Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə20/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   16   17   18   19   20   21   22   23   ...   141
sitologiya

3.2.2.KARBOHİDRATLAR.
Karbohidratlar, karbon, hidrogen və oksigendən əmələ gəlmiş üzvi molekullardır. Bunlar şəkərlər (monosaxaridlər və disaxaridlər) və polisaxaridlərdən ibarətdir. Bir çox hüceyrəvi proseslərdə əsas rol oynayırlar.

  1. Monosaxarid və disaxaridlərin (məsələn qlikozanın) parçalanması ilə hüceyrəvi enerji yaranır və bunlar digər hüceyrəvi birləşmələrin sintezi üçün başlanğıc materialı təmin edərlər.

  2. Polisaxaridlər hüceyrənin deposunu (nişasta və qlikogen) və hüceyrənin struktur komponentini (sellüloza və xitin) formalaşdırırlar.

  3. Polisaxaridlərin daha qısa polimeri hüceyrələrin adgeziyası (yapışması) və zülalların uyğun interesellüler hədəflərə daşınmaları funksiyasını üstələyərlər.

a. Monosaxarid və disaxaridlər: Ən sadə şəkərlər monosaxaridlər olaraq adlandırılır. Bu molekullar (CnH2nOn) ümumi formuluna malikdirlər. Hüceyrə üçün ən vacib monosaxaridlər nuklein turşularının qurluşunda yer alan beş karbonlu pentozalar (riboza və dezoksiriboza) və hüceyrəvi enerjinin əsas qaynağını formalaşdıran altı karbonlu heksozalardır (qlükoza). Beş və daha çox karbon atomu olan şəkərlər həlqəvi quruluşda olmalarına baxmayaraq, daha az karbon atomuna malik olanlar liner formada olurlar (məsələn, üç karbonlu (trioz) qliseraldehidi və dehidroksiaseton).(şəkil 3.11)

Monosaxaridlər dehidratasiya (su molekullarının itirilməsi) prosesləri nəticəsində qlikozid əlaqəsi ilə birləşərək daha böyük molekullar yaradarlar. (şəkil3.12) Qlikozid əlaqə birinci qlükozanın birinci karbon atomu ilə ikinci qlükozanın dördüncü karbon atomu arasında reallaşır. Rabitənin formalaşması üçün lazımı enerji UTF və ATF tərəfindən alınır. Sadəcə bir neçə şəkər molekulu (2-6 şəkər) birləşmişsə yaranan polimer disaxarid və ya oliqosaxarid adını alır. Ən vacib disaxaridlər maltoza, saxaroza, laktozadır.

Şəkil 3.11. Beş və altı karbonlu monosaxaridlər və onların 1.karbonkonfiqurasiyonuna görə α və β həlqəvi qurluşları.

Şəkil 3.12. Qlükozid rabitə vasitəsilə iki monosaxaridin birləşməsi



1.Maltoza: səməni şəkəri və ya di-qlükoz olaraqda adlanır. C12H22O11 molekul formuluna malik bir disaxaritdir. Qlikozid əlaqə ilə bağlanmış iki qlükoza molekulundan əmələ gəlirlər. (şəkil 3.13) Maltoza əsasən arpa və digər toxumlarda olan nişastanın pityalin və amilaza fermentlərin təsiri ilə parçalanması nəticəsində yaranan bir şəkərdir.

Şəkil 3.13. Disaxarid şəkərlər olan maltoza, saxaroza və laktozanın quruluşu



2.Saxaroza: Saxaroza və ya çay şəkəri kimi tanınır. C12H22O11 ümumi formuluna malikdir və bir qlükoza ilə bir fruktoza molekulunun birləşməsi ilə meydana çıxır. (şəkil 3.13) Insanın qidalanmasında çox vacib olan saxaroza, sadəcə bitkilər tərəfindən yardılır.

3.Laktoza: Süd şəkəridir. Qlükoza və qalaktozadan meydana gəlmiş disaxaritdir. (şəkil 3.13) Laktoza təbiətdə yalnız süddə olan və südün ən vacib karbohidratıdır.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin