Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə22/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   18   19   20   21   22   23   24   25   ...   141
sitologiya

2.Sellüloza və xitin: İkisi də bitkilərdə və heyvanlarda struktur funksiyasını daşıyan polisaxaritdir.

Sellüloza bitkinin təməl quruluş birləşməsi olub, qlükogen və nişasta kimi çoxlu sayda qlükoza molekullarından ibarətdir. Lakin sellülozada olan qlükoza molekulları β-1,4 qlikozid əlaqə ilə bir-birilərinə bağlanırlar. Bu rabitə sellülozanın uzun və gərilmiş zəncirlər meydana gətirməsini mümkün edər və bunun nəticəsində böyük mexaniki qüvvəyə malik yan-yana düzülmüş liflər olaraq bitkilərin hüceyrə səddlərini formalaşdırarlar. β-1,4 qlikozid əlaqəsini sadəcə otyeyən heyvanlar həzm edə bilirlər. Bunun səbəbi isə otyeyən heyvanların bağırsaqlarında yaşayan simbioz bakteriyaları, protozoa növləri və ağac yeyən bəzi həşarat növlərinin yaratdıqları sellüloz fermentləridir.

Şəkil 3.15. Sellülozanın quruluşu ilə β(1-4) qlükozid rabitələrinin yaranması

Xitin isə bir-birilərinə β-1,4 qlikozid əlaqə ilə bağlanan N-asetilqlükoz amin birləşmələrinin təkrarlanması ilə yaranan polisaxaridlərdir. (şəkil 3.16) Bu rabitə sellülozanı yaradan qlükozalar arasındakı rabitələrin eynisidir. Xitin buna görədə monamerində bir hidroksil qrupunun bir asetilamin qrupu ilə yer dəyişdirmiş olduğu sellüloza olaraq tanınır. Mantarların hüceyrə divarının strukturunu yaradır. Həmçinin çanaqlı heyvanların (xərçəng, krevet), qarışqaların və kəpənəklərin xarici skeletinin əsas tərkibidir. Bundan başqa yumşaqbədənlilər, radulaların, artrapoda və mürəkkəb balıqlarının ağız tərəflərindədə əsas tərkib xitindir.

Şəkil 3.16 N-asetilqlükozamin polimeri olan xitinin quruluşu


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin