İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında



Yüklə 468,31 Kb.
Pdf görüntüsü
səhifə1/39
tarix15.04.2022
ölçüsü468,31 Kb.
#55520
  1   2   3   4   5   6   7   8   9   ...   39


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 



tutaraq qərara alıram: 

1.  “İcbari  Tibbi  Sığorta  üzrə  Dövlət  Agentliyinin  Nizamnaməsi”  təsdiq  edilsin 

(əlavə olunur). 

2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (bundan sonra – Agentlik) təsisçinin 

səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 

2.1. Azərbaycan Respublikasının Prezidentinə: 

2.1.1.  Agentliyin  nizamnaməsinin  təsdiq  olunması,  nizamnamə  fondunun 

miqdarının müəyyən edilməsi

2.1.2. illik maliyyə hesabatlarının təsdiq edilməsi; 

2.1.3.  icra  orqanının  yaradılması,  onun  səlahiyyətlərinin  müəyyənləşdirilməsi  və 

səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi

2.1.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, 

filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi

2.1.5.  xalis  aktivlərinin  dəyərinin  25  faizindən  artıq  məbləğdə  olan  əqdin  (xüsusi 

əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini 

təşkil edin əqdin bağlanmasına razılıq verilməsi; 

2.1.6. Agentliyin yenidən təşkili və ləğv edilməsi

2.2. Agentliyə: 

2.2.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; 

2.2.2. strukturunun təsdiqi. 

3. Müəyyən edilsin ki: 

3.1.  Agentliyin  ilkin  nizamnamə  fondu  dövlət  büdcəsinin  vəsaiti  hesabına 

formalaşır və 4 000 000 (dörd milyon) manat təşkil edir

3.2.  Agentliyin  fəaliyyətinə  rəhbərliyi  həyata  keçirmək  məqsədi  ilə  İdarə  Heyəti 

yaradılır; 

3.3.  Agentliyin  İdarə  Heyəti  sədrinin  və  onun  müavinlərinin  vəzifəyə  təyin  və 

vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. 

4.  Agentlik  dövlət  qeydiyyatına  alındığı  gündən  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin balansında olan 

əmlak Agentliyin balansına verilsin. 

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

5.1. 

Azərbaycan 



Respublikası 

Prezidentinin 

aktlarının 

bu 


Fərmana 

uyğunlaşdırılması  ilə  bağlı  təkliflərini  üç  ay  müddətində  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin



5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu 

Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının 

Prezidentinə məlumat versin; 

5.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə 

Dövlət  Agentliyinin  balansında  olan  əmlakın  Agentlik  dövlət  qeydiyyatına  alındığı 

gündən Agentliyin balansına verilməsini bir ay müddətində təmin etsin

5.4. Agentliyin investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay 

müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

5.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana 

uyğunlaşdırılmasını  nəzarətdə  saxlasın  və  bunun  icrası  barədə  beş  ay  müddətində 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

6. Agentlik: 

6.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç 

gün  müddətində  “Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  qaydada  Azərbaycan 

Respublikasının Vergilər Nazirliyinə müraciət etsin; 

6.2.  strukturunu  və  işçilərinin  say  həddini  bir  ay  müddətində  Azərbaycan 

Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin. 

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə 

bağlı zəruri tədbirləri həyata keçirsin. 

8.  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  bu  Fərmanın  3.1-ci  bəndində 

göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin. 

9.  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  normativ  hüquqi  aktlarının  və  normativ  xarakterli  aktların  bu  Fərmana 

uyğunlaşdırılmasını  təmin  edib  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə 

məlumat versin. 

 


Yüklə 468,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin