İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə78/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   72   73   74   75   76   77   78   79   80
B. Xərc və məsrəflər

1. Tərəflərin dəlilləri

344. Ərizəçi gediş-gəliş, kserosurət, tərcümə və notariat xidmətləri daxil olmaqla, 485.480 Rusiya rublu RUB (təxminən 11.240 EUR) məbləğində çəkilmiş xərc və məsrəflərin ödənilməsini tələb etmişdir. Bu məbləğə, həmçinin onun zəruri vəsait əldə etmək üçün lazım olan, Rusiyada evinin satılmasına aid 233.600 RUB; təqribən 46.310 RUB məbləğdə dəfn xərcləri; və 2008-ci ildə Kiprdə trafikinqə həsr olunmuş konfransda iştirak etmək üçün çəkilmiş 26.661 RUB daxildir. Müvafiq qəbzlər əlavə olunmuşdur.

345. Kipr Hökuməti iddia edib ki, ərizəçi yalnız Konvensiyanın pozuntusunun qarşısının alınması və ya bərpa etmənin təqdim edilməsi üçün çəkilməsi zəruri olan, həcminə görə ağlabatan və sözügedən pozuntu ilə səbəbli əlaqədə olan xərcləri tələb edə bilər. Bu mənada, onlar mənzilinin satılmasına aid ərizəçinin 233.600 RUB, 2008-ci ildə konfransda iştirak etmək üçün çəkilmiş məbləğləri və qəbzlərlə çəkilməmiş və ya həcminə görə ağlabatan olmayan xərc və məsrəfləri mübahisələndirmişlər.

346. Rusiya Hökuməti iddia edib ki, ərizəçi mənzilini satmalı və Kiprə getməli olduğu barədə iddiasını əsaslandıra bilməmişdir. Xüsusən, onlar bildiriblər ki, ərizəçi Kipr dövlət orqanlarından zəruri sənəd və sübutların tələb olunması üçün Rusiyada müvafiq hüquq mühafizə orqanlarına müraciət edə və bu barədə Kiprdəki vəkilinə göstəriş verə bilərdi. Rusiya Hökuməti, həmçinin 2008-ci ildə keçirilmiş konfransın xərci üçün ərizəçinin tələbini bu əsasla mübahisləndirmişdir ki, həmin xərclər xanım Rantsevanın ölümünə dair istintaqla birbaşa əlaqəli deyildir.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin