Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

22.
 
Access proqramının əsas interfeys elementləri 
 
Şəbəkələrdə informasiyanın idarə olunması klient server texnologiyası əsasında 
fəaliyyət göstərir. Bu gün aşağıdakı verilənlər bazasının idarəetmə sistemləri geniş tətbiq 
edilir: MS Access, Clipper, Visual Foxpro, IMSVS, Olacle, Paradox, SQL Server və s. 
MS Access Start menyusunun “Proqramlar” bölməsinin MS Office bölməsinin Microsoft 
Access adlı əmrini yerinə yetirməklə yüklənir. Bu zaman yeni verilənlər bazasının 
yaradılmasını və ya artıq mövcud bazanın çağırılmasını təmin edən dialoq pəncərəsi 
açılır. Yeni verilənlər bazası yaradıldıqda və ya artıq mövcud bazanı çağırdıqda açılan 
MS Access proqram pəncərəsi aşağıdakı elementlərdən təşkil olunur: 

Başlıq sətri; 

Menyu sətri; 

Alətlər paneli; 

Verilənlər bazası pəncərəsi; 

Cari vəziyyət sətri.
Verilənlər bazası pəncərəsi öz növbəsində 6 bölmədən ibarətdir: cədvəllər, sorğular, 
formalar, makroslar, hesabatlar, modullar. Hər bir bölmədə müvafiq obyektlər yerləşir. 

Access məlumatlar bazasının ilkin pəncərəsi çox sadə quruluşa malikdir. Bu pəncərə 


6 növ obyektdən ibarətdir ki, onların da hər biri proqramlarla işləyir. Bu obyektlər 
aşağıdakılardır: 
1.
Cədvəl – məlumatlar bazasının əsas obyektidir. Bu obyektdə məlumatlar saxlanılır. 
2.
Sorğu – bu obyekt xüsusi quruluşa malik olub, məlumatlar bazasında işləmək üçün 
istifadə olunur. Sorğuların köməyi ilə məlumatlar nizamlanır, süzgəcdən seçilir
dəyişdirilir, birləşdirilir.
3.
Forma – bu obyektin köməyi ilə bazaya yeni məlumatlar daxil edilir və ya mövcud 
olan məlumatlara baxılır. 
4.
Hesabat – formanın əksidir. Onun köməyi ilə məlumatlar əlverişli şəkildə çap 
olunur.
5.
Makros – bu obyekt makro əmridir. Əgər məlumatlarla hər hansı bir əməliyyat tez-
tez təkrarlanırsa, bir neçə əmri bir makrosda qruplaşdırmaq əlverişlidir və bunun üçün 
ayrılmış düymələr kombinasiyasından istifadə edilir.
6.
Modul – bu Vizual Basic alqoritmik dilində yazılmış proqram prosedurudur. Əgər 
Access-in standart vasitələri sifarişçinin məlumatlar bazasını yaratmaq üçün kifayət 
etmirsə, onda proqramçı sistemin imkanlarını genişləndirməklə, yeni modul yaradır.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin