İnsan resurslarının(işçi heyətinin)idarə edilməsi strategiyası


Kadr siyasətinin müəyyən yarım sistemlərdən, istiqamətlərdən ibarətdir



Yüklə 1,4 Mb.
səhifə2/4
tarix16.05.2023
ölçüsü1,4 Mb.
#114100
1   2   3   4
İnsan resurslarının(işçi heyətinin)idarə edilməsi

Kadr siyasətinin müəyyən yarım sistemlərdən, istiqamətlərdən ibarətdir:


1. Kadr siyasəti: Kadrların seçilməsinin özəl, konseptual prinsipləri, məramları, hakimiyyət tipi, onun iş üslubu, firmalarda isə - səmərəlilik, işgüzarlıq strategiyası, kollektiv müqavilələr, daxili qaydalar.
2. Heyətin seçilməsi: struktur və bölmələr üzrə peşə - ixtisaslar üzrə əsas və əlavə tələbatın hesablanması; iş yerlərinin, vəzifələrin müəyyənləşdirilməsi; kadrların peşə seçimi; kadr ehtiyatının formalaşması.
3. Kadrların qiymətləndirilməsi: Hər bir işçinin real potensialının qiymətləndirilməsi; işçilərin əmək töhfələrinin müəyyən edilməsi; kadrların atestatsiyası; funksiyaların bölüşdürüməsi.
4. Kadrların yerləşdirilməsi: xidməti karyeranın planlaşdırılması; əmək şəraiti və əməyin ödənilməsi; kadrların hərəkəti; vəzifə instruksiyası.
5. Kadrların təlimi, hazırlanması: peşə hazırlığı, ixtisasın artırılması, ali təhsildən sonra əlavə hazırlıq, hazırlıq planı və proqramı.

İşçi heyətinin idarə edilməsinin sistemli, çox aspektli xarakterik funksiyaları və prinsipləri

Heyətin idarə edilməsi iqtisadi, sosial, hüququ, təşkilatı və psixoloji məsələləri əhatə edir.

Ona görə də heyətin idarə edilməsinə aşağıdakı aspektlər, istiqamətlər baxımından yanaşmaq olar:

  • - insan resurslarından səmərəli istifadə edilməsi;
  • - işçinin potensialının aşkara çıxarma və fəaliyyətini motivləşdirmə, stimullaşdırma;
  • - heyətin fəaliyyətinin təşkilatların iqtisadi göstəriciləri və nəticələri ilə əlaqələndirmə;
  • - heyətin idarə edilməsi təşkilatın iqtisadiyyatının tərkib hissəsi kimi;
  • - insanın istehsal fəaliyyətinin təşkili baxımından;
  • - insana, onun fəaliyyətinə iqtisadi (istehsal və istehlakın subyekti kimi), sosial (sosial qrupun üzvü kimi), peşə
  • - ixtisas, demoqrafıya, sinfi, sosial status, bioloji, mədəni, mənəvi dəyərlər sistemi baxımından yanaşma;

Ona görə də heyətin idarə edilməsinin inteqrativ səciyyə daşıyan aşağıdakı konsepsiyaları vardır:

  • 1. Sosioloji konsepsiyalar (sosial davranış, əmək davranışı, sosial qrup nəzəriyyələri, münaqişələr.)
  • 2. İqtisadi konsepsiyalar. (İşçi qüvvəsinin maddi stimulları, əmək bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.)
  • 3. Psixoloji konsepsiyalar. (İşçinin dəyərlər meyli, mentaliteti, ünsiyyətin və davranışın psixoanalizi, əmək fəaliyyətinin psixologiyası və s.)
  • 4. Əmək və sosial huquq. (Heyətin idarə edilməsi prosesinin müəyyən qanunlar, qaydalar çərçivəsində aparılması. Əmək hüququ, tarif razılaşmaları, muzdlu işçi və iş verən arasındakı hüquqi münasibətlər və s.)

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin