Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

21.
 
Fərdi kompüter üçün VBİS-lər 
 
Fərdi kompüterlər VB texnologiyasının inkişafına böyük təsir göstərmişdir. 1980-ci 
ildən başlayaraq fərdi kompüterlərin geniş miqyasda istehsalı və tətbiqi VB 
texnologiyasında relyasiya modelinin iyerarxik və şəbəkə modellərinə nisbətən üstün 
mövqe tutması və bu mövqedə möhkəmlənməsi ilə eyni vaxta düşmüşdür. Odur ki, fərdi 
kompüterlər üçün yaradılan VBİS-in böyük əksəriyyəti relyasiya tiplidir. 
Fərdi kompüterlərin dünya bazarında geniş yayılması VB texnologiyası əsasında 
qurulan informasiya sistemlərinin instrumental səviyyəsinin dəyişilməsinə və kütləvi 
tətbiqinə gətirib çıxartdı. Əgər “böyük” və həmçinin “kiçik” kompüterlər üçün yeni 
kommersiya VBİS-in yaradılması xüsusi hadisə hesab olunurdusa və onların sayı çox az 
idisə, fərdi kompüterlər əsasında VB-in proqram təminatı üçün böyük sayda sistemlər 
yaradılmışdır.
Fərdi kompüterlərdə VB-nin yaradılması üçün proqram təminatının hazırlanması ilə 
bir sıra korporasiya və firmalar məşğul olur. VBİS hazırlayan “klub” təşkil edən bu 
təşkilatlar (Ashton – Tate Corp., Microzim İnc,, Borland İnternational İnc., Nantucket 
İnc., Fox Software İnc.) 80-ci ildən başlayaraq öz fəaliyyətini daha da dücləndirirlər. 
Sonradan bu kluba “böyük” və “kiçik” kompüterlər üçün VBİS yaradıcıları olan IBM və 
Oracle firmaları da qoşuldular. Son illərdə isə məşhur Mikrosoft firması da bu sahədə 
məhsuldar işləyir. Oracle firması məşhur Oracle sistemini fərdi kompüterlər mühitinə 
gətirmiş və inkişaf etdirmişdir. IBM firması özünün DB2 sistemini PS/2 tipli fərdi 
kompüterlərində reallaşdırmışdır.
Hazırda fərdi kompüterlərin bütün modelləri üçün VB-nin yaradılması və tətbiqi üzrə 
müxtəlif əməliyyat sistemləri mühitində onlarla kommersiya proqram məhsulları 
yaradılmışdır. Bu məhsulların çeşidi o qədər müxtəlifdir ki, onlar istənilən kateqoriyaya 
məxsus istifadəçilərin tələblərini ödəyə bilərlər. Fərdi kompüterlərdə VB üçün proqram 
təminatının yaranması ciddi rəqabətlə üzləşir. Bu rəqabətdə uğur qazanmaq üçün nəinki 
istifadəçilərin günü-gündən artan tələblərinə operativ reaksiya göstərilməli, həm də 
tələbat dərindən öyrənilməli və müttəfiqlərdə nəzərə alınan və alınmayan xüsusiyyətlər 
əhatə olunmalıdır.
Bu şəraitdə uğurlu ideyaların, üsulların və texnologiyaların qarşılıqlı mübadiləsi və 
standart şəklə salınmasında Aston-Tate Corp. Firmasının məhsulları olan dBase dili və 
verilənlər bazalarının təşkili üçün dBase sinif VBİS-ləri böyük rol oynamışlar. Bu dilin 
və dBase sisteminin əsasında uzun müddət dünya bazarında geniş tətbiq olunan dBase 
IIIPLUS sistemi vəonunla uyuşan, onu tamamlayan və üstünləyən FoxBase+ (Fox 
Software İnc.), Clipper (Nantucket İnc.), Quick Silver (Word Tech System Inc.), dBFast 
(dBFast İnc.), dBase IV və s. sistemləri yaradıldı. DBase IV sisteminin dili Fox Software 
İnc. Firmasının yaratdığı və hazırda müxtəlif variantlarında tətbiq olunan FoxPro 
sistemlərinin əsasını təşkil edir. Əvvəllər strukturlaşdırılmış sorğu dili kimi tətbiq olunan 


SQL dili 1989-cu ildən başlayaraq VB-nın standart dili kimi formalaşmağa başlandı və 
nəhayət 1992-ci ildə onun təkmilləşdirilmiş və genişləndirilmiş variantı SQL/2 müasir 
relyasiya VBİS-nin standart dili kimi qəbul olundu.
Fərdi kompüterlərin proqram təminatında verilənlərin idarə olunması üçün 3 növ 
proqram təminatı vasitələri nəzərə alınır: 

Xarici yaddaşda saxlanan verilənlərə müraciət metodlarını yerinə yetirən proqram 
vasitələri. 

Verilənlərin idarə olunması üçün müxtəlif inteqrallaşdırılmış və xüsusi funksional 
paketlərə daxil edilən proqram vasitələri. Məsələn, elektron cədvəllərində (Lotus 1-2-3, 
Excel, SuperCalc və s.), inteqrallaşdırılmış paketlərdə (Framework, Symphony, Delphi), 
riyazi ststistika və xətti proqramlaşdırma və s. məsələləri həll edən müxtəlif paketlərdə 
verilənlərin idarə olunması üçün proqram vasitələri nəzərə alınmışdır. 

Inkişaf etmiş sərbəst VBİS-lər. Məsələn, dBase-in müxtəlif variantları, o cümlədən, 
dBase IV, FoxBase+, Clipper, dBase for Windows, Foxpro-nun müxtəlif variantları 
Paradox, Access, Oracle-in müxtəlif variantları və s.
VB sistemləri üçün nəzərdə tutulan vasitələrə VBİS-dən əlavə onların əhatəsini təşkil 
edən müxtəlif proqram paketləri də daxil edilir. Buraya proqram kodlarının generatorları 
və konvertorları, VBİS-in proqramlaşdırma dilinin interpretatorları və kompilyatorları, 
sazlayıcı proqramlar, menyuların və giriş-çıxış formalarının hazırlanması üçün vasitələr, 
verilənlərin qrafiki təsvir vasitələri, ənənəvi proqramlaşdırma dilləri çərçivəsində VB-ya 
müraciət etmək üçün interfeyslər, fayl verilənləri konvertorları, istifadəşilərin 
öyrədilməsi üçün interaktiv sistemlər və s. aiddir.
Yayılmış VBİS-lər funksional baxımından müxtəlifdirlər: verilənlərin emalı üçün 
elementar vasitələr kimi tətbiq olunan birfayllı sistemlərdən tutmuş, inkişaf etmiş tam 
funksional sistemlərə qədər. Bir çox kommersiya VBİS-lər çoxistifadəçi rejimə malik 
olub, paylanmış VB-nı və kliyent-server arxitekturasını təmin edirlər.
VBİS-dən tələb olunan və müasir sistemlərin əksəriyyətinə xas olan diğər mühüm 
xassə istifadəçi interfeysinin rahat və əlverişli olmasıdır. Fərdi kompüterlər üçün mövcud 
olan VBSL-lərin böyük əksəriyyətində istifadəçilərin interaktiv rejimdə işləmələri nəzərə 
alınır və hətta bəzi sistemlərdə interaktivlik onun adında əks olunur (Visual FoxPro). 
Bu zaman menyu üslubunda interfeyslərdən geniş istifadə olunur. Burada 
istifadəçilərə seçmək üçün alternativ variantlar təqdim olunur, seçilən variantların 
inisiallaşdırılması üçün üsullar, VB-nin cari vəziyyəti və diaqnostik səhvlər haqqında 
məlumat verilir. Bu cür interfeysin vasitələri lazımi funksiyaları yerinəvyetirmək üçün 
sistemin proqramlaşdırma dilini öyrənməkdən azad edir. Odur ki, sistemin 
istifadəçilərinin dairəsi genişlənir. 
Son illərdə inkişaf etmiş sistemlərin Windows mühitində işləyən variantlarının 
reallaşdırılması Windows sisteminin qrafik interfeysinin imkanlarından geniş istifadə 
etməyə şərait yaratmışdır. Windows-un qrafik interfeysinin VBİS-in öz interfeysi ilə 


birlikdə istifadə olunması istifadəçilərin sistemlə daha sadə və əlverişli formada 
ünsiyyətinə şərait yaradır. Sistemin öyrənilməsində və iş prosesində meydana çıxan 
situasiyaların və səhvlərin izahında istifadəçilərə kömək etmək üçün operativ rejimdə 
işləyə elektron dərsliklərindən, məlumat-arayış pəncərələrindən və mətnlərdən istifadə 
olunur. Bu cür köməkçi vasitələr müasir proqram məhsullarının vacib tərkib hissəsidir.
Fərdi kompüterlər üçün yaradılan VBİS-lər bir istifadəçi üçün nəzərdə tutulurdu. 
Sonradan isə bir sıra inkişaf etmiş VBİS-lərin (R:base, dBase IV, Clipper, Paradox və s.) 
şəbəkə mühitində işləyən variantları yaradıldı. Burada söhbət paylanmış VB-dan yox, 
mərkəzi VB-ya paylanmış (şəbəkə) müraciətindən gedir. Həmin sistemlərdə 
“çoxistifadəçi” rejimi reallaşdırılır, paralellik, müraciətin tamlığın və təhlükəsizliyin 
idarə olunamsı yəni səciyyədə həll olunur. Bu cür sistemlər kompüter şəbəkələrinin o 
cümlədən IBM PC Network Novell Network şəbəkələrinin əsasında yaradılır. 
Çoxistifadəçili VBİS-lərin xalis paylanmış VB və kliyent server arxitekturası ilə 
qurulan variantları da mövcuddur. SQL server, sybase, Oracle və informix sistemlərini 
aid etmək olar. Elə VBİS-lər var ki, onlar müxtəlif modelli kompüterlərə və əməliyyat 
sistemlərinə uyğunlaşdırıla bilir. Onlara misal olaraq Oracle, Adabas, DB2 sistemlərini 
göstərmək olar.
Fərdi kompüterlər üçün yaradılan VBİS-də həll olunan vacib problemlərdən biri də 
digər proqram sistemləri ilə (digər VBİS-lə mətn, qrafik və cədvəl redaktorları ilə, 
müxtəlif tətbiqi proqram paketləri ilə) verilənlər mübadiləsinin təminidir. Bu problem 
hazırda Windows mühitində işləyən VBİS-lərin böyük əksəriyyətində həll olunur. 
Bununla da VBİS-də emal olunana sorğuların nəticələrinə (hesabatlara) Word, Excel, 
Corel Draw və s. sistemlərin köməyilə yaradılan sənədləri, qrafikləri, səsi daxil etmək 
mümkün olur. Bunun üçün Windows mühitində mövcud olan “verilənlırin dinamik 
mübadiləsi” (DDE) və “obyektlərin əlaqələndirilməsi və tətbiqi” (OLE) kimi 
mexanizmlər tətbiq olunur.
Informasiya texnologiyasının tətbiq sahəsinin genişlənməsi VBİS qarşısında 
istifadəçilərə informasiya sistemi arasında qarşılıqlı əlaqələrin sadələşdirilməsinə 
yönəldilən bir sıra tələblər qoyur. Bu tələblərin ödənilməsi aşağıdakı məsələlərin həlli ilə 
əldə edilir: 

Bir sistemin istifadəçilərinin digər sistemin verilənlər bazasına müraciətlərini təmin 
etmək üçün vahid interfeysin yaradılması; 

Eyni tip verilənlər modelindən istifadə edən, lakin müxtəlif arxitekturalı 
kompüterlərdə və müxtəlif əməliyyat sistemlərində kodlaşdırılan VBİS-lərdə 
istifadəçilərin sistemlə əlaqəsinin unifikasiyası; 

VBİS interfeyslərinin süni intellket sistemləri və onların instrumental vasitələri ilə 
əlaqəsinin inkişafı; 

VB mühitində işləyən tətbiqi proqramların avtomatlaşdırılmış layihələndirilməsi 
üçün daha inkişaf etmiş vasitələrin yaradılması; 



VB-ya müraciətlə işləyən tətbiqi proqramların mobilliyini təmin etmək üçün ənənəvi 
proqramlaşdırma sistemlərindən VBİS-ə vahid formalı müraciətin təmini. 
Interfeyslər sistemi əsasında bu tələblərin yerinə yetirilməsi 2 istiqamətdə aparılır: 
standartlaşma üzrə beynəlxalq təşkilatın fəaliyyəti ilə və IBM firmasının təklif etdiyi 
sistemlərin tətbiqi arxitekturası konsepsiyası ilə İSO-nun fəaliyyəti açıq tipli müxtəlif 
arxitekturalı verilənlərin emalı sistemlərinin yaradılmasının geniş dairəsini əhatə edir. 
SAA konsepsiyası isə İBM firmasının kompüterləri üçün verilənlərin emalı sistemlərinin 
o cümlədən VBİS-in konkret məsələlərini əhatə edir.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin