İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında


Agentliyin vəzifələri və hüquqları



Yüklə 468,31 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix15.04.2022
ölçüsü468,31 Kb.
#55520
1   2   3   4   5   6   7   8   9   ...   39
3. Agentliyin vəzifələri və hüquqları 

 

3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun 



olaraq, aşağıdakı vəzifələri yerinə yetirir: 

3.1.1.  icbari  tibbi  sığorta  və  səhiyyə  sahəsi  üzrə  qanunvericilik  aktlarının,  inkişaf 



konsepsiyalarının  və  məqsədli  proqramların  hazırlanmasında  və  həyata  keçirilməsində 

iştirak edir;



 ii

 

3.1.2. beynəlxalq təcrübə nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində tədqiqatlar 



aparır və həmin tədqiqatların nəticələri əsasında baza (əsas xidmətlər) zərfinin müəyyən 

olunmasına dair təkliflər hazırlayır;



 

 

3.1.3.  “Tibbi  sığorta  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun 



olaraq,  icbari  tibbi  sığorta  haqqının  məbləğinin  müəyyən  olunmasına  dair  təkliflər 

hazırlayır; 

3.1.4. icbari tibbi sığorta haqlarının və bu Nizamnamə ilə müəyyən edilmiş digər 

vəsaitlərin  yığılmasını  və  onlardan  təyinatı  üzrə  səmərəli  istifadəni  təmin  edir,  icbari 

tibbi sığortanın maliyyə sabitliyinin təmin edilməsi məqsədilə sığorta ehtiyatı fondları 

yaradır; 

3.1.5.  baza  (əsas  xidmətlər)  zərfi  çərçivəsində  əhaliyə  göstərilən  tibbi  xidmətlərin 

keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görür

3.1.6.  baza  (əsas  xidmətlər)  zərfində  nəzərdə  tutulmuş  tibbi  xidmətlərin 

göstərilməsi üçün tibb müəssisələri ilə müqavilələr bağlayır; 

3.1.7.  baza  (əsas  xidmətlər)  zərfinə  daxil  olan  həcmdə  göstərilən  tibbi  xidmətlərə 

görə  sığorta  ödənişlərinin  müqavilədə  nəzərdə  tutulmuş  qaydada  və  müddətdə  tibb 

müəssisələrinə ödənilməsini təmin edir

3.1.8. icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən şəxslərlə 

icbari tibbi sığorta müqaviləsi bağlayır; 



3.1.9. baza (əsas xidmətlər) zərfi çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən 

tibbi  xidmətlərin  həcminin,  müddətinin,  keyfiyyətinin  və  tariflərinin  tərəflərlə 

bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət edir

3.1.10.  “Fərdi  məlumatlar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

tələbləri  nəzərə  alınmaqla,  icbari  tibbi  sığorta  sahəsində  vahid  elektron  informasiya 

sistemi və elektron məlumat bazası yaradır, tibb müəssisələrinin və digər istifadəçilərin 

həmin elektron informasiya sistemindən istifadə imkanlarını təmin edir; 

3.1.11. icbari tibbi sığortaya cəlb olunan tibb müəssisələrinin vahid reyestrini aparır; 



3.1.11-1.  Tibbi  Ərazi  Bölmələrini  İdarəetmə  Birliyinin  (bundan  sonra  –TƏBİB) 

tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirir;

iii

 

3.1.12.  icbari  tibbi  sığorta  sahəsində  təlimlər  təşkil  edir,  peşəkar  mütəxəssislərin 



hazırlanması  və  tədris  proqramlarının  tərtibi  ilə  bağlı  təkliflər  verir  və  onların  həyata 

keçirilməsində iştirak edir;

 iv

 

3.1.13.  icbari  tibbi  sığorta  sistemində  sığorta  olunan  şəxslərin  hüquqlarının 



müdafiəsinə təminat verir; 

3.1.14.  dövlət  orqanları  və  qurumlarının,  yerli  özünüidarəetmə  orqanlarının,  hüquqi  və 



fiziki şəxslərin icbari tibbi sığorta sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirir;


Yüklə 468,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin