Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə23/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   19   20   21   22   23   24   25   26   ...   141
sitologiya

3.2.3.LİPİDLƏR.
Bir yağ turşusunun bir spirtlə birləşərək aralarında bir su molekulunun çıxması ilə yaranan molekullardır lipidlər. Lipidler suda həll olmayıb, efir, benzin, xloroform kimi üzvi həll edicilərdə həll olarlar. Lipidler hüceyrələrdə çox vacib funksiyalara malikdirlər.

  1. Əsas enerji mənbəyidir. Lipidlər qliserinlərə və yağ turşularına ayrıldıqdan sonra yağ turşuları oksidləşərək sirkə turşusunun törəmələrinə parçalanır və yağ turşularının R yan zəncirindəki karbon atomalrının sayından asılı olaraq qlükozadan daha cox ATF sintezinə səbəb olurlar.

  2. Hüceyrə qlafının əsas strukturunu təşkil edirlər.

  3. Lipidlər həm steroid hormonları (esterogen və testosteron) həm də xəbərdaredici molekullar olaraq hüceyrə daxili siqnal ötürücü funksiyasını yerinə yetirirlər.

Ən sadə lipidlər triqliserin şəklində olan lipidlərdir. Bu lipidlər bir molekul qliserin spirti ilə üç molekul yağ turşusunun birləşməsi nəticəsində meydana gəlirlər. (şəkil 3.17) Yağ turşuları triqliserinlər olmaqla sitoplazmada yağ damcıları şəklində yığılırlar. Lazım olanda bunlar parçalanaraq enerji sərfiyyatında istifadə olunurlar. Yağ turşuları uzun hidrokarbon zəncirlərindən ibarət və bir ucunda karboksil qrupu (R-COOH) olan molekullardır. R yan zənciri əsasən 16 (palmitat) və 18 (stearat və oleat) karbon atomları şəklindədir. (şəkil 3.18) Yağ turşularının uzun yan zəncirləri C-H qrupları ilə sonlandığından su ilə əlaqəyə girməzlər (hidrofobdurlar). Bu xüsusiyyət bioloji qlafın formalaşmasında vacibdir. R yan zəncirlərində bir və ya birdən çox ikili əlaqə yaradan doymamış yağ turşuları formalaşır. Bu yağlar otaq temperaturunda maye şəklindədir. Məsələn, zeytun yağı, balıq yağı, kətan yağı kimi. R yan zəncirlərində heç ikili rabitəyə malik olmayan karbon atomlarının hamısı maksimum sayda hidrogen atomuna bağlı olan yağ turşularıda doymuş yağ turşuları adlanır. Bunlar otaq temperaturunda qatı olurlar. Məsələn, kərə yağı, piy, kakao yağı kimi.

Şəkil 3.17. Lipidlərin quruluşu. Qliserol ilə üç yağ turşusunun birləşməsi nəticəsində yaranan triqliserid

Şəkil 3.18 Yağ turşularının quruluşu

Şəkil 3.19 Fosfolipid molekulunun quruluşu


Şəkil 3.20 Fosfolipidlərin fərqli quruluşları


Hüceyrə qlafının əsas strukturunu fosfolipidlər təşkil edir. Bunlarda fosfatdan ibarət polyar bir əsas hissə vardır. Triqliserinlərdən fərqli olaraq iki yağ turşusu qliserinin karbon atomlarına birləşərkən bir fosfat molekuluda qliserinin üçüncü karbon atomunada birləşir. Fofolipidlərin iki dənə karbohidrogen zəncirindən bir dənəsi doymamış yağ turşularından ibarətdir. (şəkil 3.19) Qlafın axıcılığı qlafda olan doymuş-doymamış yağ turşularının miqdarından asılıdır. Fosfat molekulu əsasən xolin, serin, etanolamin kimi kiçik polyar molekullarla birləşmiş şəkildə olur. (şəkil 3.20) Bu baxımdan bütün fosfolipidlər iki karbohidrogen zəncirindən ibarət hidrofob quyruq hissələri ilə bir fosfat qrupu və ya polyar qruplardan ibarət bir baş hissədən təşkil olunurlar. Bu hal fosfolipidlərə amfoterlik xüsusiyyəti qazandırır. Amfoter molekullar qismən suda həll olan qisməndə suda həll olmayan xüsusiyyətə sahib olan molekullardır. Fosfolipidlərin bu xüsusiyyətlərinə görədə hüceyrə qlafları hər zaman cüt lipid təbəqəsindən ibarət olurlar. Çünki hidrofil olan baş hissələri su ilə təmas etməsi üçün xaricə, hidrofob olan quyruq hissələri də sudan qaçmaq üçün daxilə doğru yönələrlər və cüt təbəqə əmələ gətirərlər.

Lipidlər bir-birindən fərqlənən 4 əsas siniflərə ayrılırlar:



  1. Yağ turşusu və törəmələri.

  • Doymuş yağlar

  • Doymamış yağlar

  • Mumlar

  1. Neytral yağlar

  2. Mürəkkəb lipidlər

  • Fosfolipidlər (Gliserofosfolipidlər, Sfinqofosfolipidlər)

  • Qlikolipidlər

  1. Izopren törəməli lipidlər

  • Steroidlər

  • Karatinoidlər


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin