Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
  1   2   3   4   5   6   7   8   9   ...   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029



Dövlət qulluğu haqqında
 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
 
M a d d ə 1 .
Qanunun məqsədi 
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət 
qulluqçuları arasında yaranan münasibətləri və dövlət
qulluqçularının hüquqi 
vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
M a d d ə 2 .
Dövlət qulluğu 
2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər 
qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və
funksiyalarının 
həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə 
yetirməsidir.
2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının 
aparatlarında dövlət qulluğu keçən
qulluqçulara şamil edilir.
[1]
 
2.3. Prokurorluq, ədliyyə,
milli təhlükəsizlik,
müdafiə, fövqəladə hallar,
dövlət 
təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti,
sərhəd xidməti,
 
səfərbərlik və hərbi xidmətə 
çağırış üzrə dövlət xidməti,
xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili 
işlər, gömrük, vergi, xarici işlər
feldyeger rabitəsi
orqanlarında, Azərbaycan 
Respublikasının
Mərkəzi Bankında
dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu 
keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul 
edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata 
keçirilməsinə

dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət 
qulluğunun digər prinsiplərinə aid müddəaları
, həmçinin bu Qanunun 15
-1-ci 
maddəsi
nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir 
və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.
[2]
 
Bu orqanların (Azərbaycan Respublikasının
Mərkəzi Bankı
istisna olmaqla) 
aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu 
olmayan işçilər –
x
adimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan 
fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.
[3]
 
2.4. 
Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun
Azərbaycan 
Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, 
Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan 
Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İ
nsan 
hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra 
hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan 
Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və 
üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və 
auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan 


Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının 
Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra 
hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.
[4]
  
2.5. Bu Qanun müvaf
iq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin 
işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının 
Əmək Məcəlləsi ilə tənzimlənir.
[5]
 
2.6. Bu Qanunun 2.3-
cü maddəsində göstərilən orqanlarda dövlət qulluğunda 
çalışan şəxslərə müvafiq qanunlarla nəzərdə tutulmuş təminatlar "dövlət qulluğu 
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az
olduqda, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən 
edilmiş təminatlar şamil edilir.
[6]
 
M a d d ə 3 .
Dövlət qulluğunun əsas vəzifələri 
3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları 
əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin
edilməsi;
3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul 
edilməsi, icrası və icraya nəzarət edilməsi;
3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən 
vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin
edilməsi.
M a d d
ə 4 .
Dövlət qulluğunun prinsipləri 
4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1. qanunçuluq;
4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti 
orqanlarının səlahiyyət hüdudlarının müəyyən
edilməsi;
4.1.3. dö
vlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat 
verməsi;
4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında 
qəbul etdikləri qərarların aşağı dövlət orqanları və
vəzifəli şəxslər tərəfindən mütləq 
y
erinə yetirilməsi;
4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni 
tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə
etməyə borclu olması;
4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin