İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə74/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   70   71   72   73   74   75   76   77   ...   80
B. Şikayətin məqbuliyyəti

331. Məhkəmə ilk növbədə qeyd edir ki, Konvensiyanın 6-cı maddəsi konkret iş üzrə cinayət təqibinin başlanması hüququna və ya cinayət əməlinə görə üçüncü tərəflərin mühakimə olunmasına və ya məhkum edilməsinə əsas vermir (baxın, məsələn, Ramponya və Murqia İtaliyaya qarşı (qərardad), № 40753/98, 11 may 1999-cu il; Perez Fransaya qarşı(BP), № 47287/99, § 70, İHAM 2004-1; və Dinçev Bolqarıstana qarşı, № 23057/03, § 39, 22 yanvar 2009-cu il). Buna görə, ərizəçinin Konvensiyanın 6-cı maddəsinə əsasən qızının ölümü ilə bağlı cinayət təqibinin kipriot dövlət orqanları tərəfindən başlanılmamasına aid şikayəti ratione materiae qeyri-məqbuldur və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.

332. İstintaq prosesində iştirak etmək hüququna gəldikdə, Məhkəmə qeyd edir ki, istintaq prosesində prosessual təminatlar Konvensiyanın 2-ci maddəsinə xasdır və ərizəçinin şikayəti bu kontekstdə artıq araşdırılmışdır (baxın, yuxarıda 239-cu paraqraf). Konvensiyanın 6-cı maddəsinin istintaq prosesinə tətbiq olunmasına gəldikdə, Məhkəmə hesab edir ki, belə proses kontekstində ərizəçiyə aid hər hansı cinayət ittihamı və ya mülki hüquq yoxdur. Müvafiq olaraq, şikayətin bu hissəsi də ratione materiaeqeyri-məqbuldur və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.

333. Nəhayət, ərizəçinin ona əlçatan olan başqa hüquqi vasitələr barədə məlumatlandırılmaması və hüquqi təmsilçiliyin Kiprdəki qiymətinin həddən artıq olması baxımından, pulsuz hüquqi yardımla təmin edilmədiyi barədə şikayətlərinə aid Məhkəmə hesab edir ki, bu şikayətlər ərizəçinin Konvensiyanın 2-ci maddəsi üzrə şikayətləri ilə sıx əlaqəlidir və xatırladır ki, onlara bu kontekstdə münasibət bildirilmişdir (baxın, yuxarıda 240-cı paraqraf). Buna görə, belə hallarda Konvensiyanın 6-cı maddəsinə əsasən hər hansı ayrıca məsələnin ortaya çıxa biləcəyi sahəni araşdırmaq tələb olunmur.

6. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə şikayətlər qeyri-məqbul elan edilməli və Konvensiyanın 35-ci maddəsinin 3 və 4- cü bəndlərinə əsasən rədd edilməlidir.


Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin