Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə24/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   20   21   22   23   24   25   26   27   ...   141
sitologiya

1.Yağ turşusu və törəmələri: 4-36 arasında karbon uzunluğunda və ucunda karboksil qrupu yerləşən uzun zəncirli yağ turşuları ilə qliserol spirtlərinin mürəkkəb efirləridir. Qida kimi istifadə olunan yağlar bura aiddir. Yağ turşularının fiziki və fizioloji xüsusiyyətləri karbohidrat zəncirinin uzunluğu və doymamışlıq dərəcəsi ilə təyin edilir. Zəncirin uzunluğu artdıqca ərimə nöqtəsi yüksəlir. Yağ turşuları birləşdirə biləcəkləri maksimum sayda hidrogen atomuna malikdirsə yəni heç ikili əlaqə daşımırsa deməli bu lipidlər doymuşdur və otaq temperaturunda qatıdırlar. Yağ turşusu zənciri bir və ya birdən cox ikili əlaqə daşımırsa yəni karbon atomlarına maksimum sayda hidrogen atomu bağlı deyilsə deməli bu lipidlər doymamışdır və otaq temperaturunda maye şəklindədir. (şəkil 3.18) Doymuş və doymamış yağ turşuları qida məqsədi ilə insanlar tərəfindən istifadə olunur.

Mumlar 14-36 karbon atomuna malik doymuş və doymamış yağ turşularının yüksək molekul çəkili biratomlu spirtlərlə olan mürəkkəb efirləridir. Mumlar dəniz heyvanlarında metabolik yanacağın anbar formasıdır. Bundan başqa arı mumu, meyvə çiçək pətəkləri və yarpaqlar üzərindəki kutikula mumlardan ibarətdir.




Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin