Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

25.
 
Formaların hazırlanması
 
Formalar üzərində idarəetmə elementləri yerləşən pəncərə olub, təyinatından asılı olaraq 
verilənlər bazasına informasiyanın rahat daxil olmasını, redaktəsini, informasiyanın 
vizual görünüşünü təmin edir və idarəetmə funksiyasını yerinə yetirir. Formalar 
cədvəldən fərqli olaraq aşağıdakı üstünlüklərə malikdirlər: 

Forma bir deyil, bir neçə cədvəlin informasiyasını əks etdirə, redaktə edilməsini və 
onlara informasiya daxil olmasını təmin edə bilər. 

Idarəetmə elementlərinin, informasiyanın tam şəkildə görünüşü üçün, rahat 
daxiletmə və redaktə tələblərinə uyğun yerləşdirmək imkanına malikdir. 

Bir sıra informasiyaların (OLE obyektlərin), o cümlədən şəkillər, video və 
animasiya fayllarına baxışı vizual şəkildə təmin edir.
Forma
– 
elektron blankdır. Bu blankın sahələri verilənlər bazasındakı yazıların 
elementlərinə uyğun olur. Bu sahələrə yazılmış verilənlər avtomatik olaraq baza 
cədvəllərinə daxil edilir. 
Yeni forma yaratmaq üçün ilk növbədə 
Verilənlər bazası (Баcа данных)
pəncərəsinin 
Forma (Форма)
bölməsinin 
Yaratmaq (Соcдатü)
düyməsini sıxdıqda və ya 
Daxiletmə 
(Вставка)
menyusunun 
Forma (Форма)
əmrini yerinə yetirdikdə açılan 
Yeni forma 
(Новая форма)
pəncərəsində informasiya mənbəyini və forma yaratmaq rejimlərindən 
birini seçmək lazımdır. MS Access aşağıdakı forma yaradılması rejimlərini təklif edir: 

Forma ustası (Мастер форм)
– Yeni forma pəncərəsində informasiya mənbəyini 
və Forma ustası rejimini seçib, OK düyməsini sıxdıqdan sonra açılmış növbəti pəncərədə 
formanın yaradılmasında iştirak edən sahələri müəyyən etmək lazımdır.

Avtoforma: sütun (Автоформа: в столбеö), Avtoforma: lentşəkilli (Автоформа: 
ленточная), Avtoforma: cədvəl (Автоформа: табличная)
– bu rejimlər seçilmiş cədvəl 
və ya sorğu əsasında insanın iştirakı olmadan avtomatik olaraq sütun, lent və cədvəl 
şəkilli formalar yaradır. Bu rejimlər yalnız bir informasiya mənbəyi əsasında və sorğunun 
yaradılmasında informasiya mənbəyinin bütün sahələri iştirak etdikdə yeni formaların 
yaradılması üçün məqbuldur.

Diaqram(Диаграмма), Yekun cədvəllər (Сводная таблиöа ) 
və 
Konstruktor 
(Конструктор)
– bu 3 rejim isə müvafiq olaraq bir neçə mərhələləri, təlimata uyğun 
sadə, diaqram və yekun cədvəl tipli formaların yaradılmasını təmin edir.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin