Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

18.
 
VBİS-ın proqram təminatı 
 
VBİS-in proqram təminatı verilənlər bazasının yaradılması və istismarı ilə əlaqədar 
olan prosedurları yerinə yetirilən bir sıra proqram modullarından ibarət olan mürəkkəb 
kompleksdir. Bu kompleksin yerinə yetirdiyi əsas funksiyalar aşağıdakılardır: 

Verilənlər bazasının yaradılması; 

Verilənlər bazasının təshih edilməsi; 

Verilənlər bazasının genişləndirilməsi; 

Istifadəçi sorğularının emal üçün hazırlanması; 

Verilənlərin axtarışı; 

Verilənlər bazası ilə istifadəçilər arasında interfeysin təşkili

Axtarış nətiçələri üzərində sorğunun tələb etdiyi əməliyyatların yerinə yetirilməsi; 

Verilənlərin tamlığının və mühafizəsinin təmin edilməsi; 

Sistemin interaktiv rejiminin idarə olunması; 

Teleemal rejiminin idarə olunması; 

Verilənlər lüğətinin yaradılması və idarə olunması. 
Göstərilən funksiyaları yerinə yetirən proqramlar VBİS-in idarəedici proqramları 
sayılır. Bu proqramlardan əlavə VBİS-in tərkibinə yaddaş sərfini azaltmaq məqsədilə 
verilənlərin sıxlaşdırılması və açılmasını yerinə yetirən, verilənlərin düzgünlüyünü 
yoxlayan proqramlar və digər servis xarakterli proqramlar da daxil edilir.
Informasiya sistemi tətbiq edilən müəssisədə verilənlərin mərkəzləşdirilmiş emalına və 
idarə olunmasına məsuliyyəti 
verilənlərin adminstratoru 
adlanan bir və ya bir neçə 
şəxsdən ibarət qrup daşıyır. Verilənlərin adminstratoru verilənləri yaxşı anlamalı və 
müəssisənin idarə olunması üçün hansı verilənlərə ehtiyac olmasını bilməlidir. 
Verilənlərin administratorunun vəzifələrinə aşağıdakılar aiddir:

Verilənlərin aktuallığını təmin etmək; 

Verilənlərə xidmət zamanı mövcud qaydalara əməl olunmasına və istifadəçilərin 
sorğularının təmin olunmasına nəzarət etmək

Verilənlərin mühafizəsini təmin etmək. 
Verilənlərin adminstratorunun tələblərinin yerinə yetirilməsi verilənlər bazasının 
adminstratoru tərəfindən aparılır. Verilənlər bazasının adminstratoru bir və ya bir neçə 
peşəkar mütəxəssisdən ibarət olan qrupdur. Verilənlər bazası adminstratorunun vəzifəsi 
verilənlər bazasını yaratmaq, onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin 
sorğularının cavablandırılmasını təmin etməkdir. O, həmçinin sistemin operativliyinə və 
texniki təminatına da cavabdehlik edir.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin