Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

23.
 
Access proqramında cədvəllərin yaradılması. Cədvəllərarası əlaqələr 
 
Cədvəl verilənlər bazasının əsas obyekti olub, informasiya məhz onda saxlanılır. 
MS Excel əlavəsində olduğu kimi cədvəl sətirlərdən və sütunlardan ibarətdir və onların 
kəsişməsindən xana yaranır. MS Access-də cədvəlin sətrini yazı, sütununu isə sahə 
adlandırmaq qəbul edilmişdir. Yeni cədvəlin yaradılmasının aşağıdakı rejimləri vardır: 

Cədvəl rejimi (Режим таблиöы)
– bu rejim sadə cədvəllərin yaradılmasına xidmət 
edir. Verilənlər müvafiq xanalara daxil olunur. Sahələrdəki informasiyaya uyğun olaraq 
proqram cədvəlin sahələrinin tipini, formatını və əlavə xassələrini müəyyən edir.

Cədvəl konstruktoru (Конструктор таблиöы )
– yalnız cədvəlin strukturunu 
müəyyən edir.

Cədvəl ustası (Мастер таблиöы)
– bu rejim MS Access-də nəzərdə tutulmuş bir 
sıra cədvəl nümunələri əsasında yeni cədvəlin yaradılmasını təmin edir.

Cədvəl idxal ustası (Мастер импорта таблиö)
– cədvəl idxal rejimi vasitəsi ilə 
digər verilənlər bazasının cədvəlinin, MS Excel, Lotus 2-3 elektron cədvəllərinin, HTML 
mətn fayllarının surətinin yeni cədvəl şəklində cari bazada yaratmaq mümkündür.

Cədvəllərarası əlaqə ustası (Мастер свяcи с таблиöами)
bu rejim digər 
verilənlər bazasının, verilənlər bazasının idarəetmə sistemlərinin cədvəlləri, MS Excel, 
Lotus 1-2-3 elektron cədvəlləri, mətn və HTML faylları ilə əlaqəli yeni cədvəlin 
yaradılmasını təmin edir.
Verilənlər bazası ilə iş cədvəllərin yaradılması ilə başlayır. Cədvəlin yaradılması iki 
mərhələdə aparılır: 

cədvəlin strukturunun yaradılması;
 

cədvəlin verilənlərlə doldurulması.
 
Cədvəlin strukturu konstruktor rejimində yaradılır. 
Konstruktor reyimində 
cədvəlin 
strukturunun blankı açılır. 

Cədvəlin strukturunun yaradılması üçün:


1. Sahələrin adlarını 
Field Name
sütununa daxil etmək. 
2. 
Date Type
sütunda siyahıdan sahələrdəki verilənlərin tipini seçmək. 
3. Açar sahəni qeyd etmək. 
4. Sahələrin əlavə xassələrini 
General
vərəqəsində göstərmək lazımdır. 
Bu sistemdə verilənlərin aşağıdakı tiplərini təyin etmək olar: Mətn, Memo, Ədəd, 
Tarix/Zaman, Pul , Sayğac, Məntiqi, OLE obyekti, Hiperistinad. 
Cədvəli nəzərdən kecirmək və dəyişdirmək üçün də konstruktor rejimindən istifadə 
edilir. Cədvəli doldurmaq üçün isə cədvəl rejiminə keçmək lazımdır. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin