Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə139/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   133   134   135   136   137   138   139   140   141
sitologiya

Ikinci meyoz (meyoz II)
Meyoz bölünmənin vacibi iki hadisənin (rekonbinasiya və xromosom sayının azalması) birinci meyoz bölünmədə reallaşdığından, ikinci meyoz bölünmə sadəcə xromatin təkrar bölündüyü tipik mitoz bölünmə kimidir. Bu bölünmədə profaza II, metafaza II, anafaza II, telofaza II mərhələlərinə ayrılaraq öyrənilir.

Profaza II: Cox qısa davam edən və xromatinin təkrar artdığı mərhələdir. Çox qısa davam etdiyi üçün əsasən mikraskopda görünməyə bilər.

Metafaza II: Hər nüvədə olan və iki xromatidli xromosomlar ekvator sahəsində düzülürlər. İki hüceyrədəki xromosomlar sinxronizə olaraq ekvatorial sahədə düzüldüyü üçün metafaza II mərhələsində bir-birinə paralel düzülürlər (şəkil 10.23). Homoloji xromosomlar meyoz I də yarı-yarıya azaldığı üçün ekvatorda düzülən xromosomlar diploid hüceyrənin xromosomlarının yarısı qədərdir. Bu mərhələdə xromosomlar hələ iki xromatidlidir və maksimum dərəcədə qısalıblar.

Anafaza II: Metafaza II mərhələsində ekvatorial sahədə düzülən xromosomların xromatidləri bir-birilərindən ayrılmağa və qütblərə doğru hərəkət etməyə başlayır (şəkil 10.23).

Telofaza II: Qütblərə çatan xromosomlar saplardan açılar və xromatin ətrafında nüvə membranı formalaşmağa başlayar (şəkil 10.23). Eyni zamanda da daha əvvəl formalaşmış birinci sitokinezə paralel olacaq şəkildə ikinci sitokinez reallaşır. Nəticəsində hər birində n sayda xromsom olan dört hüceyrəli tetrada formalaşır.

Meyoz bölünmə bütün canlılarda yuxarıda deyilən şəkildə reallaşır. Ancaq tetrad olduqdan sonra bitki və heyvanların erkək və dişilərində müxtəliflik göstərir.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin