İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə77/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   72   73   74   75   76   77   78   79   80
2. Məhkəmənin qiymətləndirməsi

341. Məhkəmə qeyd edir ki, iqtisadi dəstəyin itirilməsi barədə tələb daha çox maddi itki üçün tələb kimi qiymətləndirilir. Bununla bağlı, Məhkəmə təkrar edir ki, ərizəçinin tələb etdiyi zərərlə Konvensiyanın pozuntusu arasında aydın səbəbli əlaqə olmalı və bu, müvafiq işdə gəlir itkisinə aid kompensasiyanı daxil edə bilər (baxın, inter alia, Aktaş Türkiyəyə qarşı, № 24351/94, § 352, İHAM 2003-V (çıxarışlar)). Hazırkı işdə Məhkəmə xanım Rantsevanın ölümü üçün Kiprin məsuliyyətli olduğunu müəyyən etməyərək hesab etmişdir ki, Konvensiyanın 2-ci maddəsinin maddi deyil, prosessual pozuntusu baş vermişdir. Müvafiq olaraq, Məhkəmə xanım Rantsevanın ölümündən irəli gələn maddi zərərə görə ərizəçiyə hər hansı kompensasiyanı təqdim etmək zərurətini görmür.

342. Mənəvi zərərə gəldikdə, Məhkəmə müəyyən edib ki, Kipr dövlət orqanları xanım Rantsevanı insan alverindən müdafiə etmək üçün addımlar atmamış və onun insan alverinə məruz qalıb-qalmadığını araşdırmamışdır. Bundan başqa, Məhkəmə müəyyən edib ki, kipriot dövlət orqanları xanım Rantsevanın ölümü ilə bağlı səmərəli istintaq aparmamışdır. Müvafiq olaraq, Məhkəmə qaneedici hesab edir ki, xanım Rantsevanın ölümünün izah olunmamış halları və onu insan alverindən və istismardan müdafiə etmək üçün kipriot dövlət orqanlarının addımlar atmaması və onun Kiprə gəlişi və gedişinin hallarının səmərəli araşdırılmaması nəticəsində ərizəçi müsibət və narahatlıq içində olmuşdur. Ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə kipriot dövlət orqanlarının hərəkətləri nəticəsində ərizəçiyə dəymiş zərərə aid üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, 40.000 EUR kompensasiyanı təyin edir.

343. Məhkəmə təkrar edir ki, o, Rusiyaya aid Konvensiyanın 4-cü maddəsinin prosessual pozuntusunu müəyyən etmişdir. Ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə Rusiya dövlət orqanlarının hərəkətləri nəticəsində ərizəçiyə dəymiş zərərə aid üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, 2.000 EUR kompensasiyanı təyin edir.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin