1. eksperimentin planlaşdirilmasinin nəZƏRİ Əsaslari


Eksperimentin planlaşdırılması və təcrübə nəticələrinin hesablanmasında



Yüklə 0,57 Mb.
səhifə2/4
tarix08.08.2023
ölçüsü0,57 Mb.
#138854
növüMühazirə
1   2   3   4
muhazirə 4

Eksperimentin planlaşdırılması və təcrübə nəticələrinin hesablanmasında passiv və aktiv metodlardan istifadə edilir. Passiv ekperimentlərdə faktorların səviyyələri ixtiyari qaydada seçilir. Bu zaman tədqiqatçı passiv müşahidəçi kimi sınaqların təcrübələrin nəticələrini qeyd edir. Aktiv eksperimentdə isə faktorların səviyyələrinin seçilməsi və onların dəyişdirilmə ardıcıllığı eksperimentin planlaşdırma nəzəriyyəsinin əsas qaydalarına uygun olaraq aparılır.
Passiv eksperimentlərdə faktorların cüt korrelyasiya əlaqasinə (rabitəsinə) malik olduqlarını təyin etmək, iki və üç faktorlu dəyişən olduqda isə riyazi modelin əmsallarını hesablamaq çətin olur. Dəyişənlərin sayı 4 , 5 və daha çox olduqda hesablama daha da mürəkkəbləşir.
Passiv eksperimentlərdə faktorların səviyyələrinin qeyri-simmetrik (ixtiyari) seçilməsi prosesin təkrar yoxlanmasını, modelin əmsallarının əhəmiyyətliliyini, statistik qiymətləndirilməsini və riyazi modelin adekvatlığının yoxlanmasını çətinləşdirir. Passiv eksperimentdə təcrübələrin sayı çox olur.
Aktiv eksperimentin aparılmasında bütün bu çətinliklər aradan qalxır: təcrübələrin ümumi sayı minimuma endirilir; seçilən bütün faktorların səviyyələri xüsusi qayda üzrə eyni zamanda dəyişdirilə bilir; riyazi aparatdan istifadə edilir; konkret strategiyanın olması hər təcrübə seriyasından sonra əsaslandırılmış qərarın qəbul edilməsinə imkan yaradır; səmərəlilik yüksək olur və s.
Eksperimentin planlaşdırılması iki istiqamətdə aparılır. Birinci istiqamətdə müxtəlif faktorların tədqiq edilən optimallaşdırma parametrinə təsir dərəcəsi müəyyən edilir. Bu zaman alınan model interpolyasiya formulasından ibarət olur.
İkinci istiqamətdə ekstremal eksperimentlərin planlaşdırılmasında qarşıya qoyulan məsələ faktorların elə qiymətlərinin təyin edilməsindən ibarətdir ki, faktorların həmin qiymətlərində tədqiq edilən optimallaşdırma parametri ən böyük və ya ən kiçik qiymət alsın.
Eksperimentin planlaşdırılması aşağıdakı ardıcıllıqla aparılır: əvvəlcə eksperimentin hərtərəfli təsviri verilir, onun əsas vəzifəsi formalaşdırılır, optimallaşdırma parametri seçilir, qiymətləndirici parametrin prosesin keyfiyyətini nə dərəcədə əks etdirdiyi müəyyən edilir, faktorlar seçilir və onların dəyişmə diapazonu — sərhədləri təyin edilir.
Əgər otklik funksiyasına təsir edən faktorların sayı çox olarsa, onda ekspert üsulundan və ya təsadüfi balans metodundan istifadə edərək faktorlar seçilir (xəlbirlənir).
Eksperimentin mərkəz (sıfır) nöqtəsi təyin edilir. Markəz nöqtəsinə nəzərən faktorların diapazonu iki hissəyə bölünərək faktorların dəyişmə addimı müəyyən edilir.
Riyazi modelin növü seçilir, əvvəlcə xətti model tərtib edilir, sonra tələb olunarsa, üstlü — qeyri xətti yüksək tərtibli modellərdən istifadə edilir və s.
Eksperiment zamanı qarşıya qoyulan vəzifə və şərtlərdən asılı olaraq planlaşdırmanın ortoqonal, ortoqonal mərkəzi kompozisiyalı, rotatabel mərkəzi kompozisiyalı, D - optimal və s. növlərindən biri seçilir. Kəsr replikasından da istifadə olunmasının yoxlanması məqsədəuyğun hesab olunur. Eksperiment aparəlır və onun əsasında prosesin riyazi modeli tərtib edilir. Sonrakı mərhələdə eksperimentin təkrarlanması Koxren kriteriyasına, zəif effektlərin kənarlaşdırılması Styudent kriteriyasına, tərtib olunan modelin adekvatlığı isə Fişer kriteriyasına görə yoxlanılır. Əgər birinci tərtib edilən xətti model adekvat olarsa, vektor - qradient üzrə ekstremum oblastı istiqamətində tədqiqat işi davam etdirilir. Parametrin ekstremum qiyməti kvadratik modeldən istifadə edilməklə təyin edilir. Son mərhələdə isə faktorların parametrin optimal qiymətinə uygun gələn qiymətləri müəyyən edilir. Yəni, faktorların parametrin optimal qiymətinə uyğun gələn səviyyələri təyin edilməklə, həmin qiymətlərin istehsalatda və ya təcrübədə təmin edilməsi ilə qarşıya qoyulan məqsəd əldə edilmiş olur.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin