Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 390,33 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix26.01.2020
ölçüsü390,33 Kb.
#30308
1   2   3
civil service


 

 

11.1.8.2.  müvafiq  icra  hakimiyyəti  orqanlarının  yanında  olan  orqanların  rəhbərlərinin, 



onların müavinlərinin və mütəxəssislərinin vəzifələri,

 

müvafiq icra hakimiyyəti orqanlarının 



inzibati  ərazi  dairələri  üzrə  nümayəndələrinin  və  sahə  inzibati  ərazi  dairələri 

nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri.

 

11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatları vardır:



 

11.2.1.  yardımçı  vəzifələrin  birinci  təsnifatı  –  Ali  kateqoriya  dövlət  orqanlarında 

texniki vəzifələr

11.2.2.  yardımçı  vəzifələrin  ikinci  təsnifatı  –  1-ci  kateqoriya  dövlət  orqanlarında 

texniki vəzifələr; 

11.2.3.  yardımçı  vəzifələrin  üçüncü  təsnifatı  –  2-ci  və  3-cü  kateqoriya  dövlət 

orqanlarında texniki vəzifələr; 

11.2.4.  yardımçı  vəzifələrin  dördüncü  təsnifatı  –  4-cü  və  5-ci  kateqoriya  dövlət 

orqanlarında texniki vəzifələr. 

11.3. Çıxarılıb 

11.4.  Dövlət  orqanlarının  aparatları  (və  ya  onların  fəaliyyətini  təmin  edən 

qurumlar)  və  onların  bölmələri  Ali  -  5-ci  kateqoriya  dövlət  orqanlarının  Azərbaycan 

Respublikasının  Konstitusiyası  və  qanunları  ilə  müəyyən  edilmiş  funksiya  və 

səlahiyyətləri,  habelə  onların  həyata  keçirilməsi  xüsusiyyətləri  nəzərə  alınaraq, 

təminedici və yardımçı kimi təsnifləşdirilir. 


Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) 

və  onun  bölmələrinin  adları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

Qeyd: 

11-ci  maddədə  “dövlət  orqanlarının  aparatı  (və  ya  onların  fəaliyyətini  təmin  edən 

qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini 

təmin  edən  dövlət  qulluqçularından  ibarət  ixtisaslaşdırılmış  bölmələrini  özündə  birləşdirən 

dövlət orqanının struktur vahidi nəzərdə tutulur. 

M a d d ə   1 2 .



 İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu  

12.1.  İnzibati  və  yardımçı  vəzifələrin  təsnifat  toplusuna  vəzifələrin  təsnifatları  və  adları, 

ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir. 

12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin 

yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati 

və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

 

M a d d ə   1 3 .



 İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri  

13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin 

vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.  

13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa 

ali  təhsili  olduqda,  o,  ixtisasını  dəyişdirib  iddiasında  olduğu  inzibati  vəzifənin  profilini 

öyrənməlidir.  

13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır. 

13.4.  İnzibati  və  yardımçı  vəzifələri  tutmaq  üçün  əlavə  tələblər  qanunvericiliklə  və  vəzifə 

təlimatları ilə müəyyən edilir. 

 

I V   f ə s i l  



 DÖVLƏT QULLUQÇUSU 

M a d d ə   1 4 .



 Dövlət qulluqçusu  

 14.1.  Dövlət  qulluqçusu  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  maaşlı  (maaş  yalnız  bu 



Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və 

inzibati  vəzifə  üzrə  dövlət  qulluğuna  qəbul  edilərkən  Azərbaycan  Respublikasına  sadiq 

olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 

 14.2.  İnzibati  vəzifə  tutan  və  hakimiyyət  səlahiyyətləri  alan  dövlət  qulluqçusu  dövlət 

vəzifəli şəxsdir. 

 

14.3. Çıxarılıb



 

M a d d ə   1 5 .



 Dövlət qulluqçusunun andı  

15.1.  And  Azərbaycan  Respublikası  ilə  dövlət  qulluqçusu  arasında  açıq  hüquqi  borc  və 

sədaqət münasibətlərini təsdiq edir. 

15.2.  İlk  dəfə  daimi  dövlət  qulluğuna  qəbul  edilmiş  vətəndaş  vəzifəsinin  icrasına 

başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: 

«Azərbaycan  Respublikasına  sadiq  olacağıma,  onun  Konstitusiyasına  dönmədən  əməl 

edəcəyimə,  dövlət  sirrini  və  xidməti  sirri    qoruyacağıma,  dövlət  qulluğunun  mənə  verdiyi 


hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə,  var 

gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». 

15.3.  Andiçmə  təntənəli  şəraitdə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  altında 

Azərbaycan Respublikasının Konstitusiyasına əl  basmaqla həyata keçirilir. 

15.4.  Andiçmə  bir  dəfə  olur.  And  içən  dövlət  qulluqçusu  andın  mətnini  imzalayır  və  bu 

sənəd onun şəxsi işində saxlanılır. 

15.5.  Dövlət  qulluğunun  ayrı-ayrı  növlərində  andın  status  xüsusiyyətləri  Azərbaycan 

Respublikasının qanunvericilik aktlarında müəyyən  edilir. 

15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər. 

M a d d ə   1 5 - 1 .   Dövlət qulluqçusunun şəxsi işi 

15-1.1. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib 

edilir və aparılır. 

15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən 

olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. 

15-1.3.  Dövlət  qulluqçusunun  şəxsi  işinin  aparılması  qaydaları  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunur. 

15-1.4.  Dövlət  qulluqçusunun  şəxsi  işinin  aparılması  ilə  bağlı  tələblərin  pozulmasında 

təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 

qaydada məsuliyyət daşıyırlar. 

M a d d ə   1 5 - 2 .  Dövlət qulluqçusunun xidməti vəsiqəsi 

15-2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir. 

15-2.2.  Xidməti  vəsiqə  dövlət  qulluqçusunun  tutduğu  dövlət  qulluğu  vəzifəsini  və  ona 

verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir. 

15-2.3.  Xidməti  vəsiqənin  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

 

M a d d ə   1 6 .



 Dövlət qulluqçularının ixtisas dərəcələri  

 16.1.  Dövlət  qulluqçusunun  ixtisas  dərəcəsi  onun  ixtisas  səviyyəsini  göstərir,  dövlət 

qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan 

istifadə etmək hüququ verir.



 

 

16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:



 

 

16.2.1.  inzibati  vəzifələrin  ali  təsnifatı  üzrə  –  həqiqi  dövlət  müşaviri,  1-ci  dərəcə  dövlət 



müşaviri və 2-ci dərəcə dövlət müşaviri

16.2.2.  inzibati  vəzifələrin  birinci  təsnifatı  üzrə  –  1-ci  dərəcə  dövlət  müşaviri,  2-ci  dərəcə 

dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri; 

16.2.3.  inzibati  vəzifələrin  ikinci  təsnifatı  üzrə  –  2-ci  dərəcə  dövlət  müşaviri,  3-cü  dərəcə 

dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri; 

16.2.4. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun baş müşaviri, dövlət 

qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri; 

16.2.5.  inzibati  vəzifələrin  dördüncü  təsnifatı  üzrə  –  dövlət  qulluğunun  müşaviri,  dövlət 

qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu

16.2.6.  inzibati  vəzifələrin  beşinci  təsnifatı  üzrə  –  dövlət  qulluğunun  kiçik  müşaviri,  1-ci 

dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu; 

16.2.7. inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə 

dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu; 


16.2.8.  inzibati  vəzifələrin  yeddinci  təsnifatı  üzrə  –  2-ci  dərəcə  dövlət  qulluqçusu,  3-cü 

dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu. 

16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir: 

16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı üzrə – dövlət qulluğunun baş referenti, dövlət 

qulluğunun böyük referenti və dövlət qulluğunun 1-ci dərəcə referenti; 

16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə – dövlət qulluğunun böyük referenti, dövlət 

qulluğunun 1-ci dərəcə referenti və dövlət qulluğunun 2-ci dərəcə referenti; 

16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun 1-ci dərəcə referenti, 

dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət qulluğunun 3-cü dərəcə referenti; 

16.3.4.  yardımçı  vəzifələrin  dördüncü  təsnifatı  üzrə  –  dövlət  qulluğunun  2-ci  dərəcə 

referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti.

 

M a d d ə   1 7 .



 

İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi

 

17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun 

tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə 

əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq 

stajına  1991-ci  il  oktyabrın  18-dək  dövlət,  sovet  və  partiya  orqanlarında  iş  müddəti  də  daxil 

edilir. 


İlk  dəfə  daimi  dövlət  qulluğuna  qəbul  olunmuş  şəxsə  tutduğu  vəzifənin  inzibati  təsnifatı 

üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. 

17.2.  3-cü  dərəcə  dövlət  müşaviri  və  ondan  yuxarı  olan  ixtisas  dərəcələri  Azərbaycan 

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş 

qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə 

verilir. 

Dövlət  qulluğunun  baş  müşaviri  və  ondan  aşağı  olan  ixtisas  dərəcələri  müvafiq  dövlət 

orqanının rəhbəri tərəfindən verilir. 

17.3. İnzibati vəzifələrin ali

 

təsnifatı istisna olmaqla, birinci-ikinci



 

təsnifat inzibati vəzifələri 

tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda 

azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır. 

İnzibati  vəzifələrin  üçüncü-altıncı

 

təsnifat  vəzifələri  tutan  dövlət  qulluqçusunun  həmin 



təsnifat  üzrə  daha  yüksək  (növbəti)  ixtisas  dərəcəsi  alması  üçün  müvafiq  vəzifə  də  daxil 

olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır. 

Bu  maddənin  birinci  və  ikinci  hissələrində  müəyyən  edilmiş  hər  hansı  tələbə  cavab 

verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən 

kiçik ixtisas dərəcəsi verilir. 

İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə 

alınır. 

Bu Qanunun 17.3-cü maddəsinin ikinci hissəsində “müvafiq vəzifə” və “müvafiq vəzifədə” 

dedikdə,  dövlət  qulluqçusunun  hazırda  dövlət  qulluğu  keçdiyi  dövlət  orqanında  tutduğu 

dövlət qulluğu vəzifəsi nəzərdə tutulur. 

17.4.  Müvafiq  inzibati  vəzifələr  üçün  müəyyən  edilmiş  ixtisas  dərəcələri  çərçivəsində 

növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:  

üçüncü-beşinci

 

təsnifat  vəzifələri  üçün  –  ixtisas  dərəcəsində  qulluq  müddəti  3  il  təşkil 



etməlidir; 

altıncı-yeddinci

 

təsnifat  vəzifələri  üçün  –  ixtisas  dərəcəsində  qulluq  müddəti  2  il  təşkil 



etməlidir. 

Müvafiq  yardımçı  vəzifələr  üçün  müəyyən  edilmiş  ixtisas  dərəcələri  çərçivəsində  növbəti 

ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir: 


birinci-ikinci

 

təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il 



təşkil etməlidir; 

üçüncü-dördüncü

 

təsnifat  vəzifələri  üçün  –  ixtisas  dərəcəsində  qulluq  müddəti  ardıcıl 



olaraq 1 il təşkil etməlidir. 

17.5.  Dövlət  orqanlarında  dövlət  qulluqçularına  ixtisas  dərəcələrinin  verilməsi  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

17.6. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona 

verilmiş  ixtisas  dərəcəsindən  məhrum edilir  və  bu  barədə  şəxsin  əmək kitabçasında  müvafiq 

qeyd aparılır.

 

M a d d ə   1 8 .



 Dövlət qulluqçusunun əsas vəzifələri  

 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 

 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları 

həyata keçirməli; 

 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri 

yerinə yetirməli; 

 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 

 18.0.4.  başqa  dövlət  qulluqçularının  işini  çətinləşdirən,  yaxud  qulluq  keçdiyi  dövlət 

orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol  verməməli; 

 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz 

səlahiyyətləri hüdudunda onları qərəzsiz  həll etməli; 

 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 

 18.0.7.  dövlət  sirrini  və  qanunla  mühafizə  edilən  digər  sirri  həmişə,  o  cümlədən  dövlət 

qulluğuna xitam verildikdən sonra da saxlamalı; 

 18.0.8.  vəzifə  borcunun  yerinə  yetirilməsi  vaxtı  daxil  olan  və  vətəndaşların  şəxsi  və  ailə 

həyatı,  şərəfi  və  ləyaqəti  ilə  bağlı  məlumatları  gizli    saxlamalı  və  qanunla  nəzərdə  tutulmuş 

hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 

 18.0.9.  qulluq  keçdiyi  orqanın  rəhbərinə  hər  il  öz  gəlirləri  və  əmlak  vəziyyəti  haqqında 

maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin  mənbəyini, növünü və məbləğini göstərməli; 

 18.0.10.  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və  qaydada  müvəqqəti  olaraq  başqa 

yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və  ya başqa vəzifələri icra etməli; 

 18.0.11.  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və  qaydada  öz  fiziki  və  əqli 

qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına  yararlı olmasının müəyyən edilməsi üçün 

tibbi komissiyalarda müayinə keçməli; 

 18.0.12. etik davranış qaydalarına əməl etməlidir.  

M a d d ə   1 9 .



 Dövlət qulluqçusunun əsas hüquqları  

 19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir: 

 19.0.1.  vəzifə  borcunu  yerinə  yetirmək  üçün  dövlət  orqanlarından,  ictimai  birliklərdən, 

müəssisə, idarə və təşkilatlardan müəyyən  edilmiş qaydada lazımi informasiya və materiallar 

tələb etmək və almaq; 

 19.0.2. dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan 

vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı  surətdə təsbit edilməsini və onların icrası üçün 

şərait yaradılmasını tələb etmək; 

 19.0.3. dövlət məvacibi almaq

 19.0.4.  əlavə  təhsili  və  qulluq  vəzifələrinin  yerinə  yetirilməsinə  münasibəti  nəzərə 

alınmaqla  qulluqda  irəli  çəkilmək  və  ya  dövlət    maaşının  məbləğinin  artırılması  iddiasında 

olmaq;


 

 


 19.0.5.  elmi  və  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmaq,  qulluq  keçdiyi  dövlət  orqanı 

rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə  məşğul olmaq; 

 19.0.6.  əmanətlərdən  (depozitlərdən),  qiymətli  kağızlardan,  rentadan  və  icarədən  gəlir 

götürmək; 

 19.0.7.  ilk  tələbdən  öz  şəxsi  işinin  bütün  materialları  ilə,  şəxsi  işə  tikilməli  olan rəylər və 

digər sənədlərlə tanış olmaq, habelə öz  izahatlarının şəxsi işə tikilməsini tələb etmək; 

 19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma 

aparılmasını tələb etmək; 

 19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə 

etmək; 


 19.0.10. həmkarlar ittifaqlarında birləşmək; 

 19.0.11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və 

ya  əmrin  qanuniliyi  və  ya  dürüstlüyü  dövlət    qulluqçusunda  şübhə  doğurursa,  həmin 

göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək; 

 19.0.12.  qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmayıbsa  və  bu,  dövlət  qulluqçusu 

funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə,  ictimai birliklərdə üzv olmaq

 19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və 

müvafiq təlim keçmək, habelə təhsil  məqsədilə məzuniyyət almaq; 

 19.0.14.  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  məzuniyyətlər  (sosial 

məzuniyyətlər,  özünün  və  ya  ailə  üzvlərinin    müalicəsi  ilə  əlaqədar 



və  yaradıcılıq 

məzuniyyətləri

), özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə 

əlaqədar pensiyalar və müavinətlər almaq. 

M a d d ə   2 0 .



 Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər  

 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 

 20.1.1.  dövlət  orqanlarında  əlavə  ödənişli  (əmək  qanunvericiliyində  nəzərdə  tutulmuş 

qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə 

tutmağa; 

 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin 

icazəsi olmadan pedaqoji və başqa ödənişli  fəaliyyətlə məşğul olmağa; 

 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili 

olmağa; 

 20.1.4.  dövlət  qulluğuna  xitam  verildikdən  sonra  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş  müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət 

sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə  informasiyadan üçüncü 

şəxslərin xeyrinə istifadə etməyə; 

 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına 

oraya getməyə; 

 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 

 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 

 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət 

orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 

20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 

 

20.3.  Dövlət  qulluqçusu  bu  maddənin  tələblərinə  zidd  hərəkət  etdikdə,  əgər 



qanunvericilikdə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  xəbərdarlıq    aldıqdan  sonra  otuz  gün 

ərzində  o,  dövlət  qulluğuna,  yoxsa  başqa  fəaliyyətə  üstünlük  verdiyini  özü  üçün  müəyyən 

edərək gəldiyi qərar  barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. 

M a d d ə   2 1 .  Dövlət qulluqçuları üçün təminatlar  



 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 

 21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər 

ödənişlər; 

 21.1.2. lazımi qulluq şəraiti; 

 21.1.3. haqqı ödənilən məzuniyyət; 

 21.1.4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası; 

 21.1.5. müvafiq istiqamət üzrə əlavə təhsilalma

 21.1.6.  dövlət  orqanları  ləğv  edilərsə  və  ya  ştatlar  ixtisara  düşərsə,  vəzifə  maaşına  və 

ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda 

üstünlük; 

 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; 

 21.1.8.  qulluq  vəzifələrinin  icrası  ilə  əlaqədar  olaraq  qanunla  müəyyən  edilmiş  qaydada 

sığorta; 

 21.1.9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya 

müvafiq kompensasiya almaq; 

 21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun 

ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,  hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun 

və onun ailə üzvlərinin müdafiəsi. 

21.2. Çıxarılıb

 

21.3. Dövlət qulluqçusu bu Qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə 



aşağı maaşlı vəzifəyə keçirilə  bilər. 

 21.4.  Dövlət  hakimiyyəti  orqanlarının,  habelə  dövlət  orqanları  rəhbərliyinin  tərkibinin 

dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas  deyildir. 

21.5. Çıxarılıb 



21.6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin 

olunan  ticarət  nümayəndələrinə  və  onların  aparatlarının  işçilərinə  dövlət  məvacibi  (əməkhaqqı),  tibbi 

sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu 

Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən  edilir.  Bu  Qanunun  dövlət  qulluqçularına  aid  edilən  digər  təminatlar  ilə  bağlı  müddəaları 

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan 

ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir. 

M a d d ə   2 2 .



 Dövlət məvacibi  

 22.1.  Dövlət  məvacibi  dövlət  qulluqçusuna  pul  ilə  ödənilən  haqdır.  Dövlət  məvacibinin 

məbləği  səlahiyyət  həcmindən,  məsuliyyət  dərəcəsindən,  tələb  olunan  peşəkarlıq 

səviyyəsindən, qulluq stajından asılıdır. 

 22.2.  Dövlət  məvacibi  vəzifə  maaşından,  mükafatlardan  və  vəzifə  maaşına  əlavələrdən 

(dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq  stajına və s. görə verilən əlavələr) ibarətdir. 

22.3.  İnzibati  vəzifələrin  yeddinci  təsnifatı  üzrə  dövlət  qulluqçusunun  maaşının  məbləği 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  inzibati  vəzifələr  üçün  müəyyən  edilən 

minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə dövlət 

qulluqçusunun  maaşının  məbləği  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  yardımçı 

vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Dövlət qulluqçuları 

üçün vəzifə maaşlarına məbləği dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir. 

22.4.  Qulluq  şəraiti  həyat  və  sağlamlıq  üçün  təhlükəli,  yaxud  xüsusilə  ağır  olan  dövlət 

orqanlarında  vəzifə  maaşları  üçün  artıq  əmsal  müəyyən  edilir.  Əmsalın  müəyyən  edilməsi 

qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq  

qanunu ilə müəyyən edilir. 



22.5.  Dövlət  qulluqçularının  vəzifə  maaşlarına  Azərbaycan  Respublikasının  Qanununa 

müvafiq surətdə yerli əmsallar müəyyən edilir. 

22.6.  Dövlət qulluqçusuna  hakimiyyət  səlahiyyəti  vermək  barədə qərar qəbul edilməsi  ilə 

eyni zamanda müvafiq səlahiyyətin icrasına görə  onun üçün qanunvericiliklə müəyyən edilən 

məbləğdə əlavə haqq müəyyən edilir.  

22.7. Dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq 

verilir  və  həmin  haqq  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  artırılır.  Haqqın  məbləği 

qanunvericiliklə müəyyən edilir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və 



vitse-prezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar 

Respublikasının  Baş  naziri  və  onun  müavinləri,  Azərbaycan  Respublikası  mərkəzi  icra 

hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi 

icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri 

(başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.

 

 



22.8.  Dövlət  qulluqçusu  üçün  hakimiyyət  səlahiyyətinin  icrasına  görə  əlavə  haqq  təyin 

edilməsi qaydası Azərbaycan Respublikasının  müvafiq Qanunu ilə müəyyən edilir. 



22.9.  Bu  Qanunun  22-ci  maddəsinin  müddəaları  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə 

fəaliyyət  göstərən  səfirlik  və  konsulluqlarında  təyin  olunan  ticarət  nümayəndələrinə  və  onların 

aparatlarının işçilərinə şamil olunmur. 

M a d d ə   2 2 -1. Dövlət qulluqçusunun əlavə təhsili



Yüklə 390,33 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin