Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Rekonbinasiya və sinaptonemal kompleks



Yüklə 149,68 Kb.
səhifə141/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   133   134   135   136   137   138   139   140   141
sitologiya

10.3.4. Rekonbinasiya və sinaptonemal kompleks
Rekanbinasia - mutasiyadan basqa genlərin əsl quruluşundan fərqli olaraq yenidən qruplaşmasına deyilir. Meyoz bölünmə zamanı krossinqover və bivalentlərin metafaza I mərhələsindəki təsadüfü düzülüşü nəticəsində genlər qamet daxilində əsl quruluşundan fərqli olaraq qruplandırırlar.

Krossinqover homoloji xromsomların bacı olmayan xromatidləri arasındakı gen dəyişikliyi olaraq bilinir. Bunun nəticəsində eyni xromosom üzərində yerləşən genlər bir-birilərindən ayrılır və yenidən qruplaşır. Bu hala introxromosomal (xromosom daxili) rekonbinasiya da deyilir. Bunun nəticəsində ana və atadan fərqli xüsusiyyətlər daşıyan fərdlər ortaya çıxar. Bu baxımnan krossinqover nəticəsində genlərin üzərində yerləşdiyi DNT saplarının düzgün bir şəkildə kəsilməsi və yer dəyişdirməsi deməkdir. Bir nukleotidin artiq və ya əksik alınıb verilməsi mutasiyalara səbəb olacağı üçün krossinqoverin son dərəcədə düzgün getməsi vacibdir.

Ilkin olaraq profaza I mərhələsində homoloji xromosomların düzgün şəkildə cütləşməsi lazımdır. Bu mərhələdə homoloji xromosomlar arasında ortaya çıxan və sinaptonemal kompleks olaraq adlandırılan zəncirə bənzər zülal quruluşunun homolji xromosomları ayırdığı müəyyənləşmişdir. Bu quruluş ziqotena mərhələsində yaranmağa başlayar. Sinaptonemal kompleks iki homoloji xromosoma birləşən iki laterial hissədən və bunların zamoq kimi bir yerde tutan mərkəzi hissədən təşkil olunması müəyyən olunmuşdur.

Krossinqover mərhələli olaraq cox yaxşı qorunmuş və spo 11 adlanan bir endonuklear tərəfdən reallaşır.



Rekonbinasiyanın bir başqa şəkli isə metafaza I mərhələsində bivalentlərin ekvatorial sahədə rahat düzülüşü nəticəsində yerləşir. Buna interxromosomal (xromosomlar arası) rekonbinasiya da deyilir. Xromosomlar arası rekonbinasiyada bivalentlər ekvatorial sahədə ele düzülürlər ki anadan gələn xromosomların hamısının bir qütbdə, atadan gələnlərin hamısı da digər qütbə yerləşir. Anadan və atadan gələn homoloqların dəyişik kombinasiyalarda bərabər eyni qütbdə paylanmasını təmin etmək üçün ekvatorial sahədə qeyri düzgün düzülməsi mümkündür. Bu hal bivalentlərin ekvatorial sahədə bir-birindən tamamilə əlaqəsiz olduğu və qametlərdə valideynlərdən fərqli kombinasiyaların bir yere gəldiyini göstərir.

Həm krossinqover həm də bivalentlərin ekvatorial sahədə fərqli düzülüşləri nəticəsində canlılarda variasiyalar ortaya çıxar. Bu hallar həyata keçməmiş olsaydı valideynlərin döllərində müxtəliflik olmayacaq və fərdlər sadecə olaraq ana və atalrına bənzəyəcəklər.
Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin