Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 390,33 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix26.01.2020
ölçüsü390,33 Kb.
#30308
  1   2   3
civil service


Dövlət qulluğu haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

I   f ə s i l  



ÜMUMİ MÜDDƏALAR 

 

M a d d ə   1 .  Qanunun məqsədi  



 

 Bu  Qanun  Azərbaycan  Respublikasında  dövlət  qulluğu  sahəsində  dövlətlə  dövlət 

qulluqçuları  arasında  yaranan  münasibətləri  və  dövlət    qulluqçularının  hüquqi 

vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. 

 

M a d d ə   2 .  Dövlət qulluğu  



 

 2.1.  Dövlət  qulluğu  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  digər 

qanunvericilik  aktlarına  uyğun  olaraq  dövlətin  məqsədlərinin  və    funksiyalarının 

həyata  keçirilməsi  sahəsində  dövlət  qulluqçularının  öz  vəzifə  səlahiyyətlərini  yerinə 

yetirməsidir. 

2.2.  Bu  Qanun  icra,  qanunvericilik  və  məhkəmə  hakimiyyətləri  orqanlarının 

aparatlarında dövlət qulluğu keçən  qulluqçulara şamil edilir.

 

2.3.  Prokurorluq,  ədliyyə,  müdafiə,  fövqəladə  hallar,  dövlət  təhlükəsizliyi  xidməti, 



xarici  kəşfiyyat  xidməti,  sərhəd  xidməti,  səfərbərlik  və  hərbi  xidmətə  çağırış  üzrə  dövlət 

xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi 

və  xarici  işlər  orqanlarında,  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankında  dövlət 

qulluğunda  çalışan  şəxslərin  dövlət  qulluğu  keçməsi  bu  Qanunun  Azərbaycan 

Respublikası  vətəndaşlarının  dövlət  qulluğuna  qəbul  edilmək  hüququna,  dövlət 

qulluğuna  qəbulun  müsabiqə  və  şəffaflıq  əsasında  həyata  keçirilməsinə,  dövlət 

qulluqçularının  fəaliyyətinin  qiymətləndirilməsinə  və  dövlət  qulluğunun  digər 

prinsiplərinə  aid  müddəaları,  həmçinin  bu  Qanunun  15-1-ci  maddəsi  nəzərə  alınmaqla, 

Azərbaycan  Respublikasının  başqa  qanunları  ilə  tənzimlənir  və  bu  orqanlarda  qulluq 

dövlət qulluğunun xüsusi növüdür.

 

Bu  orqanların  (Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  istisna  olmaqla) 



aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu 

olmayan  işçilər  –  xadimə,  dalandar,  bağban,  gözətçi,  ocaqçı,  ixtisas  dərəcəsi  olmayan 

fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.

 

2.4.  Bu  Qanunda  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bu  Qanun  Azərbaycan 



Respublikasının  Prezidentinə,  Azərbaycan  Respublikasının  Birinci  vitse-prezidentinə  və 

vitse-prezidentlərinə,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarına, 

Azərbaycan  Respublikasının  Baş  nazirinə  və  onun  müavinlərinə,  Azərbaycan 

Respublikası  məhkəmələrinin  hakimlərinə,  Azərbaycan  Respublikasının  İnsan 

hüquqları  üzrə  müvəkkilinə  (Ombudsmana),  Azərbaycan  Respublikası  mərkəzi  icra 

hakimiyyəti  orqanlarının  rəhbərlərinə  və  onların  müavinlərinə,  Azərbaycan 

Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  sədrinə,  sədr  müavinlərinə,  katibinə  və 



üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və 

auditorlarına,  yerli  icra  hakimiyyəti  orqanlarının  rəhbərlərinə  (başçılarına),  Naxçıvan 

Muxtar  Respublikası  Ali  Məclisinin  deputatlarına,  Naxçıvan  Muxtar  Respublikasının 

Baş  nazirinə  və  onun  müavinlərinə,  Naxçıvan  Muxtar  Respublikası  mərkəzi  icra 

hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.

 

 



2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin 

işçilərinə  şamil  edilmir.  Bu  işçilərin  əmək  münasibətləri  Azərbaycan  Respublikasının 

Əmək Məcəlləsi ilə tənzimlənir. 

2 . 6 .   Ç ı x a r ı l ı b  

 

M a d d ə   3 .  Dövlət qulluğunun əsas vəzifələri  



 

3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır: 

3.0.1.  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  digər  qanunvericilik  aktları 

əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin  edilməsi

3.0.2.  dövlət  orqanlarının  səlahiyyəti  hüdudlarında  qərarların  hazırlanması,  qəbul 

edilməsi, icrası və icraya nəzarət edilməsi; 

3.0.3.  dövlət  orqanlarının  səmərəli  fəaliyyətinin  və  dövlət  qulluqçuları  tərəfindən 

vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin  edilməsi. 

 

M a d d ə   4 .  Dövlət qulluğunun prinsipləri 



 

4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 

4.1.1. qanunçuluq

4.1.2.  Azərbaycan  Respublikasında  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti 

orqanlarının səlahiyyət hüdudlarının müəyyən  edilməsi; 

4.1.3.  dövlət  orqanlarına  və  dövlət  qulluqçularına  nəzarət  və  onların  hesabat 

verməsi; 

4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında 

qəbul etdikləri qərarların aşağı dövlət orqanları və  vəzifəli şəxslər tərəfindən mütləq 

yerinə yetirilməsi; 

4.1.5.  bütün  vətəndaşların  və  vəzifəli  şəxslərin  dövlət  qulluqçularının  qanuni 

tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə  etməyə borclu olması; 

4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;

 

4.1.7.  vətəndaşların  dövlət  qulluğuna  müsabiqə  və  müsahibə  əsasında  qəbul 



edilməsi;

 

4.1.8.  vətəndaşların  öz  qabiliyyətlərinə,  xidməti  nailiyyətlərinə  və  peşə  hazırlığına 



uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini  tutmaqda hüquq bərabərliyi

4.1.9.  irqindən,  etnik  mənsubiyyətindən,  dinindən,  dilindən,  cinsindən,  sosial 

mənşəyindən,  ailə,  əmlak  və  qulluq  vəziyyətindən,  yaşayış  yerindən,  əqidəsindən, 

ictimai  birliklərə  mənsubiyyətindən,  habelə  qulluqçuların  işgüzarlıq  keyfiyyətlərinə 

dəxli  olmayan  başqa  səbəblərdən  asılı  olmayaraq  dövlət  qulluqçularının  hüquq 

bərabərliyi;

 

4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq 



səviyyəsinin artırılması məqsədilə onların rotasiyası;

 


 

4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri 

üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi; 

 4.1.12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik 

daşıması,  eləcə  də  dövlət  qulluqçusunun    hərəkətlərinə  görə  dövlət  orqanının 

cavabdehlik daşıması. 

 4.2.  Dövlət  orqanlarında  siyasi  partiyaların  və  ictimai  birliklərin  strukturları 

yaradılmır. 

 4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası 

Konstitusiyasını  qanunlarını  və  onlara  müvafiq  olaraq  qəbul  edilmiş  digər 

qanunvericilik  aktlarını  rəhbər  tuturlar  və  siyasi    partiyaların  və  ictimai  birliklərin 

qərarlarının onlara dəxli yoxdur.

 

 

M a d d ə   5 .  Dövlət qulluğunu idarəetmə orqanları  



 

 5.1.  Azərbaycan  Respublikasında  bu  Qanunun  tətbiqinə  nəzarəti,  dövlət 

qulluğunun  normativ-metodiki  təminatını,  Azərbaycan    Respublikasında  dövlət 

qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan 

Respublikasının  Dövlət    Qulluğunu  İdarəetmə  Şurası  həyata  keçirir  (bundan  sonra—

Şura).  Şura  18  nəfər  üzvdən  ibarətdir.  Şuranın  6  üzvü  Azərbaycan    Respublikasının 

Prezidenti  tərəfindən,  6  üzvü  Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədri 

tərəfindən,  6  üzvü  isə  Azərbaycan    Respublikası  Konstitusiya  Məhkəməsinin  sədri 

tərəfindən  təyin  edilir.  Şuranın  səlahiyyətləri  qanunla  təsdiq  edilən  Əsasnamə  ilə 

müəyyən  edilir. 

 5.2.  Şura  dövlət  orqanı  deyil  və  onun  üzvləri  öz  səlahiyyətlərini  ictimai  əsaslarla 

həyata keçirirlər. 

 5.3.  Şuranın  qəbul  etdiyi  qərarların  məcburiliyi  müvafiq  dövlət qulluqçuları  üçün 

müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Respublikası Milli 

Məclisinin  sədri  və  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  sədri 

tərəfindən təmin edilir. 

 

M a d d ə   6 .  Dövlət qulluğu haqqında qanunvericilik  



 

 Dövlət  qulluğu  haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının 

Konstitusiyasından,  bu  Qanundan,  Azərbaycan  Respublikasının    tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələr,  Azərbaycan  Respublikasının  dövlət  qulluğunu  hüquqi 

cəhətdən tənzim edən və dövlət  qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini 

müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir. 

 

I I   f ə s i l  



 DÖVLƏT ORQANLARI 

 

M a d d ə   7 .  Dövlət orqanı anlayışı  



 

7.1.  Dövlət  orqanı  Azərbaycan  Respublikasının qanunvericilik  aktları  ilə  müəyyən  edilmiş 

hüdudlarda  dövlətin  məqsəd  və  funksiyalarını  həyata  keçirən,  Azərbaycan  Respublikasının 

dövlət  büdcəsindən,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən,  sosial  təminatı  və 

müdafiəni  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanının  və  işsizlikdən  sığorta  fondunun 

büdcəsindən  maliyyələşdirilən,  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  Azərbaycan 

Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

 

7.2.  Dövlət  orqanının  bölməsi  bu  orqanın  qanunvericilik  aktlarında  nəzərdə 



tutulmuş,  yaxud  müəyyən  edilmiş  qaydada  təsis  olunan  elə    struktur  hissəsidir  ki, 

özünə  həvalə  edilmiş  funksiyalar  çərçivəsində  həmin  orqanın  səlahiyyətlərinin  bir 

hissəsini həyata keçirir. 

 

M a d d ə   8 .  Dövlət orqanlarının təsnifatı 



 

8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional 

və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 

8.1.1.  əsas  səlahiyyətləri  Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci 

maddəsinin  III  hissəsinə  əsasən  müəyyən  edilən  Azərbaycan  Respublikasının 

qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan 



Respublikası  Prezidentinin  Administrasiyası,  habelə  Azərbaycan  dövlətinin  başçısının 

fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata  keçirən orqan,

Azərbaycan  Respublikasının  Milli  Məclisi,  Ali  konstitusiya  ədalət  mühakiməsi 

səlahiyyətlərini  həyata  keçirən  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi

ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan 

Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);

 

8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan 



Respublikasının  Konstitusiya  qanunları  və  Azərbaycan  Respublikasının  qanunları  ilə 

müəyyən  edilən  dövlət  orqanları  –Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi, 

Azərbaycan  Respublikasının  Baş  Prokurorluğu,  Azərbaycan  Respublikasının 

Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının 

İnsan  Hüquqları  üzrə  müvəkkilinin  (ombudsmanın)  Aparatı  (1-ci  kateqoriya  dövlət 

orqanları);

 

8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan 



Respublikasının  Konstitusiya  qanunları,  Azərbaycan  Respublikasının  qanunları  ilə  və 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  113-cü  maddəsi  ilə  müəyyən  edilən 

dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı,  Azərbaycan  Respublikasının  Hərbi 

Prokurorluğu,  Naxçıvan  Muxtar  Respublikasının  Prokurorluğu,  Naxçıvan  Muxtar 

Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin  (ombudsmanın)  Aparatı, 

Azərbaycan  Respublikasının  apelyasiya  məhkəmələri,  Azərbaycan  Respublikası 

Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı 

mübarizə  üzrə  Komissiyasının  Katibliyi,  müvafiq  icra  hakimiyyəti  orqanları,  Milli 

Televiziya və Radio Şurasının Aparatı (2-ci kateqoriya dövlət orqanları);

 

8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-



cü  maddələri  ilə  və  qanunla  müəyyən  edilən  dövlət  orqanları  –  müvafiq  icra 

hakimiyyəti  orqanlarının  yanında  yaradılan  dövlət  agentlikləri  və  dövlət  xidmətləri, 

Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin  (ombudsmanın) 

regional  mərkəzləri,  Naxçıvan  Muxtar  Respublikasının  Mərkəzi  Seçki  Komissiyasının 

Aparatı,  Naxçıvan  Muxtar  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları, 

Naxçıvan  Muxtar  Respublikası  Televiziya  və  Radio  Şurasının  Aparatı,  ağır  cinayətlər 

məhkəmələri,  inzibati-iqtisadi  məhkəmələr,  hərbi  məhkəmələr,  Naxçıvan  Muxtar 

Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət 

orqanları);

 

8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci 



və  124-cü  maddələri  ilə  və  qanunla  müəyyən  edilən  dövlət  orqanları  –  müvafiq  icra 

hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq 

icra  hakimiyyəti  orqanlarının  yanında,  tabeliyində  olan  orqanlar,  rayon  (şəhər) 

məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya 

dövlət orqanları);

 

8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-



cü  maddələri  ilə  müəyyən  edilən  dövlət  orqanları  –  müvafiq  icra  hakimiyyəti 

orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq 

icra  hakimiyyəti  orqanlarının  yanında,  tabeliyində  olan  orqanların  yerli  bölmələri, 

müvafiq  icra  hakimiyyəti  orqanlarının  yanında  olan  orqanlar,  inzibati  ərazi  dairələri  üzrə 

nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət 

orqanları).



 

 

8.2. Çıxarılıb 



8.3.  Konkret  dövlət orqanlarının  və  onların  bölmələrinin  müvafiq  kateqoriyalara 

aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən 

edilir. 

 

I I I   f ə s i l  



 DÖVLƏT QULLUĞU VƏZİFƏSİ 

M a d d ə   9 .  Dövlət qulluğu vəzifəsinin anlayışı  

 Dövlət  qulluğu  vəzifəsi  dövlət  orqanının  normativ  aktlarla  ilə  müəyyən  edilən 

struktur  quruluşu  və  ştat  cədvəlinə  uyğun  olan  ştat  vahididir.  Həmin  vəzifəni  tutan 

şəxsin  səlahiyyət  və  funksiyalarının  hüdudları  həmin  orqanın  səlahiyyətindən  asılı 

olaraq müəyyən edilir.

 

M a d d ə   1 0 .  Dövlət orqanlarında vəzifələrin təsnifatı  



10.1.  Dövlət  orqanlarında  vəzifələr  həmin  vəzifələrin  funksiyalarının 

məzmunundan,  səlahiyyətlərinin  mənbəyindən  və  tutulması  üsullarından  asılı  olaraq 

inzibati və yardımçı vəzifələrə bölünür. 

 

10.2. Çıxarılıb 



10.3. Çıxarılıb 

10.4. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə 

müəyyən olunur və bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunun qüvvəsi 

onlara şamil  edilmir.

 


10.5. İnzibati vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri 

rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin 

vəzifələridir.  İnzibati  vəzifə  tutan  şəxsin  hüquqi  statusu  müvafiq  orqanın 

səlahiyyətlərini  müəyyən  edən  qanunvericilik  aktları  ilə,  habelə  vəzifə  təlimatları  ilə 

müəyyən edilir.  

10.6. Yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata 

keçirən  dövlət  qulluqçularının  (kargüzar,  makinaçı,  kuryer,  arxiv  qeydiyyatçısı,  liftçi, 

sürücü  və  sair  işçilərin)  vəzifələridir.  Yardımçı  vəzifə  tutan  şəxsin  hüquqi  statusu 

müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə 

təlimatları ilə müəyyən edilir.

 

M a d d ə   1 1 .  İnzibati və yardımçı vəzifələrin təsnifatı  



11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatları vardır:

  

11.1.1. inzibati vəzifələrin ali təsnifatı: 



11.1.1.1.  Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiya  rəhbərinin  vəzifəsi, 

Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiyasında  Azərbaycan  Respublikasının 

Birinci  vitse-prezidentinin  fəaliyyətini  təmin  edən  struktur  bölmənin  rəhbərinin  vəzifəsi, 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Aparat  rəhbərinin  vəzifəsi,  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsinin  Aparat  rəhbərinin  vəzifəsi,  Azərbaycan 

dövlətinin  başçısının  icra  səlahiyyətlərini  həyata  keçirən  orqanın  Aparat  rəhbərinin 

vəzifəsi,  Azərbaycan  dövlətinin  başçısının  fəaliyyətini  bilavasitə  təmin  edən  digər  orqanların 

rəhbərlərinin  vəzifəsi,  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsinin  Aparat  rəhbərinin 

vəzifəsi.

 

11.1.2. inzibati vəzifələrin birinci təsnifatı: 



11.1.2.1.  Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiyasında  Azərbaycan 

Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin 

müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bölmə rəhbərinin 

vəzifəsi,  Azərbaycan  Respublikasının  Birinci  vitse-prezidentinin  köməkçisinin  vəzifəsi, 

Azərbaycan  Respublikasının  vitse-prezidentinin  köməkçisinin  vəzifəsi,  Azərbaycan 

Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 

aparat  rəhbərlərinin  müavinləri  vəzifələri,  Azərbaycan  dövlətinin  başçısının  icra 

səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin müavini vəzifəsi, Azərbaycan 



Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi, habelə həmin dövlət 

orqanlarında bölmə rəhbərlərinin vəzifələri;

 

11.1.2.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər 



orqanların  rəhbərlərinin  birinci  müavinləri  və  müavinləri,  habelə  həmin  orqanlarda  bölmə 

rəhbərlərinin vəzifələri; 

11.1.2.3. 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri. 

11.1.3. inzibati vəzifələrin ikinci təsnifatı: 

11.1.3.1.  Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiyasında  bölmə 

rəhbərinin  müavini  vəzifəsi,  Azərbaycan  Respublikası  Milli  Məclisinin,  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsinin  və  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

aparatlarında bölmə rəhbərinin müavini vəzifəsi;

 


11.1.3.2.  Azərbaycan  dövlətinin  başçısının  icra  səlahiyyətlərini  həyata  keçirən 

orqanın Aparatında bölmə rəhbərinin müavini vəzifəsi; 

11.1.3.3. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər 

orqanların bölmə rəhbərlərinin müavinlərinin vəzifələri; 

11.1.3.4.  1-ci  kateqoriya  dövlət  orqanları  aparat  rəhbərlərinin  müavinlərinin, 

bölmə rəhbərlərinin vəzifələri; 

11.1.3.5. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparat 

rəhbərlərinin vəzifələri; 

11.1.3.6.  müvafiq  icra  hakimiyyəti  orqanlarının  yanında  yaradılan  dövlət 

agentliklərinin  və  dövlət  xidmətlərinin  rəhbərlərinin,  Azərbaycan  Respublikasının  xarici 



ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin 

vəzifələri; 

11.1.3.7. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri. 

11.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı: 

11.1.4.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan 

Respublikası  Milli  Məclisinin,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  və 



Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssislərin vəzifələri;

 

11.1.4.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər 



orqanların mütəxəssislərinin vəzifələri; 

11.1.4.3.  Azərbaycan  dövlətinin  başçısının  icra  səlahiyyətlərini  həyata  keçirən 

orqanın Aparatında mütəxəssislərin vəzifələri; 

11.1.4.4.  1-ci  kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərlərinin  müavinlərinin 

vəzifələri; 

11.1.4.5.  2-ci  kateqoriya  dövlət  orqanları  aparat  rəhbərlərinin  və  onların 

müavinlərinin vəzifələri; 

11.1.4.6. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparat 

rəhbərlərinin müavinlərinin və bölmə rəhbərlərinin vəzifələri; 

11.1.4.7.  müvafiq  icra  hakimiyyəti  orqanlarının  yanında  yaradılan  dövlət 

agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin müavinlərinin vəzifələri. 

11.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı: 

11.1.5.1.  1-ci  kateqoriya  dövlət  orqanlarının  aparatlarında  mütəxəssislərin 

vəzifələri; 

11.1.5.2.  2-ci  kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərlərinin  və  onların 

müavinlərinin vəzifələri; 

11.1.5.3. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları bölmə 

rəhbərlərinin müavinlərinin vəzifələri; 

11.1.5.4. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri. 

11.1.6. inzibati vəzifələrin beşinci təsnifatı: 

11.1.6.1. 2-ci kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri; 

11.1.6.2.  Naxçıvan  Muxtar  Respublikasında  3-cü  kateqoriya  müvafiq  icra 

hakimiyyəti orqanlarının aparat rəhbərlərinin vəzifələri; 

11.1.6.3.  3-cü  kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərlərinin  və  onların 

müavinlərinin vəzifələri; 


11.1.6.4. 4-cü kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının 

yerli  bölmələrinin,  müvafiq  icra  hakimiyyəti  orqanlarının  yanında,  tabeliyində  olan 

orqanların,  müvafiq  icra  hakimiyyəti  orqanının  tabeliyində  olan  orqanların 

rəhbərlərinin vəzifələri; 

11.1.7. inzibati vəzifələrin altıncı təsnifatı: 

11.1.7.1. 3-cü kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri; 

11.1.7.2. 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının bölmə rəhbərinin və 

onun müavininin vəzifələri; 

11.1.7.3. 4-cü kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının 

yerli  bölmələrinin,  müvafiq  icra  hakimiyyəti  orqanlarının  yanında,  tabeliyində  olan 

orqanların,  müvafiq  icra  hakimiyyəti  orqanının  tabeliyində  olan  orqanların 

rəhbərlərinin müavinlərinin vəzifələri; 

11.1.7.4. 5-ci kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının 

yanında  yaradılan  dövlət  agentliklərinin  və  dövlət  xidmətlərinin,  onların  yanında, 

tabeliyində  olan  orqanların  yerli  bölmələrinin  rəhbərləri  və  onların  müavinlərinin 

vəzifələri. 

11.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı: 

11.1.8.1.  4-cü  və  5-ci  kateqoriya  dövlət  orqanları  –  müvafiq  icra  hakimiyyəti 

orqanının,  müvafiq  icra  hakimiyyəti  orqanlarının  yerli  bölmələrinin,  müvafiq  icra 

hakimiyyəti  orqanlarının  yanında,  tabeliyində  olan  orqanların,  rayon  (şəhər) 

məhkəmələrinin,  rayon  (şəhər)  prokurorluqlarının  və  hərbi  prokurorluqlarının, 

müvafiq  icra  hakimiyyəti  orqanının  tabeliyində  olan  orqanların,  müvafiq  icra 

hakimiyyəti  orqanlarının  yanında  yaradılan  dövlət  agentliklərinin  və  dövlət 

xidmətlərinin,  onların  yanında,  tabeliyində  olan  orqanların  yerli  bölmələrinin 

mütəxəssislərinin vəzifələri;


Yüklə 390,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin