Informasiya sistemləRİ


 “Seçilmişə görə” süzgəc (Филüтр “по выделенному” - Filter By Selection)



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

 

“Seçilmişə görə” süzgəc (Филüтр “по выделенному” - Filter By Selection)
 

“Seçilmişin inkarı” süzgəci (Филüтр “исключитü выделенное” – Filter Excluding By 
Selection)
 

Genişləndirilmiş süzgəc (Расширенный филüтр – Advanced Filter).
 
“Seçilmişə görə” süzgəc
, verilənlər bazasında seçdirilmiş fraqmentin olduğu yazıları 
ayırmağa imkan verir. “Seçilmişə görə” süzgəc vasitəsilə verilənləri seçmək üçün:
1.
Verilənlərin seçilməsinin aparıldığı sahənin istənilən yerində bir neçə simvolu, yaxud 
həmin sahəni bütövlükdə seçdirmək; 


2.
Records → Filter → Filter By Selection
menyu komandasını seçmək, yaxud alətlər 
zolağındakı uyğun düyməni çıqqıldatmaq; 
3.
Yenidən bütün yazıları əks etdirmək üçün 
Records → Remove Filter/Sort 
komandasını 
yerinə yetirmək, yaxud alətlər zolağındakı 
Remove Filter
düyməsini basmaq lazımdır. 
“Seçilmişin inkarı” süzgəçi əks əməliyyat aparır, yəni belə yazıları nəzərə almır. 
Genişləndirilmiş süzgəc
daha mürəkkəb seçim şərtləri verməyə, eləcə də bir neçə 
parametr üzrə çeşidləmə aparmağa imkan verir. Bütün növ süzgəcləri, istər verilənlər 
bazasını bütövlükdə, istərsə də müəyyən şərtlə seçilib ayrılmış yazılara tətbiq etmək olar. 


27.
 
Hesabatların hazırlanması və makrosların yaradılması 
Hesabatlar verilənlər bazasının obyekti olub, informasiyanın çıxışı üçün nəzərdə tutulub. 
Hesabata formanın analoqu kimi baxmaq olar, ancaq burada verilənlər ekrana deyil, çapa 
çıxarılır. Hesabatın işinin nəticəsi printer üçün hazırlanmış kağız sənəddir.
 
Hesabatların 
yaradılması demək olar ki, formanın yaradılması kimidir. Yeni hesabat yaratmaq üçün ilk 
növbədə 
Verilənlər bazası (Баcа данных)
pəncərəsinin 
Hesabatlar (Отчеты) 
bölməsinin 
Yaratmaq (Соcдатü) 
düyməsini sıxmaq, açılan pəncərədə hesabat 
yaradılması rejimlərindən birini və informasiya mənbəyini seçib, OK düyməsini sıxmaq 
lazımdır. Yeni hesabatların yaradılması üçün aşağıdakı rejimlər nəzərdə tutulmuşdur: 

Konstruktor 
rejimi – formada olduğu kimi idarəetmə elementləri panelinin 
elementlərini bu rejimi seçdikdə açılan boş hesabat üzərində yerləşdirməklə yeni 
hesabatın yaradılmasını və digər rejimlərdə yaradılmış hesabatları redaktə etməyə imkan 
verir.

Hesabat ustası
(Мастер отчета) rejimi – bunun vasitəsilə hesabat yaratmaq üçün ilk 
növbədə Hesabat ustası rejimini və informasiya mənbəyini seçib, OK düyməsini sıxdıqda 
açılan ilk pəncərədə, hesabat yaradılmasında iştirak edən sahələri və əgər hesabat bir neçə 
informasiya mənbəyi əsasında yaradılırsa digər informasiya mənbələrini və ona uyğun 
əlavə sahələri müəyyən etmək və 
Davamı (Далее)
düyməsini sıxmaq lazımdır.

Avtohesabat: lentşəkilli
(Автоотчет: ленточный)

Avtohesabat: sütunvari 
(Автоотчет: в столбеö)
rejimləri – avtomatik olaraq lentşəkilli və sütunvarı sadə, 
yalnız bir informasiya mənbəyi əsasında hesabatların yaradılmasını təmin edir.

Poçt nakleykaları (Почтовые наклейки) 
rejimi – bazadakı informasiya əsasında 
poçt nakleykalarının yaradılmasını və çapını təmin edir.

Diaqram ustası (Мастер диаграмм)
rejimi – diaqram tipli hesabatların 
yaradılmasını təmin edir.
Makroslar müəyyən əməliyyatlara uyğun makroəmrlər siyahısından ibarət olub, çox 
istifadə olunana bir və ya bir neçə əməliyyatların təkrar və avtomatik yerinə yetirilməsini 
təmin edir. O, ardıcıl yerinə yetirilmiş əməliyyatları bir əməliyyat vasitəsilə və müəyyən 
hadisə hər dəfə baş verdikdə avtomatik yerinə yetirilir. Yeni makrosu yaratmaq üçün 
Verilənlər bazası pəncərəsinin Makroslar bölməsinin Yaratmaq düyməsini sıxmaq 
lazımdır. Bu zaman açılan pəncərə adətən Makroəmrlər və Qeyd sütunlarından ibarət 
cədvəldən və Makroəmrlərin arqumentləri sahəsindən ibarətdir. Makroəmrlər sütunun 
açılan makroəmrlər siyahısından müvafiq makroəmr seçilir. Qeyd sütununda isə ehtiyac 
duyularsa seçilmiş makroəmrin yerinə yetirilməsinə dair izahedici şərh və ixtiyari qeyd 
yazılır. Bundan sonra Makro əmrlərin arqumentləri bölməsində makroəmrin müvafiq 
arqumentləri müəyyən olunmalıdır. Bir ad altında saxlanmış bir neçə makrosu – 
makroslar qrupunu yaratmaq üçün Görünüş menyusunun Makrosların adları əmrini 
yerinə yetirmək və cədvələ əlavə olunana Makrosların adları bölməsində makroslar 
qrupunun hər birinə konkret ad vermək lazımdır.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin