Q Ə r a r d a d (icraata xitam verilməsi barədə)



Yüklə 13,35 Kb.
Pdf görüntüsü
tarix04.12.2016
ölçüsü13,35 Kb.
#788

Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi

Mülki Kollegiya



Q Ə R A R D A D

(icraata xitam verilməsi barədə)

27 sentyabr 2016-cı il

İş № 2(105)-2356/2016

Sumqayıt şəhəri

Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri Azər Qəmbər oğlu

Hüseynov (sədrlik edən və məruzəçi), Telman Osman oğlu Quliyev və Afaq Bayram qızı

Nuriyevadan ibarət tərkibdə, Lətafət Almazxan qızı Tahirovanın katibliyi, iddiaçı Mehralıyev

Nicat Məzahir oğlunun nümayəndəsi Əliyev Mütəllim Mehdi oğlunun iştirakları ilə,

Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9303/2016 saylı, 20 iyul 2016-cı il tarixli

qətnaməsindən cavabdeh Məmmədova Məhluqə Ağacəfər qızı tərəfindən verilmiş apelyasiya

şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq



M Ü Ə Y Y Ə N E T D İ:

Sumqayıt şəhər Məhkəməsinin 20 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən

təmin edilərək, cavabdeh Məmmədova Məhluqə Ağacəfər qızından 1500 manat məbləğində pulun

tutularaq iddiaçı Mehralıyev Nicat Məzahir oğluna ödənilməsi, iddianın qalan hissədə təmin

olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat

məbləğində pulun cavabdeh Məmmədova Məhluqə Ağacəfər qızından tutularaq iddiaçı Mehralıyev

Nicat Məzahir oğluna ödənilməsi qət edilmişdir. (hakim N.Abıyev)

Qətnamədən narazı qalan cavabdeh Məmmədova Məhluqə Ağacəfər qızı apelyasiya şikayəti

verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul

edilməsini xahiş etmişdir.

İşə apelyasiya qaydasında baxılarkən iddiaçı Mehralıyev Nicat Məzahir oğlunun

nümayəndəsi Əliyev Mütəllim Mehdi oğlu məhkəmə kollegiyasına ərizə təqdim edərək izahatında

bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyan ödənildiyindən aralarında

barışıq yaranmışdır. Hazırda cavabdehə qarşı hər hansı bir şikayət və tələb yoxdur, bununla

əlaqədar iddiadan imtina edir və ərizəsinin nəzərə alınmasını xahiş edir.

Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Məmmədova Məhluqə Ağacəfər qızına

lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən iddiadan

imtina barədə ərizəyə münasibət bildirməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası

Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı

olmadan baxılmasını mümkün hesab etmişdir.

Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan

imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

Həmin Məcəlləsinin 261.0.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina

etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə

məhkəmə qərardad çıxarır.

Həmin Məcəllənin 262.4-cü maddəsinə işin icraatına xitam verildikdə, eyni tərəflər

arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar

müraciət edilməsinə yol verilmir.

Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina etməsi barədə ərizəni nəzərə alıb hesab

edir ki, imtina qəbul edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə

icraata xitam verilməlidir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-

262-ci, 263-264-cü, 267-ci, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası,



Q Ə R A R A A L D I :

İddiaçı Mehralıyev Nicat Məzahir oğlunun nümayəndəsi Əliyev Mütəllim Mehdi oğlunun

iddiadan imtina barədə ərizəsi qəbul edilsin.

Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9303/2016 saylı, 20 iyul 2016-cı il tarixli qətnaməsi

ləğv olunsun.

İddiaçı Mehralıyev Nicat Məzahir oğlunun cavabdeh Məmmədova Məhluqə Ağacəfər

qızına qarşı borc tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.

Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası

Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki



Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən:imza

Hakimlər:imzalar.

Əsli ilə düzdür.

Sədrlik edən

Azər Hüseynov

2

Yüklə 13,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin