İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında



Yüklə 468,31 Kb.
Pdf görüntüsü
səhifə2/39
tarix15.04.2022
ölçüsü468,31 Kb.
#55520
1   2   3   4   5   6   7   8   9   ...   39
İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 6 sentyabr 2017-ci il 



                  

№ 1592 


 

 

 




 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 

 

6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə



 

təsdiq edilmişdir

 

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 



 

NİZAMNAMƏSİ 

 

1. Ümumi müddəalar 



 

1.1.  İcbari  Tibbi  Sığorta  üzrə  Dövlət  Agentliyi  (bundan  sonra  -  Agentlik) 

“Azərbaycan  Respublikasında  dövlət  idarəçiliyinin  təkmilləşdirilməsi  ilə  bağlı  bəzi 

tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 

1125  nömrəli  Fərmanına  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  əsasında yaradılmış, icbari tibbi 

sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin 

maliyyələşdirilməsi  üçün  vəsaitləri  özündə  cəmləşdirən,  səhiyyə  xidmətlərinin  alıcısı 

olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. 

1.2.  Agentlik  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 

Azərbaycan  Respublikasının  qanunlarını,  bu  Nizamnaməni,  Azərbaycan  Respublikası 

Prezidentinin  digər  fərmanlarını,  həmçinin  sərəncamlarını,  Azərbaycan  Respublikası 

Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. 

1.3.  Agentlik  öz  vəzifələrini  yerinə  yetirərkən  və  hüquqlarını  həyata  keçirərkən 

dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, 

digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 

1.4.  Agentlik  ümumdövlət  və  ictimai  əhəmiyyət  daşıyan  fəaliyyətlə  məşğul  olur. 

Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq 

fəaliyyəti ilə məşğul ola bilər. 

1.5.  Agentliyin  müstəqil  balansı,  əmlakı,  xəzinə  və  bank  hesabları,  öz  adı  həkk 

olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 

1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-

əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, 

məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir. 

1.7. Agentlik Bakı şəhərində yerləşir. 

 


Yüklə 468,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin