İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


IX. Konvensiyanın 41-ci maddəsinin tətbiqi



Yüklə 104,87 Kb.
səhifə76/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   72   73   74   75   76   77   78   79   80
IX. Konvensiyanın 41-ci maddəsinin tətbiqi

337. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

1. Tərəflərin dəlilləri

338. Ərizəçi qızının ölümü nəticəsində ona dəymiş mənəvi zərərə aid 100.000 EUR tələb etmişdir. O, hazırkı işdə iddiaların ciddi xarakterinə və qızının ailənin yeganə dolandıranı olmasına istinad etmişdir. O, həmçinin qızının ölümündən və buna məsuliyyətli şəxslərin mühakimə olunmasına sonrakı səylərindən irəli gələn emosional müsibəti vurğulamışdır.

339. Kipr Hökuməti iddia edib ki, Məhkəmənin presedent-hüququnu nəzərə alaraq, tələb olunmuş məbləğ həddən artıqdır. Daha sonra, onlar göstəriblər ki, ərizəçi maliyyə cəhətdən qızından asılı olduğunu təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Öz birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf) onlar maddi və mənəvi zərərə, xərcə və məsrəflərə görə 37.300 EUR və ya Məhkəmə tərəfindən təklif olunan digər məbləğin ərizəçiyə ödənilməsini təklif etmişlər.

340. Rusiya Hökuməti bildirib ki, hər hansı mənəvi zərər ərizəçinin qızının təhlükəsizliyini təmin etməyən və onun ölümü ilə bağlı səmərəli istintaqı aparmayan Dövlət tərəfindən ödənilməlidir. Onlar qeyd ediblər ki, ərizəçinin maddi cəhətdən Konvensiyanın 2-ci maddəsi ilə bağlı şikayətinə aid cavabdeh Dövlət deyillər.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin