəllə olub ki, onlar, adətlərinə görə, öz aralarına başqa millətdən olanları buraxmırlar.

Bilindiyi kimi o, vələdüzzina’ olub, yə’ni ki Mustafa Kəmalın anası onun atası ilə rəsmi nikahda olmayıb, onu bic doğub. Sonralarda isə onlar aralanmışdılar.

Bir dəfə M. Kəmal bir şəhərə gedərək ölən bir kişinin mirasına iddialı olmuşdu, o, mənim atam olub demişdi. Kişinin arvadı və qardaşları, “O, haradan sənin atan olub” deyib, onu evdən qovmuşdular. Elə ki, Mustafa Kəmal kor-peşman, əli boş geri qayıtmışdı.

Dövlət başçısı olandan sonra hər kim ki, atası barəsində ona bir sual verirdi, bu, M.Kəmalın acığını tutdururdu və o adamı həbs etdirirdi. O, atası barəsində danışmağı sevmirdi.

M. Kəmal həm də “Mustafa” adından acığı gəlirdi, bə’zi dövrlərdə ondan istifadə etmirdi.

İsraildə bir əlyazma üzə çıxdı. Orada bir yəhudi öz xatirələrində yazırdı ki, Osmanlı hakimiyyəti zamanı Mustafa Kəmalla Qüdsdə bir mehmanxanada tanış olmuşdum. Orada oturub birlikdə araq içdik. O vaxtlarda M.Kəmal hələ ki paşa idi. Yəhudi öz dininin müqəddəs kitabını açıb bir duanı, yəhudilərin kəlmei-şəhadətini oxuyanda M. Kəmal deyir ki, sizin oxuduğunuz bu dua elə mənim də sevdiyim bir duadır. İşlərim çətinə düşəndə, həmişə, bu duanı özüm üçün zikr edirəm.

Türkiyədə buna e’tiraz səsləri ucaldı, dedilər ki, bu bir iftiradır. Bunu yazanın əsl niyyəti, Atatürkü bir yəhudi əsilli adam kimi qələmə verib, Türkiyədə onu nüfuzdan salmaq idi. İsraildən isə cavab gəldi ki, bu bir adamın sırf özü üçün yazdığı bir xatiratdır. Onu yazan adamın bu xatirələri kitab şəklində dərc etmək məqsədi yox idi.

Mən bunu İnternetdə türk mənbələrində oxumuşdum, lakin sonra bu mə’lumatın daha dəqiq şəklini tapdım. Burada onun ingilis dilindən tərcüməsini gətirirəm:
Bu yaxınlarda bir kitabi varaqlayanda, bir fəsil diqqətimi çəkdi. Bu çoxdan satışdan çıxmış İtamar Ben-Avinin ibranicə yazılmış tərcümeyi-haldır. O, bu kitabda deyir ki, 1911-ci ilin payızında, bir gecə Qüdsün “Kamenits” mehmanxanasına girəndə oranın sahibi məndən soruşdu:

“O küncdə oturan, qarşısında da araq şüşəsi olan türk zabitini görürsünüzmü?

“Bəli”.

“O, türk ordusunun ən tanınmış zabitidir”.



“Adı nədir?”

“Mustafa Kəmal”.

“Onunla tanış olmaq istəyərdim”, dedim, o səbəbdən ki, ona baxınca onun zillənmış yaşıl gözləri məni sarsıtmışdı.
Ben-Avi özünün M.Kəmalla hər iki görüşündən danışdi. Onlar hər dəfə fransız dilində, əsasən, Osmanlı siyasətindən danışdılar. Söhbət əsnasında bolluca araq içdilər. Birinci görüşdə M.Kəmal bildirdi:
“Mən Səbbətay Sevinin nəslindənəm. Elə ki, daha yəhudi sayılmaram. Lakin mən sizin (yəhudilərin) bu peyğəmbərinizin atəşin ardıcılıyam. Fikrimçə, yaxşı olardı ki, bu torpaqların bütün yəhudiləri də onun dəstəsinə qoşulsun”.

On gündən sonra, ikinci görüşlərində, M.Kəmal söhbətin bir yerində dedi:


“Bizim evdə Venetsiada çap olunmuş Tövrat kitabı var. O, kifayət qədər qədim kitabdır. Yadımdadır ki, atam məni bir Karayit (yəhudi dini təriqəti) hocasının yanına gətirmişdi ki, o, bu kitabı oxamağı mənə öyrətsin. Mən hələ də kitabın bir neçə kəlməsini xatırıımda saxlayıram, məsələn...”

Və Ben-Avi davam edir:

“O, bir saniyəlik gözlərini yuxarıya axıtdı və sonra:

“Şema Yisrael, Adonay Elohenu, Adonay Ehad!”

“Paşam, bu bizim ən vacib duamızdır”.

“Eynən, bu mənim də gizli bir duamdır, əziz müsyö”, dedi və qədəhlərimizə araq süzdü.


Yüz il bundan qabaq ingilis səfiri Osmanlı Dövlətinin siyasi vəziyyətindən məlumatlandırmaq üçün Britaniyanın Xarici İşlər nazirliyinə məktub göndərib, deyirdi ki, “Mustafa Kəmal Osmanlınin tanınmış bir paşasıdır. İstanbulda hamı, saray əhlindən tutmuş qara camaata qədər, bu fərdi yəhudi əsilli bir adam hesab edir”.

Qabaqlarda haradasa oxumuşdum ki, M.Kəmal ərazilərin bölüşdürülməsi ilə əlaqədar danışıqlarda heç bir müzakirə etmədən böyük neft sərvətlətri olan Osmanlının Kərkük ərazisini ingilislərə verdi. Geri qayıdanda başqa hökumət adamları ona dedilər ki, siz nə üçün o torpaqların ingilisə verilməsinə razılıq verdiniz? Axı, ora türkmənlərin, bizim millətin yaşadığı yerdir? M.Kəmal isə bunun cavabında dedi, onlar bizim millət deyil, başqa şeydirlər.

Yə’ni ki, Kərkükün türkmənləri İstanbul türkcəsindən fərqli bir ləhçədə danışdıqları üçün bu adam onları yadlar kimi qələmə verdi.

Bir türk TV kanalında, “Dərin tarix” proqramında yerli tarixçilər M.Kəmalla əlaqəli bə’zi gizli qalan məqamlardan danışdılar.

Türkiyədə bir sıra adam Mustafa Kəmalı ingilis cəsusu hesab edir. Axı dünyavı Türkiyə Cümhuriyyətinin banisi Osmanlı Dövlətini yıxmaq istəyən gizli “İttihad və Tərəqqi” təşkilatının üzvü olub. Bu təşkilatı isə Britaniya səfirliyi maliyəşdirir və istiqamətləndirirdi.

Məzəli və əcaib bir məsələ var. Osmanlı Dövləti və İngiltərə müharibə şəraitində olanda və bu adam Osmanlı ordusununun tanınmış bir paşası olduğu halda ingilis hərbi komandanlığı ona mühafizə vəsaiti kimi xüsusi bir vəsiqə vermişdi. Bu izin kağızı ona gediş-gəliş azadlığı verirdi. Yə’ni ki M.Kəmalın ingilis əsgərinin əlinə keçməsi halında, onlar onu dərhal buraxmalı idilər. Bu tarixçilər o möhürlü izin kağızının surətini də tamaşaçılara nümayiş etdilər.

Həm də söylədilər ki, M.Kəmalın Leninə göndərdiyi, bir neçə maddədən ibarət olan bir məktubu vardır. Lakin cümhuriyyətin tarixçiləri bu məktub barəsində danışmağı sevmirlər. Bə’zən isə dərc edəndə onun ikinci maddəsini göstərmirlər. Halbuki bu çox vacib bir məsələdir. M.Kəmal öz müraciyyətinin bu maddəsində Leninə məsləhət edir ki, Qızıl Ordu gedib Cənubi Qafqazı zəbt etsin, həm Azərbaycan Cümhuriyyətini həm də ki, Ermənistanı Sovet Rusiyasının ərazisinə qataraq, onların müstəqilliyinə son qoysun. O, orada yazır ki, Türkiyə Cümhuriyyəti buna e’tiraz etməyəcək, əksinə, hər cür yardım və köməkliçilk edəcəkdir. Nəticədə Rusiya ürəklənib hücum edib Cənubi Qafqazı tutdu. Bunun qarşılığında ruslar Türkiyəyə 5 milyon rubl pul ödəmişdilər ki, Türkiyə o pula Rusiyadan, kənd təsərrüfatı məhsulunu və bir miqdar da silah almışdı.

Ondan başqa M.Kəmal Qara Dənizinin incisi olan Batum şəhərini də, eynən, 5 milyon rubl qarşılığında ruslara satmışdı. Batum o vaxtlarda Osmanlı torpağı olub.

Mənə görə, İslamın tarixində M.Kəmaldan daha pis, dinə və müsəlmana daha çox zərər vermiş olan adam olmayıb. O, İslam aləmi üçün misli görünməyən bir fəlakət olub. Hətta Yezid Mustafa Kamalla müqayisədə quzu kimi bir şey olub, İslama elə bir böyük zərər verməyib. Bakıda bu adama muzey açıblar. Hakimiyyət M.Kəmalı, mason mahiyyətli təşkilatın üzvü olub, xilafəti ləğv edib, əvəzində dünyavi (dinsiz) bir dövlət qurduğu üçün sevir və respublikada onun təbliğatını aparır.

Bir gün M.Kəmal öz müavinini, İsmət İnönünü yanına çağırtdırıb ona dedi ki, mən daha bu arvadla dolana bilmirəm, boşayacağam. Sabahısı gün İnönü onları boşadır. Onun arvadını, Lətifə xanımı uzaq bir şəhərə sürgün edirlər. Yerləşdirildiyi evin qapısına isə jandarmalar qoyulmuşdu. Yaxın qohumlarından başqa heç kəsi onun yanına buraxmırdılar. Hökumət qorxurdu ki, bu qadın boşanmasının səbəbini qəzetçilərə danışa bilər. Qardaşı yanına gəlib onu danlamağa başladı ki, o boyda adamdan, dövlət başçısından nə üçün boşanmısan? Qadın dedi, bir səbəbi var idi ki, boşanmışam. Ancaq mən onu sənə danışa bilmərəm. Qardaşının israrlı tə’kidlərindən sonra, səbəbini anlatdı. Qardaşı dedi, onda düzgün etmisən ki, boşanmısan. Fəqət qardaşı bacısına verdiyi andı pozdu, sonralarda xaricə gedib bir kitabda bu gizli məsələni bəyan etdi. Deyirlər ki, buna görə Türkiyənin hökumət xəfiyələri xaricə gedib, onu öldürürlər. Sonradan başqa bir qohum, cavan oğlan Lətifə xanımın yanına gəlib soruşur ki, M.Kəmal haqqında kitabda yazılan bu sözlər həqiqətdirmi? M.Kəmal belə adamdırmı? Lətifə xanım eşidəndə ki, qardaşı bu məsələni açıb-töküb, ondan çox gileyləndi. Dedi, belə şeyləri açıb, kitaba yazmaq olarmı? O, bu sözləri təsdiq etməsə də, ancaq danmadı da.

Qadın öləndən sonra jandarmalar evdə axtarış apardılar və onun yazdığlarını, xatirələrini müsadirə etdilər. O xatirələr dövlət arxivində möhürlənib saxlanılırdı. Otuz ildən sonra möhürü açıb, bir e’tibarlı hökumət yönlü jurnalistə yazıları oxutdurub ondan bir rə’y verməsini tələb etdilər. Jurnalist dedi, “Qətiyyən, bu xatirələr ictimaətə faş edilsə, qiyamət qopar, cəmiyyətdə M.Kəmalın nüfuzuna böyük bir zərər dəyər”.

Bundan sonra xatirələri on beş ilə təzədən möhürlədilər. Bu gün o müddətin keçməsinə baxmayaraq hökumət hələ də bu yazıları ictimaətdən gizli saxlayır.

İngilislərlə müharibə zamanı erməni əsilli Osmanlı vətəndaşı, Aram Martayan dövlətə xain çıxaraq ingilislərə cəsusluq edirdi. Osmanlılar bundan xəbər tutanda bu erməni qaçıb xaricdə gizləndi. Müharibədən sonra M.Kəmaldan ona bir məktub gəldi. Türkiyənin başçısı onu öz yanına saraya dəvət edirdi. Yazırdı ki, gəl, heçnədən qorxma. Əvvəlki cəsusluq failiyyətlərinə görə səni əhv edirəm. Mən sənə vəzifə və yaxşı maaş verəcəyəm.

Erməni Türkiyəyə gələndə bir qədər ehtiyat edirdi, qorxurdu ki, bəlkə bu də’vət, əslində, onu həbs etmək üçün bir tələdir. Ancaq saraya gələndə sakitləşdi, çünki ora də’vət edilmiş qonaqların əksəriyyəti qeyri-müsəlmanlar idi, ermənilər, yəhudilər və s.

Türkiyənin hökumət yönlü bir tarixcisi televiziyada danışıb demişdi ki, M.Kəmal Fələstin torpaqlarını qoruyan ordu hissəsinə paşa tə’yin olmuşdu. Paşa, ordu hissəsinin vəziyyəti, təchizatı qənaətbaxş deyil, deyib, bu vəzifədən boyun qaçırdı.

Başqa bir tarixçi diqər kanalda fərqli şeylər danışmışdı. Ona görə M.Kəmal Qüdsü qoruyan üç hərbi hissədən birisinin başçısı, paşası idi. İngilis ordusu ilə vuruşma başlayanda M.Kəmal, öz ordu hissəsi ilə birlikdə döyüş meydanını tərk edib, qaçır. O biri iki ordu hissə isə ingilislərlə təkbaşına vuruşmağa məcbur oldu. Axırda ingilis qalib çıxır. Bu müqəddəs şəhər üstündə gedən ağır döyüşdə külli miqdarda Osmanlı əsgəri həlak oldu. Yetmiş min əsgər əsir düşdü. İki yüz top qərinə kimi ingilslərin əlinə keçdi.

Mən daha çox bu axırıncı rəvayətin doğru olmasına inanıram.

İnternetdə M. Kəmal barəsində təzadlı fikirlər, mə’lumatlar var. Əhalinin bir qismi onu bir bütə, ilahiyə çevirib tə’rifləyir, o biri qismi isə onu pisləməklə məşğuldur. Türkiyə televiziyasında da axır vaxtlar onun haqqında tənqidi fikirlər söylənilir. Bu təəcüb doğurur. Axı bu qanuna zidd olan bir şeydir. Hal-hazırda, onu pisləyənlənləri əvvəllərdə olan kimi e’dam etmirlər, həbs də etmirlər. Fəqət məhkəməyə verirlər, lakin daha tutmurlar.

Bir Türkiyəli tarixçi deyib ki, hərgah bir hadisə barəsində cürbəcür təzadlı rəvəyatlər mövcuddur, deməli bu hadisə əslində necə olub, bilinmir.

Bir vaxt Fransanın xarici işlər naziri Parisdə bir yığıncaqda mə’ruzə oxumuşdu. O, orada demişdi ki, M.Kəmalın atası “məchuldur”. Yə’ni ki, atasının kimliyi namə’lumdur, bilinmir.

Mən əvvəllərdə onun atasının kürd olduğunu sanmışdım. Bir polşalı qəzetçi qadın, İstanbul müxbiri bir kitabda bunu qeyd etmişdi. Sonradan, bu adamın yəhudi olması barəsində səslər gəlməyə başladı. Buna da inandım. Bu təzəlikdə isə tamamı ilə başqa sözləri eşitdim.

Osmanlı dövlətliciyi tərəfdarı olan bir tarixçi, Qadir Misiroğlu bir mə’ruzəsində demişdi ki, Əli Rza nə yəhudi, nə də ki Mustafa Kəmalın atası olub. O, onun öğəy atası olub. M.Kəmalın həqiqi atası Əbduş ağadır. Və o, qəbadayı (quldur) olub. Atatürkün anası (Zübeyda) ilə nikahsız yaşayıb. Əli Riza ilə tanış olanda isə M.Kəmal artıq beş yaşında uşaq idi.

İnternetdə, “Yutyub”da Türkiyənin bir televiziya kanalında gedən bir verilişə baxmaq olar. Orada bir kəmalist tarixçi bir kitab barəsində danışaraq orada yazılanları yalan, iddialarını səhv olduğu barəsində danışdı. Çox əsəbi idi. Həmdə dedi ki, orada gətirilən sənəd saxtadır. Osmanlı dövründə “Əsliyyə hüquq məhkəməsi” adında bir məhkəmə olmayıb. Və əlavə etdi, ondan başqa Osmanlı dilində yazılmış bu sənəddə çoxlu imla səhvləri vardır. Bunu sonradan saxtalaşdırıblar.

Başqa adam isə bu iqtidar yönlü tarixçini pisləyib, yalançı adlandırmışdı. Dedi, əvvəla Osmanlı dövründə bir ara bu adda bir məhkəmə olub, yalnız sonralarda onun adı dəyişdirilib. İkincisi, Osmanlı Dövlətində “Tənzimat” adlandırılan dövrdə ölkədə avropalaşma siyasəti aparılırdı. Bir ara fransız qanunu ilə işləyən məhkəmələr qurulmuşdu. İlahiyyətçi alimlər, fəqihlər bu cür məhkəmələrdə işləməyə razı olmadılar, boyun qaçırdılar. Ona görə hökumət ora işə az savadlı adamları cəlb etdi. O dövrdə belə məhkəmələrdə çıxarılan rəsmi qərarların, sənədlərin hamısı o cür olub, qüsurlu olub. Bu həqiqi Osmanlı sənədidir, saxta bir şey deyil. Sənədin mətni:


Selanik Əsliyyə Hüquq Məhkəməsi
Əbduşun ölümündən sonra Zübeyda Əbduşun arvadı olduğu və oğlu Əbduşun oğlu olduğu iddiası ilə açmış olduğu miras davasında Əbduşun qardaşları məhkəmədə vermiş olduqları iddianamədə Zübeydanın Əbduşun arvadı olmadığını və ümumxanada [fahişəhanada] otaq aldığını [yaşadığını] və oğlu Mustafa iki yaşında qucağında olduğu və Əbduşun bilavələd [uşaqsız] olduğu iddiaları ilə keyfiyyətin [vəziyyətin] ümümxanadan sorulmuş tələbləri üzərinə oradan yazılan təzkirənin [rəsmi yazı] cəvabında Zübeyda oğlu ilə birlikdə 19 Nisan [aprel] 1297-ci ildə ümümxanaya düxul edib [daxil olub] Yenişəhirli Əbduş ismində bir qəbadayı [quldur] ilə anlaşıb11Nisan 1298-ci ildə ümumxanamızdan xüruc etmişdir [xaric etmişdir, çıxmışdır].

Bu yazıya istinadən Zübeydanın davasının rəddinə qərar verilmişdır.

Möhür: ________ Qol: ________
Bu sənədin şəkli və tərcüməsi Doktor Rza Nurun “Həyat və xatiratım” adlı əsərinin 3-cü cildində verilmişdi.

Təəcüblü bir işdir ki, bu gün televiziya kanallarında bu cür söhbətlər aparılanda kanallar bağlanılmır və heç kəs həbs edilmir, cəzalandırılmır. Axı Türkiyə Cümhuriyyətində “Atatürkə həqarət” qanunu var. Yə’ni ki bu adamı tərifləmək olar, tənqid etmək isə olmaz. Hətta bu doğru, həqqiqət olsa belə, sənədlərlə əsaslansa belə.

Ayrı-ayrı mənbələrdə Əbduş ağanın serb, bulqar və pomak, yə’ni slavyan dilində danışan xalqa aid olduğundan danışılır. Bə’zi tarixşilər isə iddia edirlər ki, Zübeyda çinganə (qaraçı)

olub.


ŞE’R
Haradsan şöfkətlim Sultan Həmid Xan,

Fəryadım çatırmı barigahına,

Ölüm yuxusundan bir ləhzə oyan,

Bu nankor millətin bax günahına
Tarixlər ismini andığı zaman,

Sənə haqq verəcək ey qoca sultan,

Bizdik utanmadan iftira atan,

Əsrin ən siyasi padişahına.
Padşah həm zalım, həm dəli dedik,

İxtilalə qiyam etməli dedik,

Şeytan nə dediysə, biz bəli dedik,

Çalıştıq fitnənin intibahına.
Divanə sən deyil, məqər bizmişiz,

Bir çürük ipliyə xülya düzmüşüz,

Sadə dəli deyil, ədəbsizmişiz,

Tüpürdük atalar qibləgahına.
Sonra cinsi pozuq, əxlaqı fəna,

Bir sürü törədi girdi meydana,

Haradan çıxdı bunca vələdi-zina,

Tfu olsun bunlaın həm ərvahına!
Bunlar xalqı didik-didik etdilər,

Qətli-ama qədər sürüb getdilər

Saçak öpməyənlər səcdə etdilər,

Bir asi zabitin pis papağına!
Bu gün varsa-yoxsa Mustafa Kəmal,

Şöhrətinə hər kəs füzuli dəllal,

Aləmi-mənadan bax da ibrət al,

Uğursuz taleyin bu gümrahına!
Çox kimsəyə indi vətən məzardır,

Hər kəsin bəladan nəsibi vardır,

Səlamətə çatan, çox bəxtiyardır,

Bu şəbi-yeldanın şən sabahına.
Milliyyət davası fisqə büründü,

Ridai-diyanət yerdə süründü,

Türkün ruhu zorla asi göründü,

Həm Peyğəmbərinə, həm Allahına!
Bu itlər nədənsə mənə saldırmadı,

Bahalıydı başım, kimsə almadı,

Seyrandan başqa iş də qalmadı,

Qürbət ellərin bu səyyahına.
Xoş oldu çilvəsi Cümhuriyyətin,

Dadı qalmamışdı Məşrutiyyətin,

Dəccala dil çalan belə millətin,

Bundan başqa çarə yox islahına...

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin