1. eksperimentin planlaşdirilmasinin nəZƏRİ Əsaslari



Yüklə 0,57 Mb.
səhifə1/4
tarix08.08.2023
ölçüsü0,57 Mb.
#138854
növüMühazirə
  1   2   3   4
muhazirə 4


Mühazirə-4
1.EKSPERİMENTİN PLANLAŞDIRILMASININ NƏZƏRİ ƏSASLARI
1.1. EKSPERİMENTİN PLANLAŞDIRILMASININ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Resursların optimal paylanması, idarə və istifadə edilməsi problemləri, elmi-təqiqat işlərinin müxtəlif mərhələlərində qəbul edilən qərarların səmərəli metodlarının işlənməsini tələb edir.
Müasir dövrdə və şəraitdə bir çox tədqiqatlar eksperiment aparmaqla tələb olunan nəticəyə nail olmağa imkan verir. Ona görə də son zamanlar obyektlərin və qərarların qəbulu metodlarının öyrənilməsində eksperimentin planlaşdırılması metodlarından və analizindən geniş istifadə edilir.
Eksperimentin planlaşdırılması tədqiqat işlərinin aparılmasında yeni yanaşma tələb edir. Çünki, eksperimentin ənənəvi metodla aparılmasında çox vaxt və material (vəsait) sərf edilir, obyektə bir faktorun təsir dərəcəsi digər faktorların ayrı-ayrılıqda və qarşılıqlı təsirləri nəzərə alınmadan öyrənilir və s. Bu metodla toplanan informasiyanın çox hissəsi praktiki maraq yaratmır, alınan nəticələr optimal qiymatdən xeyli fərqli olur.
Adi tədqiqat metodunun çatışmayan cəhətlərindən biri da faktorların qarşılıqlı təsirlərinin nəzərə alınmamasıdır. Nəticədə, optimallaşdırma kriteriyasının qiyməti ilə faktorların qiymətləri arasındakı riyazi asılılığın yaradılmasında böyük xətalar əmələ gəlir.
Adi eksperiment metodunda nəticələrin riyazi hesablanmasında da əlavə xətalara yol verilir, çünki eksperimentin aparılmasında xətalar haqqında kifayət qədər məlumat olmadığından, eksperiment nəticələrinin adekvatlığı haqqında fərziyyəni yoxlamaq mümkün olmur.
Eksperimentin planlaşdırılması və analizinin riyazi metodlarından istifadə etməklə tədqiqat işlərinin aparılması ənənəvi tədqiqat metodlarına xas olan çətinliklərin aradan qaldırılmasına və elmi işlərin səmərəliliyinin artırılmasına imkan yaradır.
Eksperimentin planlaşdırılmasının riyazi metodlarından istifadə edilməsi, tədqiqatçının duyğu və qabiliyyətini (intuisiyasını) inkişaf etdirir, yeni düşüncə tərzi daha dəqiq meyarlardan istifadə etməyə imkan yaradır, tədqiqatın nəticələrinə daha yüksək səviyyədə əyanilik verir və məsələnin qoyuluşunu asanlaşdırır.
Eksperimentin planlaşdırılmasına tədqiqat obyekti haqqında kibernetik təsəvvürə əsaslanan kompleks bir elmi fənn kimi baxılır.
Eksperimentin planlaşdırılması fənninin öz vəzifəsi, özünün xüsusi tədqiqat obyekti və öz metodologiyası vardır.
Statistik planlaşdırma metodlarından istifadə etməklə aparılan tədqiqatların əsas məqsədi optimal oblastda, proseslərin riyazi ifadə olunmasıdır. Bu üsullar vasitəsi ilə tərtib edilən riyazi modellər həm optimal rejimlərin təyin edilməsində, həm də, prosesin optimal idarə edilmə sistemini yaratmaq üçün informasiya mənbəyi kimi istifada edilir.
Müxtəlif proseslərin optimallaşdırılmasında çox faktorlu eksperiment qurmaq üçün müəyyən informasiya tələb olunur. Bu informasiya ədəbiyyat icmaliı vasitəsilə əldə edilir. Sonra aşağıdaki mərhələlər yerinə yetirilir:
— optimallaşdırma kriteriyası (parametri) seçilir;
— faktorların, onların dəyişmə intervalları və səviyyələri seçilir;
— tam faktorlu eksperimentin 2k və ya onun kəsr replikasının matrisi qurulur və təcrübələr aparılır;
— nəticələr hesablanaraq reqressiya tənliyi tərtib edilir.
— reqressiya tənliyinin statistik analizi aparılır;
— optimal qiyməti tapmaq üçün ən qısa yol müəyyən edilir.

1.2. EKSPERiMENTİN PLANLAŞDIRILMASININ ÜMUMİ METODİKAS1



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin